Maddənin Həqiqəti Niyə Əhəmiyyətli Bir Mövzudur?
93
İnsanların lovğalıq və əzəmətlə hər cür insanlıq və əxlaqdan kənar
davranışa meyl etdiyi bu əsrdə insanları özlərinin və gözlərində böyütdükləri
insanların kölgə varlıq olduqlarını anladıqda təkəbbür və əzəmətlərinin yerini
təvazökarlıq və mülayimlik alar.
Bütün bunlar isə rahatlıq və təhlükəsizliyin olduğu, xəsislik və xudbinliyin,
rəhmsiz rəqabətin aradan qalxdığı cəmiyyətlərin meydana gəlməsinə səbəb
olacaq.
Maddənin əsli ilə təmasda olmadığımızın qəbul edilməsi nəticəsində əldə
ediləcək ən mühüm irəliləyişlərdən biri, şübhəsiz, materialist fəlsəfənin çökməsi
olacaqdır.
İndi isə maddənin mütləq olmaması həqiqətinin nə üçün ən vacib
mövzulardan biri olduğunun detalları ilə yaxından tanış olaq.
Maddənin həqiqəti tək mütləq varlığın Allah olduğunu
göstərir
Bu elmin göstərdiyi ən vacib məsələlərdən biri tək mütləq varlığın Allah
olduğu həqiqətidir. Materialist fəlsəfələrin təsirinə düşərək maddənin mütləq
varlıq zənn edən bəzi insanlar Allahın varlığını və harada olduğunu izah edərkən
son dərəcə səhv və cahil üslubdan istifadə edirlər. Məsələn: “Allah haradadır?”
-sualına: “Mənə ağlını göstər, göstərə bilməzsən. Elə Allah da ağıl kimi bir
həqiqətdir, ancaq görünmür”, -deyərək cahil cavab verirlər. Bəziləri isə (Allahı
tənzih edirik) öz ağıllarına görə, Allahı xəyal kimi göstərir, Allahın varlığını
radio dalğalarına bənzədirlər (Allahı tənzih edirik). Onların batil fikirlərinə
əsasən, özləri və sahib olduqları hər şey mütləq varlıqlardır və Allahın varlığı isə
bu maddi varlıqları radio dalğaları kimi əhatə edir. Əslində isə xəyal olan özləri
və sahib olduqlarıdır. Tək mütləq varlıq isə Allahdır. Allahın varlığı hər şeyi
əhatə etmişdir. İnsan isə heç cür mütləq varlıq olmayacağı üçün görüntüdür.
Bu həqiqəti Rəbbimiz bir ayədə belə bildirir:
Allah... başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü,
nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni
olmadan Onun Qatında kim şəfaət edə bilər? O, bütün yaranmışların
keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün
istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri
və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin
deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)
Bu həqiqətin başa düşülməsi ilə şirk qoşmadan, tək Allaha iman əmələ
gəlir. Çünki Allahdan başqa bütün varlıqların kölgə varlıqlar olduqlarını bilən