Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

77 
 
altında  35  ölkədən  80-dən  artıq  gənc  ekoloqun  iştirakı  ilə  keçirildi. 
Düşərgənin  keçirilməsində  əsas  məqsəd  regionda  və  dünyada  inkişaf 
etməkdə  olan  qurumlar  arasında  əlaqələrin  inkişaf  etdirilməsi,  gənc 
ekoloqların təmsil etdikləri regionların ictimai həyatında fəal iştirakını təmin 
etmək,  ekoloji  maarifləndirmənin  həyata  keçirilməsində  gəncləri  “səfir” 
olmağa  təşviq  etməkdir.  3gün  davam  edən  düşərgənin  sonunda  insanları 
ekoloji problemlərin həlli istiqamətində aktiv iştirak etməyə və ətraf mühitin 
qayğısına  qalmağa  səsləyən  “Qəbələ  Bəyannamə”-si  qəbul  olundu. 
Bəyannamədə  deyilirdi:  “Biz,  dünyanın  35  ölkəsinin  gəncləri  yaranmaqda 
olan ətraf mühit problemlərinin təhlükələrindən xəbərdarıq. Hesab edirik ki, 
hazırkı  qlobal  iqtisadi  modellər  ətraf  mühitə  mənfi  təsir  göstərir  və 
əvəzolunmaz  təbii  resursları  məhv  edir.  Biz  gənclərin  qlobal  ətraf  mühitlə 
harmoniya yaratmaq gücünə inanırıq”.
 
83
 
-
 
“İDEA  yaşıl  Azərbaycan  naminə”  layihəsi.  Paytaxtdan  kənarda  təhsil  alan 
şagirdlərin  ekoloji  sahədə  nəzəri  biliklərini  inkişaf  etdirmələri,  onlarda 
təbiətlə  dostcasına  münasibət  yaratmaq  üçün  24  sentyabr  saat  12.00-dan 
etibarən “Qız Qalası” yaxınlığında bir araya gələn “yaşıl ”təmsilçilər” “yaşıl 
avtobuslar”-la şəhər və rayonlarda könüllü ekoloji seminarlar təşkil etmişlər. 
Ölkənin 20 şəhərində baş tutan ekoloji seminarlar sentyabr-oktyabr aylarına 
kimi davam etmişdir.  
-
 
“Yaşıl  həftə  layihəsi”.  Layihə  İDEA  və  BMT-nin  “Ətraf  Mühit  üzrə 
Proqram”-ı təşkilatçılığı ilə 12-16 noyabr 2012-ci ildə Bakıda keçirilmişdir.  
Beynəlxalq  səviyyəli  layihənin  ilk  günü  2012-ci  ilin  iyununda  keçirilən 
“Rio+20  sammiti”-nin  yekunu  ilə  bağlı  beynəlxalq  gənclər  forumu  təşkil 
olunmuşdur.  17  noyabrda  isə  “Ətraf  Mühit  və  Sağlamlıq  üzrə  Avropa 
Nazirlər Şurasının III iclası” keçirildi. “Yaşıl İqtisadiyyat Dəyirmi Masası”, 
“Ətraf    Mühitin  Diplomatiyası  Kursu”,  Ənənəvi  Regional Məşvərət  İclası” 
layihə  həftəsi  zamanı  keçirilən    mühüm  tədbirlərdən  oldu.  Ümumilikdə  4 
                                                 
83
http://ideacampaign.org/az/g%C9%99nc_ekoloqlar%C4%B1n_beyn%C9%99lxalq_d%C3%BC%C5%9F%C9%9
9rg%C9%99si.html#.VWfXcs_tmko 
(son baxılma tarixi: 24.02.2015)
 


78 
 
gün  davam  edən  layihə  çərçivəsində  debatlar,  yerli  tələbələrlə  görüşlər, 
“TUNZA”  təşkilatının  üzvləri  tərəfindən  hazırlanan  təqdimatlar  həyata 
keçirildi.  Bundan  başqa,  “Yaşıl  həftə”  çərçivəsində  dünya  əhalisinin 
diqqətini  ekoloji  problemlərə  çəkmək  üçün  müxtəlif  aksiyalar  da  keçirildi. 
Belə  ki,  10  yaşıl  rəngə  boyadılmış  “London  taksisi”-nin  üzəri  müxtəlif 
şüarlar  yazılaraq  Parlament  prospektindən  Milli  Məclis  binasının 
qarşısınadək yürüş aksiyası keçirilmişdir.  
-
 
“Yaşıl  Korpus  yay  məktəbi”  layihəsi.  Layihə  “İDEA  İctimai  Birliyi”, 
“Vətəndaş  Cəmiyyətində  Debat  İctimai  Birliyi”,  “ATƏT-in  Baş  Ofisi”, 
“Azərbaycan  Respublikası  Gənclər  və  İdman  Nazirliyi”,  “Azərbaycan 
Respublikası Ekoloji və Təbii Sərvətlər Nazirliyi”,  “Təmiz Şəhər”ASC-nin 
dəstəyi ilə 2012-ci ilin yay aylarında Lənkəran şəhərində təşkil olundu. Yay 
məktəbinin  əsas  məqsədi  yerli  və  xarici  ekspertlərin  iştirakı  ilə  gənclərdə 
ekoloji  menecment  sahəsində  düzgün  nəzəri  və  praktiki  bacarıqları 
aşılamaqdır.  Layihə  iki  hissədən  ibarət  idi:  Təlim  və  tədris,  mədəni-idman 
proqramları.  Birinci  mərhələdə  iştirakçılar  komandalar  şəklində 
Azərbaycanın  cənub  bölgəsində  mövcud  ekoloji  problemlərlə  maraqlanmış 
və  ekoloji  problemlərin  həlli  istiqamətində  layihələr  hazırlanmış,  ikinci 
mərhələdə  asudə  vaxtın  səmərəli  təşkili  həyata  keçirilmişdir.  Həyata 
keçirilmiş  yay  məktəbi  çərçivəsində  müsabiqədən  uğurla  keçən  3  layihə  
maliyyələşdirilmiş və sentyabr-oktyabr aylarında reallaşdırılmışdır.  
-
 
“Yaşıl söhbət klubu” layihəsi. Layihə 2012-ci ilin iyun ayından etibarən hər 
həftə “İDEA İctimai Birliyinin Resurs Mərkəzi”-ndə təşkil olunur.  Yerli və 
xarici ekspertlərlə ekoloji problemlər və bu problemlərin həllində gənclərin 
rolu,  yaşıl  iqtisadiyyat  və  digər  yaşıl  məsələləri  əhatə  edən  söhbətlərin 
keçirilməsində  əsas  məqsəd  gənclərin  ingilis  dil  səviyyələrini  inkişaf 
etdirməkdir. 
-
 
“Təmiz şəhər naminə!” III yay məktəbi. 5-10 iyul 2012-ci ildə Şəki şəhərində 
keçirilən  yay  məktəbində  ekoloji  və  iqtisadi  təhlükəsizlik,  təbii  resursların 


79 
 
səmərəli və qənaətli istifadəsi, tullantıların idarə olunması sahəsində əhalinin 
məlumatlandırılması kimi aktual ekoloji problemlər müzakirə edilmişdir. 
-
 
“Qız  Qalası  ətrafında  uzunqanad  quşlarına  alternativ  yuvaların  qurulması” 
lahiyəsi.  Layihənin  məqsədi  güclü  külək  və  yağışlar  səbəbindən  “Qız 
Qalası”-nın  fasad  daşlarını  zədələnmədən  qorumaq  və  aprel  ayında  nəsil 
artırmaq dövründə Bakıya gələn uzunqanaq quşlarını (lat. Apus-apus) yuva 
ilə təmin etmək idi. Layihə 2012-ci ildə “İDEA İctimai Birliyi”-nin rəhbəri 
Leyla  xanım  Əliyevanın  təklifi  ilə  "İçərişəhər"  Dövlət  Tarix-Memarlıq 
Qoruğu  İdarəsi  tərəfindən  uzunqanad  quşlarına  Qız  Qalası  yaxınlığında 
alternativ  yuva  qurulmasına  qərar  verilməsi  ilə  həyata  keçirildi.  Layihə 
müddətində  fasad  daşları  zədələnən  boşluqlar  doldurulmuş,  həmin 
boşluqlarda  qurulan  yuvalar  isə  ətraf  ərazidə  500  alternativ  yuva  ilə  əvəz 
olundu. 
84
 
-
 
“Yer kürəsi uşaqların gözü ilə” gənclərin beynəlxalq fotomüsabiqəsi. Layihə 
“İDEA İctimai Birliyi”-nin təşəbbüsü əsasında dünya şöhrətli fotoqraf Reza 
Deqati,  Dünya  Fotoqrafçılıq  Təşkilatı  və  Böyük  Britaniyanın  "National 
Geographic"  uşaq  jurnalının  dəstəyi  ilə  həyata  keçirilmişdir.  1  iyun  - 
“Uşaqların beynəlxalq müdafiəsi günü” və 5 iyun - “Beynəlxalq ətraf mühit 
günü” ilə əlaqədar olaraq uşaqlar və gənclər arasında elan edilmiş  gənclərin 
beynəlxalq  fotomüsabiqəsinə  4000  fotoşəkil  daxil  olmuşdur.  Dünyanın  90 
ölkəsindən  minlərlə  uşağın  iştirakı  ilə  “Mən  təbiəti  sevirəm”  və  “Mən 
çirklənmədən qorxuram” devizləri altında keçirilən müsabiqə sosial və ətraf 
mühit mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk beynəlxalq 
layihə  hesab  olunur.  Müsabiqənin  sonunda  təqdim  olunmuş  şəkillər 
beynəlxalq  münsiflər  heyəti  və  məsləhət  şurasının  üzvləri  tərəfindən 
qiymətləndirilmişdir.  Qaliblər  qiymətli  hədiyyələrlə  təltif  edilərək  Bakıda 
2013-ci  ilin  may  ayında  baş  tutan  festival  və  sərgidə  iştirak  etmək  hüququ 
qazanmışlar. Festival və sərginin təşkilatçıları isə “İDEA İctimai Birliyi” və 
                                                 
84
 
http://ideacampaign.org/az/project_2012/ (son baxılma tarixi: 01.03.2015)
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə