Maddenin sirri indd


ÖZÜNÜZDƏN UZAQ OLDUĞUNU ZƏNN ETDİYİNİZ



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə13/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   9   10   11   12   13   14   15   16   ...   63

54
ÖZÜNÜZDƏN UZAQ OLDUĞUNU ZƏNN ETDİYİNİZ 
CİSİMLƏRİN HAMISI ƏSLİNDƏ BEYNİNİZİN İÇİNDƏDİR


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
55
məsələn,  yol  və  ya  çiçəklərlə  dolu  çöl  əslində 
bir teksturadır. Bizə yaxın olan teksturalar daha 
hərtərəfli, uzaqdakılar isə daha tutqun görünür. 
Ona  görə,  tekstura  üzərində  yerləşdirilən 
cisimlərin  məsafəsi  haqqında  mühakimə 
yürütmək  çox  asandır.  Bundan  başqa,  burada 
kölgə  və  işıq  ünsürləri  də  birlikdə  üç  ölçülü 
görüntünü tamamlayır. 
Belə  ki,  qabiliyyətli  rəssamların  çəkdiyi 
rəsmlərə heyranlıqla baxmağımızın səbəbi kölgə 
və  perspektiv  ünsürlərindən  istifadə  edərək 
rəsmə verdikləri dərinlik və canlılıq hissidir. 
Perspektiv uzaqdakı şeylərin müşahidəçiyə 
görə  yaxındakı  şeylərə  nisbətən  daha  kiçik 
görünməsindən  irəli  gəlir.  Məsələn,  bir 
mənzərə  rəsminə  baxdıqda  uzaqdakı  ağaclar 
kiçik,  yaxındakı  ağaclar  böyük  görünür  və  ya 
arxa  plandakı  dağ  rəsmi  ön  plandakı  insan 
rəsmindən daha kiçik çəkilir. Xətti perspektivdə 
isə  rəssamlar  paralel  xətlərdən  istifadə  edirlər. 
Məsələn, qatar relsləri üfüq xəttində birləşərək 
məsafə və dərinlik hissini əmələ gətirirlər.
Rəssamların  rəsmlərində  istifadə  etdikləri 
üsul  beynimizdə  meydana  gələn  görüntüyə 
də  aiddir.  Beynimizdəki  iki  ölçülü  məkanda 
dərinlik, işıq, kölgə eyni üsulla meydana gəlir. 
Bir  görüntüdə  təfərrüatlar,  yəni  işıq,  kölgə  və 
ölçülər  nə  qədər  hərtərəflidirsə,  o  görüntü  o 
Bu şəkildə arxadakı xətt qabaqdakı xətdən 
təxminən iki dəfə uzundur. Əslində hər iki xətt 
eyni uzunluqdadır. 
Bu nümunədən də göründüyü kimi, xətlərin 
işlənməsi, perspektiv, işıq, kölgə kimi ünsürlər 
insanların bəzi cisimləri olduğundan fərqli 
görmələrinə səbəb olur. Amma əslində bütün 
cisimlər tək bir yerdə, beynimizin görmə 
mərkəzində qavranır.


XƏYALIN DİGƏR ADI: MADDƏ
56
qədər həqiqi olur və hisslərimizi aldadır. Beləliklə, biz üçüncü ölçü olan dərinlik 
və məsafə varmış kimi hərəkət edirik. Halbuki gördüyümüz bütün görüntülər 
film  kadrı  kimi  tək  bir  səth  üzərindədir.  Beynimizdəki  görmə  mərkəzi  son 
dərəcə  kiçikdir!  Bütün  o  uzaq  məsafələr,  uzaqdakı  evlər,  göydəki  ulduzlar, 
Ay, Günəş, havada uçan təyyarələr, quşlar kimi görüntülər bu kiçik məkana 
sığışdırılır.  Yəni  sizin  baxıb  minlərlə  kilometr  yuxarıda  dediyiniz  təyyarə  ilə 
əlinizi uzadaraq tuta bildiyiniz stəkan 
arasında texniki bir məsafə yoxdur, hamısı 
beyninizdəki qavrama mərkəzində tək bir səth üzərindədir.
Məsələn, üfüqdə gözdən itməkdə olan gəmi əslində sizdən kilometrlərlə 
uzaqda deyil. Gəmi sizin beyninizin içindədir. Baxdığınız pəncərənin çərçivəsi, 
pəncərənin qarşısındakı qovaq ağacı, evinizin qarşısından keçən yol, dəniz və 
dənizdə hərəkət edən gəmi də daxil olmaqla, beyninizdəki görmə mərkəzində, 
yəni  iki  ölçülü  məkanda  əmələ  gəlir.  Bir  rəssam  böyüklük  və  kiçiklik  kimi 
nisbətləri, rəng, kölgə və işıq kimi xam maddələrdən və perspektivdən istifadə 
edərək uzaqlıq hissini iki ölçülü rəsmdə 
necə göstərə bilirsə, bizim beynimizdə də 
buna  bənzər  şəkildə  uzaqlıq  hissi  olur. 
Nəticədə  gördüklərimizi  özümüzdən 
uzaqdaymış 
kimi 
qavramağımız, 
gördüklərimizlə  aramızda  bir  məsafə 
olması bizi yanıltmalı deyil. Çünki məsafə 
də digərləri kimi bir hissdir.
Bu şəkildə arxadakı xətt qabaqdakı 
xətdən təxminən iki dəfə uzundur. 
Əslində hər iki xətt eyni uzunluqdadır. 
Bu nümunədən də göründüyü kimi, 
xətlərin işlənməsi, perspektiv, işıq, 
kölgə kimi ünsürlər insanların 
bəzi cisimləri olduğundan fərqli 
görmələrinə səbəb olur. Amma 
əslində bütün cisimlər tək bir yerdə
beynimizin görmə mərkəzində 
qavranır.


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
57
İKİ ÖLÇÜLÜ YERDƏ DƏRİNLİYİ OLAN GÖRÜNTÜ 
MEYDANA GƏTİRMƏK
Bu səhifələrdə görünən şəkillərin hamısında son dərəcə həqiqi dərinlik 
hiss edilir. İki ölçülü  kanva (kətan) üzərində kölgə, perspektiv və 
işıqdan istifadə edilərək üç ölçülü, dərinliyi olan görüntü əmələ 
gətirilmişdir. Rəssamın bacarığına görə bu həqiqilik daha da artır. 
Buna bənzər vəziyyət bizim görmə hissimizə də aiddir. Çünki gözün 
tor qişasına düşən görüntü iki ölçülüdür. Ancaq hər iki gözə düşən 
görüntü daha sonra tək rəsm 
halına salınır və 3 ölçülü, 


XƏYALIN DİGƏR ADI: MADDƏ
58


59
Siz otağın içindəsiniz, yoxsa otaq sizin içinizdədir?
İnsanların gördüklərinin beyinlərində bir hiss olduğunu dərk etmələrinə 
mane olan səbəblərdən biri də bədənlərini də bu görüntünün içində görmələridir. 
“Mən bu otağın içində olduğuma görə, deməli, bu otaq mənim beynimdə əmələ 
gəlmir”-kimi  səhv  nəticəyə  gəlirlər.  Onları  bu  səhv  nəticəyə  aparan  səbəb 
odur ki, öz bədənlərinin də görüntüsü ilə təmasda olurlar və bunu unudurlar. 
Ətrafımızda gördüyümüz hər şey necə sadəcə xəyali görüntülərdən ibarətdirsə, 
öz  bədənimiz  də  eyni  şəkildə  beynimizin  içində  əmələ  gələn  bir  xəyali 
görüntüdür. Məsələn, hal-hazırda oturduğunuz kresloda boynunuzdan aşağıda 
qalan hissənizi görürsünüz. Bu görüntü də digərləri kimi eyni sistemlə meydana 
gəlir.  Əlinizi  ayağınızın  üzərinə  qoyduqda  bu  toxunma  hissi  də  beyninizdə 
əmələ gəlir. Yəni siz hal-hazırda beyninizdə əmələ gələn bədəninizi görür və 
bədəninizə  toxunduğunuzu  beyninizdə  hiss 
edirsiniz
Bədəniniz  də  beyninizdə  bir 
görüntü 
olduğuna 
görə, 
otaq 
sizin  içinizdədir,  yoxsa  siz  otağın 
içindəsiniz?  Aydındır  ki,  bu  sualın 
doğru  cavabı  belədir:  “otaq  sizin 
içinizdədir”.  Siz  beyninizdəki  otaq 
görüntüsünün  içindəki  bədəninizin 
görüntüsünü görürsünüz.
Bunu  bir  başqa  misalla  bir  az 
da açıqlayaq. Təsəvvür edin ki, liftin 
düyməsinə  basdınız  və  lift  gəldikdə 
yuxarı  mərtəbədəki  qonşunuz  da 
liftin içindədir. Liftə mindiniz. Əslində 
siz  liftin  içindəsiniz,  yoxsa  lift  sizin 
içinizdədir? Həqiqət budur: lift içindəki 
qonşunuzun və bədəninizin görüntüsü 
ilə  birlikdə  sizin  beyninizdə  əmələ 
gəlir. 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə