Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   24   25   26   27   28   29   30   31   32

80 
 
tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi “AİNA Dünya” qeyri-hökumət 
təşkilatı olmuşdur.
 
 
-
 
“Ətraf  mühit üçün təkrar istifadə” gənclərin yay düşərgəsi layihəsi. Layihə 
2013-cü  ildə  “İDEA  İctimai  Birliyi”,“Göyçay  İnkişaf  Mərkəzi  İctimai 
Birliyi”,  Göyçay  rayon  İcra  Hakimiyyəti  və  Azərbaycan  Respublikası 
Dövlət  Neft  Şirkətinin  (ARDNŞ)  Ekologiya  idarəsinin  dəstəyi  ilə  həyata 
keçirilmişdir.  3  gün  davam  edən  layihədə  əsas  məqsəd  tullantıların  ətraf 
mühitə  vurduğu  ziyanı  gənclərə  çatdırmaq,  gənclər  arasında  ekoloji 
maarifləndirməni  inkişaf  etdirmək  idi.  Düşərgənin  sonunda  iştirakçılar 
ARDNŞ-nin  Ekologiya  idarəsinin  Bakı  şəhərinin  Qala  kəndində  yerləşən 
ekoparkına ekskursiyada iştirak edərək ARDNŞ-ın ekoloji layihələri ilə tanış 
olmuş, ekoparkda alternativ enerji və digər müasir texnologiyalar haqqında 
məlumatlar əldə etmişlər.  
-
 
“Sahilyanı təmizlik” aksiyası. 7 sentyabr 2013-cü ildə “İDEA İctimai Birliyi” 
tərəfindən  Nardaran  çimərliyində  təşkil  edildi.  100-dən  çox  gəncin  iştirakı 
ilə  keçirilən  aksiya  nəticəsində  yüzlərlə  kiloqram  qida  və  qeyri-qida 
tullantıları  sahilyanı  ərazilərdən  təmizlənmiş,  çeşidlənərək  “Balaxanı  Bərk 
Məişət Tullantılarının Çeşidlənməsi Zavodu”-na göndərilmişdir. 
-
 
“Dünyanın  su  hövzələrinin  çirklənməsi  konteksində  şirin  su  ehtiyatlarının 
azalması” mövzusunda seminar. Seminar “İDEA İctimai Birliyi” tərəfindən 
20-dən  artıq  gəncin  iştirakı  ilə  25  sentyabr  2013-cü  ildə  “İDEA  Resurs 
Mərkəzi”-ndə  keçirildi.  25  sentyabr-“Ümumdünya  Dəniz  günü"-nə  həsr 
olunmuş  və  ARDNŞ-nin  Ekologiya  İdarəsinin  rəis  müavini  Əflatun 
Həsənovun  ekspertliyi  ilə  keçirilən  seminarda  şirin  su  hövzələrinin 
problemləri  və  bu  problemlərdən  çıxış  yolları  haqqında  fikir  mübadiləsi 
aparılmışdır. 
-
 
“Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et!” aksiyası. Aksiya 17 noyabr 
2013-cü ildə Bakının Zığ qəsəbəsində 5.000-dən çox ağacın “İDEA” hərfləri 
formasında  əkilməsiylə  həyata  keçirildi.  Aksiyanın  davamı  isə  1  dekabr 
2013-cü  idə  “İDEA  İctimai  Birliyi”  və  Gəncə  Şəhər  İcra  Hakimiyyətinin 


81 
 
təşkilatçılığı ilə keçirildi. Aksiya çərçivəsində əsası 1979-cu ildə Ulu Öndər 
Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və hal-hazırda  onun adını daşıyan 
parkda  1.000-ə  yaxın  İDEA  könüllülərinin  iştirakı ilə 10.000-dən  çox  eldar 
şamı  və  xan  çinarı  ağacları  əkildi.  Ağac  əkməklə  ekoloji  mühitin 
sağlamlaşdırılmasını sürətləndirmək, təbiətə qayğı hissini formalaşdırmaq və 
inkişaf  etdirmək,  təbii  və  antropogen  təsirləri  azaltmaq  aksiyanın 
keçirilməsində qarşıya qoyulan əsas məqsədlər idi. 
-
 
“Gəncə  şəhər  ASAN  xidmət  mərkəzində  İDEA-nın  ekoloji  lövhələrinin 
quraşdırılması  aksiyası”.  “İDEA  İctimai  Birliyi”  və  “Azərbaycan 
Respublikası  Prezidenti  yanında  Vətəndaşlara  Xidmət  və  Sosial 
İnnovasiyalar üzrə Dövlət Agentliyi”-nin təşkilatçılığı ilə 23 dekabr 2013-cü 
ildə  keçirilən  aksiyanın  məqsədi  ekoloji  sahədə  maarifləndirməni  inkişaf 
etdirmək  idi.    Bu  iki  qurumun  əməkdaşlığı  isə  5  dekabr  2013-cü  ildə 
beynəlxalq  səviyyədə  ətraf  mühitin  mühafizəsi  ilə  bağlı  təşəbbüslərə 
qoşulmaq  və  digər  qarşılıqlı  maraq  kəsb  edən  sahələrdə  əməkdaşlığa  dair 
memorandumun  imzalanması  ilə  başladı.  Layihə  çərçivəsində  Gəncə 
şəhərinin rəmzlərindən biri hesab olunan “Şərq çinarı” ekoloji ağacı Gəncə 
şəhər  ASAN  xidmət  mərkəzinə  quraşdırıldı.  Ağacın  üzərində  isə  gündəlik 
həyatda  kağıza,  suya  və  elektrik  enerjisinə    çox  az  qənaət  etməklə  ekoloji 
problemlərə qarşı 10 mübarizə üsulunu əks etdirən lövhələr quraşdırılmışdı.
 
 
-
 
 "Bir-birimizdən  öyrənirik!"  Müstəqil  Dövlətlər  Birliyinə  üzv  dövlətlərin 
gənclərinin  beynəlxalq  ekoloji  forumu”.  Forum  17-19  dekabr  2013-cü  ildə 
Azərbaycan  Respublikası  Gənclər  və  İdman  Nazirliyi,  “İDEA  İctimai 
Birliyi” və "Təbiət Dostları Gənclər İctimai Birliyi”-nin təşkilatçılığı MDB-
yə  üzv  dövlətlərdən  40-dan  çox  gənc  ekoloq  iştirakı  ilə  Bakıda  keçirildi. 
Beynəlxaq  forumun  keçirilməsində  əsas  məqsəd  ölkəmizdə  və  dünyada 
ekoloji düşüncəni gücləndirmək, gənclərin ətraf mühitə və ekologiyaya qarşı 
məsuliyyətini  artırmaq,  eləcə  də  Azərbaycanda  ekoloji  layihələrin  həyata 
keçirilməsinə daha intensiv təkan verməkdir. 
-
 
“Bioloji parçalana bilən paketlərin ictimai istifadəyə verilməsi” layihəsi.  


82 
 
26  dekabr  2013-cü  ildə  həyata  keçirilən  layihənin  məqsədi  plastik  və  ya 
polietilen  paketlərin  təbiətə  vurduğu  ziyanı  insanların  diqqətinə  çatdırmaq 
idi.  Belə  ki,  gündəlik  həyatımızda  geniş  istifadə  etdiyimiz  plastik  və  ya 
polietilen  paketlərdə  cürümə  prosesi  gec  baş  verir  və  100  illər  ərzində 
torpağa  qarışa  bilir.  Azərbaycanda  ilk  dəfə  olaraq  məhz  bu  layihə 
çərçivəsində  Bakı  şəhərində  fəaliyyət  göstərən  böyük  marketlərə  pulsuz 
biopaketlər paylanaraq ictimaiyyətin istifadəsinə verilmişdir. 
-
 
“Tullantıdan incəsənətə” layihəsi. Layihə 2013-cü ildə “İDEA İctimai Birliyi” 
və “YARAT Müasir İncəsənət Məkanı”-nı tərəfindən Bakı şəhərində 3.000-
dən  artıq  plastik  butulkalar  toplanaraq  Səməd  Vurğun  küçəsində  “Yeni  il” 
bayramı  öncəsi  dekorativ  şam  ağacının  hazırlanması  ilə  həyata  keçirildi. 
Müxtəlif növ tullantılardan  əl  işləri  hazırlayaraq  ABŞ,  Şotlandiya,  Norveç, 
Birləşmiş  Ərəb  Əmirlikləri,  Özbəkistan  və  s.  ölkələrdə  nümayiş  etdirən 
ingilis  mütəxəssislər  layihənin  keçirilməsində  əsas  məqsəd  “Yeni  il” 
bayramı  öncəsi    milyonlarla  insanların  şam  ağaclarını  kəsərək  təbiətə 
vurduqları  ziyanı,  alternativ  yolun-süni  şam  ağacından  istifadənin  təbiətə 
verdiyi faydaları diqqətə çatdırmaq idi. 
-
 
“Gəncədə  eko-velosiped  layihəsi”.  Layihə  2013-cü  ildə  “İDEA  İctimai 
Birliyi”-nin  təşkilatçılığı  ilə  insanların  təbiətin  dostu  “yaşıl  nəqliyyat 
vasitələri”-ndən  istifadəyə  cəlb  edilməsi  məqsədi  daşıyırdı.  Layihə 
çərçivəsində  Azərbaycanda  ilk  dəfə  olaraq,  Gəncədə  velosiped  yolu 
salınmışdır. Şəhər 2013-cü ilin noyabr ayında “2016-cı ilin Avropa Gənclər 
Mərkəzi” elan edilmişdir. 
-
 
“Ceyranların  Gürcüstan  Respublikasına  reintroduksiyası”  layihəsi.
85
  Layihə 
2013-cü  ildə  Gürcüstan  Respublikasının  Ətraf  Mühit  və  Təbii  Sərvətlərin 
Mühafizəsi  Nazirliyinin  müraciəti  əsasında  “İDEA  İctimai  Birliyi”-nin 
təşkilatçılığı  ilə  10  baş  ceyranın  Gürcüstan  Respublikasına  reintroduksiyası 
ilə  həyata  keçirildi.  Verilən  ceyranların  üzərinə  isə  onların  olduğu  yeri, 
sağlamlıq  vəziyyətini  nəzarətdə  saxlayan  cihazlar  yerləşdirilmişdi. 
                                                 
85
 
http://ideacampaign.org/az/2013/ (son baxılma tarixi:03.03.2015)
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə