Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə22/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   18   19   20   21   22   23   24   25   ...   131

82
BİRİNCİ  KİTAB
Bütün kənəklər,
Barsız tənəklər.
Südsüz inəklər,
Bu ərimə qurban.1
Balıstan -  təzə doğulmuş quzulann tövlədə saxlanan yeri. Ba­
la  və  məkan  bildirən  “stan”  tərkiblərindən  əmələ  gəlmişdir.  “Mən 
balıstam süpürürdüm, tövlədə balıstan ən alçaq yer idi” .
Peşin  -   qabaqcadan  maaş  hesabına  verilmiş  pul,  rus  sözü 
“avansın”  ekvivalenti.  Tat  dilində  piş  (qabaq,  əvvəl)  və  “in”  (Azərb. 
ca, cə) şəkilçisindən ibarətdir və qabaqca mənasını verən söz yaradır.
Məs.,  Bir  gün  Müşfiq  bir  qrupa  yazıçı  yoldaşları  ilə  birlikdə 
qonorar hesabına Azəməşrin  sabiq baş mühasibi,  görkəmli folklorçu 
Əbülqasim Hüseynzadədən peşin pul almaq istəyir.2
N ərm in — Azərb.  dilində  yup -  yumşaq mənasında. Tat dilin­
də düzəltmə söz tərkibidir,  sifətin şiddətləndirmə dərəcəsini  yaradır. 
Nərminə tikə -  yup-yumşaq tikə (sifətin adi  dərəcəsində olardı,  nər- 
mə tikə -  yumşaq tikə).
Qorxma ayrılıqdan, yolumu gözlə,
Qıyma ki, üşüsün nərmin əllərin.3
Qəc,  qac  -   Azərb.  dilində  iki  nəfərin  bir-biri  ilə  düz  gəlmə­
məsi,  düşmənçilik  etməyi,  bir-biri  ilə  didişməyi  mənalannda işlədi­
lir. Tat dilindəki  qəc, qac  (əyri,  sınmış) sözlərinin eynidir.
Məs.,  “Bir-birinə  yaman qəc  olublar”,  “əvvəl  mehriban qonşu 
idilər, aralarından su keçməzdi, bilməzdim nə oldu ki, qac oldular”.
Şahbaz -  Azərb.  dilində  “gözəl”  mənasında işlənir. Tat dilin­
də şahbaz.  Məs., M.P.Vaqif yazır:  “Can qurban eylərəm, səntək şah­
baza” .
1 R.Əhmədzadənin şeiri. “Kirpi” jurnalı.  N -4 ,1965
2 Dilbər Axundzadə. Göstərilən  əsəri,  səh.  110 
1 “Ədəbiyyat və incəsənət” qəzeti, 9. V.  1969
AZƏRBAYCAN  TATLARININ  DİLİ
83
Guşəm al -  Azərb.  dilində “qulaqbunna”,  yaxud qulağını  bur­
maqla  tənbeh  etmək  mənasında  işlənir.  Tat  dilində  eynilə  belədir. 
Bə  ü  yə  guşəmal  amarüm  -  ona  bir qulaqburma  gəldim  (ya  eynilə, 
guşəmal gəldim).
Siyapur -  Azərb.  dilində “həyasız”,  “abırsız”,  “sırtıq”,  “üzlü” 
mənasında  işlənir.  Tatca  “siyə”,  “siya”  -   qara,  “pur”,  “püı”  -   dolu 
deməkdir.  Beləlilə,  deməli  siyapur  -   (üzü)  dolu  qara  (adam),  sırtıq 
və s. deməkdir.
Tağar -  Azərb.  dilində  iri  çuval,  xaral  mənasında işlənir.  Tat 
dilində eyni mənada “dağar” sözü işlənir ki, bu  həm çuval,  həm mo­
tal  və s.  kimi mənaları verir.
“Murad bəyin  də  ki,  dəstgahı  hamınıza məlumdur.  İnsafən ki­
şidə padşah çalalı  vardır.  Hər il  tağar-tağar buğdası,  xalvar -  xalvar 
düyüsü, küp -  küp yağı olardı.” 1
Xaçpuş  -   Azərb.  dilində  tərbiyəsiz,  xuliqan  uşaq mənasında­
dır.  Tat  dilində  də  bu  söz  həmin  mənada işlənsə  də  dinsiz,  imansız, 
müsəlman olmayan,  xristian mənalarını  da verir.  Xaç  və puş  (taxan) 
-  xaçtaxan  sözlərindən;  tat dilində  xaspuş variantı  da vaıdı.
“  -   Elə  sürmələrin  işi,  peşəsi  sənin  kimi  xuliqanları  doğub 
küçəyə buraxmaqdır.  Rədd ol, xaçpuş.”2
Micilə;  midilə  -   Azərb.  dilində  lap  xırda,  çox  zəif,  ölüvay 
mənalannda  işlənir.  Bu  söz  azərb.  dilinin  Şərq  şivələrində  (Quba, 
Şamaxı)  təsadüf  olunur.3  Tat  dilində  bu  sözün  göstərilən  micilə, 
midilə  (Qonaqkənd,  Quba)  sözlərindən  savayı  bitilə,  pitilə  (Məl.) 
variantlan  da  vardır.  Bu  söz  kiçiltmə  ədatı  olan  “lə”-siz  də  tat 
dilində mici -  yəni  xırda,  zəif şəklində və onun  təkran  ilə mici-mici 
(xırda-xırda) şəklində də işlədilir.
Dənavar  -   Azərb.  dilində  (dənəvar,  buradan  da  dənəvarla- 
maq)  taxılı  sovurub  dənələri  ayırmaq.  Dənəvar  -   “dənə”  ismindən
1 Qafur Əfəndiyev (Qantəmir).  “Sara bibi” hekayəsi. “Komunnist” qəzeti,  16 okt­
yabr,  1967
2 “Kirpi” jurnalı., Bakı, mart,  1966, N5, səh.  6
3 R.Rüstəmov, ADŞF, səh. 70-71


84
BİRİNCİ  KİTAB
düzəldilmişdir.” 1 Mənbədə  göstərdiyimiz  müəllif sözün ikinci  kom­
ponenti  olan  “var”  sözünün  mənasım  bilməmişdir.  Tatlar  küləyə 
“var”  deyirlər.  Xırmanda döyülmüş,  samandan artıq ayrılmış, qalaq­
lanmış  taxılı  kisələrə,  çuvallara  doldurmamış  sonuncu  dəfə  dəni 
küləyə  verib  dənəvarlayırlar.  Bunun  nəticəsində  ən  sağlam,  ağır 
dənələr yüngül  dənələrdən ayrılır,  sağlam dənələrə nisbətən  yüngül, 
xəstə  dənələr  (gələcək  toxumluğa  yaramayanları)  bir  qədər  aralıda 
toplanırlar.  Bu  külək,  adətən  xəzridən,  ya da  güclü  gilavardan2 iba­
rət  olur.  Dənəvar (həm  də  giləvar)  taxılı  dənələyən  əməliyyatın  adı­
nı  ifadə  etdiyi  kimi  həm də  əməliyyatın  adım  ifadə  etdiyi  kimi  həm 
də  əməliyyatı,  ya  işi,  hərəkəti  yerinə  yetirmək  üçün  zəruri  olan  kü­
ləyin də adıdır.
Kallahı  -   başlı-başına  buraxılmış,  avara  dolanmağa  adət  et­
miş  heyvan  və ya  insan mənasında. Tat dilində bu  sözün  “sürü hey­
vanı”, “çöl  heyvam”,  tövləyə salınmayan heyvan” mənası da vardır.
“Əmioğlum  inəyi  qaytardı,  ...  istədi pəyəyə salsın....  İnək ora­
ya  getmək  istəmədi,  çünki  bir heyvan kimi  çöldə kallahı  dolanmağa 
çoxdan adət edibdir”.3
Təsək  - azərb.  dilində “gecə papağı” mənasında.
Tat  dilində  “təsək”  sözü,  ümumiyyətlə  paltar,  bundan  əmələ 
gələn  “təşkuk”  sözü  isə  “müqəddəs  paltar”  mənasını  daşımışdır. 
Tatlar  da  gecə  yuxusundan  qabaq başlarındakı  papağı  çıxarıb  təsək 
qoyardılar ki,  gecə yatanda pis yuxular görməsinlər, onların  açıq ba­
şına bəd ruhlar qonmasınlar. Onlar, deməli, təsəkdə bir müqəddəslik, 
bir  nicatvericilik  görmüşlər.  ‘Tas//təs”  (başın  ortası,  qafası)  sözün­
dən və “ək” -  kiçiltmə ədatından yaranmış düzəltmə sözdür.
Qaraçi  -  t.d.  qareçi. T.d.  bu  söz  İran  dillərinin  özünəməxsus­
dur.  Belə ki, tat dilində arabaya “qarə”,  f.d. “kari”4,  əfq.d. kadi  və s. 
deyilir. Məlumdur ki, daim köçəri həyat sürən qaraçılar bütün ömrü­
1 Yenə orada, səh. 58
2 Giləvar sözündə də  iki  tərkib:  gilə  və var  (külək)  vardır və  tat dilində gilələyən 
külək deməkdir.
3 C.Məmmədquluzadənin “Oğru inək” hekayəsindən.
4 Персидско-русский словарь.  1960, səh. 416
AZƏRBAYCAN  TATLARININ  DİLİ
85
nü  arabada keçirərdilər,  təsadüfi qazanc və dillənməklə dolanardılar. 
Təsadüfi  deyil  ki,  türk dillərində “dilənçi”,  “yolçu”  sözünün sinoni­
mi  kimi  “qaraçı”  sözü  işlənmişdir  (DTS,  424,  MQ,  I,  487).  İran dil­
lərinə məxsus “qare”  (araba)  sözünə az.d.  sənət bildirən  “çi”  şəkilçi­
sini  artırmaqla “qaraçı”  sözü  əmələ gəlmişdir.  İlk  variantı  az.d.,  bəl­
kə  də,  “qareçi”  olmuşdur.  Bu  etnik  qrupun  az.d.  adı  olan  “qaraçı” 
sözündəki  birinci  komponentin  az.  (türk)  dilləriııdəki  “qara”  (sifət, 
rəng mənasında) sözü ilə əlaqəsi yoxdur.
Dərzi -  az. dilində paltar tikən, xəyyat mənasında.
Tatlar  iynəyə  “dərzən”,  “dürzən”,  “darzan”  kimi  müxtəlif fo- 
netik  fərqli  sözlər  deyirlər,  sənət  bildirən  “i”  şəkilçisini  “dərzən” 
(iynə) sözünün əsası  olan dərz (paltarda yamaq,  yarıq,  sökülmüş yer 
mənasında)  sözünə  qoşaraq  paltar  tikən  şəxsin  sənətini  bildirən 
“dərzi” sözünü yaratmışlar ki,  bu da eynilə azərb.  dilinə keçmişdir.
Ovxarla(n)maq  -   itilənmiş  mənasında.  Bu  sözün  əvvəlki  iki 
komponenti  (“ov”  və  “xar” -  xardən -  içmək,  çəkilmək” mənasında 
işlənir.  Məlumdur ki,  dəmiri  qızardıb döyür,  sonra  suya çəkir,  itilə­
yirlər.  Burada  bu  söz  sonuncu  “lan”  və  “maq”  sözdüzəldici  azərb. 
şəkilçilərini qəbul edərək həmin mənalı mürəkkəb söz yaranmışdır.
“O səs ovxarlanmış xəncərə dönüb ürəyimi doğrayırdı”.1
Ələngə  -   azərb.  dilində  yorulub  əldən  düşmüş,  halsızlaşmış. 
Bu  söz  tat  dilindəki  ling//lüng -   ayaq  sözlərindəndir.  Hərfən:  Ələn- 
gə//Əlüngə (aftara) -  əldən (düşmüş) deməkdir.
“Gündüz saat ikiyə kimi yatmaqdan ələngəyə dönüb”.2
Burada həmin söz kinayə  ilə işlənmişdir:  yatmaqdan əldən dü­
şüb.
Cirbur  -   soğan,  un  və  kartofdan  hazırlanan  sulu  xörək,  tatca
cılbıl.
Şeynəm -  şeh,  tatca şeynəm.
Şətəl -  corab, tatca şətəl.
Şing -  yemlik,  tatca şing.
Şirp -  dərhal, tatca şirp.
1 Altay Məmmədov. Məhəbbətin səsi, B.,  1968, səh. 79
2 Altay Məmmədov. Məhəbbətin səsi.  B.,  1968, səh.  19.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə