Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə19/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   15   16   17   18   19   20   21   22   ...   131

70
BİRİNCİ  KİTAB
qalp),  qərquş -  qarğış,  alxış -  alqış,  düz -  düz  (söz,  adam,  yol),  də- 
giş -  dəyişmə,  çuğul  -  xəbərçi  (qum.  çağıv),  ülüm -  ölüm,  doğuş -  
doğum  (evi  və  s.),  uxşəmiş -  oxşayan,  bəşqə -  başqa,  üzgə -  özgə, 
gəmi -  gəmi,  qiraq -  qıraq,  qirmaç -  qırmac,  qundaq -  qundaq,  qu­
caq -  qucaq,  kürpi  -  körpü,  ov -  ov,  ovçiluq -  ovçuluq,  suraq -   so­
raq,  tüy -  toy,  tütün -  tütün,  süri -  sürü (heyvan sürüsü), çürək -  çö­
rək, axçə -  pul.
14.  Azərbaycan dilindən  tat dilinə  keçən sifət,  keyfiyyət və 
zərfləri  bildirən  sözlər:  qəlin  -  qalın,  qara -   qara,  yəzuq  -   yazıq, 
dügərəg -  dairəvi  (qum.  duqerek), küt -  küt (anlamaz), pəltək -  pəl­
tək,  hündür -  hündür,  çopur -  çopur (qum. çopur),  oçuğ -  açıq (söz, 
ev,  qum.  açıq),  ucuz  -   ucuz  (qum.  ucuz),  üge  -   ögey  (qum.  oqey), 
azqun  -   azqın  (qudurmuş,  yolunu  azmış  adam,  qum.  qızqan),  bul- 
bol  (çox),  bütö -  bütöv,  buş -  boş  (qum.  boş),  büs-bütö -  büsbütün, 
qəriş -  qarşı  (ziddinə,  qum.  qanşık),  yavaş -  yavaş,  dinc  -  dinc,  sə­
rin -  sərin,  genə -  yenə də,  tər-təmiz -  təmiz, birdən -  birdən,  nagə- 
han,  arabir -   arabir,  çatun  -   çətin  (qum.  çətim),  əbaşdan  -   başdan, 
təzədən və s.
15.  Tat  dilinə  Azərbaycan  dilindən  keçmiş  feli  alınmalar:
Belə  fellərin  sayı  çoxdur  və  onlardan  yeri  gəldikcə  geniş  bəhs  olu­
nacaqdır.  Leksem alınmalar nümunəsi kimi bir neçə misalı nəzərdən 
keçirək.  Azərbaycan  dilindən  tat dilinə  keçən fellər bu  dilə daxil  ol­
duqda  onda  artıq  formalaşmış  (daşlaşmış)  alınma  Azərb.  dili  şəkil­
çisi  və  tat dilinin  özünəməxsus  köməkçi  felləri  (əsasən,  birən -   ol­
maq, dərən -  vermək,  saxtən -  etmək) həmin alınma sözə əlavə olu­
nur  (felin  məlum  və  məchulluğundan  asılı  olaraq),  beləliklə  də,  bir 
növ tat dilinin “özünəməxsus”  feli  yaranır ki,  bu  haqda da bu əsərin 
morfologiya hissəsində  geniş  bəhs  olunmuşdur.  Bu  növ  leksik  alın­
malara  dair bir  neçə  nümunə  maraqlıdır:  utanmiş  birən  -   utanmaq, 
çaşmiş  birən  (saxtən) -  çaşmaq  (çaşdırmaq),  azmiş  birən  (saxtən) -  
azmaq,  (azdırmaq),  batmiş  birən  (saxtən)  -   batmaq,  (batızdırmaq), 
bəxşləmiş  saxtən  -   bağışlamaq,  barişmiş  birən  (saxtən)  -  barışmaq 
(barışdırmaq),  güzət  saxtən  -   gözləmək,  dindirmiş  saxtən  -  dindir­
mək,  yaramiş  birən  -   yaramaq,  sinəmiş  saxtən  -   sınamaq,  səmiş
AZƏRBAYCAN  TATLARININ  DİLİ
71
saxtən  -   sevmək,  burmiş  dərən  -   burmaq,  ügiid  dərən  -   öyüd  ver­
mək,  daşimiş  saxtən  -   daşımaq,  qurdalamiş  saxtən  -   qurdalamaq, 
tezbazarsaxtən  -   tezbazar  eləmək,  çiğirtmiş  saxtən  -   çığırtmaq,  al- 
çaltmiş  saxtən -  alçaltmaq,  danlamiş  saxtən -  danlamaq,  tərbiyələn­
dirmiş  saxtən  -   tərbiyələndirmək,  yükləmiş  saxtən-  yükləmək,  itil­
miş birən -  itib-batmaq və s.
Misalların  sayını  xeyli  artırmaq  olar.  Lakin  elə  bunlar  da 
Azərbaycan  dilinin  öz  mühitində qoruyub  saxladığı  tat dilinə  leksik 
təsirini  göstərmək  üçün  kifayət  edir  və  bu  təsirin  linqvistik  səmərə­
liliyinə ən yaxşı  sübutdur.
AZƏRBAYCAN DİLİNDƏ TAT SÖZLƏRİ
Məlumdur ki,  tatlar Azərbaycan  dilini  qəbul  etməklə  tədricən 
öz  ana  dillərinin  bir  sıra  elementlərini  Azərbaycan  dilinə  gətirmiş­
lər.  Bu  təsir  dilin  başqa  sahələrinə  nisbətən  leksikada  özünü  daha 
qabarıq  göstərir.  Bu  baxımdan  Azərbaycan  dilinin  Bakı  dialektini 
nəzərdən  keçirək.  Faktlar  göstərir  ki,  tat  dilindən  Bakı  dialektinə 
həm  sırf tat  sözləri,  həm  də  başqa  dilə  aid  olan  sözlər  keçmişdir.1 
Bu təsir özünü aşağıdakı  sözlərdə büruzə verir.2
Səyxaş -  tat dilində səyxaş -  sakitlik.
Bələgün  -  ot adıdır, tat dilindən eynilə keçmişdir.
Bürüşdə -  tat dilinin  bürüştən -  bişmək,  qızarmaq  sözündən­
dir, yaxşı qızarmış çörəyə deyilir.
Varə -  tat dilində eynilə varə -  sap.
1 M.İ.Hacıyev. Tat dilinin Qoııaqkənd ləhcəsi, Bakı,  1971, səh.  100
2 Bakı  dialektinə  aid  olan  sözlərin  çoxu  prof.  M.A.Şirəliyevin  əsərindən  götürül­
müşdür. Bax:  onun,  Bakı  dialekti,  ikinci  çapı,  Azərb.  SSR EA nəşri,  Bakı,  1957. 
Bəzi  sözlər  isə  müəllifin  öz  tədqiqatıdır.  Bax:  M.İ.Hacıyev.  Tat  dilinin 
Qonaqkənd ləhcəsi,  Bakı,  1971, səh.  100-102.


72
BİRİNCİ  KİTAB
Qobi  -   kiçik  dərə  (?).  Tat  dilində  su  yığılan  yerə,  çökəyə, 
dərəyə və əsasən quyuya “qubi” deyilir.1
Qoğuş  -   ovuq  ağacının  içinə  deyirlər.  Tat  dilində  “ququş” 
(hərfən dərin).
Dalay  -   mübahisə.  Eynilə  tat  dilində  dalay  -   dava,  vuruş, 
mübahisə.
Dino  -   düyü  suyu,  həlim.  Tat  dilində  dünə -  düyü,  ou -   su -  
düyü suyu.
Zəqqo -  çox  acı,  tat  dilində  zaqou  (zaq) -  “acı”  sözü  ilə ou -  
su sözlərinin birləşməsidir.2
Kəm  -   1.  az,  2.  ələyin  bir  növü.  Tat  dilində  hər  iki  mənada 
eynilə vardır.
Həri -  bəli (təsdiq ədatı), “heri” variantı da var.
Kəmrə  -   1.  Təzək.  2.  Qatı  çirk.  Hər  iki  mənada  tat  dilində 
kəmrə formasında qalır.
Koramal  -   koramal  (ilan)  tat  dilində  kur  (kor)  -   mar  (ilan) 
sözlərindən əmələ gəlmişdir. Tat dilində kurəmar (kürəmal).
Gilavar  -   cənub  küləyi.  Tat  dilində  də  eynilə  belə  gilavar. 
Buradakı  “var” sözü tat dilində “külək” deməkdir.
O dan -  su ehtiyatı saxlanan  yer.
Koudan -  tövlə. Tat sözüdür. Tat dilində koudun, kou -  öküz, 
dun -  yer bildirən şəkilçidir.
Mürdəşür -   tat dilində  mürdəşür  (mürdə  -  ölü,  şür -   yumaq 
sözlərindəndir) -  ölü yuyan adam.
Noqıılay  -   yöndəmsiz,  tat  dilində  də  “naqulay”  (“qulay”  -  
düz, düzgün,  yaxşı, “na” isə inkar şəkilçisi -  yəni düzgün olmayan -  
yöndəmsiz).
Narnalə -  heç olmasa. Tat dilində eynilə nimdaş.
Nimdaş -  köhnə, yarı  geyilmiş. Tat dilinndə eynilə nimdaş.
1 Abşerondakı  “Qobustan”  adı  ilə  müqayisə  et  (Bu  söz  iki  komponentdən  ibarət 
olub,  birinci  hissəsi  “qobi”//qubi — quyu,  sulu  çökək,  ikinci  hissəsi  olan  stan  isə 
məkan bildirən şəkilçi, hərfən “quyu olan yer” deməkdir.
2  Bu  söz  tat  dilinə  ərəb  dilindən  (zəqqum  sözüdür)  keçmişdir.  Azərb.  dili 
dialektlərində tat dilində olduğu kimi işlənir.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
73
Nohur -  su yığılan yer,  tat dilində də nohur.
Oxar  -   bıçaq  itiləyən.  Azərb.  dilində  oxarlamaq1  sözündə 
müqayisə et.
Parabizən  -   qanadlan  üstündə  qara  xallan  olan  balaca, 
qırmızı cücüdür. Tat dilində eynilə parabizən.
Səlt, sət -  tamam. Tat dilində səlta,  sət formasındadır.
Sərdəsi -  yeri yaxşı işləməmək, tələsik. Tat dilində eynilə qalır.
Siəzi -  kisə,  xaral.  Tat dilində  sigəzi,  si  -  otuz,  gəz -  ölçü  va­
hidi  (məs,  qanş) sözlərindəndir. Yəni iri (hərfən: otuz qanşlıq) kisə.
Siyapur  -   həyasız  adam,  sözə  baxmayan.  Tat  dilində  eynilə
qalır.
Sülümbə (ər) -  nərdivan, pilləkən. Tat dilində sülünbə.
Küyozən  -   oraq.  Tat  dilində  “guyo”  (ot)  və  “zən”  (zərən  -  
vurmaq) sözlərindəndir.
Toy -  ocaq,  tat dilində  toy.
Cəng -  paslanma, pasatma; Tat dilində jirangə (cirang).
Şirə pus  -   divan  ağartmaq  üçün  tüklü  dəri.  Tat  dilində  “şirə- 
pust”, şirə -  şirə, pust -  dəri (şirələmək üçün dəri).
Əskeş -  araba hissəsi. Tat dilində əskeş.
Kəndərbənd  -   araba  ləvazimatı.  Azərbaycanca  xamıt,  tat  di­
lində  kədəbənd  kədə  -   boyun,  bənd -   bağlamaq,  (hərfən  “boyuna 
bağlanan”  sözlərindəndir).
Duhunbərə -  Tat dilində duhunvər (duhun -  ağız,  vər -  bərə. 
“Vərə”  sözü  əkinin  ortasında  biçilmiş  bir  zolağa,  yaxud  dərə  içəri­
sindəki dar bir keçidə deyilir).
Soça -  balaca səhəng. Tat dilində soçə (so -  səhəng sözündən).
Bu cür sözləri  əhalisinin böyük  əksəriyyətini  tatlar təşkil edən 
Quba rayonu  əhalisinin dilində  də  görürük.  Azərbaycan  dilinin  Qu-
1  Bu  söz  tat  dilinə  ərəb  dilindən  (zəqqum  sözüdür)  keçmişdir.  Azərb.  dili 
dialektlərində  “zəqqum”  kimi  işlənən  bu  söz  yalnız  Bakı  dialektində  tat  dilində 
olduğu kimi  (zəqqo) işlənir.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə