Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

68 
 
ilə  qarşılayan  Ermənistan  hökumətinin  problemin  həllində  qeyri-konstruktiv 
mövqeyi problemin həllinin qarşısını alır.
76
 
        “Metsamor  AES”-in  Azərbaycan  üçün  təhlükəsi  bununla  da  bitmir.  Belə  ki, 
“Metsamor  AES”-in  radioaktiv  tullantıları  Azərbaycanın  işğal  olunmuş 
torpaqlarında basdırılır. Ermənistanın təhlükəli tullantılarının işğal olunmuş Füzuli 
və  Cəbrayıl  rayonlarının  ərazisinə  göndərdiyini  təsdiq  edən  sənədlər  isə 
Azərbaycan təmsilçiləri tərəfindən AŞPA-ya təqdim edilsə də, bugünə qədər lazımi 
nəticə alınmamışdır.
77
 
       Göründüyü kimi, beynəlxalq hüquq normalarına,  əxlaq meyarlarına zidd olan 
hidrodiversiya  və  hidroterror  aktlarında,  ekoloji  təxribatlarda  Ermənistanın  etnik 
təmizləmə siyasətinin təzahürləri getdikcə özünü daha qabarıq şəkildə büruzə verir. 
Praktiki  olaraq,  Ermənistan  ərazisindən  Azərbaycana  istiqamətlənən  transsərhəd 
çaylar  üzərində  sutəmizləyici  qurğular  yoxdur.  Hər  il  buradan  sənaye,  kənd 
təsərrüfatı  və  məişət  tullantıları  məqsədli  şəkildə  təmizlənmədən  həmin  çaylara 
axıdılır.  Tullantıların  tərkibindəki  neft  məhsulları,  fenollar,  ağır  metallar 
Azərbaycanda  əhalinin  sağlamlığına,  milli  genofonda,  ekologiyaya  ciddi  ziyan 
vurmaqdadır . 
       İşğal  olunmuş  ərazilərdə  erməni  işğalçılarının  canlı  təbiətə  qarşı  yönəlmiş 
əməlləri  barədə  Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi 
tərəfindən  “Avropa  Vəhşi  Təbiətin  və  Təbii  Ətraf  Mühitin  Mühafizəsi  üzrə  Bern 
Konvensiyası”-nın  Baş  Katibinə,  “Biomüxtəliflik  üzrə  Konvensiyası”-nın  İcraçı 
Katibinə,  BMT-nin  “İqlim  Dəyişmələri  üzrə  Çərçivə  Konvensiyası”-nın 
Katibliyinə, “Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyi”-nin 
Prezidentinə  rəsmi  müraciətlər  edilmiş,  beynəlxalq  təşkilatların  diqqətinə  bu 
istiqamətdə  təxirəsalınmaz  tədbirlərin  görülməsinin  zəruriliyi  çatdırılmışdır. 
Görülən tədbirlərə baxmayaraq, problem bugünə kimi həll edilməmişdir. 
 
 
                                                 
76
 
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=54859 (son baxılma tarixi:17.02.2015) 
77
 http://files.preslib.az/projects/azereco/az/eco_m2_8.pdf (son baxılma tarixi: 19.02.2015)
 


69 
 
3.2 BMT-nin “İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Kioto 
Protokolu” və Azərbaycanın bu protokola qoşulması.       
       Davamlı  və  dinamik  iqtisadi  inkişafa  nail  olmaq,  əldə  olunmuş  iqtisadi 
nailiyyətlərin  xalqın  sosial  rifahının  inkişafı  istiqamətində  istifadə  olunması 
Azərbaycan  Respublikasının  sosial-iqtisadi  siyasətinin  başlıca  prinsiplərindən 
biridir.  İnkişafın  davamlılığının  təmin  edilməsi  üçün  iqtisadi  fəaliyyət  zamanı 
lokal,  regional  və  qlobal  səviyyədə  yaranmış  ekoloji  problemlərin  həlli  də 
diqqətdən  kənar  qalmamalıdır.  Qlobal  ekoloji  problemlər  konteksində  milli 
səviyyədə  təlabatların  qiymətləndirilməsi,  ətraf  mühitin  müdafiəsi  istiqamətində 
idarəetmə  sisteminin  təkmilləşdirilməsi  və  müasir  qanunvericilik  bazasının 
yaradılması,  beynəlxalq  təşkilatlarla  əlaqələrin  genişləndirilməsi  ilə  mühüm 
layihələrin həyata keçirilməsində iştirak isə Azərbaycan ekoloji siyasətinin mühüm 
aspektlərindəndir. 
       Azərbaycan  Respublikası  Konstitutsiyasına  əsasən  Azərbaycan  Respublikası 
başqa  dövlətlərlə  münasibətlərini  hamılıqla  qəbul  edilmiş  beynəlxalq  hüquq 
normalarında  nəzərdə  tutulan  prinsiplər  əsasında  qurur.  Beynəlxalq  müqavilələrin 
bağlanması  hüququ  isə  Azərbaycan  Respublikasının  Prezidentinə  məxsusdur. 
Bundan  başqa,  beynəlxalq  konvensiyalardan  irəli  gələn  məsələlərin  həlli  üçün 
Prezidentin  sərəncamı  ilə  dövlət  və  mərkəzi  icra  orqanları  təyin  olunur.  Ekoloji 
problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan 
Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi,  “İDEA  İctimai  Birliyi”  də 
mühüm nailiyyətlər əldə etmişdir.
 
Həmçinin ölkə prezidenti cənab İlham Əliyevin 
göstərişi ilə 2010-cu ili Ekologiya ili”  adlandırmışdır.
 
        Bütün bu siyasətin davamıdır ki, bügün Azərbaycan ətraf mühitin mühafizəsi 
sahəsində  BMT-nin  “Ətraf  Mühit  Proqramı”,  “İnkişaf  Proqramı”,  Ümumdünya 
Vəhşi  Təbiət  Fondu,  Qlobal  Ekoloji  Fond  və  s.  ekoloji  təşkilatlarla  əməkdaşlığı 
davam etdirir və problemin birgə həlli ilə bağlı 20-dən çox konvensiyaya qoşulub. 
Qlobal  iqlim  dəyişikliyi  kimi  dünyanın  ən  aktual  ekoloji  problemlərinə  qarşı 


70 
 
mübarizə aparan BMT-nin “İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Kioto 
Protokolu” bu sənədlərdən sadəcə biridir. 
       Protokolun  hazırlanması  istiqamətində  ilkin  addım  1988-ci  ildə  BMT 
tərəfindən  dünyanın  300  aparıcı  klimatoloq  aliminin  daxil  olduğu  “İqlim 
Dəyişməsi  Problemləri  üzrə  Hökumətlərarası  Ekspert  Qrupu”-nun  yaradılması  ilə 
atıldı. Elə həmin il Kanadanın Toronto şəhərində alimlər və siyasətçilər atmosferə 
karbon  qazı  atılmalarının  azaldılması  yollarını  müzakirə  etdilər.  1992-ci  ildə  isə 
dünyanın  150  ölkəsi  tərəfindən  Rio-de-Janeyroda  BMT-nin  “İqlim  dəyişmələri 
üzrə  Çərçivə  Konvensiyasının  Konvensiyası”  imzalandı.  Sənəddə  qlobal 
istiləşməsinin  mənfi  nəticələrinin  qarşısını  almaq  üçün  cəhdlərin  beynəlxalq 
səviyyədə birləşməsinin zəruri olduğu göstərildi. Atmosferə istilik effekti yaradan 
qazların  konsentrasiyasını  stabilləşdirmək  isə  Konvensiyanın  əsas  məğzini  təşkil 
edirdi.  
       11  dekabr  1997-ci  ildə  192  dövlətin  iştirakı  ilə  Yaponiyanın  Kioto  şəhərində 
iqlim  dəyişiklikləri  ilə  bağlı  sayca  III  konfrans  keçirildi.  Konfransın  sonunda 
“İqlim  dəyişmələri  üzrə  Çərçivə  Konvensiyasının  Kioto  Protokolu”  qəbul  edildi. 
Protokolun 8  il sonra  qüvvəyə  mindi. Buna  səbəb  25-ci  maddə  ilə  əlaqələndirilir. 
Həmin  maddəyə  əsasən  Konvensiya  imzalayanların  ən  az  55-i,  hansı  ki,  payına 
ümumi karbondioksidi tullantılarının minimum 55%-i düşən inkişaf etmiş sənaye 
ölkələri  qrupuna  daxil  olan  ölkələr  tərəfindən  təsdiq  edildikdən  90  gün  sonra 
qüvvəyə  minir.  Bu  göstərici  18  oktyabr  2004-ci  ildə  Rusiyanın  protokola 
qoşulması  ilə  tamamlandı.  Beləliklə,  16  fevral  2005-ci  ildə  protokol  qüvvəyə 
mindi.  ABŞ  isə  protokolu  ratifikasiya  etmədi.  Kanada  və  İslandiya  2002-ci  ildə 
protokola qoşulan ölkələr oldu. 
       “Kioto protokolu”-na əsasən: 
-
 
Protokolu  imzalayan  dövlətlər  iqtisadi  inkişaf  səviyyəsinə  görə  2  qrupa 
ayrılır. İEÖ “Ek1”, İEOÖ isə “Ek2” qrupunu təşkil edir. Birinci qrupa daxil 
olan  38  ölkə  qlobal  iqlim  sisteminə  təhlükəli  antropogen  müdaxilənin 
qarşısını  almaq  üçün  5  adda  maddənin-karbondioksid,  metan,  azot  qazları, 
kükürd  və  sulfat  turşusunun  miqdarını  azaltmaq  öhdəliyini  yerinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə