Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

53 
 
olmaq  üçün  kifayətdir.  Bir  məsələ  də  vurğulanmalıdır  ki,  qlobal  güclərin 
maraqlarının  toqquşduğu  bu  bölgədə  su  nəinki  diplomatik  vasitə,  hətta 
diplomatik silah hesab oluna bilər. Bütün bu səbəblərə görə qarışıqlıq yaratmaq 
istəyən  qüvvələrin  su  müharibələri  strategiyaları  mövcuddur.  Məhz  bu 
prizmadan yanaşdıqda, region tarixə "su müharibəsi” adı altında düşməyə ən real 
namizəddir. 
       Nil  hövzəsi:  Nil  çayı  hövzəsi  ölkələrindən  Misir-Efiopiya-Sudan-Cənubi 
Sudan halqasında artıq ilk qırılma baş vermişdir. İlkin qarşıdurma Sudan-Cənubi 
Sudan  arasında  yaşandı.  Münaqişənin  səbəbi  kimi  neft  və  qaz  ehtiyatları 
göstərilsə  də,  əsas  səbəb  su  resursları  idi.  Misir  isə  su  resurslarından  istifadə 
zamanı Sudanın yaratdığı problemlərə qarşılıq olaraq, Cənubi Sudanı dəstəklədi. 
Bu isə müsəlman həmrəyliyinə zidd bir addım kimi qiymətləndirildi.
54
 
       Digər münaqişə ocağı Efiopiya-İsrail-Misir arasında yaşanır. Belə ki, region 
ölkələrindən  Efiopiya  İsrail  ilə  fəal  əməkdaşlıq  edir.  Bu  əməkdaşlıqda  İsrailin 
məqsədi  Misirin  qaz  sanksiya  və  təhdidlərinə  qarşı  Efiopiya  vasitəsi  ilə  Misir 
üçün  su  təhdidi  yaratmaqdır.  İsrailin  Sudandakı  silah  zavodunu  bombalaması, 
bunun ardından İran donanmasına aid gəmilərin Sudana getməsi regionda gərgin 
vəziyyətdən  xəbər  verir.  Beləliklə,  Misirin  enerji  təzyiqinə  qarşı  İsrail-Efiopiya 
su  diplomatiyası  ilə  cavab  verir.  Misir  hökuməti  isə  Nil  sularına  yönələn 
istənilən addımı təhdid hesab edərək müharibəyə başlayacağını bildirir.
55
 
     
İordan çayı hövzəsi: İsrail, Fələstin, Livan və Suriya regionun su qıtlığından 
əziyyət  çəkən  ölkələridir.  Regionda  problemli  vəziyyətin  yaranmasında  əsas 
səbəb İsrailin sudan istifadəyə dair çox ciddi kvotalar qoyması göstərilir. Bu isə 
ərəb  dünyasında  narazılıqla  qarşılanır.  Eyni  zamanda,  İordan  çayı  o  qədər  də 
sulu  deyil  və  suyun  miqdarı  tədricən  daha  da  azalır.  Regionda  su  uğrunda 
mübarizənin  digər  səbəbi  İsrailin  1967-ci  il  müharibəsində  zəbt  etdiyi  Holan 
yüksəkliyidir.  İordan  çayı  bu  ərazidən  keçir,  ümumisrail  kəmərini  su  ilə  təchiz 
                                                 
54
 A. Kıran “Ortadoğu’da su savaşı- bir çatışma ya da uzlaşma alanı ” (2006), sayfa [ 257 ] 
55
 Y.Acar “Sınıraşan sular ve hukuksal çerçeve” (2005), sayfa [ 52 ] 
 


54 
 
edən Tiveriad gölü də burada yerləşir. Buna görə də Holan təpələrini bölgədə su 
diplomatiyasının həlledici oriyentiri hesab etmək olar.  
          Regionun digər problemi əsas su  mənbələrindən hesab olunan Ölü Dənizin 
səviyyəsi hər il 1 metr azalmasıdır. Hesablamalara görə hazırkı dinamika davam 
edərsə, göl 2050-ci ilədək xəritədən silinəcək. Bu su mənbəyindən istifadə edən 
ölkələr arasında İordaniya və İsrailin müxtəlif təşəbbüsləri olsa da, vəziyyətdən 
çıxış  yolu  ilə  bağlı  razılıq  əldə  etmək  mümkün  olmamışdır.  Bütün  bunlar 
səbəbindən,  su  resursları  uğrunda  hər  hansı  silahlı  münaqişənin  yaranması  hər 
zaman gündəmdədir. 
       Dəclə-Fərat  hövzəsi:  Dəclə  və  Fərat  çayları  bir  tərəfdən,  Türkiyə-İraq- 
Suriya  arasında,  digər  tərəfdən  isə  İran-İraq  arasında  münasibətlərdə  öz  təsirini 
göstərir.  Regionda  su  faktorunun  səbəb  olduğu  müharibələrdən  biri  İran-İraq 
arasında  yaşanmışdır.  1980-1988-ci  illərdə  baş  vermiş  müharibədə  əsas 
bəhanələrdən  biri  də  Dəclə  və  Fərat  çaylarının  qovuşmasından  yaranan  Şəttül-
Ərəb çayının bölüşdürülməsi olmuşdur. 
       Hal-hazırda  da  su  resursları  regionda  strateji  əhəmiyyət  daşıyır.  ABŞ-ın 
İraqa daxil olmasından sonra yeni geosiyasi vəziyyət yaranmışdır. Belə ki, əgər 
əvvəllər  Türkiyə  İraq  və  Suriyanın  su  iddiaları  qarşısında  tək  idisə,  indi  İraqın 
şimalındakı Kürdüstan muxtariyyəti bu iddialarda Türkiyəni dəstəkləyir.
56
 
         Türkiyə  problemin  həllini  ölkənin  cənubunda  yerləşən  və  dövrünün  ən 
nəhəng  layihələrindən  biri  olan  Güneydoğu  Anadolu  Projesinə  (GAP)  həyata 
keçirməklə  başlamışdır.  Fərat  çayı  üzərində  21  su  anbarı,  19  SES-in  tikintisini 
nəzərdə tutan layihə region üçün strateji  əhəmiyyətə malikdir. Layihənin həyata 
keçirilməsi  nəticəsində  1,8  milyon  ha-lıq  ərazi  suvarılması  və  ildə  23  milyard 
km/saat  elektrik  istehsal  edilməsi  üçün  nəzərdə  tutulmuşdur.
57
  Layihəyə  cavab 
olaraq,  Türkiyənin  Fərat  çayından  ayıracağı  500  m
3
/san  suyu  az  hesab  edən 
Suriya Fərat çayı üzərində Tabqa və Baas hasarları çəkmiş, yeni anbar layihələri 
                                                 
56
 
Y. Karakılçık, H. Erkul “Sürdürülebilir akarsu yönetimi ve tersine akannehir”, (2000), sayfa [ 196 ] 
57
 USAİD’s report: Economic strategic and political developments in GAP”, (2008), sayfa [ 28 ]
 


55 
 
hazırlamışdır.
58
  Təlabatını  ödəmək  üçün  700  m
3
  su  istəyən  və  bu  tələbi  yerinə 
yetirilməyən İraq isə Fərat çayı üzərində Ramada və Kut hasarlarını tamamlamış, 
Bağdad yaxınlığında inşa etdirdiyi kanal vasitəsi ilə Dəclə çayının sularını Fərat 
çayına istiqamətləndirmişdir.
59
 
       İsrail isə öz milli və iqtisadi təhlükəsizliyini ərəb ölkələri arasında qorumaq 
üçün bütün alternativ mənbələrə çıxışına güclü nəzarət edir. Bu mənada İsrailin 
milli  təhlükəsizlik  strategiyasında  su  resurslarına  çıxış  ən  zəif  bənddir.  Türkiyə 
isə  GAP  layihəsini  həyata  keçirməklə  regionda  İsrail  də  daxil  olmaqla,  bütün 
dövlətlərə təsir gücünü artırmaq imkanı yaradır. Məhz bu baxımdan, Qərb-İsrail 
birliyi Türkiyənin su diplomatiyasına qarşılıq verməyə çalışır. 
       Məsələ  ilə  bağlı  Avropa  İttifaqı  Türkiyənin  bu  quruma  üzvlüyü  prosesində 
qabaqlayıcı addımlar nəzərdə tutur: Aİ Dəclə və Fərat çaylarının suyu və çaylar 
üzərində  tikilən  qurğuların  İsrail  də  daxil  olmaqla,  regionun  digər  ölkələri  ilə 
birgə  istifadəsini  Türkiyənin  quruma  üzvlüyü  prosesində  müzakirələr  üçün  şərt 
olaraq irəli sürmüşdür. Halbuki, bu şərt Avropaya inteqrasiya baxımından heç bir 
əhəmiyyət kəsb etmir, hətta Türkiyə Aİ-yə üzv olacağı təqdirdə İttifaqın Yaxın 
Şərqə  təsir  mexanizmi  kimi  faydalı  ola  bilər.  Görünən  isə  odur  ki,  su 
diplomatiyası Türkiyə-İsrail və Türkiyə-Avropa İttifaqı münasibətlərində böyük 
əhəmiyyətə malikdir.
60
 
      Tibet: Su resurslarının münaqişəyə səbəb ola biləcəyi başqa bir həssas halqa 
Çin-Hindistan-Banqladeş arasındadır. Bölgədəki 8 çay 1 milyard 800 min insan 
üçün həyati əhəmiyyət daşıyır. 
        
Qonşu  dövlətlərin  hidroproblemlərini  nəzərə  almadan  müstəqil  su  siyasəti 
yürüdən Çin  uzunluğu 2900 kilometrə çatan Brahmaputra çayı üzərində indiyədək 
10 bənd tikib istifadəyə vermişdir. Daha 18 bəndin də inşası da sürətləndirmişdir. 
Həmin  hidroqurğular  da  istismara  buraxıldıqdan  sonra  Hindistanın  şimal-şərq 
hissəsində  və  Banqladeşdə  şirin  su  çatışmazlığı  fəlakət  həddinə  çatacaqdır.  Bu 
ölkələrin  etirazlarına  məhəl  qoymayan  Çin  hökuməti  hidroloji  planlarına  əlavə 
                                                 
58
 O.Tiryaki “Sınıraşan sular ve Ortadoğu’da su sorunu”, (2010), sayfa [ 167 ] 
59
 SİSAV “Ortadoğu ve geleceği”, (2000), sayfa [ 112 ]
 
60
 
A. Kıran “Ortadoğu’da su savaşı- bir çatışma ya da uzlaşma alanı ” (2006), sayfa [ 99 ]
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə