Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   24   25   26   27   28   29   30   31   32

83 
 
Layihənin  həyata  keçirilməsində  məqsəd  ceyranların  Qafqazda  tarixən 
məskunlaşdığı  ərazidə  yayılması  və  say  artımını  təmin  etmək  olmuşdur. 
Ümumiyyətlə, hal-hazırda Azərbaycanda 9.000 baş ceyran var. Onlar Ağgöl 
Milli  Parkı,  Qobustan  Cəngiçay  vadisi,  Acınohur-Sarıca  düzənliyində 
saxlanılır.  110  baş  ceyran  isə  tarixi  yaşadıqları  ərazilərə  qaytarılmışdır. 
Ceyranların  sayının  lazımi  səviyyəyə  çatdırılması  onların  əlverişli  təbii 
mühitə  qaytarılması  və  çoxaldılması  istiqamətində  aparılan  işlərin 
nəticəsidir. 
-
 
“Hər  kağızı  bir  yarpağa  dəyişək!”  layihəsi.  Layihə  3  fevral  2014-cü  ildə 
“İDEA İctimai Birliyi”, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC tərəfindən 
“ASAN  xidmət”-nin  1,2,3  saylı  mərkəzlərində  həyata  keçirildi.  Layihə 
şərtlərinə əsasən dövlət qurumları, özəl təşkilatlar, sadə vətəndaşlar istifadə 
olunmuş  kağızları  Bakıda fəaliyyət  göstərən  “ASAN  xidmət”  mərkəzlərinə 
təhvil  verir,  kağızlar  mərkəzlərdə  qeydiyyata  alınır,  burada  yerləşdirilmiş 
konteynerlərdə çəkilir və hər 50kq kağız qarşılığında 1 ağac verilir. Verilmiş 
ağaclar isə Bakı şəhərinin müxtəlif ərazilərində əkildi. 
-
 
"Məhəbbət ağacı" layihəsi. Layihə dünyanın bir çox ölkələrində mövcud olan 
“dilək  ağacları”  inancından  yaranmışdır.    Belə  ki,  həmin  inanca  görə  ağac 
budaqlarına  lentlərin  bağlanılması  və  ya  üzərində  təsirli  sözlər  yazılmış 
suvenirlərin asılması ilə arzular reallaşacaq. Belə bir aksiya 14 fevral 2014-
cü ildə  “İDEA  İctimai  Birliyi”,  “Bakı”  jurnalı,  “YARAT  Müasir  İncəsənət 
Məkanı”-nın 
təşkilatçılığı  ilə  Bakıda  Dənizkənarı  Milli  Parkda 
keçirildi. Metal  konstruksiyalardan  təşkil  olunmuş  metal  ağacın  budaqları 
üzəri cütlüklərin duyğularının ifadə olunduğu qıfıllarla bəzədilmişdi. Rəmzi 
ağacın  metal  konstruksiyadan  seçilməsi  isə  cütlüklərin  duyğularının 
möhkəmliyinin  ifadəsi  idi.  Aksiyada  “Heydər  Əliyev  Fondu”-nun  vitse-
prezidenti, “İDEA İctimai Birliyi”-nin təsisçisi Leyla Əliyeva şəxsən iştirak 
etmişdir. 
-
 

Qafqaz  Biomüxtəlifliyi  Sammiti”.  Sammit    7  may  2014-cü  ildə  Bakıda 
“Heydər  Əliyev  Mərkəzi”-ndə  “İDEA  İctimai  Birliyi”  tərəfindən  təşkil 


84 
 
olundu.  Sammitin  məqsədi  bəbir  və  pişikkimilərin,  ikonik  heyvanların 
mühafizəsini  təşkil  etmək  və  bu  istiqamətdə  bilik  və  təcrübələri  inkişaf 
etdirmək  idi.  Dünyanın  qabaqcıl  ikonik  mütəxəssisləri,  beynəlxalq  ekoloji 
QHT nümayəndələri, Qafqaz regionundakı tərəfdaşlar və yerli akademiklər 
sammitin əsas iştirakçıları idi. 
-
 
“3D eko qraffiti” layihəsi. Layihə “İDEA İctimai Birliyi” və “YARAT Müasir 
İncəsənət  Məkanı”-nın  təşkilatçılığı  ilə  2014-cü  ilin  sentyabrında   Bakı 
şəhərinin  mərkəzi  parklarından  birində  -  Dədə  Qorqud  parkında  keçirildi. 
İncəsənət  yolu  ilə  insanların  diqqətini  ekoloji  problemlərə  çəkmək, 
Azərbaycan  ərazisində  məskunlaşmış  və  nəsli  kəsilmək  təhlükəsi  olan, 
“Qafqazın  böyük  beşliyi”-nə  daxil  olan  heyvanları-qonur  ayı,  imperator 
qartalı,  boz  canavar,  ceyran  və  Qafqaz  bəbirin  mühafizəsi  layihənin  əsas 
məqsədləri idi. Yerüstü qraffiti əsəri İngiltərədən dəvət olunmuş qraffitistlər 
- Eduard Şiron, Ceyms Titçner və Culiyan Fetin tərəfindən 3D formatında 5 
gün ərzində işlənmişdir
.
 
-
 
Eko  Rəsm  Gündəliyi  2014”  beynəlxalq  müsabiqə.  Müsabiqə  2014-cü  ilin 
oktyabrın  ayında  “İDEA  İctimai  Birliyi”nin  təşəbbüsü,  UNESCO-nun, 
Heydər Əliyev Mərkəzi və Panasonic şirkətinin təşkilati dəstəyi ilə keçirildi. 
Ekoloji  problemləri  çəkdikləri  rəsmlər  və  onları  qısa  mətnlərdə  ifadə  edən 
məktəblilərin  beynəlxalq  rəsm  müsabiqəsinin  keçirilməsində  əsas  məqsəd 
kiçik yaşlarından ekoloji düşüncə tərzini, ətraf mühitin mühafizəsi sahəsində 
maarifləndirməni  inkişaf  etdirmək  idi.  Layihənin  sonunda  “İDEA  İctimai 
Birliyi”, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, UNESCO, Panasonic şirkəti, KİV və 
QHT  nümayəndələrindən  ibarət  münsiflər  heyətinin  dəyərləndirməsi 
nəticəsində qaliblər mükafatlandırılmışdır
.
 
-
 
“Sahibsiz  heyvanların  sığınacaqlarla  təmin  olunması”  layihəsi.  2014-cü  ilin 
oktyabr  ayında  keçirilmiş  layihə  çərçivəsində  Bakının  Qaradağ  rayonunda 
5.000  sahibsiz  heyvanlar  üçün  sığınacaq  kompleksi  tikilmiş,  Sabunçu 
rayonunun  Balaxanı  qəsəbəsində  isə  sahibsiz  itlər  üçün  nəzərdə  tutulan 


85 
 
müvəqqəti  sığınacaq  yenidən  təmir  olunmuş  və  40  ədəd  it  damı 
yerləşdirilmişdi. 
-
 
“Ümumrespublika  Yaşıllaşdırma”  marafonu.  “Heydər  Əliyev  Fondu”-  nun 
vitse-prezidenti, “İDEA İctimai Birliyi”-nin təsisçisi və rəhbəri Leyla xanım 
Əliyevanın  təşəbbüsü  ilə  yaşıllıq  sahələrinin  azaldılmasının  yarada  biləcək 
fəsadlarını  ictimaiyyətin  diqqətinə  çatdırmaq  və  bu  istiqamətdə  birgə 
mübarizə aparmaq məqsədi ilə başladılmışdır. Layihə 5 noyabr 2014-cü ildə 
başlansa  da,  ağacların  növbəti  iki  əkin  mövsümündə  (noyabr  ayı  və  mart 
ayının sonu aprel ayının əvvəllərində) əkilməsi, ümumilikdə isə marafonun 
may  ayının  əvvəllərində  başa  çatması  nəzərdə  tutulmuşdu.  Layihə 
çərçivəsində  Azərbaycan  Respublikasının  76  rayon  və  şəhər  icra 
hakimiyyətinin iştirakı ilə ölkə ərazisində 1 milyondan artıq ağac əkildi. 
-
 
“Alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadəyə  keçid:  dünya 
təcrübəsi  və  Azərbaycanda  görülmüş  işlər  və  perspektivlər”  mövzusunda 
seminar.  Seminar  4-5  dekabr  2014-cü  ildə  “İDEA  İctimai  Birliyi”  və 
“Azərbaycan  Respublikası  Prezidenti  yanında  Dövlət  İdarəçilik 
Akademiyasında  yerləşən  Resurs  Mərkəzi”-ndə  “Ekologiya  fakultəsi”-ndə 
təhsil alan 30-a yaxın gəncin iştirakı ilə keçirildi. Seminarın keçirilməsində 
əsas  məqsəd  alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadənin 
iqtisadi  və  ekoloji  cəhətdən  üstünlüklərini  və  bu  sahədə  istər  ölkə 
mütəxəssislərinin,  istərsə  də  xarici  mütəxəssislərinin  təcrübəsindən  istifadə 
edilərək peşəkar yanaşmanın tətbiq edilməsi idi.
86
 
-
 
“Ağacların kəsilməsinə yox!” proqramı. Proqram “Heydər Əliyev Fond”-u və 
“İDEA  İctimai  Birliyi”  təşkilaçılığı  ilə  Azərbaycanda,  xüsusilə  Bakı 
şəhərində  qeyri-qanuni  ağac  kəsilməsinin  qarşısını  almaq  məqsədi  ilə 
yaradıldı.  Problemin  birgə  həlli  üçün  “1113  təbiətə  təcili  yardım”  qaynar 
xətti və mobil qrupu yaradıldı. 
-
 
“Yer  saatı”  kompaniyası.  Kompaniya  dünya  ictimaiyyətinin diqqətini  qlobal 
iqlim  dəyişikliklərinə  çəkmək  məqsədi  ilə  dünyada  ilk  dəfə  olaraq  2007-ci 
                                                 
86
 
http://ideacampaign.org/az/p_2014/ (son baxılma tarixi:07.03.2015)
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə