Maddenin sirri indd


Dünya Həyatının Beynimizdəki Əksi



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə12/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   8   9   10   11   12   13   14   15   ...   63

Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
51
İçində böyük televizor ekranı olan qapqaranlıq otağa girdiyinizi düşünün. Çöldəki 
dünyanı yalnız bu otağn içindəki ekrandan seyr etsəniz, təbii ki, bir müddət sonra sıxılıb 
çölə çıxmaq istəyərsiniz. Bir anlıq düşünün, hal-hazırda da olduğunuz məkan fərqli deyil. 
Bir qutu kimi qapqaranlıq və kiçik kəllənizin içində xarici aləmə aid görüntüləri bir ömür 
boyu seyr edirsiniz. Amma beyninizdəki ekranda əmələ gələn görüntüləri bu dar yerdən 
heç çıxmadan və heç sıxılmadan seyr edirsiniz. Həm də sizə hər şeyi bir ekrandan seyr 
etdiyinizi söyləsələr, buna əsla inanmazsınız. Gördüyünüz görüntü o qədər inandırıcıdır 
ki, minlərlə ildir insan bu böyük həqiqətin fərqinə vara bilməmişdir.
BEYNİNİZİN İÇİNDƏKİ OTAQDAN
 ÖMÜR BOYU ÇIXA BİLMƏZSİNİZ


XƏYALIN DİGƏR ADI: MADDƏ
52
rəngarəng çiçəklərlə bəzənmiş bağçanı gəzən insan əslində bu bağçanın əslini 
deyil, beynindəki surətini görür. Ancaq bu bağça o qədər həqiqidir ki, hər insan 
xəyalında əmələ gələn bu bağçadan həqiqi imiş kimi zövq alır. Hətta bu günə 
qədər milyardlarla insan bu bağça kimi gördüyü hər şeyin əslini gördüyünü 
hesab etmişdir.
Bundan əlavə bunu da bildirməliyik ki, texnologiyanın və ya elmin inkişafı 
da 
bunu dəyişdirmir. Çünki hər elmi tapıntı və ya texnoloji kəşf də insanların beynində 
əmələ gələcək, ona görə, bu yolla da xarici aləmə çıxmaq mümkün olmayacaq.
Uzaqlıq hissi də beyində əmələ gələn hissdir
Avtomobillər,  siqnal  səsləri,  mağazalar,  binalar...  Bir  küçəyə  baxdıqda 
qarşılaşdığınız  bu  mənzərə  sizə  çox  aydın,  çox  həqiqi  görünür.  Ona  görə, 
insanların  böyük  bir  qismi  gördükləri  bu  mənzərənin  beyinlərində  əmələ 
gəldiyini qavraya bilmirlər, hamısının əslini gördüklərini zənn edərək yanılırlar. 
Bu mənzərə o qədər mükəmməl şəkildə yaradılmışdır ki, insanın bunun xarici 
aləmin əsli olmadığını, sadəcə öz zehnində yaşadığı surət olduğunu anlaması 
mümkün deyil. 
Görüntünu bu qədər inandırıcı və təsirli edən şeylər isə məsafə, dərinlik, 
rəng,  kölgə,  işıq  kimi  ünsürlərdir.  Bu  xam  maddələrdən  o  qədər  qüsursuz 
şəkildə  istifadə  edilmişdir  ki,  beynimizdə  üç  ölçülü,  rəngli  və  canlı  görüntü 
halına gəlirlər. Sonsuz sayda təfərrüat bu görüntüyə əlavə edildikdə ortaya heç 
fərqinə  varmadan  bütün  ömür  boyu  həqiqi  zənn  edərək  içində  yaşadığımız, 
ancaq əslində sadəcə zehnimizdə təmasda olduğumuz dünya çıxar. 
İndi  özünüzü  avtomobil  sürərkən  təsəvvür  edin.  Avtomobilin  rolunu 
özünüzdən  bir  qol  məsafədə,  küçə  işıqlarını  isə  bir  neçə  yüz  metr  qarşıda 
görürsünüz. Qarşınızdakı avtomobillə aranızda təxminən 10 metr məsafə var. 
Üfüqdə görünən dağlar isə kilometrlərlə uzaqdadırlar. Ancaq bu təxminlərinizin 
hamısı səhvdir! Nə dağlar, nə də qarşınızdakı avtomobil o qədər uzaqda deyil. 
Əslində bütün bu görüntülər bir film pərdəsi kimi beyninizdə tək bir səthdə, iki 
ölçülü şəkildə yerləşir. Bəs onda bu məsafə və dərinlik hissi necə əmələ gəlir?
Məsafə dediyimiz hiss bir növ üç ölçülü görmə formasıdır. Görüntülərdə 
məsafə  və  dərinlik  hissini  yaradan  şeylər  isə  perspektiv,  kölgə  və  hərəkət 
dediyimiz  ünsürlərdir.  Optika  elmində  məkan  (space)  hissi  deyilən  bu  hiss 
forması  çox  qarışıq  sistemlərlə  təmin  olunur.  Bu  sistemi  ən  asan  yolla  belə 
izah edə bilərik: əslində gözümüzə gələn görüntü sadəcə iki ölçülüdür. Yəni 
hündürlük və en ölçülərinə malikdir. Göz bülluruna gələn görüntülərin ölçüləri 
və iki gözün eyni anda iki fərqli görüntü görməsi dərinlik və məsafə hissini əmələ 
gətirir. Bizim hər bir gözümüzə düşən görüntü digər gözə gələn görüntüdən 
bucaq, işıq kimi ünsürlər baxımından fərqlənir. Beyin bu iki fərqli görüntünü 


Dünya Həyatının Beynimizdəki Əksi 
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
53
vahid rəsm halına salaraq dərinlik və məsafə hissini əmələ gətirir. 
Bunu  daha  yaxşı  anlamaq  üçün  bir  təcrübə  keçirə  bilərik.  Əvvəlcə, 
sağ  qolunuzu  bacardıqca  irəli  uzadın  və  şəhadət  barmağınızı  qaldırın.  İndi 
gözlərinizi barmağınıza zilləyərək növbə ilə sağ və sol gözlərinizi yumub açın. 
İki gözə fərqli iki görüntü gəldiyi üçün barmağın bir az yerini dəyişdirdiyini və ya 
sürüşdüyünü görəcəksiniz. İndi iki gözünüzü də açaraq sağ şəhadət barmağına 
zilləyərkən  sol  əlinizin  şəhadət  barmağını 
mümkün  olduğu  qədər  gözlərinizə 
yaxınlaşdırın.  Yaxındakı  barmağın  cüt 
görüntü əmələ gətirdiyini görəcəksiniz, bu 
isə duyğu sistemində uzaqdakı barmaqdan 
fərqli dərinlik hissi əmələ gəlməsinə görədir. 
İndi  bu  vəziyyətdə  ikən  gözlərinizi  növbə 
ilə yumub-açsanız, yaxındakı barmağın 
daha çox yer dəyişdirdiyini görəcəksiniz, 
çünki iki gözə düşən görüntülərin fərqi 
artmışdır. 
Üç  ölçülü  film  çəkilərkən  də  bu 
üsuldan  istifadə  edilir;  iki  müxtəlif 
bucaqdan  çəkilən  görüntü  eyni  ekran 
üzərində  əks  etdirilir.  Tamaşaçılar 
rəng  filteri  və  ya  polyarlaşdırıcı  filterli 
eynəklər  taxırlar.  Eynəyin  şüşəsindəki 
filterlər  iki  görüntüdən  birini  tutur, 
beyin  bunları  birləşdirib  üç  ölçülü 
görüntü halına salır.
İki  ölçülü  tor  qişada  dərinlik 
hissinin  əmələ  gəlməsi  iki  ölçülü 
rəsm kanvasında həqiqi dərinlik hissi 
yaratmağa çalışan rəssamların istifadə 
etdiyi  üsula  çox  bənzəyir.  Dərinlik 
hissini  əmələ  gətirən  bəzi  vacib 
ünsürlər  var.  Bunlar  cisimlərin  üst-
üstə yerləşməsi, atmosfer perspektivi, 
tekstura  dəyişikliyi,  xətti  perspektiv 
ölçü,  yüksəklik  və  hərəkətdir. 
Tekstura  dəyişikliyi  dərinlik  hissinin 
əmələ  gətirilməsində  son  dərəcə 
vacibdir.  Üzərində  gəzdiyimiz  səth, 
Avtomobil idarə edən insan sükanın, 
qarşısındakı yolun və ağacların 
özündən uzaqda olduğunu zənn edir. 
Əslində isə bütün bu gördükləri, 
eynilə bir fotoşəkildə olduğu kimi
beynində tək bir səthin üzərindədir.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə