Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə28/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   24   25   26   27   28   29   30   31   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
110
Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında 
öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu, elə bir 
yağışa  bənzəyir  ki,  onun  yetişdirdiyi  bitki  əkinçilərin  xoşuna  gələr. 
Sonra  o  quruyar  və  sən  onun  saralıb-solduğunu,  daha  sonra  çör-çöpə 
döndüyünü  görərsən.  (Kimisini)  axirətdə  şiddətli  əzab,  (kimisini  də) 
Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa 
bir şey deyildir. (Hədid surəsi, 20)
İnsanlar dünya həyatında malik olduqlarını hesab etdikləri bu görüntülərin 
əslində xəyal olduğunu anladıqda boş yerə kədərlənib həvəsləndiklərini, boş 
yerə vaxt keçirib əyləndiklərini anlayırlar. Malik olduqları üçün hirslənənlər, 
onlar üçün insanlara acıqlanıb qışqıranlar, əsəbiləşənlər, stola yumruq vuranlar 
maddənin  əsli  ilə  heç  cür  təmasda  ola  bilmədiklərini  anladıqda  yuxuda 
insanlara  hücum  edən,  əsəbiləşən,  qışqıran  insan  vəziyyətinə  düşəcəkləri 
üçün bundan çox utanır və həddindən artıq peşman olurlar. Əslində onlara bu 
görüntüləri  göstərən Allahın  razı  olacağı  şəkildə  davranmaq  lazım  gəldiyini 
dərhal anlayırlar. Bu həqiqəti qavrayanlar, yəni möminlər isə belə deyirlər:
De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin 
Rəbbi Allah üçündür! (Ənam surəsi, 162)
Bu vacib cəhəti unutmaq olmaz: bu həqiqəti həyatının hər hansı bir anında 
qavrayan insan heç vaxt gecikmiş hesab edilməz. Çünki dərhal həyata baxışını 
və bütün həyatını bu həqiqətə görə nizama salaraq artıq xəyallar üçün deyil, 
tək mütləq varlıq olan Rəbbimiz üçün yaşamağa başlaya bilər. Allah hər zaman 
qullarını bağışlayandır.
Bu həqiqəti görməməzliyə vuraraq, öz fikirlərinə görə hiyləgərlik edib tək 
mütləq varlığın Allah olduğunu qəbul etməyənlər isə öz-özlərini böyük tələyə 
salmış olurlar. Allah onların bu vəziyyətini belə xəbər verir:
Onların  dünyada  gördükləri  işlər  puç  olmuş  və  bütün  əməlləri  boşa 
çıxmışdır! (Hud surəsi, 16)
İnsan bu həqiqəti bu an qəbul etmək istəməsə və bütün malik olduqlarını 
mütləq  varlıqlar  qəbul  edərək  özünü  aldatsa  da,  nəticədə  ölümündən  sonra 
dirildildikdə, yəni axirətdə hər şey çox aşkar surətdə üzə çıxacaqdır. O gün, 
ayədə də bildirildiyi kimi, “görmə sərrastdır” (Qaf surəsi, 22) və hər şeyi daha 
açıq şəkildə anlayacaqdır. Amma əgər dünyadakı həyatını xəyali məqsədlərin 


Maddənin Həqiqəti Niyə Əhəmiyyətli  Bir Mövzudur?
111
arxasınca qaçaraq sərf etmişsə, arzu edəcək ki, kaş ki, orada heç yaşamayaydı. 
“Kaş o (ölüm) qəti olaydı! Mal-dövlətim mənə heç bir fayda vermədi. Mülküm 
də məhv olub getdi!” (Haqqa surəsi, 27-29) -deyərək həlak olacaqdır.
Maddənin həqiqətini dərk edənlərin itən təkəbbürü
Bu  açıq  həqiqəti  anlayan  bəzi  insanların  -öz  ifadələri  ilə  desək-  “kefi 
pozulur”.  Fabriklərinin,  evlərinin,  avtomobillərinin,  mallarının,  övladlarının, 
həyat yoldaşlarının, yaxınlarının, vəzifələrinin sadəcə beyinlərindəki surətləri 
ilə təmasda olduqlarını anladıqda Allah qarşısındakı acizlikləri və gücsüzlükləri 
də açıq şəkildə sübut edilmiş olur. Həm özləri, həm malik olduqları şeylər, hətta 
bütün kainat xəyaldır, özləri də bir “heç” olduqlarını anlayırlar. Yerdə qalan isə 
sadəcə “mən” dedikləri ruhlarıdır. Bu ruhu da onlara verən Allah olduğu üçün 
bu şəxs əvvəlcədən imansız da olsa, qəti şəkildə Allaha iman edir və Ona
 təslim 
olur

Sahib olduğu ad-sanı ilə lovğalanan
insanların ona göstərdiyi maraqdan 
azğınlaşan insan arxasından qaçanların, 
onunla maraqlananların əslində 
beynində əmələ gələn görüntülər 
olduğunu öyrəndikdə bütün kefi 
pozular. Təkəbbürünün heç bir 
mənasının olmadığını görər.


XƏYALIN DİGƏR ADI: MADDƏ
112
İnsan bu həqiqətləri qavradıqda qürur, lovğalıq, təkəbbür hisslərinin yerini 
təvazökarlıq və acizliyini çox yaxşı anlama hissi alır. Belə bir insana dünyanın 
bütün  zənginliyi,  ən  mühüm  vəzifəsi  də  verilsə,  bu  insan  azğınlaşmayacaq, 
lovğalanıb zalım olmayacaq. Heç bir vaxt Allahın ona göstərdiyi görüntüləri 
seyr  etdiyini  unutmayacaq  və  xəyalların  içinə  dalmayacaq..  Bu  fövqəladə 
həqiqət həvəs, lovğalıq, əzəmətlə bərabər kin, nifrət, əsəb kimi mənfi hissləri də 
aradan qaldıracaqdır. Hər şeyin xəyal olduğunu bilən insanlar xəyallar üçün bir-
birləri ilə rəqabətə girməyəcək, bir-birlərinə bu səbəbdən kin bəsləməyəcək və 
düşmənlik etməyəcəklər. Hər kəsin özünü sadəcə Allaha təslim etdiyi mühitdə 
təvazökarlıq, təslimiyyət, şəfqət, hörmət, sevgi və səmimiyyət əmələ gələcəkdir.
Bu səbəbdən, insanların bu həqiqəti anlamaq istəməməyi, bu həqiqətdən 
qorxub qaçması çox məntiqsizdir. İmansız insanı bu həqiqətlər qorxuda bilər. 
Çünki bu həqiqətləri qəbul etdikdə Allahın varlığını da qəbul edəcəkdir. Ancaq 
imanlı insanların maddənin zehində Allahın yaşatdığı xəyali görüntü olduğu, 
tək  mütləq  varlığın  isə  Allah  olduğu  həqiqətinə  böyük  sevinc  və  əminliklə 
inanmalıdırlar. İmanlı insanın Allahın bu möhtəşəm sənətindən qorxaraq bunu 
anlamaq  istəməməsi  ağılsız  davranış  olar.  Çünki  həqiqət  açıq-aşkar  ortada 
ikən ağıla gətirməyərək, düşünməyərək, kölgə görüntünün aydınlığına və üç 
ölçülü formasına aldanmağa davam etmək mənasızdır. Mömin həqiqətlərdən 
qorxmaz,  həqiqətin  gözəlliyini  və  dərinliyini, Allahın  qüsursuz  sənətinin  bu 
sistem içərisində necə daha da möcüzəvi hala gəldiyini düşünər.
Bu həqiqət dünyaya həvəslə bağlananları qorxudur
Gördüyü işə görə mükafat alan insan beynindəki mükafatı alır. Mükafatını 
alarkən  onu  alqışlayaraq  təbrik  edən  insanlar  əslində  beynində  əmələ  gələn 
insan görüntüləridir. 
İnsan  beynindəki  kiçik  ekranda  əmələ  gələn  bu  mükafatlandırma 
mərasimini  seyr  edərkən  salondakı  insanların,  mükafatın  və  salonun  əsli  ilə 
beynindən kənarda təmasda ola bilməz. Çünki beynindən kənara çıxa bilməz. 
Bu, həmin insanın ona verilən mükafatı videokassetdən seyr etməsinə bənzəyir.
Elə insanların bu həqiqətdən böyük dəhşətlə qaçmalarının səbəbi budur. 
Dünya  həyatına  həvəslə  bağlananlar  mövqe  və  vəzifələrinin,  qazandıqları 
mükafatların, bank hesablarının, yaxtalarının, istiqrazlarının, onları tərifləyən, 
bəyənən insanların hər birinin beyinlərindəki bir görüntü olduğunu anladıqda 
dəhşətli qorxuya düşürlər. Bu şəkildə əldə etdikləri etibar, şöhrət və malların 
həvəslə  bağlanmağa  dəyməyəcəyini  anlayır,  paxıllıq  edərək  bu  həqiqətdən 
qaçırlar.  Ancaq  həqiqətdən  nə  qədər  qaçsalar  da,  yenə  də  bütün  həyatlarını 
başlarının içində keçirdikləri həqiqətini dəyişdirə bilməzlər.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə