Maddenin sirri indd


BİR ƏT PARÇASI ÜZƏRİNDƏ BU QƏDƏR KEYFİYYƏTLİ



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə21/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   17   18   19   20   21   22   23   24   ...   63

86
BİR ƏT PARÇASI ÜZƏRİNDƏ BU QƏDƏR KEYFİYYƏTLİ 
GÖRÜNTÜ MEYDANA GƏLƏ BİLƏRMİ?


87
Bir  tərəfdən  Crick  haqlıdır.  Biz  neyron  torbasından  başqa  bir  şey  deyilik.  Eyni 
zamanda  nə  qəribədir  ki,  nevrologiyanın  kifayət  etmədiyi  məlum  oldu.  Ağlı 
neyronlarla açıqlamaq ağlı kvark və elektronlarla açıqlamaqdan daha çox anlayış 
və fayda gətirmədi. Bir çox alternativ məhdudlaşdırma (reductionaism) var. “Biz 
xüsusi  gen  paketindən  başqa  bir  şey  deyilik”.  “Biz  təbii  seçmə  ilə  formalaşan 
uyğunlaşmalardan  başqa  bir  şey  deyilik”.  “Biz  fərqli  sahələr  üçün  ayrılmış 
kompyuter makinalarından başqa bir şey deyilik”. Crickin iddiasına bənzəyən bu 
fikirlərin hamısını müdafiə etmək olar, ancaq heç biri kifayət etmir.
29
Bu açıqlamaların, əlbəttə, hamısı qeyri-kafidir, hətta tamamilə məntiqsizdir. 
Ən  qatı  materialistlər  belə  bu  həqiqəti  əslində  çox  yaxşı  anlayırlar.  Belə  ki, 
Darvinin  ən  yaxın  dəstəkləyəni  kimi  tanınan  materialist  Thomas  Huxley  də: 
“Şüur  kimi  bu  qədər  fövqəladə  bir  şey  necə  olub  sinir  toxumalarının  bir-
birilə qarşılıqlı təsirindən meydana gəlmişdir? Bu, Ələddinin lampasını əli 
ilə sürtdükdə içindən Cinin çıxması qədər izah edilməzdir”, -deyərək şüurun 
neyronlararası əlaqə ilə açıqlanmasının mümkün olmadığını ifadə etmişdir.
30
Huxleydən dövrümüzə qədər insan şüurunun neyronlarla açıqlanmasının 
mümkünsüzlüyü  həqiqəti  dəyişməmişdir.  Ancaq  bunun  səbəbi  elmin  bu 
sahədəki  yeni  tapıntılarının  kifayət  olmadığından  irəli  gəlmir.  Əksinə, 
nevrologiya sahəsində XX əsrin xüsusilə sonlarında çox irəliləyişlər baş vermiş, 
bir çox qaranlıq cəhət aydınlığa çıxmışdır. Ancaq bunlar insan şüurunun əsla 
maddə  ilə  məhdudlaşmadığını,  maddənin  fövqündə  bir  həqiqətin 
axtarılmalı  olduğunu  ortaya  qoyan  elmi  fəaliyyətlərdir.  Belə 
ki,  Almaniyanın  qabaqcıl  darvinist-materialist  yazıçılarından 
biri olan Hoimar Von Ditfurth qəbul etdikləri üsul ilə şüurun 
açıqlanmasının mümkün olmadığını belə etiraf edir:
İzlədiyimiz  təbiət  tarixi  və  genetik  irəliləyiş  yolunda 
şüurun, ruhun, zəkanın və duyğunun nə olduğuna dair cavab 
Sinir hüceyrələrinin bir insana şüur, ağıl, düşünmə 
və danışma bacarığı, sevmə, şəfqət hiss etmə, yazığı 
gəlmə, darıxma kimi hissləri qazandırmayacağı çox açıq 
həqiqətdir.


XƏYALIN DİGƏR ADI: MADDƏ
88
verə bilmədiyimiz gün kimi aydındır. Çünki psixi-zehni ölçü ən azından bu 
dünyada, bu anda təkamülün gəlib çatdığı ən son həddir. Ona görə də təkamülün 
sonrakı  mərhələ  və  pillələrinə  yenə  şüurumuzun  köməyi  ilə  kənardan,  onların 
üstünə çıxaraq baxa bildiyimiz halda şüurun (ruhun) özünə belə bir yaxınlaşma 
imkanından məhrumuq. Çünki əlimizdə şüurun özündən daha çox inkişaf etmiş 
yuxarı pillə yoxdur.
31
Amerikalı  fəlsəfə  və  riyaziyyat  elmləri  doktoru  William  A.  Dembski 
“Converting matter into mind” (“Maddəni zehnə çevirmək”) adlı məqaləsində insan 
beynindəki neyronların biokimyəvi prosesinin başa düşüldüyünü və bunun hansı 
zehni fəaliyyətlərlə bağlı olduğunun müəyyən edildiyini, ancaq qərar vermək, 
istəmək, fikir yürütmək kimi xüsusiyyətlərin “maddə ilə məhdudlaşmadığını” 
və  şüuru  araşdıran  mütəxəssislərin  bu  məhdudlaşdırmanın  qüsurunu 
gördüyünü belə yazır:
... Şüuru öyrənən alimlərin bu faktı (şüuru) nevroloji səviyyədə anlamaq 
ümidindən artıq əl çəkdiklərini görünür... Materializmə olan bağlılıq davam etsə də, 
insan ağlını neyron səviyyəsində açıqlamaq ümidi artıq ciddi düşüncə deyil...
32
Şüurun  materialist  düşüncə  tərzi  ilə  açıqlanması,  elm  inkişaf  etsə  də, 
mümkün deyil. Çünki beyin haqqında nə qədər məlumat əldə edilsə, zehnin 
maddə ilə məhdudlaşmayacağı bir o qədər də ortaya çıxır. Materialistlər insan 
şüurunu, həqiqətən, qavramaq istəyirlərsə, öz yanlış düşüncələrindən əl çəkərək 
düşünməli  və  araşdırmalıdırlar.  Çünki  şüurun  həqiqi  mənasını  maddə  ilə 
açıqlamaq mümkün deyil. Şüur Allahın insanlara verdiyi ruhun funksiyasıdır.
Materialistlərə suallar
İnsanların düşüncələrinin, mühakimə və rəy bacarıqlarının, qərar vermə 
mexanizmlərinin,  sevinc,  həyəcan,  rahatlıq  kimi  duyğularının  beyinlərindəki 
neyronların  bir-birilə  qarşılıqlı  təsiri  olduğunu  irəli  sürmək  son  dərəcə 
məntiqsiz  iddiadır.  Mövzu  üzərində  daha  ətraflı  düşünən  materialistlər  də 
bunu başa düşürlər. Tanınmış materialist Karl Lashley insan şüurunu maddə ilə 
məhdudlaşdırmağın mümkünlüyünü uzun illər müdafiə etməsinə baxmayaraq, 
karyerasının sonlarında bu fikri söyləmişdir:
Zehin-bədən  əlaqəsi  istər  həqiqi  metafizik  mövzu,  istərsə  də  sistemli  xəta  kimi 
nəzərdən  keçirilsin,  bu  mövzu  psixoloqlar  və  insan  məsələlərilə  məşğul  olan 
nevroloqlar  üçün  hələ  də  problemdir...  Necə  olur  ki,  beyin  fiziki-kimyəvi 
sistem kimi bir şeyi qavrayır və ya bilir, yaxud bunu etdiyinə dair özünü 
aldada bilir?
33
 
Lashley sözügedən ziddiyyəti bircə sual ilə ifadə etmişdir. Əslində isə bu 
barədə materialistlərin özlərinə verməli və üzərində düşünməli daha bir çox 
cəhət  var.  Aşağıdakı  açıqlamalar  materialist  yanaşmanın  düşdüyü  çıxılmaz 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə