Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə24/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   20   21   22   23   24   25   26   27   ...   63

Maddənin Həqiqəti Niyə Əhəmiyyətli  Bir Mövzudur?
95
“sonsuz dərəcədə yaxın”dır. 
Allah insanlara “sonsuz dərəcədə yaxın” olduğunu “bəndələrim Məni səndən 
soruşduqda  söylə  ki,  Mən  (onlara)  yaxınam...”  (Bəqərə  surəsi,  186)  ayəsi  ilə  də 
bildirir. Başqa bir ayədə işlədilən “Rəbbin insanları ehtiva etmişdir”(İsra sursəi, 60) 
-ifadəsi də eyni həqiqətdən xəbər verir. Buna baxmayaraq, bəzi insanlar özlərinə ən 
yaxın varlığın yenə özləri olduğunu hesab edərək yanılırlar. Əslində isə Allah bizə 
özümüzdən belə daha yaxındır. “(Can) boğaza yetişdiyi zaman. Siz baxıb durursunuz. 
Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz!” (Vaqiə surəsi, 83-85) ayələri 
ilə də insana ən yaxın varlığın Allah olduğu həqiqətinə bir daha diqqət çəkilmişdir. 
Həqiqətən də ölüm yatağındakı və ya xəstə yatan insan xəta ilə o an özünə ən yaxın 
varlığın başının üstündəki həkimi və ya onu qucaqlayan anası və ya əlini tutan, ona 
toxunan yaxını olduğunu düşünə bilər. Ancaq ayədə də bildirildiyi kimi, Allah o anda 
ona hamısından daha yaxındır. Həm də təkcə o an deyil, insan ilk dəfə var olduğu 
andan etibarən ona ən yaxın olan yeganə varlıq Allahdır. Lakin insanların bir qismi 
gözləri ilə görmədikləri üçün bu həqiqətdən xəbərsiz yaşayırlar. 
Uşağını qucağında tutan, həyat yoldaşını qucaqlayan, anası ilə söhbət edən insan 
bu insanların özünə ən yaxın insanlar olduğunu zənn edir. Əslində isə insana 
dostundan, həyat yoldaşından, uşaqlarından, hətta özündən də daha yaxın olan 
Allahdır. Bir Quran ayəsində bildirildiyi kimi, Allah insana “şah damarından 
daha yaxın”dır. (Qaf surəsi, 16)


XƏYALIN DİGƏR ADI: MADDƏ
96
Allahın məkandan asılı olmadığı və hər yeri tamamilə əhatə etdiyi həqiqəti 
başqa bir ayədə də belə bildirilir:
Şərq  də,  Qərb  də Allahındır:  hansı  tərəfə  yönəlsəniz, Allah  oradadır. 
Şübhəsiz ki, Allah genişdir, biləndir! (Bəqərə surəsi, 115)
Allah başqa bir ayəsində isə bu həqiqəti belə açıqlayır:
Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına 
alan Odur. O, yerə girəni də, çıxanı da, göydən enəni də, qalxanı da bilir. 
Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir! 
(Hədid surəsi, 4)
 Bütün bu danışılanlardan çıxan nəticə budur: tək və gerçək mütləq varlıq 
Allahdır. Allah elmi ilə kölgə varlıq olan insanı və digər hər şeyi əhatə etmişdir. 
Bir ayədə də “sizin tanrınız ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı 
yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir!” (Taha surəsi, 98) -deyilərək bu 
həqiqətə işarə edilir. Allah Quranda yer alan digər bir ayədə isə insanlara belə 
bir qəflət barədə xəbərdarlıq etmişdir: 
Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şübhə içindədirlər. 
yenə bil ki, O  hər şeyi ehtiva edəndir! (Fussilət surəsi, 54)
İnsanların etdikləri də Allaha aiddir
Allahın yaratdığı kölgə varlıq olan insan Allahdan asılı olmadan bir gücə 
malik ola bilməz. Allah bir ayəsində bu həqiqəti belə bildirir:
Allah istəməsə, siz istəyə bilməzsiniz... (İnsan surəsi, 30)
Bəzi insanlar bu çox vacib həqiqətdən xəbərsiz yaşayırlar. Onları yaradanın 
Allah olduğunu qəbul edir, ancaq etdikləri işlərin özlərinə aid olduğunu zənn 
edirlər. Əslində isə insanın hər etdiyi hərəkət Allahın izni ilə yaradılır. Məsələn, 
kitab yazan insan Allahın izni ilə o kitabı yazır. O kitabdakı hər cümlə, hər fikir, 
hər abzas Allahın istəyi ilə meydana gəlir. Allah bu çox vacib həqiqəti bir çox 
ayəsində bildirir. Bu ayələrdən biri “...sizi də, sizin düzəltdiklərinizi də Allah 
yaratmışdır!” ayəsidir (Saffat surəsi, 96). Allah “...atdığın zaman sən atmadın, 
Allah atdı...” (Ənfal surəsi, 17) ayəsində isə hər etdiyimizin Ona aid hərəkətlər 
olduğunu bildirir. 
Allah başqa ayələrdə də Peyğəmbərə möminlərdən sədəqə almasını bildirir. 


Maddənin Həqiqəti Niyə Əhəmiyyətli  Bir Mövzudur?
97
Ancaq ayənin davamında sədəqələri alanın əslində Özü olduğunu açıqlayır:
Onların mallarından sədəqə al. Bununla onları təmizləmiş, pak etmiş 
olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır. 
Allah eşidəndir, biləndir. Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə 
qəbul edər, sədəqə alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə 
surəsi, 103-104)
İnsanların etdikləri bütün hərəkətlər Allaha 
aiddir. Məsələn, uşağın oxuya bilməsi, 
memarın hazırladığı layihə, elm adamının 
kəşfi, mətbəxdə bişən yemək, sənətkarın 
əsəri... Bütün bunları yaradan və etdirən 
Allahdır.


XƏYALIN DİGƏR ADI: MADDƏ
98
Böyük İslam alimi Muhyiddin Ərəbi etdiyimiz hərəkətlərin də Allaha aid 
olduğunu belə açıqlayır:
Ruhlara gəlincə, onların etdiyi hərəkətlərin mənbəyi də özləri deyil. Ruh və cisimləri 
davamlı halda hərəkətə sövq edən qüvvə ancaq Cənabı-Haqdır... Ruh və maddələr 
mütəmayiz (ayrıca var olan) varlıqlardan və mütəayyin (bəlli, aşkar) həqiqətlərdən 
deyillər.  İlahi  hərəkətlərdən,  uca  varlığın  müxtəlif  surətlərindəndirlər.  Bunun 
kimi, sonlu və sonsuz deyilən şeylər də əslində başqa-başqa şeylər deyil, iki ayrı 
cəhətdən elə görünən tək bir şeydən ibarətdirlər.
35
Muhyiddin  Ərəbinin  sözündə  də  açıqladığı  kimi,  bütün  hərəkətləri 
yaradan,  ruhlara  bu  hərəkətləri  edənin  özləri  olduğu  hissini  verən Allahdır. 
Allah  bütün  ruhlarda  bu  hissi  o  qədər  həqiqi  yaradır  ki,  məsələn,  daşı  atan 
insan, həqiqətən, o daşı atanın özü olduğunu zənn edir. Əslində kölgə varlıq 
olan insan atma hərəkətini edə bilməz. Ancaq Allah insana bu hərəkətləri özü 
edirmiş kimi hiss etdirir. Allahın yaratmasındakı möcüzənin və qüsursuzluğun 
nəticəsi olaraq insan bu hissi çox hiss edir və həqiqətən, daşı tutduğunu, qolunu 
geriyə uzadaraq sürət və güc topladığını və daşı atdığını zənn edir.
İnsan hər anında Allahdan asılı halda yaşayır, bilsə də, bilməsə də, qəbul 
etsə də, etməsə də, əslində Allaha boyun əymişdir. Allah bir ayəsində bunu belə 
bildirir:
Göylərdə  və  yerdə  kim  varsa,  kölgələri  də  səhər-axşam  istər-istəməz 
Allaha səcdə edər! (Rəd surəsi, 15)
Yer üzündə tanıdığınız, bildiyiniz, tarixdə yaşamış, dövrümüzdə yaşayan 
kim varsa, hansı mövqedə olursa olsun, nəyə sahib olursa olsun və ya nə qədər 
inadkar inkarçı olursa olsun bu həqiqət dəyişməz. Hər insan Allaha boyun əyən, 
Allahın yaratdığı, ruhundan üfürdüyü kölgə varlıqdır. Bunu bilən insanın var-
dövləti, sahib olduğu elm, ünvan və ya şöhrət, mövqe və ya vəzifə ilə, bacarıqları 
və ya iş yerindəki uğurları ilə öyünərək qürrələnməsi mümkünsüz olur. Buna 
baxmayaraq,  təkəbbür  göstərənlər  əslində  böyük  acizlik  içindədirlər.  Çünki 
Allah insanların özləri atdıqlarını hesab etdikləri daşı belə əslində atmadıqlarını, 
bunu  edənin  Özü  olduğunu  bildirmişdirsə,  hələ  də  insanın  uğurlarına  görə 
özünə pay çıxarması çox böyük cəhalətdir.
Allah hər insanı bu yolla imtahan edir və eyni zamanda tərbiyələndirir. 
Bu gün bu həqiqəti dərk edə bilməyən, çox açıq olmasına baxmayaraq, həqiqəti 
qəbul etməyənlər ölümdən sonra yenidən dirildildikdə hər şeyi bütün açıqlığı 
ilə görəcək və heç bir şeyə gücləri çatmadığını anlayacaqlar. Allah Onu inkar 
edənlərin acizliyini bir ayəsində belə bildirmişdir:


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə