Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə20/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   16   17   18   19   20   21   22   23   ...   131

74
BİRİNCİ KİTAB
ba  dialektində1 bu  dialekti  başqa  dialektlərindən  fərqləndirən  bəzi 
dil  hadisələri,  Azərbaycan  dilinin  başqa  dialektlərində  olmayan,  la­
kin  Quba  dialektində  mövcud  olan  bir  sıra  sözlər  vardır  ki,  onları 
biz  eynilə  tat  dilində  görürük  və  bunlar,  demək  olar  ki,  tat  dilinin 
bütün  ləhcələri üçün xarakterikdir.
Məhz buna görə də Quba dialektində olan bu və ya başqa faktı 
tat dilinin təsiri kimi qəbul  etməyə  haqqımız vardır.
Yalnız Quba  dialektinə məxsus  hesab edilən,2 lakin  tat dilinin 
dəyişməz  fonetik  qanunlarından  olan  bir  neçə  fonetik  hadisəni  nə­
zərdən keçirək.
Quba dialektində sözün  birinci  hecasında o səsi  əvəzinə u səsi 
işlənir.  Məs:  kutan  -   kotan,  yurğa  -   yorğa,  zuğal  və  s.  Bu  fonetik 
hadisə tat dilinin bütün ləhcələri  üçün  xarakterikdir. Belə ki,  bu söz­
lər tat dilində yalnız kutən,  yurğa və s.-dir.
Quba  dialekti  üçün  ən  səciyyəvi  fonetik  hadisələrindən  biri 
sözün  birinci  hecasında  ö  səsinin  ü  səsi  ilə  əvəz  olunmasıdır.  Məs: 
üıdek  -   ördək,  ügüd  -   öyüd  və  s.  bu  hadisə  tat  dilində  də  eynilə 
belədir və bu sözlər tat dilində də belə deyilir.
Quba  dialektində  sözün  sonuncu  (xüsusən  ikinci)  hecasında 
“Г   səsi  “u”  səsi  ilə  əvəz olunur.  Məs.:  axur -  axır, palut -  palıd,  ba- 
luğ -  balıq  və  s.  Bu  fonetik  hadisə  tat dilinin  bütün  ləhcələri  üçün 
dəyişməz qanun  olduğuna görə həmin sözlər də tat dilində axur,  pa- 
lud, boluq kimi deyilir və s.
Quba  dialektinin  leksik  tərkibində  tat  dilinə  məxsus  sözlər, 
yaxud tat dili  vasitəsilə bu  dialektə keçən leksik vahidlər də mühüm 
yer tutur.  Bunların bəzilərini qeyd edək.
Bəqələ -  böyürtkən. Tat dilində bəqələ.
Bəndənə  -   dərz  bağlamaq  üçün  işlədilən  sarğı  (nazik  çubuq, 
yaxud  taxıl  gövdəsi),  tat  dilində  “bəndənə”.  Tat  dilindəki  “bəstən”,
1 R.Ə.Ritstərnov.  Quba  dialekti.  Azərb.  SSR  EA  Nəşriyyatı,  Bakı,  1961.  Quba 
dialektinə  aid  olan  fonetik  və  leksik  nümunələr  əsasən  həmin  əsərdən  götürül­
müşdür. M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi, Bakı,  1971.  səh.  102-104.
2 R.Ə.RUstəmov.  Quba  dialekti,  Bakı,  1961.  səh.11.  M.İ.Hacıyev.  Tat dilinin Qo­
naqkənd ləhcəsi, Bakı,  1971.  səh:  102
AZƏRBAYCAN  TATLARININ  DİLİ
75
“bənd” -  “bağlamaq” sözlərindəndir.
Vəçə  -   körpə  an,  tat  dilində  vəçə.  “Vəçə”  sözü  tat  dilində, 
ümumiyyətlə, “bala” -  “körpə” deməkdir.
Qal -  qoca (kəl, camış). Tat dilində qəndə.
Qart -  dəryazı itiləmək üçün daş, tat dilində qart.
Qənəptup -  kəndir toxumu. Tat dilində qənəptum. Tat dilində 
qənəp -  kəndir, tum isə toxum deməkdir.
Qəcələ -  sağsağan,  tat dilində qəcələ.
İrəkal -  şumlanmış yerdə əmələ gələn arx,  tatca nkal.
İrəsə, irsə, rasa -  sıra ilə düzülən şey, ipə düzülmüş qoz ləpəsi 
və ya qax;  tat dilindəki rəsan, rasan, nsmu -  ip,  sap sözlərindəndir.
Müşkür -  qışlaq. Tat dilində müşgür.
Pilpirek -  pərvanə. Tat dilində parpinek
Sərəqət  -   evin  bayır  tərəfindən  damla  divann  (şalbanlarm) 
arası. Tat dilində sərəqitə.
Siyapur -  həyasız. Tat dilində siyapur.
Sirt -  təpə. Tat dilində sirt.
Sital -  tənbəl. Tat dilində sital.
Tasma  -  qabın  ağzına  bağlanan  dəri  və  ya parça.  Tat dilində 
tasma. Tat dilindəki  tasundən -  boğmaq, bağlamaq sözündəndir.
Çəspər -  sərhəd. Tat dilində çəspər.
Humra -  hamra//hümrə tat sözü olub “yoldaş”, “dost” deməkdir.
M.P.Vaqif deyir:  '
Bəh bu bağın nə əcəb sərv dilaraləri var,
Hər tərəf tazə açılmış güli-rənaləri var,
Açılıb tazə-tərü-laleyi  hümraləri  var,
Yəni baxsan nə əcəb dilbəri  zibaləri var,
Ey könül, seyr elə kim, türrə tamaşaləri var.1
Siyala  -   Azərbaycanca bitki  xəstəliyi  olan  ondium.1 Tatca  iki 
tərkibdən  ibarət  söz  olub  siyə//siya  -   qara  və  kiçiltmə  ədatı  olan 
1ә/Ла-пт birləşməsindən düzəlib.
1 Y.V.Çəmənzəminli.  “Qan  içində”, roman, Bakı,  1968.  S.  128


76
BİRİNCİ  KİTAB
Xakisar -  tat dilində kömür deməkdir.  Bəzi  ləhcələrdə xoskar 
variantı da var.
Qəm tərənnüm etdi sevdalı dillər,
Ellərin şənliyi xakisar oldu.1
 2
Qart  -   Azərb.  və  tat  dillərində  iki  mənada  işlədilmişdir.  1. 
küt,  2. pıçaq, çin, dəryaz və s.  itiləmək üçün kələ-kötür daş.
Mən də qart daşlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?3
Tana -  Bir çox tat ləhcələrində (həm də Azərb. dilinin Qazax- 
Gəncə şivələrində) sırğaya deyilir.
Əridib qəlbində qızıl eşqini,
Könül qulağmçın yanarkən tana,
Şair yeni-yeni sözlər bulacaq,
Kainat olduqca şeir olacaq.4
Qolay-qolay  -   Tat  dilində  qolay-qolay,  qulay-qulay,  Azərb. 
dilində olan  yaxşı-yaxşı. “Yaxşı” sifətinin təkrarını yaradır:
Haydı  fikrim kimi qalınlaş, orman
Ruzgar,  duyğum kimi  əs qolay-qolay.5
Hand  -  tat dilində  daxma,  koma mənasını verir.  Azərb.  dilinə 
də eynilə bu mənada keçmişdir.
1 “Bakı” qəzeti, 2 fevral,  1978-ci il.
2  M.Müşfiq.  Əsərləri.  I  cild,  Bakı,  1968,  səh.  21.  Bundaıı  sonra  M.Müşfiq, 
göstərilən əsəri.
1 M.Müşfiq. Göstərilən  əsəri, s. 32
4 Yenə orada, səh. 254
5 Yenə orada, səh. 258
AZƏRBAYCAN  TATLARININ  DİLİ
77
Bu hənddən o biri  həndə
Bu kənddən o biri kəndə
Rahat yollar çəkilir.1 2
Xırsız  -   Kökü  xır,  xürdür -  yəni  ev,  eşik.  Sözün  komponenti 
olan siz, süz və s.  azərb. şəkilçisi olub tat dilinə keçmişdir. Azərbay­
can dilində evsiz,  eşiksiz  mənasını  verir.  Tat dilində xürsüz  variantı 
vardır.
Cilvələnmə xırsızların içində
Ala gözlü ulduzların içində2
Halə  -   Tat  dilində  gəlinin  otağında  bəylik  yatağının  üstünə 
salman bəzəkli  örtüyə deyilir.
Yax lampanı lalə kimi,
Sərin, nurlu halə kimi
Gəlnimizin otağında.
Ərsəmi -  Azərb. dilində əmidostu, yaxud əmigəlini. Tat dilin­
də əris,  ərüs -  gəlin,  amu,  əmi  azərb.  dilindəki  həmin  “əmi” demək­
dir. Tatlarda əris, ərüs,  ərsəmi,  ərsəmu  adlan qız adı kimi də işlənir. 
Məşəd  İbtahim  əmi  çəkdi  mişar,  gəldi  havar.  Ərsəmi  dedi:  kişi,  ot 
yerində,  sənlik nə var.3
Gödə,  gödək  -   azərb.  dilində  “qıssa”  mənasında  işlənir.  Tat 
dilinin müxtəlif ləhcələrində  kudə,  küdə,  vedə,  küti,  kutə  variantlan 
vardır  və  “qıssa”  mənasındadır.  Fars  dilindəki  kütah  (azərb.  dilinə 
bu söz “kutəh” kimi keçmişdir) sözü ilə eyni  semantik məna daşıyır.
Ovsar -  azərb.  dilindəki “yüyən” mənasındadır.
1 Yenə orada, səh. 269
2 Yenə orada, səh. 268
Sona xanım Cabbarlı. Onu kim unudar (C.Cabbarh haqqında xatirələrim). Bakı, 
1969, səh. 76


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə