Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə29/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   25   26   27   28   29   30   31   32   ...   63

Maddənin Həqiqəti Niyə Əhəmiyyətli  Bir Mövzudur?
113
Sıxıntı və çətinliklər də yuxuda görülən xəyallar kimidir
Bəzi  insanlar  sadəcə  müəyyən  şeylərin  beyinlərində  meydana  gələn 
görüntülər  olduğunu  düşünərək  bəzi  hadisələrdə  bu  həqiqəti  unudurlar. 
Əslində isə baş verən hadisənin nə olduğundan asılı olmayaraq, insan həyatının 
hər  anında  beynindəki  xəyali  görüntüləri  yaşayır.  Məsələn,  iflasa  uğrayan  iş 
adamı əslində beynindəki iş yeri görüntüsündə, beynində əmələ gələn insan 
görüntüləri  ilə  təmasda  olur.  Ticarətini  etdiyi  əşyanın,  bu  əşyanın  əvəzində 
aldığı pulun hamısı zehnində meydana gələn hisslərdir. Bu insan bütün pulunu 
itirdikdə əslində pulun görüntüsünü itirir. İş yeri və bütün əşyaları müsadirə 
Uğuruna görə mükafat alan insan 
beyninin içindəki mükafatı alır və 
beyninin içində əmələ gələn insan 
görüntüləri tərəfindən alqışlanır.


XƏYALIN DİGƏR ADI: MADDƏ
114
edilən  insan  beynində  əmələ  gələn  əşya  və  iş  yeri  görüntülərini  itirmişdir. 
Avtomobili oğurlanan insan da yenə zehnində seyr etdiyi avtomobil xəyalını 
itirmişdir. Həyatı boyu bir an belə təmasda olmadığı, amma buna baxmayaraq, 
sahib olduğu görüntünü artıq görə bilmir.
Sadəcə  bunlar  da  deyil,  həyatı  boyu  yaşadığı  bütün  çətinliklər  insanın 
beynində əmələ gəlir. Məsələn, daxili çaxnaşmanın hakim olduğu ölkədə hər 
an ölüm təhlükəsi altında yaşayan, düşmən əsgərlərinin hücumları ilə hər an 
qarşı-qarşıya  gələn  insan  əslində  beynində  əmələ  gələn  düşmən  əsgərlərinin 
görüntüsü ilə qarşı-qarşıyadır. Hücum zamanı yara alan, qolunu itirən insan da 
beynindəki qol görüntüsünü itirir, bütün ağrı hissi beynində hiss kimi əmələ 
gəlir. Düşmənlərinin hədə-qorxuları, kinli və təcavüzkar sözləri də beynində 
əmələ gələn səslərdən ibarətdir.
Beləliklə,  çətinliklər,  sıxıntılar,  qorxu  meydana  gətirən  hadisələr  də 
insanın  beynində  meydana  gələn  xəyallardır.  Gördüyü  görüntülərin  həqiqi 
tərəfini bilən insan içinə düşdüyü çətinliyə görə sıxıntı keçirməz, bunlara görə 
şikayətlənməz. Ən təcavüzkar və təhlükəli düşmənin qarşısında belə beynindəki 
xəyallarla qarşı-qarşıya olduğunu bilərək qorxu və ümidsizliyə qapılmaz. Hər 
birinin  Allahın  yaratdığı  görüntülər  olduğunu  və  Allahın  bunları  hikmətlə 
Bir insan nə qədər çətinliklə qarşılaşsa da, 
hər hadisə beynində meydana gəlir. Bir insan 
keçmişini, məsələn, əksəriyyət kasıblığını necə 
düşünüb zehnində canlandırırsa, yaşadığı an da 
beyninin içində meydana gəlir.


Maddənin Həqiqəti Niyə Əhəmiyyətli  Bir Mövzudur?
115
yaratdığını bilər. Nə ilə qarşılaşsa da, Rəbbimizə olan təslimiyyət və etibarın 
verdiyi rahatlıq içində olar. Belə ki, Allah bir çox ayəsində inananlar üçün qorxu 
və kədər olmayacağını bildirmişdir:
Şübhəsiz:  “Rəbbimiz  Allahdır!”  -  deyənlərin,  sonra  da  möhkəm 
duranların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər! 
(Əhqaf surəsi, 13)
Həyatı  boyu  gördüyü  bütün  hadisələrin,  eşitdiyi  bütün  səslərin Allahın 
beynində yaratdığı görüntülərilə təmasda olduğunu bilən insan qorxmaq, boş 
yerə  sıxılıb  kədərlənmək,  təşvişə  düşmək  yerinə  bu  görüntülərin  və  özünün 
Yaradanı  olan,  sonsuz  dərəcədə  mərhəmətli  və  şəfqətli  olan Allaha  təvəkkül 
edər.
İnsanların həyatları boyu yaşadıqları bütün çətinlik və sıxıntıya səbəb olan 
hadisələr də əslində beyinlərinin içində meydana gəlir. Bu həqiqəti bilən insan 
qarşılaşdığı hər hadisəyə səbir edər. Allahın hər şeyi xeyirlə yaratdığını bilər və 
təvəkküllü davranar.


XƏYALIN DİGƏR ADI: MADDƏ
116
Maddənin həqiqəti gizlədilmədikdə 
əmələ gələcək mühit
Maddənin  əsli  ilə  təmasda  olmadıqlarını,  yalnız  Allahın  onlara  seyr 
etdirdiyi görüntülərlə sıx təmasda olduqlarını bilən insanların bütün həyatları, 
həyata baxışları və mühakimə meyarları da dəyişəcək. Bu, həm şəxsi, həm də 
ictimai  mənada  faydalı  dəyişiklik  olacaqdır.  Çünki  bu  həqiqəti  görən  insan 
Allahın Quranda bildirdiyi üstün mömin əxlaqını asanlıqla yaşayacaqdır.
Dünyaya əhəmiyyət verməyən, maddənin xəyal olduğunu anlayan insanlar 
mənəviyyata əhəmiyyət verəcəklər. Allahın hər an onu eşitdiyini və gördüyünü 
bilən, etdiyi hər hərəkətə görə axirətdə hesab verəcəyini dərk edən şəxs, təbii 
ki, gözəl əxlaqlı olacaq, Allahın əmr və qadağalarına əməl edəcəkdir. Beləliklə, 
cəmiyyətdə  hər  kəs  bir-birinə  qarşı  sevgi  və  hörmətlə  yanaşacaq,  yaxşı  və 
gözəl davranmaqda hər kəs bir-birilə yarışacaq. İnsanlar arasındakı mühakimə 
meyarları  dəyişəcək,  maddə  dəyərini  itirəcək  və  beləliklə,  insanlar  arasında 
üstünlük mövqe və vəzifəyə görə deyil, əxlaq və təqvaya görə olacaq. Heç kim 
xəyalın arxasınca qaçmayacaq, hər kəs həqiqətin arxasınca gedəcəkdir. İnsanlar 
“kim nə fikirləşər?” -təfəkkürü ilə deyil, “Allah nə etsəm məndən razı qalar?” 
-düşüncəsilə hərəkət edəcəklər. Mal, mülk, mövqe və vəzifədən qaynaqlanan 
qürur, lovğalıq, təkəbbür hisslərinin yerini təvazö və acizliyini çox yaxşı anlama 
hissi  alacaqdır.  Ona  görə,  insanlar  Quranda  bəhs  edilən  bütün  gözəl  əxlaq 
nümunələrini sevərək və istəyərək yaşayacaqlar. Sadalanan bu dəyişikliklər isə 
dövrümüzdəki cəmiyyətlərin bir çox problemini, təbii ki, aradan qaldıracaq.
Kiçik mənfəətlər üçün belə əsəbiləşən, hirslənən, təcavüzkar olan insanların 
yerini hər gördüyünün xəyalı ilə təmasda olduğunu bilən, buna görə əsəb, hirs, 
bağırmaq kimi münasibətlərin onu alçaldacağını bilən insanlar alacaq. Beləliklə, 
insanlar və cəmiyyətlərə rahatlıq və etibar hakim olacaq, hər kəs həyatından 
və sahib olduqlarından razı qalacaqdır. Elə insanlardan gizlədilən bu həqiqətin 
insanlara  və  cəmiyyətlərə  qazandıracağı  nemətlərin  bir  qismi  bunlardır.  Bu 
həqiqətin bilinməsi, düşünülməsi və yaşanılması ilə birlikdə insanlar daha bir 
çox  gözəlliklərə  qovuşacaqlar.  Bu  gözəlliklərə  qovuşmaq  istəyən  şəxslər  bu 
böyük həqiqəti yaxşı düşünməli və anlamağa çalışmalıdırlar. Allah bir ayəsində 
belə bildirir

 
Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, 
kim görməsə, öz əleyhinədir... (Ənam surəsi, 104)


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə