Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə18/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   14   15   16   17   18   19   20   21   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
78
Ona bildiyi dünyanın tamamilə simulyasiyadan ibarət olduğu göstərilir. Buna gördüyü hər 
təfərrüat daxildir. Avtomobillər, şəhərin gurultusu, nəqliyyat, göydələnlər, okean, insanlar, qısaca 
desək, hər şey sadəcə kompyuter proqramı ilə zehnində meydana gələn canlandırmadan ibarətdir.
Ona həqiqətləri göstərən şəxs xəyal dünyasında yaşadığını və yaşadıqlarını həqiqi hesab etdiyini 
söyləyir. Dünyanın o andakı həqiqi halı isə tamamilə başqa cürdür. Məhv olmuş, xarabalığa 
çevrilmiş dünya var. Gördüyü göydələnlər, müasir görünüş, avtomobillər və digərləri isə sadəcə 
zehnindəki xəyallardır. 
Bu günə qədər həqiqi olduğunu zənn etdiyi bütün tarixin də xəyal olduğunu və əslində tamamilə 
başqa bir zamanda yaşadığını öyrənir.
“The Matrix” filmindən başqa bir səhnə. Bu səhnədəki şəxs bütün həyatının kompyuter proqramı 
tərəfindən beynində göstərildiyini bilir. Buna görə, yediyi bifşteksin ləzzətinin əslində mövcud 
olmadığını, bunu sadəcə beynində hiss etdiyini söyləyir, ancaq yenə də bu ləzzətdən həqiqi imiş 
kimi zövq aldığını bildirir.


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
79
bütün gerçəkliyi ilə yaşamasına baxmayaraq, ortada nə bəhs edildiyi kimi bir 
məkan, nə insanlar, nə də hadisələr var.
Digər  təcrübədə  isə  normal  otaqda  olan  şəxsə  hamamda  olduğu  və 
hamamın çox isti olduğu təlqin edilmiş, bundan sonra həmin şəxs həddindən 
artıq tərləməyə başlamışdır.
18
 Burada çox vacib cəhət də diqqəti cəlb edir. İnsan 
bədənində tərləmə baş verməsi üçün bəzi təsirlərin meydana gəlməsi şərtdir. 
Bu hipnoz hadisəsində qarşılaşdığımız həqiqət isə budur: hipnoz edilən şəxs 
xarici aləmdə tərləməyə səbəb olan heç bir amil olmadığı halda tərləmişdir. Bu 
nümunə açıq şəkildə göstərir ki, bir məkanda olmaq və ya bir mühiti hiss etmək 
üçün o mühitin və ya məkanın əsli ilə təmasda olmaq şərt deyil. Süni siqnallar 
və ya təlqin yolu ilə bənzər təsirlərin əmələ gətirilməsi mümkündür.
Milli  Hipnoterapiya  Dərnəyi,  Milli  Psixoterapiya  Dərnəyi,  Peşəkar 
Hipnoterapistlər Mərkəzi, Hipnoterapiya Araşdırma Dərnəyi kimi bir çox qurumun 
üzvü olan ingilis hipnoterapiya mütəxəssisi Terrence Watts da bir məqaləsində 
hipnoz vaxtı keçmişdəki hadisəni xatırlayaraq danışan insanlarda danışdıqları 
hadisə ilə əlaqədar olaraq bəzi fiziki dəyişikliklər müşahidə edildiyini bildirir. 
Məsələn,  insanın  danışdığı  hadisədə  nəfəs  alma  çətinliyi  kimi  vəziyyət  baş 
vermişsə, hadisəni hipnoz altında danışdığı vaxtda yenə nəfəsi daralır, hətta bir 
Bu şəxs hipnoz zamanı 
təlqinin təsirilə olduqca 
sürətlə 10 mərtəbəni çıxmağa 
başladığnı hesab edir. Bu 
zaman tövşümüş, bərk 
yorulduğu üçün təngnəfəs 
olmuşdur. Hipnoz edilən 
şəxs ona təlqin edilən məkanı 
və mühiti bütün gerçəkliyi 
ilə yaşamasına baxmayaraq, 
ortada nə haqqında bəhs 
edilən məkan, nə insanlar, nə 
də hadisələr vardır.


XƏYALIN DİGƏR ADI: MADDƏ
80
müddət tamamilə dayanır. Watts hipnoz zamanı kiçik yaşlarında döyüldüyü 
anı danışan insanın üzündə şillə izlərinin meydana gəldiyini də bildirir. Bundan 
əlavə, Watts bunun bir sirr olmadığını, bədənin ağrıya cavab verdiyini bildirir.
19
Hipnoz hadisələrində görülən ən təəccüblü nümunələrdən biri də hipnoz 
edilən  şəxsin  dərisində  təlqin  nəticəsində  yaraların  belə  əmələ  gəlməsidir. 
Məsələn, Paul Thorsen adlı tədqiqatçı hipnoz altındakı şəxsin qoluna sadəcə 
qələmin  ucunu  toxundurmuş  və  bunun  qızğın  şiş  olduğunu  təlqin  etmişdir. 
Qısa  müddətdən  sonra  qələmin  ucunun  dəydiyi  yerdə  yanıq  qabarcığı  üzə 
çıxmışdır.  Eyni  tədqiqatçı  Anne  O.  adlı  şəxsə  hipnoz  vaxtı  qolunun  A  hərfi 
şəklində sıyrıldığını təlqin etmişdir. Başqa heç bir şey edilmədiyi halda o yerdə 
A hərfi şəklində qızartı əmələ gəlmişdir.
20
 Bourru və Burot adlı tədqiqatçılar 
isə hipnoz altındakı şəxsə qolunun kəsildiyini təlqin edərək yumşaq qələmlə 
yüngül bir xətt cızdıqdan sonra qolunda qan sızdığını görmüşlər.
21
J.A.Hadfield  isə  hipnoz  etdiyi  dənizçiyə  qoluna  qızğın  dəmir  basdığını 
və  o  yerin  yanacağını  söyləmişdir.  Halbuki  sadəcə  barmağının  ucunu  oraya 
toxundurmuşdur. Sonra da o yeri sarımışdır. 
6 saat sonra sarğı açıldıqda orada həqiqətən 
yüngül  qızartı  və  qabarma  görünmüşdür. 
Hadfield:  “Ertəsi  gün  qabarıq  xeyli 
böyümüşdü  və  eynilə  yanıq  yeri  kimi  su 
yığılmışdı”, -demişdir.
22
Hipnoz  vaxtı  insan  bədənində 
meydana  gələn  bu  dəyişikliklər  görmə, 
eşitmə, toxunma, hiss etmə, ağrı bilmə kimi 
hislərimizin  əmələ  gəlməsi  üçün  xarici 
aləmə  ehtiyacımızın  olmadığını  göstərir. 
Məsələn,  xarici  aləmdə  qızğın  dəmir 
olmamasına  baxmayaraq,  bu  təlqini  alan 
şəxsin  qolunda  yanıq  izi  əmələ  gələ  bilir. 
Bütün bu nümunələrdən də məlum olduğu 
kimi, həm görüntünün necə əmələ gəldiyini 
tədqiq etdikdə, həm texnoloji nailiyyətlərə 
baxdıqda,  həm  də  hipnoz  kimi  təlqin 
üsullarını  bu  məlumatlara  əlavə  etdikdə 
ortaya qəti həqiqət çıxır: insan ömrü boyu 
bədəninin xaricindəki dünyada yaşadığını 
zənn edir. Halbuki dünya dediyimiz hər şey 
qavrama  mərkəzlərimizə  çatan  siqnalların 
beynimiz  tərəfindən  şərhidir.  Yəni  biz 
Hipnozla dəri xəstəliklərinin sağaldığı 
hər kəsə məlum olan həqiqətdir. 
Yuxarıdakı şəkildə hipnozla müalicə 
edilməzdən əvvəlki yaralar görünür. 
Aşağıda isə hipnozla müalicədən sonra 
yaraların sağaldığı müşahidə edilir. 
(D.Waxman, Hypnosis, səh. 113)


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə