Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə27/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   23   24   25   26   27   28   29   30   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
106
Böyük şirkətin sahibi-evləri, son markalı avtomobilləri, qarşısında əyilən, ona hörmət 
edən işçiləri olan insan əslində sahib olduğu hər şeyi beyninin içində bir görüntü kimi 
görür. Sahib olduğu etibarı da beynində meydana gəlir. Çox ciddi və vacib olduğunu 
düşündüyü, zamanının böyük hissəsini ayırdığı işi, iş yoldaşları ilə keçirdiyi iclaslar, 
aldığı qərarlar da beynində meydana gələn görüntülərdir.


Maddənin Həqiqəti Niyə Əhəmiyyətli  Bir Mövzudur?
107
Eyni insan pulunu böyük həvəslə saydıqda əslində beynindəki pulları sayır. Qürurla və özünü 
göstərərək yaxta ilə gəzərkən özünü göstərdiyi insanların, yaxtasının və gördüyü mənzərənin 
beynində əmələ gələn görüntülər olduğunu anlaya bilməz. Ona bu həqiqət izah edildikdə isə 
sahib olduğu bütün var-dövlətini və etibarını itirməmək üçün bu həqiqətə möhkəm etiraz edər.  
Əslində isə eyni şəxs yuxusunda da bunların həqiqi olduğundan əsla şübhələnməz. Yuxusunda da 
ona bunların həqiqi sahibi olmadığı deyilsə, buna etiraz edər. Ancaq oyandıqda hamısının xəyal 
olduğunu anlayar.


XƏYALIN DİGƏR ADI: MADDƏ
108
insan bir andaca əlindəki hər şeyin əslində bir kölgə varlıq olduğunun fərqinə 
varır. Bütün bunlar onu yaradan Allahın ona göstərdiyi görüntülərdir. Allah 
onu  sınamaq  üçün  ona  bütün  bunlara  sahib  olduğunu  zənn  edəcəyi  bir 
görüntü,  bir  həyat  yaratmışdır.  O  da  ona  bunları  verənin,  bu  görüntülərlə 
nemətləndirib zəngin edənin Allah olduğunu unudaraq bunlarla azğınlaşmış, 
təkəbbür  göstərmiş,  insanlara  “lovğalanaraq”  onları  aşağı,  özünü  isə  üstün 
görmüşdür. Deməli, həyatı boyu bir xəyal üçün, yuxu kimi bir aləm üçün boş 
yerə həvəslənmişdir. Amma bir gün bu xəyalların içinə düşdüyü, onlarla vaxtını 
keçirdiyi gündə bunların heç birinin mütləq varlığı olmadığını, sadəcə Allahın 
var olduğunu anlamışdır.
Dünya həyatı boyu bu həqiqəti qəbul etməkdən qaçanlara, görməməzliyə 
vuranlara Allah bir ayəsində belə diqqət çəkir:
O,  öz  yanında  ancaq Allahın  cəzasını  tapar.  (Allah  da)  onun  cəzasını 
(layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir. (Nur surəsi, 39)
Ayədən göründüyü kimi, Allah inkar edənlərin etdikləri işləri illüziyaya, 
xəyala bənzədir. O insanlar bu xəyallara bağlanaraq onlardan kömək gözlədikdə 
bunların  gerçək  olmadığını,  tək  gerçək  və  mütləq  olanın  Allah  olduğunu 
anlayırlar. İnsanların bu həqiqətdən bu qədər qorxmalarının və qəbul etmək 
istəməmələrinin səbəblərindən biri budur ki,  elə bu misalda bəhs edilən insan 
kimi əllərindəki bütün sərvətlərinin, etibarlarının, var-dövlətlərinin bir andaca 
gedəcəyini anlayırlar. Burada bir cəhətə diqqətinizi çəkmək istəyirik: burada 
bəhs edilənlərdə “insanın malik olduğu hər şey ölümü ilə birlikdə arxada qalacaq 
və  ona  heç  bir  mənfəət  verməyəcək” -deyilir.  Burada  “insanın  malik  olduğu 
hər şey xəyaldır” -deyilir. Bütün həyatı boyu göstərdiyi həvəsin, özünü üzərək, 
çətinliklə,  insanların  xətrinə  dəyib  onları  əzməyə  çalışaraq  əldə  etdiklərinin 
xəyal  olduğunu  gördükdə  boş  yerə  aldandığını  anlayır.  Qafil  insanların  bu 
cür aldanaraq yaşamaları Quranda bir çox ayədə insanlara bildirilir. Allah bir 
ayəsində insanların var-dövlət həvəsini və hər şeyə malik olmaq istəklərini belə 
bildirir:
Qadınlar,  uşaqlar,  qızıl-gümüş  yığınları,  yaxşı  cins  atlar,  mal-qara 
və  əkin  yerləri  kimi  nəfsin  istədiyi  və  arzuladığı  şeylər  insanlara  gözəl 
göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə 
Allah yanındadır. (Ali-İmran surəsi, 14)
Başqa  bir  ayədə  isə  Allah  dünya  həyatının  oyun-əyləncə  və  aldanma 
olduğunu belə xəbər verir:


Maddənin Həqiqəti Niyə Əhəmiyyətli  Bir Mövzudur?
109
XƏYALLARLA BAŞQALARINA LOVĞALANDIĞINI 
ANLAMAYAN İNSANIN VƏZİYYƏTİ
Bahalı avtomobili ilə ətrafındakı 
insanlara lovğalanan varlı insan əslində 
beynində əmələ gələn avtomobil 
görüntüsü ilə lovğalanır. O anda varlı 
adam çox lovğalandığı avtomobilinin 
əsli ilə təmasda ola bilmədiyini heç 
ağlına da gətirməz. Əslində isə öz 
beynində əmələ gələn avtomobil 
görüntüsü o anda lovğalandığı 
ətrafındakı digər insanların 
beyinlərində də ayrı-ayrı əmələ gəlir.
Elə isə əgər orada beş nəfər varsa və 
hər birinin beynində də avtomobilin 
görüntüsü ayrı-ayrı əmələ gəlirsə:
- Əsl avtomobil haradadır?
-Varlı adamın avtomobili bu beş 
avtomobil görüntüsündən hansıdır?
-Varlı adam hansı avtomobil 
görüntüsünə sahib çıxacaq və hansı ilə 
ətrafındakılara lovğalanacaq?
- Lovğalandığı digər şəxslər də əslində 
varlı adamın beynində əmələ gələn 
xəyal deyil?
Malik olduqları mal və mülkləri 
ilə, evlərilə, avtomobilləri ilə digər 
insanlara lovğalananlar əslində 
“beyinlərində əmələ gələn xəyallarla 
beyinlərində əmələ gələn xəyallara” 
lovğalanırlar. Bəzi insanlar bu çox 
mühüm həqiqəti heç anlamırlar. 
Əlbəttə, bu son dərəcə alçaldıcı 
vəziyyətdir. Çünki sahib olduqları 
ilə öyünən şəxs nə lovğalanacaq 
avtomobilin, nə də insanların əslləri 
ilə heç vaxt təmasda ola bilməz. 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə