Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə16/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   12   13   14   15   16   17   18   19   ...   63

69
kimi  də  adlandırılır.  Xəyali  gerçəkliyin  ən  əhəmiyyətli  xüsusiyyəti  odur  ki, 
xüsusi alətlərdən istifadə edən  şəxs gördüyü görüntünü həqiqi zənn edir, hətta 
bu  görüntünün  içinə  dalır.  Ona  görə,  son  illərdə  xəyali  gerçəklik  ifadəsinin 
ingiliscə  qarşılığının  əvvəlində  “immersive”  sözündən  də  istifadə  edilir  və 
bu  sözün mənası “batırmaq, qərq etmək, içinə dalmaq”dır. (İmmersive Virtual 
Reality: daldıran xəyali gerçəklik).
Xəyali dünya əmələ gətirmək üçün istifadə 
edilən  alətlər  görüntünü  göstərən  ekranı 
olan  kaska,  toxunma  hissi  verən  elektronik 
əlcəkdir.  Kaskanın içindəki alət isə davamlı 
olaraq başın hərəkətlərinə və istiqamətinə 
nəzarət  edərək  görüntünün  başın 
istiqaməti və duruşu ilə mütənasib şəkildə 
ekrana gəlməsini təmin edir. Bəzən otaq 
böyüklüyündəki kubşəkilli yerin bütün 
divarlarında  və  döşəməsində  stereo 
görüntülər əks etdirilir və bu otağa girən 
insanlar  taxdıqları  stereo  eynəklərlə  otaqda 
dolaşaraq özlərini tamamilə başqa məkanlarda, 
məsələn,  şəlalə  kənarında,    dağın  zirvəsində, 
dənizin  ortasındakı  gəminin  göyərtəsində  günəş 
şüaları altında dincələrkən görə bilərlər. Başa taxılan 
kaskalar  üç  ölçülü,  dərinlik  və  məkan  hissi  olan 
görüntülər əmələ gətirirlər. Görüntülər insan ölçüləri 
ilə  nisbətdə  verilir  və  əlcək  kimi  bəzi  alətlərlə  toxunma 
hissi təmin edilir. Beləliklə, bu alətlərdən istifadə edən edən 
şəxs gördüyü xəyali dünyadakı əşyalara toxuna bilir, onların 
yerlərini  dəyişdirə  bilirlər.  Bu  məkanlarda  insanın 
gördüyü görüntüdəki səslər də son dərəcə 
inandırıcıdır. Səs hər tərəfdən 
fərqli  dərinliklərdə  verilir. 
Bəzi  hallarda  dünyanın 


XƏYALIN DİGƏR ADI: MADDƏ
70
müxtəlif yerlərindəki bir neçə insana eyni xəyali mühit göstərilə bilir. Beləliklə, 
məsələn, dünyanın müxtəlif ölkələrindən, hətta müxtəlif qitələrindən üç insan 
özlərini digərləri ilə birlikdə motorlu qayığa minərkən görə bilirlər. 
Xəyali  dünyanın  əmələ  gətirilməsi  üçün  lazım  olan  alətlərdə  istifadə 
edilən  sistem  beş  duyğu  orqanımızın  sistemi  ilə  eynilik  təşkil  edir.  Məsələn, 
istifadəçinin əlinə taxdığı əlcəyin içindəki mexanizmin təsiri ilə barmaq uclarına 
bəzi siqnallar verilir və bu siqnallar beyinə ötürülür. Beyin bu siqnalları şərh 
etdikdə bu şəxs ətrafında olmadığı halda ipək xalıya və ya səthi girintili-çıxıntılı 
olan, qabarıq vazaya toxunduğunu hiss edir.
Xəyali gerçəkliyin istifadə edilməyə başlandığı vacib sahələrdən biri tibbdir. 
Michigan Universitetində təkmilləşdirilən texnika ilə həkimliyə namizədlər və 
xüsusilə təcili yardım xidməti işçiləri süni əməliyyatxana mühitində təlim keçirlər. 
Xəyali gerçəklik üçün 
istifadə edilən simulyatorlar. 
Yuxarıdakı şəkildə adam 
istifadə etdiyi cihazlar 
vasitəsilə hərəkətli suya 
toxunduğunu zənn edir. 
Aşağıdakı adamlar isə 
özlərini göstərilən filmin 
qəhrəmanları kimi seyr 
edir və yaşadıqlarından 
həyəcanlanırlar.


71
XƏYALİ MÜHİTLƏRDƏ ƏMƏLƏ GƏTİRİLƏN DÜNYALAR
Dövrümüzdə inkişaf edən 
texnologiya ilə birlikdə 
simulyator adlanan sistemlər 
bir çox sahədə istifadə edilməyə 
başladı. Eynəkli başlıq və 
əlcəklə bunlardan istifadə edən 
adama çox fərqli görüntülər üç 
ölçülü formada göstərilir və 
bu şəxs özünü bu görüntünün 
içində zənn edir.
Avtomobil dizaynerləri 
yeni avtomobil 
modellərini xəyali 
mühitlərdə sınaqdan 
keçirirlər.


72
Bu texnologiyanın 
istifadə edildyi 
sahələrdən biri 
də təyyarəçilik 
təlimidir. Kiçik 
kabinənin içində 
olan adamlar bu 
alətlər sayəsində 
özlərini həqiqətən 
təyyarə idarə 
edərkən, göy üzündə 
uçarkən və ya hava 
limanına enərkən 
görürlər.


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
73
Burada  otağın  yerində  və  divarlarında  əməliyyatxana  ilə  bağlı  görüntülər, 
əməliyyatxananın  ortasına  isə  əməliyyat  stolu  və  “xəstə”nin  görüntüsü  əks 
etdirilir. Həkimliyə namizədlər isə üç ölçülü eynəklərini taxaraq bu xəyali xəstə 
üzərində əməliyyata başlayırlar. Şəkillərdən də göründüyü kimi bu şəkli görən 
bir insan hansının gerçək, hansının xəyali olduğunu anlamayacaqdır.
Bu  nümunələrdə  də  göründüyü  kimi,  süni  siqnallarla  gerçək  olmayan 
dünya gerçək kimi göstərilə bilir. Son illərdə çəkilən bəzi məşhur filmlərin bu 
mövzuya  toxunması  da  son  dərəcə  diqqət  çəkir.  Məsələn,  “The  matrix”  adlı 
Hollywood  filmində  filmin  iki  qəhramanı  kresloda  uzanmış  vəziyyətdə  ikən 
sinir sistemlərinə kompyuter qoşulduqda özlərini tamamilə başqa məkanlarda 
görürlər. Bir səhnədə uzaq şərq idman növü ilə məşğul olarkən, başqa birində isə 
özlərini başqa paltarlar içində bir çox insanın olduğu küçədə gəzərkən görürlər. 
Filmin  qəhrəmanı  yaşadıqlarının  həqiqiliyi  qarşısında  bunların  kompyuter 
vasitəsilə əmələ gətirilən görüntülər olduğuna inana bilmədiyini söylədikdə isə 
kompyuter tərəfindən görüntü dondurulur və bu şəxs həqiqi sandığı dünyanın 
əslində bir görüntü olduğuna inandırılır.
Beləliklə, dövrümüzün texnologiyası ilə süni siqnallar ilə süni görüntülər, 
başqa  sözlə,  süni  dünya  əmələ  gətirmək  mümkündür.  Bu  süni  görüntülərin 
Miçiqan Universitetində təkmilləşdirilən texnika ilə həkimliyə 
namizədlər və xüsusilə təcili yardım xidməti işçiləri süni 
əməliyyatxana mühitində təlim keçirlər. İlk mərhələdə bir otağın 
yerində və divarlarında əməliyyatxana ilə bağlı görüntülər əks 
etdirilir. Yandakı səhifədə görünən əməliyyatxana mühitində üç 
həkimdən başqa bütün görüntülər xəstə də daxil olmaqla xəyalidir. 
Simulyator cihazları ilə həkimliyə namizədlər ilk əməliyyatlarını 
xəyali əməliyyatxanada xəyali xəstələr üzərində edirlər.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə