Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə25/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   21   22   23   24   25   26   27   28   ...   131

94
BİRİNCİ KİTAB
Tat  dilindən  və  tat  dili  vasitəsilə  başqa  dillərdən  bəzi  sözlər 
ləzgi  dilinin  qımıl  şivəsinə  daxil  olmuşdur.  Maraqlıdır  ki,  bu 
sözlərin bəziləri eynilə qnz dilində də işlədilir. Məs.:
Qımıl şivəsində
Tat dilində
tov
toy (ocaq)
kubu
qubi  (çala, quyu)
qaf
kaf(söz)
tar
dar(ağac)
mast
mast (qatıq)
kukrum
kukrum  (ildınm)
akudun
(s) əkəndən (çıxartmaq)
xaıq
qart (pıçaq itiləyən daş)
baqli
bəli (gilas)
ttanur
tonur (təndir)
ttoq (duq)
duq  (ayran)
çeika
çikə (yer)
q ardam
kərdən (boyun)
Maraqlıdır  ki,  ləzgi  ədəbi  dilinə  də  tat  dilindən  bəzi  sözlər 
keçmişdir və bu sözlər ləzgi ədəbi dilində işlədilir. Məs.:
Ləzgi ədəbi dilində
Tat dilində
tav
toy (ocaq)
tanur
tonur (təndir) və s.
Tat dilinin iki  tərkibli  suxtəkələ  (suxtə -  yanmış,  kələ -  erkək 
kəl, erkək cöngə mənasında) sözü Qafqaz dillərinin Şahdağ qrupuna 
daxil olan Buduq dilinə eynilə keçərək coğrafi  ada -  Quba rayonun­
da buduqlular yaşayan toponimik ada çevrilmişdir.1
Yuxarıdakı  nümunələrdən  göründüyü  kimi,  tat  dilinin  İber- 
Qafqaz dillərindən olan ləzgi  dilinə  və onun  Qımıl  şivəsinə,  həmçi-
1  Vaqif Buduqlu (Piriyev). Buduq və buduqlular. “Sabah” nəşriyyatı.  1994, c.  14
AZƏRBAYCAN  TATLARININ  DİLİ
95
nin qnz dilinə müəyyən dərəcədə fonetik, qrammatik və leksik təsiri 
vardır və bu təsirin geniş elmi tədqiqi faydalı olardı.
TAT DİLİNDƏ RUS DİLİNDƏN ALINMALAR
Rus  dilinin  tat  dilinə  müstəqim  və  qeyri-müstəqim  təsiri  də 
maraqlıdır.  Azərbaycan  dili  vasitəsilə  tat  dilinə  bir  sıra  rus  sözləri 
daxil  olmuşdur.  Tat  dilinə  aprel  inqilabı  adlanan  dövrdən  əvvəl  ke­
çən sözlərin  əksəriyyəti  məişətlə  əlaqədar olan  sözlərdir.  İnqilabdan 
sonra isə rus  dilindən tat dilinə keçən sözlərin  əhatə dairəsi  genişlə­
nir  ki,  bu  da  texnika  və  mədəniyyətin,  təsərrüfat  və  ictimai  həyat 
tərzi  sahələrinin  inkişafı  ilə  əlaqədar  yaranmış  yeni  sözlərdir  -   o 
dövrün dilçilik elmində adlandırıldığı kimi sovetizmlərdir.1 Məs.:
Tat dilində
Rus dilində
Azərbaycan
dilində
paravuz
paravoz
paravoz
istikan
stakan
stəkan
həftənəbil
avtomobil
avtomobil
simavar
samovar
samovar
qalxuz
kolxoz
kalxoz
savxuz
savxoz
savxoz
suvet
sovet
sovet və s.
Olduqca  maraqlıdır  ki,  tat  dilində  Azərbaycan  dili  vasitəsilə 
keçən  rus  sözlərindən  başqa  bu  dilə  bilavasitə  rus  dilindən  keçən 
sözlər də vardır. Bu sözlərdən biri rus dilindəki  «купец» -  tacir  sö­
züdür.  Həmin  söz Qonaqkənd ləhcəsində  (xüsusilə,  dəfələrlə bu  sö­
zə  Gümür-Dəhnə  tatlarının  dilində  rast  gəlmişik)  “küpəz”  şəklində 
fonetik  dəyişikliyə  uğramış  formasında  işlədilir.  Məsələn,  bir  varlı
‘М.И.Гаджиев. Влияние русского языка на татский язык (по материалам 
Конахкендского говора татского языка).  V Межвузовекая научная 
конферечия по Иранской филологии (тезисы докладов), Душанбе,  1966, стр. 
149-151


96
BİRİNCİ KİTAB
şəxs  haqqında  söhbət gedəndə  gümür  tatları  deyirlər:  ü  ki  küpəzü  -  
o  ki  varlıdır.  Yaxud  əvvəllər  kasıb  olmuş,  sonradan  varlanmış  bir 
şəxs  haqqında  söz  düşəndə  deyirlər:  ü  ki  yə  lüm  -   lütə  yekiyü  bü, 
üzüm  küpəz  bire,  diyə  salamiş  nəbədərən  -   o  ki  bizim  kənddə  ən 
kasıbı  idi,  indi  varlanıb, daha salam da vermir və s.
Bizcə,  bu  söz  tat  dilinə  rus  tacirlərinin  Azərbaycanla  ticarət 
etməyə 
başladıqları 
dövrdən, 
Azərbaycana 
gəlib-getdikləri 
zamandan  daxil  ola bilər.  Heç  şübhəsiz,  bu  söz  tat  dilində  o  vaxtlar 
eynilə  r.d.  “kupets”  -   ticarətlə  məşğul  olan  mənasında  olmuş, 
sonralar  dar  mənasını  itirərək  daha  geniş  -   “varlı”  mənasında 
işlənməyə başlamış  və bu günə qədər tat dilində qalmışdır.
Tat dilinin  Qonaqkənd ləhcəsində yaşlı,  qocalıb əldən düşmüş 
insana  (bəzən  də,  hətta  heyvana)  “kapral”  deyilir.  Bu  söz  rus  dilin­
dən  tat  dilinə  keçmişdir.  Keçmiş  rus  ordulannda  kiçik  rütbə  olan 
“kapral”  dərəcəsi  (indiki  serjant  dərəcəsinə  təqribən  müvafiqdir) 
alan  şəxslər əksərən  həmin  dərəcədə uzun müddət,  bəzən,  hətta öm­
rünün sonuna qədər qalır, ordudan getmir və xidmət edir, hətta kiçik 
rütbə  ilə  də  qocalırdılar.  Rus  dilində  də  məhz  buna  görə  qocalmış 
kaprallara «старый  капрал»  deyilirdi.  Şübhə  yoxdur  ki,  rus  ordula­
rının  Azərbaycanda  olan  dəstələrindəki  qoca  kapralların  ləqəbi  kə­
nar  dillərə  (məsələn:  tat  dilinə)  daxil  olmuş,  tat  dilində  bu  söz  yu­
xanda qeyd etdiyimiz  (istər insan, istərsə də heyvan haqında) “qoca, 
dişi  tökülən, lap yaşlı,  z əif’  kimi  mənalan almışdır.
Tat  dilində  (Qonaqkənd  ləhcəsində)  fınldaqçı  adama,  bəzən, 
“maşənik”  də  deyilir.  Bu  söz  hətta  söyüş  mənasında  da  işlənir  və 
“pis  adam,  fınldaqçı”  məfhumunu  ifadə  edir.  Bizcə,  bu  söz  rus  di­
lindəki  həmin mənada olan  “moşennik”  sözündəndir.
Qonaqkənd  ləhcəsində  çox  geniş  surətdə  “pirvayi”  sözü  işlə­
dilir  ki,  bu  da  “lap  əla,  birinci,  çox  yaxşı,  çox  gözəl”  mənalannı 
əvəz edir.  Bu ləhcədə həmin mənalara gələn “xub”,  lap əla, qəy xub 
sözləri  ilə  paralel  “pirvayi”  sözü  də  işlədilir  ki,  bu  da  rus  dilindəki 
həmin mənada olan  «первая» sözündəndir.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
97
Tat dilində “sürgün  etmək”,  “köçürmək”,  “qovmaq” mənasın­
da  yalnız  “vəsirgə”  sözü  işlədilir.  Bu  söz  eynilə  rus  dilindəki  «вы­
сылка» sözündəndir.
Rus  dilindən  tat dilində  keçən  sözlərdən  biri  də  “apekun”  sö­
züdür.  Bu  söz  tat  dilində  eynilə  işlədilir  (“əpəkun”  variantı  ilə)  və 
tat dilinin lüğət fonduna daxil olmuşdur.
Bilavasitə,  rus  dilindən  tatların  dilinə  keçən  sözlərin  sayını 
xeyli  artırmaq  olar  ki,  həmin  fikrimizi  aşağıdakı  cədvəl  daha  qaba­
rıq surətdə təsdiq edir:
Tat dilində
Rus dilində
Azərbaycan
dilində
aquşkə
окошка
pəncərə
bolniskə, bolnisyə (m.)
больница
xəstəxana
qaravat,  qıravat (m.)
крават
çarpayı
çülük, julik
жулик
cibgir
oxotno,  vıxotno
входной день
bazar günü
iştirab, iştiraf
штраф
cərimə
lütkə,  lotkə
лотка
qayıq
ispişkə,
işpişkə//ispişkə//ispiçkə
спичка
kibrit
şəpkə,  şapka
шапка
papaq
lapatkə (lapatqa) (m'.)
лопатка
bel
kurişkə, quruşka (m.)
кур ушка
su qabı
duıək// durak (m.)
Дурак
axmaq
silisçi  (q., m.)
следователь
müstəntiq
tuk (q., m.)
ток
elektrik cərəyanı
qərəvul  (q.)
караул
keşikçi
Rus  dilindən  tat  dilinə  keçən  sözlərə  aşağıdakı  nümunələr  də 
misal ola bilər:
ражок (M.) -  ayaqqabı  geyinən
çast dərən  (Q.) чест даран -  salamlamaq
отказ satən -  rədd etmək


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə