Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə17/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   13   14   15   16   17   18   19   20   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
74
SÜNİ ƏMƏLİYYATXANADA SÜNİ ƏMƏLİYYAT


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
75
həqiqilərindən  heç  bir  fərqi  olmadığı  təcrübədən  keçirənlər  tərəfindən  ifadə 
edilir.  Elə  isə  biz  də  hər  an  gördüyümüz  “həyat  görüntüsü”ndə  təmasda 
olduqlarımızın mütləq “əsilləri” 
olduğunu iddia edə bilmərik. Çünki bu hisslərimizin 
səbəbi çox fərqli mənbə ola bilər.
Hipnozun göstərdiyi vacib həqiqət
Süni  siqnallarla  bir  dünya  əmələ  gətirilməsi  həqiqətinə  ən  yaxşı 
nümunələrdən  biri  də  hipnozdur.  Məlumdur  ki,  hipnozda  hipnoz  edilən 
şəxsin təlqinlər vasitəsilə həqiqisindən ayırd edilməyəcək qədər inandırıcı bir 
sıra hadisələri yaşaması təmin edilir. Sözügedən şəxs olduğu otaqda olmayan 
görüntüləri, adamları və ya mənzərələri görür, səsləri eşidir, qoxuları və dadları 
bilir.  Bu  müddətdə  yaşadığı  hadisələrdən  sevinir,  kədərlənir,  həyəcanlanır, 
sıxıntı, təşviş keçirir. Hətta hipnoz altındakı şəxsin yaşadığı hadisələrin təsiri 
kənardan fiziki cəhətdən də müşahidə olunur, verilən təlqinlə əlaqədar nəbzin 
vurması, təzyiqin yüksəlməsi, dərisində qızartı əmələ gəlməsi, temperaturunun 
qalxması, mövcud ağrını hiss etməsi kimi əlamətlər meydana gəlir.
16
Məsələn,  hipnozun  tətbiq  edildiyi  bir  təcrübədə  şəxsə  xəstəxanada 
olduğu  və  bu  xəstəxananın  onuncu  mərtəbəsində  ölmək  üzrə  olan  bir  xəstə 
olduğu  deyilmiş,  ancaq  onun  əlindəki  dərmanı  tez  çatdırdığı  halda  xəstənin 
həyatının qurtarılacağı təlqin edilmişdir. Bu şəxs hipnoz ərzində təlqinin təsiri 
ilə son dərəcə sürətlə 10 mərtəbəni yuxarı çıxmağa başladığını hesab etmişdir. 
Bu  zaman  tövşümüş,  bərk  yorulduğu  üçün  təngnəfəs  olmuşdur.  Sonra  ona 
artıq  ən  yuxarı  mərtəbəyə  çatdığı  və  dərmanı  çatdırdığı  deyilmiş  və  rahat 
bir  çarpayıya  uzanması  təlqin  edilmişdir.  Beləliklə,  hipnoz  edilən  şəxs  rahat 
olmağa başlamışdır.
17
 Hipnoz edilən şəxs ona təlqin edilən məkanı və mühiti 
MADDƏNİN HƏQİQƏTİ MÖVZUSU FİLMLƏRDƏ
Maddənin həqiqəti mövzusunun gündəmə gətirilməsi və bir çox vəsilə ilə dünyaya 
izah edilməsilə yaşanan diqqətçəkən irəliləyişlərdən biri bir çox Hollivud filminin 
məğzində bu mühüm həqiqətə yer verilməsi olmuşdur.
Arnold Şvardzneqqerin baş rolda oynadığı “Total recall” (Hər şeyi xatırlamaq) adlı 
filmdə isə baş qəhrəman gerçək zənn etdiyi həyatının əslində beyninə yüklənmiş 
məlumatlardan ibarət olduğunu anlayır. Ancaq hansının gerçək, hansının xəyal 
olduğunu ayırd edə bilmir.


Bu kadrların götürüldüyü “13-cü mərtəbə” adlı filmin mövzusu qısaca belədir: filmin iki baş 
qəhrəmanı kompyuter ilə xəyali dünya meydana gətirmişlər. Bu xəyali dünyada 1937-ci il 
canlandırılır. Əslində isə bu insanlar 2000-ci ildə yaşayırlar.
Bu kompyuter proqramına bağlanan şəxs yatağa uzanır və beyninə bu proqramdakı məlumatlar 
və 1937-ci ilin yaşandığı xəyali dünyadakı şəxsiyyəti ilə bağlı informasiya yüklənilir. Məsələn, 
bu şəxs 2000-ci ildə yaşayan Duqlas Hol adlı varlı və uğurlu kompyuter şirkətinin meneceridir, 
hafizəsinə isə 1937-ci ildə yaşayan Con Ferguson adlı bank xəzinədarının məlumatları yüklənilir. 
Bu şəxs özünü bir anda 1937-ci il mühitində görür. Binalar, avtomobillər, geyimlər tamamilə o ilə 
xasdır. Bu şəxsi təəccübləndirən isə hər iki həyatının da bir-biri ilə eyni dərəcədə həqiqi olmasıdır. 
İkisində də suyun nəmliyini, çöldəki küləyi, qarşılaşdığı hadisələrdə hiss etdiyi qorxu və həyəcanı 
bütün gerçəkliyi ilə yaşayır.
Bu şəxs daha sonra gerçək həyatı zənn etdiyi həyatının da əslində kompyuter proqramı olduğunu, o 
günə qədər həqiqi hesab etdiyi hər şeyin-şirkətinin, mövqeyinin, avtomobilinin, dostlarının hamısının 
xəyalı ilə təmasda olduğunu anlayır. Əslində 2000-ci ildən çox daha sonrakı zamanda yaşayır və bütün 
bu həyatını bir simulyatorda izləyir. Filmdə əsas vurğulanan mövzu isə xəyal şəklində yaşananların 
gerçək hesab edilən həyatdan ayırd edilməyəcək qədər həqiqi olmasıdır.


77
“The Matrix” filmində isə baş qəhrəman o günə qədər şüşə kürənin içində beyninə verilən elektrik 
siqnallarından ibarət xəyali dünyada yaşadığını anlayır. Özünü kompyuter proqramçısı zənn edir, 
əslində isə yuxarıda görünən yerdə yatır. Yəni həyatı hesab etdiyi hər şey əslində xəyallardan 
ibarətdir.
Filmdə baş qəhrəmanın beyninə kompyuter kabeli bağlanılır və bu kabel vasitəsilə beyninə bəzi 
proqramlar yüklənilir.
Kompyuter proqramı yükləndikdən sonra əslində başqa bir yerdə, pis geyimdə, olduqca köhnə 
kresloda oturan bu şəxs özünü tamamilə başqa geyimlərlə başqa bir yerdə görür. Geyimləri 
dəyişmiş, saçı uzanmışdır. Əslində oturduğu simulyator kreslosundakı görüntüsündən tamamilə 
fərqli görünüşə malikdir.
Bu şəxs gördüklərinin xəyal olmayacaq qədər həqiqi olmasına görə həqiqəti qəbul etmək istəmir 
və kresloya toxunaraq: “Bu həqiqi deyil?” -deyə soruşur. Aldığı cavab isə belədir: “Həqiqət nədir? 
Həqiqəti necə tərif edirsən? Əgər hiss edə bildiyin, qoxulayıb, dadıb görə bildiyin şeylərdən bəhs 
edirsənsə, “həqiqət” beyinə göndərilən elektrik siqnallarının şərhidir”.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə