Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə24/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   20   21   22   23   24   25   26   27   ...   131

90
BİRİNCİ KİTAB
mişlər.  Təbiidir  ki,  onlar bu  torpağa özləri  ilə  tat dilini  gətirməmiş­
dilər.  Elə bundan  sonra da  yəhudilər öz  milli  mənsubiyyətlərini  yə­
hudi  yox,  tat  hesab  etməyi  daha  üstün  tutmuşlar.  (Əsasən  də,  tatlar 
öz milli etnik mənsubiyyətlərini  qəbul etmədiklərinə görə.  Məsələn, 
indi Xızı  tatı  başqa  dilə mənsub olan  “dağlı”  sözünü  özünə etnik ad 
seçmiş,  lahıclı  tat  isə  Lahıc  coğrafi  adından  özünə  etnik  ad  düzəlt­
miş,  Suraxanı  tatı  isə  özünü  “pars”  adlandırmağı  üstün  tutur).  Alın­
ma  dili  öz  doğma  dilinə  çevirən  (bunun  analogiyası  dünya  xalq­
larında  olduqca  çoxdur)  ailə-məişət,  xüsusilə,  din  və  onun  məra­
simlərinə  dair  leksik  vahidləri  (bunların  bəziləri  yəhudi  dili  ilə  qo­
hum olan qədim  ərəb dili leksemləri  ilə eyniyyət təşkil edir)  tat dili­
nə  gətirmiş,  beləliklə  də,  almma,  özününkü  olmayan  (qeyri-semit 
dil  olub  İran  dillər  qrupuna daxil  olan)  tat  dilini  bir növ  özününkü­
ləşdirmiş,  ona  milli-semit  tərkibi  vermişlər,  bu  da  təbiidir.  Çünki 
yəhudilər  tat  deyillər,  Azərbaycana  gələndən  sonra  tat  dilini  qəbul 
etmişlər.  (Yaxın  vaxtlara  qədər  Azərbaycanda  olmuş,  bu  torpağa 
köçüb  gəlmiş  bəzi  tatdilli  erməni  kəndlərinin  əhalisi  kimi).  Məs.: 
Tat  dilində  aylann  adı  müsəlman  aylarının  adı  ilə  yanaşı  indi,  əsa­
sən,  Avropa aylarının  adlan  işlədilir.  Yəhudilər isə  mart  ayının  20- 
21-dən  başlanan  ilin  aylannın  adını  qədim  yəhudi  aylannm  adı  ilə 
adlandırırlar.  Nisan  (mart-aprel),  iyer (aprel-may),  sivon (may-iyun), 
tomuz  (iyun-iyul),  ov  (iyul-avqust),  ilul  (avqust-sentyabr),  tişri 
(sentyabr-oktyabr),  xəşvon  (oktyabr-noyabr),  kisləv  (noyabr-de­
kabr),  divid  (dekabr-yanvar),  şəvad  (yanvar-fevral),  odor  (fevral- 
mart; uzun ildə voodor).
Əsrlərin  keçməsinə,  coğrafi  şəraitin  dəyişməsinə,  ətrafdakı 
müxtəlif dinlərə  və  dillərə məxsus etnik qruplann bu  və  ya başqa şə­
kildə  olan  təsirinə  baxmayaraq,  Qubanın  Qırmızı  qəsəbə  və  Bakı  şə­
hərinin  R.Rza,  Vidadi,  Əzizbəyov,  Sabir,  Hüsü  Hacıyev  və  s.  kimi 
mərkəzi  küçələrində  yaşayan  Azərbaycan  yəhudiləri,  yaxud  da  elmi 
ədəbiyyatda  adlandırdıqları  kimi  -   dağ  cuhudlan  bu  gün  belə 
danışdıqları  tat  dilinin  leksik  tərkibində  yəhudi-semit  dilinin  ən 
qədim  qadanna  gedib  çıxan  çoxlu  dini,  ailə-məişət  termin  sözlərini 
saxlayıb  mühafizə  edə  bilmişlər  və  bu  leksik  vahidlər  bu  gün  də
AZƏRBAYCAN  TATLARININ  DİLİ
91
həmin ləhcənin möhkəm, dəyişməz leksik tərkibini  təşkil edir. Həmin 
ləhcədən  gətirdiyimiz aşağıdakı  misallar buna canlı  şahiddir:  baxur -  
cavan,  bit  -   ev,  boroxo  -   xeyir-dua,  barux  -  xeyir-dua  verilmiş  (iş, 
adam),  bəhimo  -   heyvan,  cədoy -  qurbanlıq  (heyvan),  quf -  bədən, 
vücud,  qən  idim  -   cənnət,  qadeş  -   müqəddəs,  qadüş  -   mərhuma 
oxunan dua,  qolut -  qovulma,  sürgün; qıyno -  matəm mahnısı,  dofus
-   möhür,  dohan  -   ruhani  atanın  dua  oxuyan  zaman  çatdığı  ekstaz 
vəziyyət,  dərəşo  -   dua  (oxunan),  zəxüt  -yaxşılıq,  zox  -   paklıq, 
zəmiro  -   dini  mahnı  oxunması  prosesi,  zəmirüt  -   dini  mahnıları  ifa 
edən  şəxs,  id  -   şahid,  isroylümə  -   yəhudi  dinini  təbliğ  edən  şəxs, 
kaddim -  şərq,  timon -  cənub,  sofun -   şimal,  kətubo -  kəbin kağızı, 
sinaqoqda -  təsdiqlənmiş sənəd, kəllo -  gəlin, lovonə -  ay, mesovo -  
qəbir  (əlhət)  daşı,  miğdoş  -   məbəd,  müqəddəs  yer;  midbor  -   səhra, 
çöl;  midraş -  dini  mədrəsə,  mizbəyax -  qurban kəsilən  yer,  miyus -  
murdar,  napak  (adam,  heyvan);  milo  -   sünnət,  minhəq  -   dini  adət, 
mərasim;  misva  -   müqəddəs,  dini  borc,  din  xatirinə  xeyirxahlıq; 
mobul  -  qiyamət,  məhşər;  mozol  -  xoşbəxtlik,  molqut -   şəhid,  cəza 
nəticəsində  zəncirlə  döyülüb  ördürülən;  moloxo  -   iş,  fəaliyyət; 
molxut  -   ağa,  hökmdar;  moləxo  -   pıçaq,  motono  -   allah  vergisi, 
moşiyax  -   ziyarət  (r.d.messiya),  müri  -   müəllim,  məsliyax  -   mü­
vəffəqiyyət,  namaz  -   (qədim  yəhudi  sözüdür,  ərəb  dilinə  keçmişdir. 
Bundan  sonrakı  sözlə  müqayisə  et)  -  namaz,  nimaz  -  yəhudi  kilsəsi 
(sinaqoq),  nişir -  qartal, novi -  peyğəmbər, nəşumo -  can, ruh odomi
-   adam,  olo  -   and  (özünə  bəraət  zamanı),  omin  -   amin,  paroşo  -  
müqəddəs  kitab,  pesax  -   pasxa  (dini  bayram),  rabi  -   savad,  rav  -  
alim,  roğiyağ  -   göy,  asiman;  rufi  -   həkim,  təbib;  rəşoğ  -   zalım, 
günahkar,  qansız;  sedağa  -   Allah  yolunda  pay,  sisid  -   kəbin  kəsi­
ləndə gələcək ər-arvadın üstünə örtülən örtük; sifir -  kitab, suko -  ba­
har bayramı,  bahann  ilk  gününün  bayramı;  suf -   son,  tahnit -  oruc, 
tiro  -   tövrat,  təlmid  -   şagird,  köməkçi;  təfılim  -   səna-dua,  alqış; 
təşuvo -  tövbə,  xalaf -  əvəz  edən,  nəslin davamçısı;  hazzon -  ruhani 
adam,  hazzir -  donuz  əti,  haton  -  bəy  (evlənən  oğlan),  haham -  baş 
ruhani,  hüq  -   ekvator,  dünyanın  tən  ortası;  huppo  -   kəbin  kəsmə 
mərasimi,  həşqoho  -   Allah  nəzəri,  şədar  -   şəxsiyyəti  təsdiq  edən


92
BİRİNCİ  KİTAB
vəsiqə,  şiro -  dini nəğmə,  şobot -  şənbə (суббота ilə müq.et),  şovo -  
and  içmək  (inandırmaq  üçün),  şolum  -   salam,  şolumi  -   əmin- 
amanlıq,  dostluq;  şomoş  -   yəhudi  məbədində  (sinaqoqda)  xidmət 
edən şəxs,  ivri  -   yəhudi,  ovun -   günah,  hədinoy -  bir Allah,  milix  -  
məlik,  padşah;  ərif -  axşam qaranlığı,  toran;  ətiyüt -  dövr,  zaman  və 
s.
TAT DİLİNİN QAFQAZ (ŞAHDAĞ QRUPU) 
DİLLƏRİNƏ TƏSİRİNƏ DAİR
Tat  dilinin  İber-Qafqaz  dillərində  olan  Ləzgi,  Q nz  dilləri  və 
Ləzgi  dilinin Qımıq şivəsinə qarşılıqlı  təsiri  məsələsi  də çox  maraq­
lıdır.  Bu  təsir,  xüsusilə,  özünü  tat  kəndlərinin  qonşuluğunda  yerlə­
şən  Q nz  dili  (Quba rayonu)  və  Qımıq  şivəsində  (Quba  və  Xaçmaz 
rayonlan) daha qabanq göstərir.1
Müxtəlif sistemli  dillər olmalarına baxmayaraq,  bu  qonşu dil­
lərin bir-birinə təsiri çox təbiidir.2
Q nz  dilinin  fonetikasında  diqqəti  cəlb  edən  mühüm  cəhətlə­
rindən biri  budur ki, bu dildə alınma sözlərin bəzi səsləri  (məs.:  o,  a, 
ı,  ü)  “u”-ya  çevrilir  və bəzən,  alınma  sözün  əvvəlinə  “u”  səsi  artın- 
lır.  Bu  fonetik  hadisə  tat  dilinin  bütün  ləhcə  və  şivələri  üçün  xarak­
terikdir və tat dilinin möhkəm dəyişməz qaydalanndandır.  Məs.:
Q n z dilində'’
Tat dilində
duxtur
duxtur
baluq
baluq
1 М.И.Гаджиев.  Конахкентскии  говор  татского  язька.  Автореф.  канд.  дисс., 
Баку,  1966, стр. 21; Tat dilinin Qonaqkond ləhcəsi, Bakı,  1971, səh.  104
2 М.И.Гаджиев,  Конахкентскии  говор  татского  языка.  Автореф.  канд.  дисс., 
Баку,  1966, стр. 21-22.
3 Ləzgi  və  qnz  dillərinə,  həmçinin,  Ləzgi  dilinin  Qımıl  şivəsinə  dair  materiallar 
Ş.M.Sədiyevin  «Склонение  существительных  в  Крызском  языке»  və 
«Кимильскии  говор  лезгинского  языка»  adlı  məqalələrindən  götürülmüşdür. 
Вах:  Azərb.  CCR  Elmlər  Akademiyasının  xəbərləri,  1959,  N  -   1,  səh.  90-99;
1961, N - 4, səh.  83-93
AZƏRBAYCAN  TATLARININ  DİLİ
93
rayun
rayun
ustul
ustul
kuttan
kutən
kalxuz
qalxuz
sandux
sanduq
dükan
dukun
gunşi
qunşi
kubu
_________ qubi
tur
tur və s.
Tat  dilində  izafət  əlaməti  kimi  “ə”  sonluğu  özünü  göstərir  və 
təyin  əmələ gətirir.  Dağıstan dillərinə,  tamamilə, yad olan bu hadisə 
qnz  dilində  vardır və  özünü  “ə”  kimi  deyil,  “a”kimi  göstərir.  Məs.: 
Daqaara kul -  daş ev. Tat dilində sinqə  dahar -  daş qaya,  kələ xunə 
-  böyük ev,  durə di -  uzaq kənd və s.
Tat  dilində  “a”  hissəciyi  cəm  əmələ  gətirən  şəkilçilərdən  bi­
ridir.  Qnz  dilində  də bu,  eynilə,  cəm  əmələ  gətirən  şəkilçidir.  Məs.: 
admiya -  adamlar (Müq et:  t.d. dara -  ağaclar və  s.)
Tat  dilində  (həm  də  bütün  İran  dillərində)  inkar  şəkilçilərin­
dən biri də “mə”-dir.  Bu  inkar şəkilçisi qnz dilində özünü “m”  kimi 
göstərir ki, bu da tat dilindən alınmadır. Məs.:  Qnz dilində de,  söylə 
felinin təsdiqi  uxu, inkan  isə muxu -  demə olur.
Tat dilindən qnz dilinə müəyyən sözlər də  daxil  olmuşdur.  Bu 
sözlərin bəziləri sırf tat sözləri,  bəziləri  isə başqa dillərin sözləridir.
Q nz dilində
Tat dilində
tov
toy (ocaq)
dağar
dahar (qaya, daş)
dar
dar(ağac)
paggaq
paçça (padşah)
admi
ədəmi  (adam)
qumiş
koumiş (camış)
-_______ d[iga_____________
cikə (yer)


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə