Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə33/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   29   30   31   32   33   34   35   36   ...   131

126
BİRİNCİ KİTAB
yəz,  kukle1 -   uaşqcığaz,  bəzən  də  oğulcuğaz.  Qeyd  etmək  lazımdır 
ki,  tat dilinin Qonaqkənd ləhcəsində təsadüf olunan bu şəkilçiyə ey­
ni  semantik  mənada  (kiçiltmə  -   nəvaziş  bildirir),  “li”  şəklində  talış 
dilində də rast gəlinir.
-bənd -  isimlərə qoşulub sifət əmələ gətirir:  əqulbənd -  ağıllı, 
döülətbənd -  dövlətli, asulbənd -  əsilli, nəsəbli və s.
-dun  (dan) -  isimlərə bitişərək isim əmələ gətirir (mənaca isə 
zərflik, yerlik məfhumunu ifadə edir.  Yəni “Avesta” dilində olan “da­
na”  fars  dilindəki  “dan”  məfhumunu  bildirir):  oudan  -   sulu  yer,  gou- 
dun -  tövlə  (həıfən:  öküz olan yer), nümükdan -  duzqabı, sümərdun -  
samanlıq, çinədan -  çinədan (çinə -  dən, “dan” da şəkilçi) və s.
-iç  -   yerlik  əmələ  gətirən  mənsubiyət  şəkilçisidir:  gümüriç2 -  
gümürlü, bokuyiç -  bakılı,, çıçiç3, qubayiç -  qubalı, iranic -  iranlı və s.
-stun  -   isimlərə  qoşulub  isim  əmələ  gətirir.  Bir  şeyin  bir 
yerdə  çoxluğu  məfhumunu  yaradır  (qədim  fars  dili  və  Avesta 
dilində “stana”):  qəbrstun -  qəbiristanlıq, dağıstun -  dağlıq yer və s.
Bu şəkilçi,  bəzən, “t”  səsi  ixtisara düşməklə  sadəcə “sun”  for­
masım  da alır.  Belə  olduqda qoşulduğu  söz  yuxarıdakı  formada  iş­
ləndiyi kimi “qəbısun”  şəklində də işlənir.
-gil  -   isimdən  isim  əmələ  gətirir:  birargil  -   dost  (birar -   qar­
daş  sözündən),  xuvargil  -   rəfiqə,  ən  yaxşı  qız  dostu  (xuvar  -   bacı 
sözündən).
Bu  şəkilçinin  sonuna İran dilçiliyində “ya-ye məsdər”  adlanan 
“i”  şəkilçisi də  artırıldıqda düzəltmə isimdən düzəltmə isim yaranır. 
Birargili -  qardaşlıq, xuvargili -  bacılıq.
-gəri  -  gər+i-nin birləşməsindən əmələ  gələn mürəkkəb  şəkil­
çidir. Gəri isimdən isim əmələ gətirir:  ədəmigəri -  adamlıq, mərdgə- 
ri -  kişilik,  kukgəri  -  oğulluq,  duxtərgəri -  qızlıq,  maygəri -  analıq 
və  s.  Bəzən  düzəltmə  isim  əmələ  gətirən  “i”  şəkilçisi  sözlərə qoşu-
1 “Kuk”  tat dilində “oğul”, “uşaq” deməkdir,  “le” də qeyd etdiyimiz kimi kiçiklik 
və nəvaziş bildirir. Rus, Azərb. və başqa dilərdə olan  geniş yayılmış “kukla” -  gə­
lincik sözil ilə müqayisə et, hərfən:  uşaqcığaz.
2 Gümür Quba rayonunda tat kəndidir.  Müəllifin doğulduğu kəndin adıdır.
3 Çiçi Quba rayonunda tat kəndidir.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
127
landan sonra (məs.:  birar -  qardaş,  birari -  qardaşlıq və s.) da həmin 
bu “gəri” şəkilçisini də qəbul edir və isim  (və başqa nitq hissələri) + 
düzəltmə isim əmələ  gətirən  sadə şəkilçi + düzəltmə isim  əmələ gə­
tirən  mürəkkəb şəkilçi  kimi  maraqlı bir forma əmələ gəlir.  Məs.:  bi- 
rarigəri -  qardaşlıq, xuvarigəri -  bacılıq, əyəligəri -  uşaqlıq və s.
-ava -  isimdən isim əmələ gətirir (əsasən, yemək, xörək adlan 
yaradır):  şirava -  südlü sıyıq  (şir -  süd sözündən), duqova -  dovğa1, 
kilava -  qalın çörək (küldə basdırılır).2
Tat dilində  bir  sıra sözdüzəldici  şəkilçilər də  vardır ki,  bunlar 
Azərbaycan dilindən  bu dilə keçmişlər.  Belə şəkilçilərin ən mühüm­
ləri kimi, misal  olaraq,  aşağıdakı şəkilçiləri göstərmək olar:
-Шк:  dəndəlük -  fıstıq ağacları olan yer.
-luq:  sənqəluq -  daşlıq, tölülük -  tikanlıq, əzgilluq -  əzgillik. 
-lü:  şaxlü  -   şaxlı,  buynuzlu,  bahalü  -   bahalı,  lüvəlü  -   budaqlı, 
çirklü  -  çirkli,  xunəlü-cikəlü  -   evli-eşikli,  əslü-xərlü -   atlı-eşşəkli,  zə- 
hərlü -  zəhərli, əyəllü -  uşaqlı, zənlü -  arvadlı, rəhimlü -  rəhmli, xeyrlü 
-  xeyrli, hünərlü -  hünərli, quvatlü -  qüvvətli, ləzzətlü -  ləzzətli və s.
-süz:  inkar  bildirən  sözdüzəldici  şəkilçidir:  kefsüz  -   kefsiz, 
abursuz -  abırsız, rəhimsüz -  rəhimsiz,  xəbərsüz-ətərsüz -  xəbərsiz, 
halsüz -  halsız,  nunsüz -  çörəksiz,  ousuz -  susuz,  türaxsuz -  çanq- 
sız, əyəlsüz -  uşaqsız, zənsüz -  arvadsız, qələmsüz  -  qələmsiz və s.
-çi  -   sənət  və  peşə  bildirən  sözdüzəldici  şəkilçidir:  qalayçi  -  
qalayçı,  hüzümçi -  odunçu,  ousunçi -  ovsunçu,  araçi -  araçı,  xəbər­
çi  -   xəbərçi,  əngçi  -   ançı,  ərəbəçi  -   arabaçı,  quıuqçi  -   qoruqçu, 
çayçi -  çayçı, zumaçi -  zurnaçı, qarmançi -  qarmonçu və s.
-cil  -  sənət və peşə bildirən  sözdüzəldici  şəkilçidir:  də'vacil -  
davakar, əscil -  atbaz, səgcil -  itbaz və s.
1  Duğ sözü tat dilində ayran deməkdir, ikinci hissədə su mənası verən “av”, bizcə, 
ou  -   su  sözüdür.  Tat  dilindəki  bu  sözlə  “dovğa”  sözləri  arasında  olan  eynilik 
əlamətləri çox maraqlıdır (yəni dovğa (Az.) -  duğva (tat).
“Ava”  şəkilçisi  akademik  B.F.Miller  üçün  qəribə  və  aydın  olmayan  suffıks 
olmuşdur. Bax:  onun, Tat etüdləri, II hissə, səh.61. Bu söz bir çox İran dillərində, 
məsələn, talış, kürd dillərində “av” şəklində, tat dilində də bu birləşmələrdə eynilə 
qalmışdır.  Bizcə,  bu  şəkilçinin  ai,  ou  -   yəni  “su”  mənasım  verən  (bir  sıra  İran 
dillərində bu belədir) sözlə bağlı olduğunu güman etmək olar.


128
BİRİNCİ KİTAB
TAT DİLİNDƏKİ BƏZİ  BİTKİ ADLARININ 
ETİMOLOGİYASINA DAİR
Tat  dili  spesifik  istehsalla  bağlı  olan  çoxlu  dil  materiallan  ilə 
zəngindir.  Hər  bir  dildə  olduğu  kimi  tat  dilinin  lüğət  tərkibində  də 
ailə-qəyyumluq  adlan,  məişətdə  istifadə  olunan  müxtəlif  sözlər,  o 
cümlədən  bitki  adlan  başqa  sözlərə  nisbətən  daha  davamlı  və  sabit 
olmuşdur. Bu da,  şübhəsiz, leksik tədqiqlər üçün çox maraqlıdır.
Tat dilində bitkilər cücərmə xüsusiyyətlərinə, bitdiyi  yerə, rən­
ginə,  gövdəsindəki  maddəyə,  istifadəsinə,  möhkəmliyinə,  bir  sözlə, 
öz təbii xüsusiyyətlərinə görə adlanmışdır.
Azərbaycan  dilində  “quşəppəyi”  adlanan  bitki  tat dilində  “pay- 
mərçikə”  adlanır  ki,  bunun  da  hərfən  tərcüməsi  “sərçə  ayağı”  de­
məkdir. Bu bitkinin yarpaqlan, doğrudan da, sərçə ayağına oxşayır.
“Zərdə”  (farsca  zərdək,  azərbaycanca  yerkökü),  “pəmbələ” 
(golpənbe,  az.  pambıqgülü),  “siyələ”  (farsca  zənge  gəndom,  azər­
baycanca  sürmə)  kimi  bitki  adları  bəziləri  rənginə  (zərdə  -   san,  si­
yələ -  siyə -  qara sözündən1,  bəziləri  başqa əşyaya oxşamağına görə 
(pənbələ -  pambıq) adlandın İmişdir.
Hər  bir  dildə  olduğu  kimi,  tat  dilində  də  bəzi  bitki  adlannın 
etimologiyasının  öyrənilməsi  maraqlıdır.  Sadə  sözdən  ibarət  olan 
bitki  adlan  bu dildə demək olar ki,  əksəriyyətlə fars dilində olduğu­
na çox yaxındır.  Mürəkkəb sözlərdən ibarət olan bitki adlan  isə sadə 
sözlərə  nisbətən  formaca  fars  dilindən  daha  çox  uzaqlaşmışdır.  Bu 
da  tat  dilinin  spesifik  qrammatik  qaydalan  ilə  əlaqədardır.  Belə  ki, 
müasir  fars  ədəbi  dilində  təyin  edən,  əsasən,  əvvəl,  təyin  isə  sonra
1 Bu xüsusiyyət Azərbaycan  dilində  də  vardır.  Məsələn,Azərbaycan  dilinin  Nax­
çıvan, Təbriz  və s.  ləhcələrində ədəbi dildəki  “pomidor”  sözünə rənginin qırmızı­
lığına görə,  “qırmızı badımcan” deyilir. Bax:  Kərimov R. Tovuz  şivələrində bitki 
adlan,  Azərb.  SSR  EA Xəbərləri  (ictimai  elmlər seriyası),  N -   1,  1959,  səh.  90. 
Həmçinin  Azərbaycan dilində işlənən  “qazayağı” sözü yarpağı qaz ayağına oxşa­
yan bitkinin (göyərtinin) adıdır. Bu söz fars dilinə keçərək “qazəyaği” formasında 
işlənməkdədir.  Bax:  H.H.Zərinzadə. Fars dilində Azərbaycan  sözləri.  Bakı,  1962, 
səh. 335
AZƏRBAYCAN  TATLARININ  DİLİ
129
gəldiyi  halda,  tat dilində təyin bir qayda olaraq  əvvəl,  təyin edən söz 
isə  sonra  gəlir.  Ona  görə  də  tat  və  fars  dillərində  bir çox  mürəkkəb 
bitki  adlan  mənaca  (semantikaya  görə),  bir-birinə  yaxın  olsa  da, 
formaca fərqlənir.  Həmçinin fars dilində olan izafət tərkibi  sözlər tat 
dilində  bir  söz  kimi  birləşmiş  və  ilk  baxışda  sadə  söz  kimi  nəzərə 
çarpır.  Sözlərdə  etimoloji  təhlil  zamanı  tat  dili  üçün  səciyyəvi  olan 
xüsusiyyətlər nəzərə  alınmalıdır.  Belə xüsusiyyətləri  aşağıdakı bitki 
adlanm etimoloji təhlil edərkən görəcəyik.
Biz  burada  tat  dilində  olan  bir  neçə  bitki  adlannın  etimologi­
yasını  verməyə çalışacağıq.
Gəznə  -  Azərbaycan  dilində gicitkən  adlanan  bu  bitkinin yar­
paqlan  tikanlıdır.  İnsan  bədəninə  bu  bitki  dəyərkən  gicişdirir,  bədə­
nə  batır,  dalayır.  Bu  söz  fars  dilində  də  “gəznə” 1 olub,  “Gəzidən” 
(sancmaq)  məsdərindən  əmələ gəlmişdir,  “sancaq”  deməkdir (Afur- 
ça tatlan buna “gəzən” deyirlər).
Muri -  Azərbaycanca çiyələk.  Bu bitkinin meyvəsi  xırda,  gir­
də  dənəlidir. Tat dilində boyunbağı dənələrinə “mürə” və ya “mura” 
deyilir.  (Müasir fars dilində “Mohre”). Borhane Qate müəllifi yazır:
“Muri qadınların  qollarına  və  boyunlarına bağladıqları xırda 
dənələrdir”.2
Tat dilində belə bir ifadə də işlədilir:  mukufum  tirə mur (mür) 
misam  (səni  o  qədər  döyərəm  ki,  kiçilərsən).  Deməli,  “mur”  sözü 
“kiçik”  mənasında  işlədilir.  Yəqin  ki,  çiyələyin  adını  bildirən  bitki 
adı  da həmin sözdən əmələ gəlmişdir.
Purnə  -  Azərbaycanca  yarpız.  Fars  dilində  bu  bitkiyə  “puda- 
no”  və  “pune”3 deyilir.  Tatca  bu  ad ya  həmin  farsca olan  sözün  fo- 
netik  dəyişikliyə  uğramış  formasıdır,  ya  da  fars  dilində  olan  “buy” 
iy  sözü  ilə  əlaqədar  olaraq,  puynə,  buynə  (daha  sonralar  isə  purnə) 
formalarına  düşmüşdür.  Bu  bitkinin  xoş  iyi  vardır.  Qeyd  etməliyik 
ki,  Azərbaycan  dilinin  Bakı  ləhcəsində  bu  bitkiyə  “buyanə”  deyilir 
ki, bu da fikrimizə haqq qazandırır.
1 Bax: Borhane Qate-də “Gəznə” sözü. Bundan sonra Bürhan.
2 Bürhan, səh. 235 muri
Проф. Б.В.Миллер.  Персидско-русский словарь, М,  1959, стр. 97


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə