Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə21/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   17   18   19   20   21   22   23   24   ...   131

78
BİRİNCİ KİTAB
Ac dəvə düzdə qaldı,
Ovsan bizdə qaldı,
Neçə arzum, həsrətim
Dərdli Təbrizdə qaldı,1
Yaxud bir dəvənin ovsarını tuta-tuta2
Sıpkar  -   azərb.  dilindəki  felin  əmr  formasında  “silkələ”, 
“çalxala”  mənasındadır.  Tat  dilində  “sıpkar  saxtən”  sıpkarləmiş 
saxtən  şəklində  köməkçi  fel  saxtən  (etmək)  qoşularaq  tat  dilində 
mürəkkəb fel yaradır (azərb. dilində silkələmək, çalxalandırmaq).
Seyyu boşalmış qab kimiyəm, ha sıpkar,
Ha çalxala 
Qəlbim boşdur, boş.3
Pənə -  azərb. dilində “pul” mənasındadır.
O zaman mən 
...pulsuz-pənəsiz,
Vəzifəsiz və nəsiz 
yaşayardım.4
Plənbəri  -  tat dilində  Novruzdan  qabaq  son  çərşənbə  axşamı 
qalanan bayram tonqalı.
Plənbəri  də qaladıq məhlədə 
Üstündən atıldıq da 
“Başın-dişin ağrısı...
Nə bilim kimə” -  deyə.5
1 R.Rza.Dözüm. Bakı,  1965. səh. 76
2 İbrahim Kəbirli, “Cəfər yolu” şeirindən.
3 R.Rza. Göstərilən əsəri, səh.  82
4 Yenə orada,  səh.  100
5 Yenə orada, səh.  119
AZƏRBAYCAN  TATLARININ  DİLİ
79
Hənək -  Azərb.  dilində ərəb dilinə məxsus olan  “zarafat”  mə­
nasındadır.  Hənək  -   hənək,  axırı  dəyənək  -   zarafat,  axırı  çomaq 
(yəni  dəyənək,  çomaqla  dalaşmağa  gətirib  çıxaran  zarafat).  Tat  di­
lində  bu  sözdən  hənəki  -   zarafat,  hənəki  saxtən  -   zarafatlaşmaq 
(hərfən:  zarafat etmək) kimi  ifadələr yaranmışdır.
İçlərindən birini 
seçmişdilər briqadir 
adını da həvəklə 
Yolbəyi qoymuşdular.1
Kütmül -  ağzının  ovxarı  getmiş  kəsici  alətlər (bıçaq,  balta və 
s.) mənasındadır.  Bu  sözə Azərb.  dilində birinci komponentini eyni­
lə saxlamaqla kütlənmiş, kütləşmiş də deyirlər.
Allah eləməsin 
Belə,
qələmi kütmül, 
ağzı kül,
Biliyi sütül, 
oxu bülbül 
miyançılar 
yuxuna girər.2
t
Nimdaş -  Azərb. dilində köhnəlmiş, yan geyinilmiş mənasında. 
Nimdər -  Azərb. dilində balaca döşəkçə mənasında işlənir. 
Nimtənə -  Azərb. dilində gödəkçə,  yarım kürk (qolsuz).
Kür -  Azərb. dilində fərsiz,  bədbəxt, zay, qara ta le li. qaragün 
mənasında işlənir.  Məs.,  tatlar deyirlər:  Əbülhəsənə  kuki  kür dürma 
(X., Q.,  M.) -  Əbülhəsənin oğlu kür (fərsiz, zay) çıxdı.
Bir tayfa günləri qara 
Taleyi kürdürsə
1 Yenə orada, səh.  142
2 R.Rza. Yenə orada, səh.  137


во
BİRİNCİ KİTAB
daha artıq haqqım yoxdurmu 
Bərabərlik dediyin 
Bu kürsüdə?1
Çiyə  -  Azərb.  dilində  “kəndir”  mənasında  işlənir.  Tat dilində 
bunun “cirə” variantı da vardır.
Geydim boz köynəyimi 
Belimə bağladım qotazlı ciyəni 
Atıldım küçəyə.2
İdm i  -   Azərb.  dilində  bədsifət,  çirkin,  adama  oxşamayan 
mənasında işlənir.
Aşa vurarlar zəfəranı,
Bu çəkir qulağının dibinə.
Hey kəffarə verəsən gərək 
Baxdıqca sir-sifətinə, idminə.3
Bu söz tat dilinin,  ümumiyyətlə, “adam” mənasında olan idmi, 
ədmi,  ədəmi sözündən də ola bilər,  Azərb.  dilinə mənfi  mənada keç­
mişdir.  İdim,  ədəmi  (Q),  adami  (M),  ədmi  (Məd.)  -   Azərb.  dilində 
adam, insan, F. d.  adəm  (həmin ümumi  mənada -  insan).
Göründüyü kimi, bu söz Azərb.  və F.  dilindən fərqli  olaraq tat 
dilində “i” mənsubiyyət şəkilçisi  ilə işlənir. Bu daha doğrudur və dil 
qanunlarına müvafiqdir.  Adəm  xüsusi  isimdir,  ilk peyğəmbərin  adı­
dır.  Bu sözə “i” mənsubiyyət şəkilçisi qoşulduqda “ədəmi”  ya “adə­
mi”  olur  ki,  bu  da  Adəm  peyğəmbərə  mənsub,  yəni  adəm  övladı, 
Adəmə mənsub,  Adəm törəməsini  mənasım  verir.  Təsadüfi deyil ki, 
bəzi  alimlər müasir  fars  dilində  işlədilən  “Adəm”  (ümumi  isim,  in­
san, adam mənasında) sözünə etiraz edərək  onu  “adəmi” yazmaq tə-
1 Yenə orada, səh.  113
2 R.Rza. Həmin əsər, səh.  116
3 Yenə orada, səh.  133
AZƏRBAYCAN  TATLARININ  DİLİ
81
ləbini  irəli  sürmüşlər.1 Göründüyü  kimi,  tat  dilində  dilin  bu  qram­
matik  tələbinə indi də əməl olunur və bu  sözün  ümumi  isim mənası­
nı  verən  şəklinə  “i”  mənsubiyyət  şəkilçisini  artırmağı  tələb  edənlər 
haqlıdırlar.
Köş  -   Azərb.  dilində  çökərək,  adətən  çöldə,  evdən,  eşikdən 
bayırda geyinilən ayaqaltı. Tat dilində köüş.
İnsan var ki, nə çarıqdır, nə də köşə 
İnsan var ki,  tut qıçından at dalına 
Ağzı  hara düşə-düşə.2
Кар  -   Azərb.  dilində  danışıq,  söhbət  mənasında;  tat  dilində 
bundan başqa onun kaf, qaf, köp variantları  da vardır.
Ancaq bu qızın adı 
Haqqında кар olunmuş 
Dönə-dönə yoxlanmış 
...siyahıda yox idi.3
Şirapus  -   at palçıq  şirə  ilə  evi  ağartmaq  üçün  istifadə  olunan 
dəri  parçası.  Tat  dilində  şirə  (ağ  gil,  palçıq,  hərfən  şir-süd  sözün­
dən, yəni  ağ) və pus (dəri) komponentlərindən əmələ gəlib.
“Arvadnan  əhdim  var,  -   dedi.  ...ona  söz  vermişəm  ki,  bu  pa­
pağı verəm, şirapus qayırsın, evi ağartsın”.
-  “Hə, hə,  bərk saxla, oğru aparsın şirapusu”4 
Kənək  -   Azərb.  dilində  kobud,  qaba,  bərk  mənasında.  Məs.: 
kənək qoz,  yəni bərk,  sınmayan qoz,  kənək əzgil -  bərk əzgil.
Tat dilində kənəkə ədəmi (ədmi, üdmi) -  kobud adam.
1 Jum.  “İttilaat-e  həftəki”.  N-1570,  1350-ci  il,  səh.  72.  Müəllif fars  şairi  N.Yuşi- 
çin  “Adəmha”  (“insanlar”)  şeirinin  adının  “Adəmiha”  kimi  daha düzgün  olduğu­
nu göstərir və qeyd  edir ki,  birinci şəkildə  bu “Adəmlər”  (peyğəmbər adı tək ol­
duğu halda) mənasını  verir ki,  bu da səhvdir:  “insanlar” (ümumi  insan cəmi)  mə­
nasında isə “adəmiha” olmalıdır.
2 R.Rza. Həmin əsər, səh.  199
3 R.Rza. Həmin əsər, səh.  143
4 Əzizə Cəfərzadə. “Dayımın dərsləri”. “Kirpi”.  N-4 (400). Bakı, fevral.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə