Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə25/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   21   22   23   24   25   26   27   28   ...   63

Maddənin Həqiqəti Niyə Əhəmiyyətli  Bir Mövzudur?
99
Rəbbini  inkar  edənlərin  əməlləri  fırtınalı  bir  gündə  küləyin  sovurub 
apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə 
edə bilməzlər. Budur azıb uzaqlaşmaq! (İbrahim surəsi, 18)
Allah isə hər şeyə gücü çatan tək varlıqdır:
Göylərdə  və  yerdə  nə  varsa,  Allahı  təqdis  edib  şəninə  təriflər  deyər. 
Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir! 
(Təğabün surəsi, 1)
Maddənin həqiqətinin dərk edilməsi insanları iman gətirməyə 
yönləndirəcəkdir
Həyatı  boyu  ruhuna  göstərilən  görüntüləri  seyr  etdiyinin  fərqinə  varan 
insanlar həm ruhlarını, həm də fasiləsiz davam edən bu görüntüləri yaradanın 
qəti surətdə Allah olduğuna inanacaqlar.
Hər insanın etdiyi bütün işlər, qazandığı bütün uğurlar, malik olduğu bacarıqların 
hamısı Allaha aiddir. Bu şəxs böyük dövlətin rəhbəri, dünyanın ən varlı insanı, hər 
kəsin  sevdiyi  sənətkar  və  ya  mühüm  kəşflər  edən  elm  adamı    olsa  da,  bu  həqiqət 
dəyişmir. Hər insan Allaha boyun əymiş olaraq Onun istədiyi şeyləri edir.


XƏYALIN DİGƏR ADI: MADDƏ
100
Bəzi  insanların  maddənin  sirrini  qəbul  etməməkdə  israr  etməsinin  bir 
səbəbi  də  Allahın  böyüklüyünü  və  əzəmətini  qavrayıb  öz  heçliklərini  qəbul 
etmək istəməmələridir. Amma bu insanlar qəbul etmək istəməsələr də, ortada 
mübahisəsiz bir həqiqət var: göylərdə və yerdə olanların hamısı Allahındır və 
Onun  təzahürləridir.  Tək  mütləq  varlıq  Allahdır  və  Allahın  yaratdığı  digər 
varlıqlar  mütləq  deyil,  görüntüdür.  Allahın  yaratdığı  görüntüləri  seyr  edən 
“mən”lər, yəni insanlar hər biri Allahdan olan ruhdur.
Bu elm və bu böyük sirr başa düşüldüyü təqdirdə insanların şüurları da 
qəti  surətdə  aydınlanacaq,  üzərlərindəki  mənəvi  pərdə  ortadan  qalxacaqdır. 
Dərk edən hər kəs Allaha könüldən təslim olacaq, Allahı çox sevəcək və Ondan 
çox  qorxacaqdır.  Bununla  bərabər,  insanlardakı  paxıllıq,  lovğalıq  hisslərinin 
yerini  təvazökarlıq  və  utancaqlıq  alacaqdır.  Allahın  insanlardan  istədiyi  də 
budur.  Bu  təəccüblə  həqiqəti  anlayanlar  yeni  dünyagörüşü  qazanacaq,  yeni 
həyata  başlayacaqlar.  Beləliklə,  Allahın  qüdrətini  lazım  olduğu  kimi  təqdir 
edəcəklər və “Allahı lazımınca qiymətləndirmədilər. Halbuki qiyamət günü 
yer  bütünlüklə  Onun  ovcunun  içində  olacaq,  göylər  isə  Onun  sağ  əli  ilə 
büküləcəkdir. (Allah Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!” 
(Zumər surəsi, 67) ayəsində bəhs edilən şəxslərdən olmaqdan uzaqlaşacaqlar.
Maddənin həqiqətini bilmək dünya həvəsini yox edir
Bu bölməyə qədər izah etdiyimiz mövzu həyatınız boyu sizə izah edilmiş 
ən böyük həqiqətlərdən biridir. Çünki bütün maddi dünyanın əslində “kölgə 
varlıq” olduğunu sübut edən bu mövzu Allahın varlığının və yaratmasının dərk 
edilməsinin, Onun yeganə mütləq varlıq olmasının başa düşülməsinin açarıdır. 
Eyni  zamanda  həm  insanın  nə  qədər  aciz  olduğunun  elmi  və  inkaredilməz 
sübutu, həm də Allahın möhtəşəm sənətinin təzahürüdür.  Buna görə də bu 
elm insanları qəti şəkildə imana gətirir, iman gətirməmək isə mümkün deyil. 
Bəzi insanların bu həqiqətdən qaçmasının əsas səbəbi də budur. 
Burada izah edilənlər eynilə fizika qanunu və ya kimya formulu qədər qəti 
həqiqətlərdir. İnsanlar lazım gəldikdə ən çətin riyaziyyat problemlərini həll edə 
bilir, başa düşülməsi çətin görünən bir çox məsələni qavraya bilirlər. Amma eyni 
şəxslərə insanların həyatları boyu zehinlərində əmələ gələn görüntülərlə təmasda 
olduqları, maddənin əsli ilə heç vaxt təmasda ola bilməyəcəkləri izah edildikdə 
bunu  heç  cür  anlamaq  istəmirlər.  Bu  son  dərəcə  “şişirdilmiş”  anlayışsızlıq 
tərzidir. Çünki burada izah edilən mövzunun başa düşülməsi eynilə bir insanın 
“iki vur iki neçə edər?”, “neçə yaşın var?” kimi suallara verəcəyi cavablar qədər 
asandır. Dünyanı harada gördüyünü hansı elm adamından, hansı nevrologiya 
professorundan soruşsanız, sizə: “Əlbəttə, beynimdə”, -deyə cavab verəcəkdir. 
Hətta  bu  həqiqəti  orta  məktəb  biologiya  kitablarında  belə  görə  bilərsiniz. 


Maddənin Həqiqəti Niyə Əhəmiyyətli  Bir Mövzudur?
101
Ancaq bütün bunlara baxmayaraq, maddi dünyanı beynimizdə qavradığımıza 
dair bilik və bu biliyin insanı gətirdiyi nəticələr görməməzliyə vurulur. Elmin 
sübut  etdiyi  ən  mühüm  həqiqətlərdən  birinin  insanlardan  bu  qədər  böyük 
səylə gizlədilməsi əslində böyük hadisədir. İnsanların bütün elmi həqiqətləri 
asanlıqla  qəbul  edib  bu  həqiqətdən  bu  qədər  çox  qorxub  qaçmalarının  əsas 
səbəbi isə budur ki, maddənin həqiqətinin öyrənilməsi bütün insanların həyata 
baxışlarının  kökündən  dəyişilməsinə  səbəb  olacaqdır.  Maddəni  və  özlərini 
mütləq varlıq kimi qəbul edənlər və bütün həyatlarını buna bağlı quranlar bir 
anda özlərinin, həyat yoldaşlarının, uşaqlarının, malik olduqları bütün sərvətin 
sadəcə zehinlərindəki əksi ilə təmasda olduqlarını anlayacaqlar. Elə insanların 
bu  həqiqətdən  bu  qədər 
qorxmalarının,  anladıqları  halda  özlərini  bilməməzliyə 
vurmalarının,  ibtidai  sinif  şagirdinin  belə  asanlıqla  qavraya  biləcəyi  həqiqəti 
son dərəcə anlaşılmaz etirazlarla yox etməyə çalışmalarının arxasında gizlənən 
səbəb bu dünya həvəslərini itirmək qorxusudur.
Mallara, övladlara, dünyanın keçici həvəslərinə çox bağlı olan biri üçün 
bu,  həqiqətən  də  böyük  qorxu  səbəbidir.  Çünki  bu  həqiqəti  anladıqda  hələ 
ölmədən ölmüş, malını və canını təslim etmiş olacaq. Allah “əgər Allah sizdən 
Onun (mal-dövlətinizin) hamısını istəsə və bunu sizdən israrla tələb etsə, siz 
xəsislik göstərərsiniz və O da kin-küdurətinizi  zahirə çıxardar” (Muhəmməd 
surəsi, 37) ayəsi ilə insanlardan bütün mallarını istədikdə onların necə inadkarlıq 
göstərəcəklərini və paxıllıq edəcəklərini bildirir. Bir insan maddənin gerçəyini 
öyrəndikdə isə onsuz da malının, canının Allaha aid olduğunu, verəcək və ya 
verməməkdə  israr  edəcək  bir  şey  olmadığını  anlayacaq,  ölməzdən  əvvəl  hər 
şeyi ilə Allaha təslim olacaqdır. Səmimi iman edənlər üçün bu bir gözəllik, şərəf 
və Allaha yaxın olmaq üçün vasitədir. İmansız və ya zəif imanlı insanlar isə bu 
gözəlliyi anlamadıqları üçün bu həqiqəti israrla inkar edərlər.
Beyində bir görüntü olan fabrik, yaxta və torpaq sahələrinin 
özlərini boş yerə üzən sahibləri
Bu bölmədə həyatı boyu varlı olmaq istəmiş, gənc yaşından etibarən gecə-
gündüz çalışmış, “hər şeyi alnımın təri ilə qazandım” -deyən fabrik sahibinin 
içinə düşdüyü qafil vəziyyətdən nümunələr verərək çox vacib həqiqətdən bəhs 
edəcəyik. 
Burada haqqında danışacağımız şəxs orta yaşlı, uşaqlarını yaxşı məktəblərdə 
oxutduran, bir neçə avtomobil, yaxta, bir çox ev və torpaq sahəsinin sahibidir. 
Bu insan dünya həyatında öz fikrincə, öyünə biləcəyi hər şeyə malikdir. Yenə öz 
fikrinə görə, dünya həyatında bir insanın arzuladığı hər şeyi əldə etmişdir. Maddi 
zənginliyi ilə birlikdə həm də böyük etibara malikdir. Səhərlər ona xidmət edən 
xidmətçilərindən  tutmuş  avtomobilinin  qapısını  açaraq  qarşısında  baş  əyən 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə