Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə26/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   22   23   24   25   26   27   28   29   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
102
sürücüsünə,  şirkət  binasına  girərkən  onu  hörmətlə  salamlayan  təhlükəsizlik 
xidməti işçilərindən şirkətdən içəri girdiyi andan otağına qədər gedənə qədər 
“əmrinə  hazır”  şirkət  işçilərinə  qədər  onu  tanıyan  hər  kəsin  gözündə  böyük 
etibar, mövqe və məqam sahibidir. Çox yüksək vəzifələrdə və mühüm yerlərdə 
çox yaxın dostları və ətrafı var. Hər gün iclasdan-iclasa qaçır, bir çox dərnəyin 
və qurumun üzvü və hətta rəhbəridir. Bir gün ərzində yüzlərlə şəxsə əmr verir. 
Bankında  və  şəxsi  hesabında  saysız-hesabsız  pulu,  səhmləri,  istiqrazları  var. 
Bəzən bunları sayaraq daha da çox qürurlanır, öyünür. Xüsusilə hər şeyi tək 
başına, çalışaraq əldə etməsi, bütün həyatını həsr etdiyi qazancları əldə etməsi 
ona
 
böyük bir rahatlıq və güvənlik hissi verir. 
İnsan malik olduğunu hesab etdiyi hər şeyin-evinin, avtomobilinin, ailəsinin, işinin və 
bütün dostlarının beyninin içində meydana gələn hiss və görüntülərilə təmasda olur və 
insan heç vaxt bunların xarici aləmdə olan əsl hallarını bilməz. Bu həqiqəti qavrayan 
insan hər şeyin tək sahibinin bu görüntüləri beynində yaradan Allah olduğunu anlayar. 
Dünya həyatına həvəslə bağlı olan insanlar bu səbəbdən bu həqiqətdən çox qorxurlar.


Maddənin Həqiqəti Niyə Əhəmiyyətli  Bir Mövzudur?
103
Ətrafınızdakı mal həvəsinə düşmüş 
insanların ən çox nələrə dəyər 
verdiklərini düşünün: yaxşı ev, lüks 
əşyalar, parıltılı zinət əşyaları, son 
marka avtomobil, banklarda böyük 
miqdarda pul, yaxta... Elə bu səbəbdən 
də bu insanlar malik olduqları bütün bu 
maddələri beyinlərindəki bir ekranda 
seyr etdikləri və əslləri ilə əsla təmasda 
ola bilmədikləri həqiqətindən çox 
qorxurlar.
Əslində isə qəbul etmək istəməsələr 
də, beyinlərində əmələ gələn xəyali 
dünyada yaşayırlar. Xarici aləm ilə 
təmasda olmaları mümkün deyil. 
Çünki səsi, işığı və qoxunu heç cür 
keçirməyən kəllənin içinə girən 
sadəcə bu maddələrdən gələn elektrik 
məlumatlardır. Şəkildəki kimi pul 
verib arxada görünən möhtəşəm villanı 
satın alan insanın içində olduğu 
vəziyyət də belədir. Özünü villa satın 
alan və pul sayan zənn edir, əslində 
beynində əmələ gələn görüntünü 
satın alır, qarşısındakı şəxsə də pulun 
özünü deyil, görüntüsünü verir. Pulu 
alan şəxs də əslində görüntü alır. Yəni 
ortada “görüntü alveri” var.
MAL HƏVƏSİNƏ DÜŞƏN İNSANLARIN 
ƏN BÖYÜK QORXUSU


XƏYALIN DİGƏR ADI: MADDƏ
104


Maddənin Həqiqəti Niyə Əhəmiyyətli  Bir Mövzudur?
105
Bir gün dostları ilə yaxta gəzintisində bir şəxs onun yanına gəlir və ona 
bunları deyir: “Hal-hazırda burada gördüyün bütün insanlar, bu yaxta, dəniz, 
fabriklərin,  evlərin,  əmrin  altındakı  insanlar...  bunların  hamısının  sadəcə 
beynində əmələ gələn görüntüləri ilə təmasda olursan. Bunların əsillərini heç 
vaxt görə bilməzsən. Beyninə gedən sinirlər kəsilsə, bu yaxta, yaxtadakı insanlar, 
onların səsləri, söhbətləri, dənizin qoxusu, içdiyin meyvə şirəsinin dadı, qısaca 
desək, hər şey bir anda yox olar. Bunların hamısı və sənin dünya həyatın boyu 
sahib  olduğun  hər  şey  zehnində  meydana  gəlir.  Evlərinin,  avtomobillərinin, 
yaxtanın, fabrikin, şirkətinin yuxunda sahib olduğun mallardan heç bir fərqi 
yoxdur. Eynilə gecə yuxunda xüsusi təyyarəndə Avropaya getdiyini görməyin 
ancaq  səhər  oyandıqda  nə  təyyarənin,  nə  də  Avropada  olduğunu,  özünü 
yatağında  görməyin  kimidir.  Bəs  bu  həyatım  dediyin  yuxundan  da  bir  gün 
oyanaraq özünü tamamilə başqa bir yerdə, bu həyatına dair görüntüləri seyr 
edərkən görməyəcəyindən nə üçün bu qədər əminsən?”
Bu  varlı  insan  ona  danışılanlara  qətiyyətlə  qarşı  çıxacaqdır.  Ona  bu 
həqiqətin  elmi  dəlilləri  aydın  şəkildə  izah  edilsə  və  özü  bunu  anlasa  da, 
həqiqəti qəbul etmək istəməyəcəkdir. Çünki öz fikrinə görə, sahib olduğu hər 
şeyin yuxu kimi xəyal olduğunu qəbul etməsi bütün həyatı boyu bir xəyalın 
arxasınca  getdiyini  qəbul  etmək  olacaqdır.  Onda  bu  insanın  öyündüyü, 
lovğalandığı, təkəbbürləndiyi hər şey xəyaldır. Bu, bir insanın yuxusunda varlı 
olub, bu xəyali zənginliyi ilə insanlara lovğalanması kimi insanı alçaldılmış və 
ağılsız vəziyyətə salacaq haldır. Belə olduqda bu insan artıq şirkətinə girdikdə 
gördüyü hörmət və etibara görə təkəbbürlənməz. Çünki ona hörmət edənlərin, 
qarşısında  baş  əyənlərin  hamısı  zehnində  meydana  gələn  xəyali  varlıqlardır. 
Ona bunu izah edərkən oturduğu yaxtası ilə qonaqlarına qarşı öz sözü ilə desək, 
lovğalanmayacaqdır. Çünki yaxta da, yaxtadakı qonaqları da beynində əmələ 
gələn xəyallardır.
Ona maddənin xəyal olduğu, maddi varlığın əsli ilə heç vaxt təmasda ola 
bilməyəcəyi izah edilərkən ağlına bir gün əvvəl aldığı malikanəsi gələcək. Elə 
isə satıcıya bir-bir sayaraq verdiyi pul, satıcı, aldığı malikanə, o malikanədəki 
bütün  malları,  onu  satın  alaraq  lovğalandığı  ətrafı-hamısı  zehnindədir.  Necə 
ki, bir gecə əvvəl yuxuda hərracda qazandığı və buna görə böyük qazanc əldə 
etdiyini  gördüsə  və  oyandıqda  bunlardan  əlində  heç  bir  şey  qalmadısa,  bu 
həqiqi zənn etdikləri də bir yuxu kimidir.
Elə isə hal-hazırda o yaxtanın içində deyil. Yaxta onun içində, beynində 
əmələ  gələn  görüntüdür.  Son  dəbdəki  mebellərlə  döşənmiş  evinə  girdiyini 
hesab etdikdə əslində beyninin içindəki böyük bağın qapısını açır və beyninin 
içindəki evinə girir. Ev də, mebellər də, bağ da, bağın qapısı da zehnindədir.
Ona  izah  edilənlərin  son  dərəcə  açıq  həqiqətlər  olduğunu  anlayan  bu 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə