Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə28/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   24   25   26   27   28   29   30   31   ...   131

106
BİRİNCİ  KİTAB
Aman  -   1.  aman  (isim)  (bağışlamaq,  rəhm  etmək);  2.  ağrıdan 
çıxarılan səs (nida); 3. amma (qoşma)
A rif -  1.  tez başa düşən  (isim); 2. kişi adı  (xüsusi isim)
Aş -   1. plov (isim); 2.  dərini  aşılamaq,  tükünü təmizləmək 
Aşuq -   1. qabaq ayağının dizindəki  sümük (isim);  2.  el  xanən­
dəsi, ümumiyyətlə,  xanəndə mənasında (isim)
Baba  -   1. ata və ananm atası  (isim); 2.  kişi adı  (xüsusi isim) 
Qaz -   1. ev quşlarından biri  (isim); 2.  uçmaq və yanmaq qabi­
liyyəti  olan fiziki maddə (isim)
Qala  -   1.  xüsusi  tikilmiş  istehkam,  qala  (isim);  2.  kənd  adı. 
Qala Quba şəhərinin qədim adı
Qədim -   1. qədim (isim); 2. kişi adı  (xüsusi isim)
Qələm -   1. qədim  (isim); 2. calaq edilmiş  ağac  (isim)
Dəm -   1. bir an  (isim); 2. plovu buğa qoymaq (isim)
Dəstə  -   1.  bir  toplu  adam  və  ya  şey  (isim);  2.  əl  tutan  yer
(isim)
Duvan  -   1.  məhkəmə,  divan  (isim);  2.  yumşaq  taxt,  divan
(isim)
Zuhun -   1.  ağızda  olan  ət -  dil  (isim);  2.  sözlərdən  ibarət ün­
siyyət vasitəsi -  dil  (isim);  3. Qapıda açar yeri  (isim)
Şahad  -   1.  məhkəmədə  şahidlik  verən  şəxs,  şahid  (isim);  2. 
Dəyirmanda alınan donluq
Dövlət -   1.  ölkə, dövlət (isim); 2. var, dövlət (isim)
Dükmə  -   1.  paltarda  bağlamaq  vasitəsi,  düymə  (isim);  2. 
Nərddə oyun adı düymə (isim)
Var -   1. külək (isim); 2. yel xəstəliyi  (isim)
Əqrəb  -1 .  sürünən  həşəratlardan  bir  növü;  2.  saatın  əqrəbi 
(isim)
Əziz -  1.  sevimli, əziz (sifət); 2. kişi adı  (xüsusi isim)
Əməl  -   1.  hərəkət,  iş, davranış  (isim);  2.  ifrazatın çıxış nöqtə­
sindən mədəni təmizləmə.
Zaman -   1.  vaxt, müddət (isim); 2. kişi  adı (xüsusi  isim)
Zər  -   1.  qızıl,  zər  (isim);  2.  nərddə  bir  cüt  oyun  daşı,  zər
(isim)
AZƏRBAYCAN  TATLARININ  DİLİ
107
Kar -   1.  iş, fəaliyyət (isim); 2.  qulağı eşitməyən,  kar (isim) 
Kürə -   1.  dəmirçi od yandırdığı  yer,  kürə  (isim); 2.  qulağı  kə­
silmiş qoyun (sifət)
Kük -   1.  nəsil,  xanədan,  əcdad  (isim);  2.  kök,  yağlı  (sifət);  3. 
insanda  yüksək  əhval-ruhiyyə,  kefi  kök  (sifət);  4.  sözün  canı  əsl 
mətləb (isim)
Küt  -   1.  kəsəri  olmayan  alət,  ağzı  küt  dəmir  parça  (sifət);  2. 
küldə  basdırılaraq  bişirilən  xüsusi  qalın  çörək  (isim);  3.  bacarıqsız, 
əlindən bir iş gəlməyən
Korə -1 .  göy-göyərti (isim); 2. göy rəng (sifət)
Ləpə -   1. qoz və ya fındıq içi (isim); 2. kiçik dalğa (isim) 
Lamad -   1.  palçıq (isim); 2. şirələmək üçün yerdən  təbii  çıxan 
göy rəngli torpaq (isim)
Mal -   1.  əmlak,  varidat (isim);  2.  satılmaq üçün bazara çıxarı­
lan  şey  (isim);  3.  iri  buynuzlu mal-qara;  4. qanmaz,  maymaq,  fərsiz 
(sifət)
Murad -   1.  arzu,  istək (isim); 2. kişi oğlan (oğlan)
Nişan  -1 .  güllə  atmaq  üçün  qoyulan  nişan,  əlamət  (isim);  2. 
qız adaxlanan da aparıla əşya (isim); 3.  əlamət, görünüş, görkəm (si­
fət); 4. döşdən asılan medal (isim)
Toy  -   1.  ocaq,  evdə  qalanan  yer  (isim);  2.  aldatmaq,  yoldan 
çıxarmaq (fel)
Para -   1.  tikə, parça (isim);  2.  yarmaq, parçalamaq (fel);  3.  ya­
maq (isim)
Pul -   1. pul,  mübadilədə  işlənən kağız (isim);  2.  balığın belin­
dəki pul (isim);  3.  qıpqırmızı qızarmaq, utanmaq (fel)
Rast  -   1.  (isim)  -   biri  ilə  üz-üzə  gəlmək,  təsadüf  etmək;  2. 
(isim) -   sağ  tərəf;  3.  (sifət)  -   düz  getmək,  yolundan  dinmədən  get­
mək;  4.  (sifət)  -  doğru  danışmaq,  doğruçuluq;  5.  (isim) -  musiqidə 
şərq havalarından biri
Səbəh  -   1.  (isim)  -   sabah,  yəni  bu  gün  səhər;  2.  (zərf)  -   sa­
bah,  yəni  bu  gün  yox,  sabah  səhər;  3.  (zərf)  -   səhər  tezdən,  o  baş­
dan, ertədən


108
BİRİNCİ KİTAB
Tən -   1.  (zərf) -  yanına,  olan  yerə;  2.(isim)  -  bədən;  3.  (zərf) 
-  bərabər
Tar -   1.  (sifət) -  yaş;  nəm, sulu; 2.  (isim) -  çalğı  aləti
Ərəq -   1.  (isim) -  içki  növü,  araq;  2.  (isim) -  tər,  yəni  bədən­
dən çıxan su
Tup -   1.  (isim)  -   silah  növü,  top;  2.  (isim)  -  ayaq  və  ya  əldə 
oynamaq üçün oyuncaq,  top;  3.  (sifət) -  kök,  dolu; 4.  (isim) -  parça 
bükməsi, top parça
Fal  -   1.  (isim)  -   toyuğun  altına  qoyulan  yumurta;  2.  (isim) 
tale  haqqında  xəbər vermək,  fala baxdırmaq;  3.  (isim) -  maya  qoy­
maq, pul xərcləmək
Hava  -   1.  (isim)  -   tənəffüs  etdiyimiz  hava;  2.  (isim)  -   ümu­
miyyətlə  musiqi  səsi;  3.  (isim) -  dəli  olmaq,  başına hava gəlmək; 4. 
(isim) -  göy, səma,  asiman
Hal  -   1.  (isim)  -   vəziyyət,  xəstənin  halı;  2.  (isim)  -   qazanc, 
dolanacaq;  3.  (isim)  -   guya  zahı  qadını  ölümə  sürükləyən  xəyali 
mövhumati bir çin adı (tatlarda)
Həlim  -   1.  (sifət)  -  xoş  xasiyyət,  xoş  əxlaq  adam;  2.  (isim) -  
düyü  suyu;  3.  (xüsusi  isim)  -   kişi  adı;  4.  (sifət)  -   əl  vuran  kimi 
əzilmə dərəcəsinə qədər bişmiş xörək (ət, noxud və s.)
Həl  -   1.  (isim) -  nəticə  (un  karə  həl  səxti  -   o  işin nəticəsi  nə 
oldu?); 2. (sifət) -  əzgin,  əldən düşmüş,  yorğun
Çağ -   1.  (isim)  -  zaman,  vaxt  (tü  əmarən çağ -  sən  gələn  za­
manda);  2.  (sifət) -   yaxşı  əhval-ruhiyyə  (ürə  kefü  çağü -   onun  kefi 
yaxşıdır); 3.  (sifət) -  kökəlmək,  ətə-cana dolma (mən imsal yə xeyli 
çağ biram -  mən bu il  xeyli kökəlmişəm).
Çəxmaq -   1.  (isim) -  tüfəngin hissəsi, çaxmaq;  2.  (isim) -  qo­
vu alışdırmaq üçün işlədilmiş xüsusi daş növü);  3.  (məs.) -  vurmaq, 
məs, pazı ağac çaxmaq.
Çin  -   1.  (isim)  -   taxıl  və  ya  ot biçmək  üçün  ola  alət  oraq;  2. 
(isim) -  vəzifə, rütbə;  3.  (qoşma) -  elə ki,  belə ki;  4.  (xüsusi  isim) -  
ölkə adı
Çüp -   1. (isim) -  çox kiçik ağac parçası, çöp; 2.  (isim) -  püşk
AZƏRBAYCAN  TATLARININ  DİLİ
109
Can  -1 .  (isim) -  həyat,  varlıq;  2.  (isim) -  sevgili,  sevimli;  3. 
(isim)  -   güc,  qüvvət,  taqət;  4.  (isim)  -   bədən,  vücud;  5.  (nida)  -  
nəvaziş, həzz, ləzzət bildirir
Cüft  -   1.  (isim)  -   öküzlərin  boynuna  salınan  qoşqu  vasitəsi, 
boyunduruq;  2.  (isim) -  birgə, ikili, cüt;  3.  (isim) -  heyvanlarda cin­
si  əlaqə, cütləşmə
Şit -   1.  (sifət)  -  duzsuz,  duzu  az  olan  xörək;  2.  (sifət) -  yün­
gül (adam), mənasız (hərəkət), qeyri-münasib (zarafat), az.  sözüdür 
Şiş  -   1.  (fel) -  basmaq,  yıxmaq  (adamı  yerə,  alta  salmaq);  2. 
(isim) -  ucu  iti  nazik  mil,  təqribən  kabab  şişinə bənzəyir,  az.  sözü­
dür;  3.  (isim)  -   bədəndə  yara,  şiş;  4.  (fel)  -   doldurmaq,  basa-basa 
ağzına qədər doldurmaq (kisəni, qabı və s.);  5. (fel) -  acgözlüklə ye­
mək, qannqululuq.
Şur -   1.  (sifət) -   duzu  çox  olan  şor;  2.  (isim)  -   süd  məhsulu, 
şor; 3.  (fel) -  yumaq, suya çəkmək (paltarı və s.)
Əngül  -   1.  (isim) -  yumru  sarılmış  ip,  sap;  2.  (isim) -   boxça; 
3.  (isim) -  düyüm
Hami  -   1.  (isim)  -   yay  (fəsil);  2.  (isim)  -   havadar,  əhatəsinə 
götürə;  3.  (xüs.  isim) -  kişi adı
Yal  -   1.  (isim) -   atın  boynundan  sallanan  tüklər,  az.  sözüdür; 
2. (isim) -  it üçün hazırlanan yemək
Yaylüm -   1.  (isim) -  gecə heyvan otarılan  yer,  örüş; 2.  (sifət) 
-  komanda ilə atılan birgə atəş, az.  sözüdür
Yatəq -   1.  (isim) -  heyvan  saxlanan yer,  “yataq” az.  sözüdür; 
2.  (isim)  -   mədən,  qazıntı  yeri,  “yataq”  az.  sözüdür;  3.  (isim)  -  
yorğan-döşək, az.  dilində eyni mənalı “yataq” sözüdür
Omonimləri  biz  tat  dilinin  müxtəlif nitq  hissələrinə  aid  olub 
fonetik  cəhətdən  eyni  olan  bu  dilin  öz  kök  sözlərinin  aşağıdakı  nü­
munələrində də görə bilərik:
Var -   1. külək; 2. revmatizm
Tuq -  1.  ayran; 2. damcı
Düşirə -   1. qaynamış (xörək);  2. sağılmış (inək)
Kəf -   1. ovucun içi; 2. köpük 
Xarə -   1.  güvə; 2. yemək, xörək


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə