Maddenin sirri indd


Dünya Həyatının Beynimizdəki Əksi



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə19/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   15   16   17   18   19   20   21   22   ...   63

Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
81
beynimizin içində əmələ gələn dünyadan başqa dünya ilə heç vaxt təmasda ola 
bilmərik.  Xarici  aləmdə  nə  olduğunu  bilməyimiz  əsla  mümkün  deyil.  Beynə 
ötürülən siqnalların mənbəyinin, orijinalının nə olduğunu da bilmirik. Bu gün 
bu  mövzu  ən  əsas  elmi  kitablarda  yer  alan  və  məktəbdə  yuxarı  siniflərdən 
etibarən  insanlara öyrədilən açıq həqiqətdir. Problem ondadır ki, insanlar bu 
həqiqət üzərində düşünmürlər.
Bütün bu hissləri yaşayan kimdir?
Bura  qədər  olan  bölmələrdə  həyatımıza  aid  bütün  hisslərin  beynimizdə 
əmələ gəldiyini nəzərdən keçirdik. Burada bir az diqqətlə düşünən hər insanın 
soruşacağı çox vacib sual ilə qarşılaşırıq. 
Məlumdur  ki,  gözümüzdəki  hüceyrələrdən  gələn  elektrik  siqnalları 
beynimizdə  görüntüyə  çevrilir.  Məsələn,  beyin  görmə  mərkəzinə  gələn  bəzi 
elektrik siqnallarını günəbaxan tarlası kimi şərh edir. Elə isə görən göz deyil. 
Əgər görən gözlərimiz deyilsə, elə isə beynin arxa hissəsində, qapqaranlıq 
yerdə  gözə,  tor  qişaya,  göz  bülluruna,  göz  sinirlərinə,  göz  bəbəyinə  ehtiyacı 
olmadan elektrik siqnallarını rəngarəng günəbaxan tarlası kimi görən, gördüyü 
bu mənzərədən zövq alan kimdir?
Heç  bir  səsin  girə  bilmədiyi  beyində  qulağa  ehtiyacı  olmadan  elektrik 
siqnallarını  ən  yaxın  dostunun  səsi  kimi  eşidən,  bu  səsi  eşitdikdə  sevinən, 
eşitmədikdə onun üçün darıxan kimdir?
Beynin  içində  bir  ələ,  barmaqlara,  əzələlərə  ehtiyacı  olmadan  pişiyinin 
tüklərini oxşadığını hiss edən kimdir?
İsti,  soyuq,  qatılıq,  forma,  dərinlik,  uzaqlıq  kimi  toxunma  duyğularını 
əslinin eynisi ilə beyində kim yaşayır?
Heç bir qoxunun girə bilmədiyi beynin içində limon, lavanda, gül, yemiş, 
qarpız, portağal, kabab qoxusunu eynisi ilə qoxulayan və kababın qoxusunu 
duyduqda iştahaya gələn kimdir?
Bura qədər daima duyğularımızın beynimizdə meydana gəldiyindən bəhs 
etmişik. Elə isə beynin içində əmələ gələn bu görüntüləri bir televizor ekranındakı 
kimi  seyr  edən,  seyr  etdiklərindən  sevinən,  kədərlənən,  həyəcanlanan,  razı 
qalan, təşvişə düşən, maraqlanan kimdir? Bütün gördüklərini və hiss etdiklərini 
şərh edən şüur kimə aiddir?
Həyatı boyu qapqaranıq, səssiz kəlləsinin içində ona göstərilən görüntüləri 
seyr edən, düşünən, nəticə çıxaran, qərar verən şüur sahibi varlıq kimdir?
Bütün bunları qavrayan, şüuru meydana gətirən varlığın şüursuz atomların 
əmələ  gətirdiyi  su,  yağ,  zülal  kimi  maddələrdən  ibarət  olan  beyin  olmadığı 
aydındır. Beynin fövqündə çox daha fərqli bir varlıq olmalıdır. Daniel Dennet 
materialist olmasına baxmayaraq, kitabında bu sualı belə açıqlayır:


XƏYALIN DİGƏR ADI: MADDƏ
82
Şüurlu  düşüncələrim  və  xüsusilə  də  günəş  işığından,  Vivaldidən,  yüngülcə 
tərpənən budaqlardan aldığım zövq - necə olur ki, bütün bunlar sadəcə beynimdə 
əmələ gələn fiziki şeylərdir? Necə olur ki, beynimdəki elektrokimyəvi birləşmələrin 
kombinasiyası bu yüzlərlə zərif budağın zaman ərzində musiqi ilə diz çökməsinə 
çevrilir?  Beynimdəki  məlumatı  hazırlama  prosesi  necə  olur  ki,  üzərimə  düşən 
günəş işığının istiliyinə çevrilir? Hətta beynimdəki hadisə necə olur ki, beynimdəki 
başqa bir məlumatı hazırlama prosesinin çertyoj şəklində əyaniləşdirilmiş zehni 
görüntüsünə çevrilir? Bu, mümkünsüz görünür. Mənim şüurlu düşüncələrim və 
təcrübələrim olan hadisələr beyin prosesləri deyilmiş kimi görünür, ancaq başqa 
bir şey olmalıdır, şübhəsiz, beyin proseslərinin səbəb olduğu və ya onlar tərəfindən 
hazırlanan, ancaq buna əlavə olaraq fərqli maddədən əmələ gələn, fərqli məkana 
yerləşdirilmiş bir şey. Bəli, niyə də olmasın?
23
R.L. Gregory isə beynin arxasında olan və bütün bu görüntüləri görən bu 
varlığı belə şərh edir:
Gözlərin beyində şəkillər əmələ gətirdiyini söyləyən söhbət gedir, ancaq bu fikirdən 
çəkinmək lazımdır. Beyində şəkil əmələ gəldiyi deyilirsə, bunu görməsi üçün içəridə 
bir göz də olmalıdır, lakin bu gözün şəklini görmək üçün bir gözə də ehtiyac olacaq... 
və bu da sonsuz bir göz və şəkil olması deməkdir. Bu, mümkün deyil.
24
Maddədən  başqa  varlığı  qəbul  etməyən  materialistlərin  içindən  çıxa 
bilmədikləri əsl müəmma elə budur. Görən, gördüyünü qavrayan və reaksiya 
verən “içəridəki göz” kimə aiddir? Karl Pribram da elm və fəlsəfə dünyasında 
qavrayışı hiss edənin kim olduğu ilə bağlı bu vacib axtarışa belə diqqət çəkmişdir:
Yunanlardan  bəri  filosoflar  “maşının  içindəki  xəyal”,  “kiçik  insanın  içindəki 
kiçik insan” və s. üzərində daima düşünmüşlər. “Mən” – yəni beyindən istifadə 
edən varlıq haradadır? Əslində bilməni həyata keçirən kimdir? Assisili Müqəddəs 
Francisin də dediyi kimi: “Axtardığımız şey baxanın nə olduğudur”.
25
Bir  çox  insan  bu  mövzunu  düşünərək  həqiqətə  lap  yaxınlaşdığı  halda 
“görən kimdir” sualının cavabını verməkdə, düşüncədə bundan daha irəliyə 
getməkdə  tərəddüd  edir.  Yuxarıdakı  nümunələrdə  də  göründüyü  kimi, 
mənliyimizi meydana gətirən varlığa bəziləri “kiçik insan”, bəziləri “maşının 
içindəki xəyal”, bəziləri “beyni idarə edən varlıq”, bəziləri isə “içəridəki göz” 
ifadəsindən istifadə etmişlər. Bütün bu ifadələrdən beynin fövqündə şüur sahibi 
olan varlığı tərif etmək və onu dərk etmək üçün istifadə edilmişdir. Ancaq bu 
insanlar  materialist  fikirlərinə  görə,  əslində  görənin,  eşidənin  kim  olduğunu 
dilə gətirə bilməmişlər. 
Bu  həqiqətin  cavabını  bizə  verən  yeganə  mənbə  dindir. Allah  Quranda 
insanın  əvvəl  bədənini  yaratdığını,  sonra  da  ona  “ruhundan  üfürdüyünü” 
bildirmişdir.
Xatırla  ki,  bir  zaman  Rəbbin  mələklərə  belə  demişdi:  “Mən  quru  və 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə