Maddenin sirri indd


Bütün hadisələr bizə müəyyən ardıcıllıqla göstərildiyi üçün zamanın daima irəliyə doğru



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə33/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   29   30   31   32   33   34   35   36   ...   63

128
Bütün hadisələr bizə müəyyən ardıcıllıqla göstərildiyi üçün zamanın daima irəliyə doğru 
axdığını düşünürük. Məsələn, xizəkçi daima dağdan aşağıya doğru sürüşür, yuxarı doğru 
sürüşmür və ya bir su damlası su hövzəsindən yuxarı doğru çıxmaz, daima aşağıya doğru 
düşər. Belə olduqda xizəkçinin təpədəki halı keçmiş ikən aşağıya çatdığı halı gələcəkdir. Elə 
isə hafizəmizdəki məlumatlar filmin əvvələ sarılması kimi tərsinə doğru göstərilməyə başlasa
bizim üçün gələcək, yəni aşağı enmiş halı keçmiş olar, keçmiş isə, yəni təpədəki halı isə 
gələcək olar.
ZAMANIN TƏRSİNƏ İŞLƏDİYİ DÜNYADA 
KEÇMİŞ GƏLƏCƏK OLARDI


129
arasında elə bir əlaqə qura bilərəm ki, böyük say əvvəlki hadisə ilə deyil, sonrakı 
hadisə ilə əlaqədar olar”.
42
Eynşteynin bu sözlərindən zamanın irəliyə doğru axması fikrinin tamamilə 
şərtlənmə olması başa düşülür. 
Eynşteyn  Barnettin  ifadələrilə  “kosmos  və  zamanın  da  duyğu  formaları 
olduğunu,  rəng,  forma  və  böyüklük  anlayışları  kimi  bunların  da  şüurdan  ayrılmaz 
olduğunu göstərmişdir”.
43
Ümumi nisbilik nəzəriyyəsinə görə, “zaman mütləq deyil, onu ölçdüyümüz 
hadisələr ardıcıllığından ayrı, müstəqil bir varlığı yoxdur”.
Yuxularımız  zamanın  nisbiliyinin  başa  düşülməsi  baxımından  olduqca 
əhəmiyyətlidir. Biz yuxuda günlərlə davam etdiyini düşündüyümüz hadisələri 
yaşayarkən əslində sadəcə bir neçə dəqiqə, hətta bir neçə saniyə davam edən bir 
yuxu görürük. 
Mövzunu bir az da açıqlamaq üçün belə bir nümunə üzərində düşünək. 
Xüsusi  dizayn  edilmiş  tək  pəncərəli  otağa  qoyularaq  burada  müəyyən  vaxt 
keçirdiyimizi  düşünək.  Otaqda  keçən  zamanı  görməyimiz  üçün  bir  saat  da 


XƏYALIN DİGƏR ADI: MADDƏ
130
olsun. Eyni zamanda otağın pəncərəsindən günəşin müəyyən fasilələrlə doğub-
batdığını  görək.  Aradan  bir  neçə  gün  keçdikdən  sonra  o  otaqda  nə  qədər 
qaldığımız  soruşulduqda  verəcəyimiz  cavab  həm  müəyyən  vaxtlarda  saata 
baxaraq əldə etdiyimiz məlumat, həm də günəşin neçə dəfə doğub-batdığına 
əsasən  apardığımız  hesablamadır.  Məsələn,  otaqda  üç  gün  qaldığımızı 
hesablamışıq. Amma əgər bizi bu otağa qoyan şəxs gəlib bizə: “Əslində sən bu 
otaqda  iki  gün  qalmısan”,  -desə  və  pəncərədə  gördüyümüz  günəşin  əslində 
süni  şəkildə  əmələ  gətirildiyini,  otaqdakı  saatın  da  xüsusi  sürətlə  hərəkət 
etdirildiyini söyləsə, bu vəziyyətdə apardığımız hesablamanın heç bir mənası 
qalmır.
Bu  misal  da  göstərir  ki,  zamanın  axma  sürəti  ilə  məlumatımız  sadəcə 
qavrayana görə dəyişən fikirlərə əsaslanır. 
Fərqli şərtlər altında insanların eyni zaman kəsiyini daha uzun və ya daha 
qısa  qavramaları  da  bunun  nümunəsidir. Məsələn, əməliyyatdakı  qardaşının 
çıxmasını  gözləyən    insana  bir  saatlıq  müddət  aradan  saatlar  keçmiş  kimi 
uzun gəlir. Ancaq eyni şəxs çox xoşladığı işi görərkən bir saatın necə keçdiyini 
anlamaz.  Eynşteynin  Ümumi  nisbilik  nəzəriyyəsinin  elmi  cəhətdən  ortaya 
qoyduğu həqiqət budur: zamanın sürəti cismin sürətinə və cazibə mərkəzinə 
olan uzaqlığına görə dəyişir. Sürət artdıqca zaman qısalır, daralır; daha ağır, 
daha yavaş işləyərək sanki “dayanma” nöqtəsinə yaxınlaşır.
Bunu Eynşteynin misalı ilə açıqlayaq. Bu misala görə, əkiz qardaşlardan 
biri Yerdə yaşayır, digəri isə işıq sürətinə yaxın sürətlə kosmik səyahətə çıxır. 
Kosmosa çıxan şəxs geri qayıtdıqda əkiz qardaşını ondan daha yaşlı görəcəkdir. 
Bunun  səbəbi  kosmosda  səyahət  edən  qardaş  üçün  zamanın  daha  yavaş 
axmasıdır. Eyni misal işıq sürətinin 99%-nə yaxın sürətlə hərəkət edən raketlə 
kosmosda səyahət edən  ata və Yerdə qalan oğluna da aid edilə bilər. Eynşteynə 
görə: “əgər atanın yaşı 27, oğlunun yaşı üç olsa, 30 Yer ili sonra ata dünyaya 
qayıtdıqda oğul 33 yaşında, ata isə 30 yaşında olacaq”.
44
Zamanın nisbi olması saatların yavaşıması və ya sürətlənməsindən deyil, 
bütün maddi sistemin atom altı səviyyədəki zərrəciklərə qədər fərqli sürətlərdə 
işləməsindən irəli gəlir. Zamanın qısaldığı belə mühitdə insan orqanizmindəki 
ürək  döyüntüləri,  hüceyrələrin  bölünməsi,  beyin  fəaliyyətləri  kimi  proseslər 
daha ağır işləyir. 
Beləliklə, insan zamanın yavaşladığını heç anlamadan gündəlik həyatına 
davam edir.
Zamanın nisbi anlayış olması Quranda bildirilmişdir
Əvvəlki  səhifələrdə  də  bildirildiyi  kimi,  zamanın  mütləq  həqiqət  deyil, 
nisbi hiss olması müasir elmin kəşfləri ilə qətiləşmişdir. Elmin XX əsrdə kəşf 


Zaman da Hissdir
131
etdiyi bu həqiqətin Quranda 1400 il əvvəl bildirilməsi isə çox böyük möcüzədir.
Allah  bir  çox  ayəsində  dünya  həyatının  çox  qısa  olduğunu  vurğulayır. 
Bir insanın təxminən 60 illik ömrünün ayələrdə “günün bir saatı” qədər qısa 
olduğunu Rəbbimiz belə bildirir:
O  gün  ki,  Allah  sizi  çağıracaqdır.  Siz  də  Ona  şükür  edərək  dərhal 
çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, (dünyada) çox az 
qaldınız! (İsra surəsi, 52)
Gündüz bir saat belə olmamışlar kimi, bir yerə toplayacağı gün onlar 
bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, 
sözsüz  ki,  ziyana  uğrayacaqlar.  Onlar  heç  doğru  yolda  da  deyildilər. 
(Yunus surəsi, 45)
Bəzi  ayələrdə  isə  zamanın  insanların  hesab  etdiklərindən  daha  qısa 
olduğunu Allah belə bildirir:
Belə buyurdu: “Yer üzündə neçə il qaldınız?” Onlar: “Bir gün, bir gündən 
də az, hər halda, sayanlardan  soruş!” - deyə cavab verdilər. Allah buyurdu: 
İşıq sürətinə yaxın sürətlə 
kosmik səyahətə çıxan əkiz 
qardaşlardan biri 30 il sonra 
geri qayıtdıqda Yerdə qalan 
qardaş digərinə nisbətən 
daha yaşlı olacaq.
BU GÜN
30 İL ƏVVƏL


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə