Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə18/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   14   15   16   17   18   19   20   21   ...   131

66
BİRİNCİ  KİTAB
onun  tarixi  fonetikası,  qramatikası,  leksikasımn  keçdiyi  yolu  düz­
gün  təyin  etmək  üçün bu  əvəzsiz  söz  xəzinəsinin  qapısına açar tax­
maq olar.
Azərbaycan  dilindən  (həm  də  bu  dil  vasitəsilə  başqa  türk  dil­
lərindən)  tat  dilinə  əsadən  isimlər,  qismən  də  fellər,  sifət  və  bağ­
layıcılar və  s.  qrammatik  vahidlər keçmişlər.  Tat dilində  olan  Azər- 
baycanizmləri  (həm  də  ümumiyyətlə  türkizmləri)  leksik-semantik 
mənalanna görə aşağıdakı  şərti qruplara bölmək olar.
AZƏRBAYCAN DİLİNDƏN TAT DİLİNƏ 
KEÇMİŞ İSİMLƏR
1.  Ə rzaq,  yem ək  ad ları:  qəymaq -  qaymaq  (qum,  kaymak), 
quyruq -  quyruq  (qum.  kuyruk,  qoyun  quyruğu  mənasında),  qurqut 
--  qovut  (qum.  kurkut),  qərə  -   1.  qara  (rəng),  2.  plovun  qarası, 
kəpək  -   kəpək  (qum,  qəpək),  kişmiş  -   kişmiş  (qum.  kişmiş),  piy -  
piy,  süzmə  (qum,  süzmə),  dulmə  -   dolma  (qum.  dolma),  buzbaş  -  
bozbaş,  piti  -   piti,  başayaq  -   kəlləpaça,  buqləmə  -   buğlama  (ət, 
balıq xörəyi),  lavaş -  lavaş  (qum. lavaş), qovurmə -  qovurma (qum. 
kavurmak),  yuxa  -   yuxa  (nazik  lavaş),  mürəbbə  -   mürəbbə  (qum 
murapa),  söqqüz -   saqqız  (qum.  səqqiz),  çiğirtmə -  çığırtma  (xörək 
adı,  qum.  çiqirmə),  aş  -   aş  (düyü  xörəyi,  plov,  qum.  aş  -   çörək), 
qimə -  qiymə  (çəkilmiş  ət  xörəyi),  yapraqi  (həm  də  kələm dolması) 
-   kələm  dolması,  yem  -   yem  (heyvan  üçün  yemək),  içki  -   içki 
(ancaq  spirtli  içkilər,  qum.  içki),  çoy  -   1.  çay  (içməli),  2.  (axan, 
qum.  hər iki mənada çay).
2.  Meyvə,  tərəvəz  adlarına  aid  olan Azərbaycan  alınmala­
rı:  boğli -  paxla, badumcan//badımcan -  badımcan (qum. badırcan), 
qəysi -  qaysı  (qum.  kaysı),  yəralması -  kartof (yer+alması  tərkibin­
dən),  finduq  -   fındıq,  yemiş  -   yemiş,  üzüm  -   üzüm,  əzgil  -   əzgil, 
yay  armudi  -   yay  annudu  (annud  növü),  qış  armudi  -   qış  armudu 
(armud növü),  payız  armudi -  payız  armudu  (armud növü),  dump -
AZƏRBAYCAN  TATLARININ  DİLİ
67
turp  (qum.  turp),  Əbasbəyi -  Abasbəyi  (armud növü),  günəbaxan  -  
günəbaxan  (tum,  bostan bitkisi) və s.
3.  Ağac, gül,  bitki adlarını  bildirən alınm alar:  kişniş -  kiş- 
niş,  qaratikan  -   qaratikan,  qəmiş  -  qamış,  qarağac  -  qarağac,  qızıl­
gül  -   qızılgül,  kulə  -   kol  (qum.  külpə),  çinar -  çinar  (qum.  çinor), 
bənöşə -  bənövşə  (qum.  bənövşə),  vəiəmir -  vələmir,  vələs -  vələs, 
süküt -  söyüd və s.
4.  Heyvan  adlarını  və  ona  aid  keyfiyyəti  bildirən 
alınmalar:  aslan -  pələng  (qədim  Azərb.  dilindən  əıslan  sözündən, 
qum  aslan),  əxtə  -   axta  (heyvan),  buğa  -   öküz,  buğa  (qum.  buğa), 
quduq  -   qoduq,  qəncuq  -   qancıq,  (dişi  it,  at),  qətiir -   qatır  (qum. 
kaçır),  dəvə  -   dəvə,  day  -   day  (qum.  tay),  qaplan  -   şir  (qum. 
kaplan),  keçi -  keçi, dələ -  dələ  (qum.  tələ),  küppəy -- köpək, dana -  
dana  (qum.  tana),  ərkək  -   erkey  (qoç  və  s.),  ayqır  -   ayqır  (qum. 
eyqır),  tülki  -   tülkü  (qum  tyülküy),  dağ  kəli  -   dağ  kəli,  maral  -  
maral, ceyran -  ceyran,  yurqa -  yorğa (at) və s.
5.  Quş,  həşərat  məfhumlarını  bildirən  Azərbaycan  dili 
alınmaları:  bequş -  bayquş, bildirçin -  bildirçin, ürdək -  ördək, qa­
raquş  -   qartal,  qarğa  -   qarğa  (qum.  karqa),  qaz  -   qaz  (qum.  kaz), 
qunduz  -   qunduz  (suiti  növü,  zərif  dərili  su  heyvanı),  quş  -   quş 
(qum.  kuş),  dünduq  -   dimdik,  dödaq  -   dovdaq  (qum.  duvodok), 
quzqun  -   quzqun  (quzu  aparan,  quzuya  qonan  komponentlərindən 
düzəlmiş  isim),  çənəxlübağa  -   çanaxh  bağa,  qaranquş  -   qaranquş, 
çalaqan  -  çalağan,  tərlan  -   tərlan,  miçək  -   milçək,  uzunburun  -   1. 
uzunburun  (balıq),  2.  uzunburun  (həşərat),  qırxəyaq  -  qırxayaq,  su- 
ğulcan  -   soxulcan,  ilbiz  -   ilbiz,  qurbağa  -   qurbağa,  kərtənkələ  -  
kərtənkələ, bildirçin -  bildirçin və s.
6.  Bəzi  xəstəlik  ad ların ın   A zərbaycan  dilindən  ta t  dilinə 
keçməsini  göstərən  nüm unələr:  qizdirmə  -   qızdırma  (qum.  Kız- 
dırma),  büqmə  -  buğma  (qum.  buvına),  qülçüq  (Azərb.  dilində  qıl­
çıq  -   çöp,  qıl  və  kiçiltmə  bildirən  “çıq”  şəkilçilərindən)  -   boğaz 
xəstəliyi, qəbər -  qabar (qum.  kabarçık), dügiim -  düyün,  şiş, yara -  
yara  (yarılmış,  zədələnmiş),  zigil  -   ziyil,  işləmə -  işləmə  (qann  is-


68
BİRİNCİ KİTAB
halı),  yirtiq -   yırtıq  (yıetılmaq  sö-zündən),  dulama -  dolama (bağır­
saqların dolaşması), aqri (kəşirən) -  ağn (çəkmək; doğuş zamanı).
7. P a lta r, geyim, ayaqqabı, ziynət şeyləri və s. m əfhum ları­
nı  bildirən  A zərbaycan dili  alınm aları:  qəyiş, qayış  (qum.  kayış), 
bükmə -  bükük (qum.  bükmə),  büzmə -  büzmə  (qum.  büzmə), qul- 
boq -  qolbaq,  qarabağ -  toxunma  sap, qaş -  qaş  (üzüyün qaşı,  qum. 
taş),  dügmə -  düymə  (qum.  tüymə),  yapinci -  yapıncı  (qum.  Yamu- 
çu),  yəqluq -   yaylıq  (qum.  yavluk),  kələqayi  -  kalağayı  (nazik  ipək 
baş  örtüyü),  paltar  -   paltar  (ümumiyyətlə,  geyim  mənasında),  sən- 
caq  -   sancaq,  ağ  -   ağ  (alt  paltarı,  qum.  ak),  çit  -   çit  (çit  paltar, 
qum.çit),  çəkmə  -   çəkmə,  əyaqqabi  -   ayaqqabı,  buyun  baqi  -   bo­
yunbağı,  üzük  -   üziiy,  buxçə  -   boxça  (paltar  bükülüsü),  başluq  -  
baş  örtüyü,  güdəkçə  -   qolsuz  üst  paltarı,  siriqlu  -   sınqlı  (pencək, 
şalvar ancaq sirilmiş olduqda), tumban -  tuman (alt tumanı) və s.
8.  Təbiət,  ətraf  mühit,  ictimai  fəaliyyət  və  sairə  ilə 
əlaqədar  tat  dilinə  keçmiş  Azərbaycan  dili  leksemləri:  bağçə  -  
dinik  (bostan  mənasında),  qulluq  -   vəzifə,  iş;  qumluq  -   qumluq 
(yer,  qum,  kumluk),  bulut  -   bulud  (qum.  bulut),  qızğın  (gün)  -  
qızğın,  ərx  (qum.  arx),  kulok  -   külək,  qişlaq  -   qışlaq,  yeylaq  -  
yaylaq,  qişluq  -  qış  tədarükü,  dağ -   1.  dağ  (dağ,  qaya  mənasında), 
2.  dağ (yanıq  və  s.  mənasında),  tuz -  toz,  çuxur -  çuxur,  çala (qum, 
qunqur),  çül -  çöl  (qum.  çel),  çal -  çala,  quyu,  şəxtə -  şaxta (soyuq 
mənasında),  buz  -   buz,  əyaz  -   ayaz  (qum.  ayaz),  ildırım -   ildırım, 
üşqün -  uçqun, daşqalaq -  daşqalaq (etmək) və s.
9.  Mənzil,  yaşayış  məskəni,  təsərrüfat  və  ev  əşyaları  və  s. 
anlamlarla  əlaqədar  olan  alınmalar:  qoymə -   şalban,  qazma,  ka­
ha,  daxma  (ilk  yaşayış  məskənləri  torpaqda  qazılardı),  ğəpu -   qapı 
(qup,  kapu),  keçirtmə -  qapının  dal  cəftəsi, dəmək -  toyuq  hini,  ha- 
çər -   açar  (qıfıl  mənasında),  çapar -  çəpər,  hasar,  kümür -   kömür, 
biz -  biz  (toxuma aləti;  qum.  biz),  burma -  vint (qum.  burma),  güz­
gü  -   güzgü,  qəlyan  -   qəlyan,  kütük  -   kötüy  (ət,  odun  doğramağa, 
qum,  kütük),  qurum -   ocaq  hisi  (qum.  kurum),  qüyuq  -   qıyıq  (ucu 
əyri,  qıyılmış  iri  iynə),  əmaq -   oymaq  (barmaqçılıq,  qum.  oymak), 
kuç -  köç,  dımayic -  yaba  (qum.tımavuc),  uraq -  oraq (qum. orak),
AZƏRBAYCAN  TATLARININ  DİLİ
69
yaqləva  -   tava  (qum.  yalqav),  ləkən  -   ləyən  (qum.  leqerı),  bişqab -  
boşqab (qum. boşqab) və s.
10.  İnsan  və  onun  fəaliyyəti  ilə  əlaqədar  olan alınm alar:  -
biçinçi  -   biçinçi,  bacənaq  -   bacanaq,  qorxa  -   qorxaq,  bic  -   1.  bic, 
kələkbaz,  2.  qanunsuz  doğulan,  qəyin -  qayın  (qum.  kayın),  qayna- 
nə  -   qaynana  (qum.  kaym  anə),  qunaq  -   1.  qonaq,  2.  dost,  tanış 
(qum.  konak),  dilmac  -  çevik,  cəld,  qəri  -  qarı,  qucə -  qoca,  ilçi  -  
elçi,  güzəl  -   gözəl  (qum.  gezel),  pəltək  -   pəltəy,  adaxlü  -   nişanlı, 
sağdüş -  sağdış,  soldüş -  soldış, qunşi -  qonşu,  alverçi -  alverçi, qa- 
ravaş  -  qarabaş  (qulluqçu),  qazaq  -   1.  nökər,  2.  subay  oğlan  (qum. 
kazak),  qalabəki -  nəzarətçi,  keşikçi,  qəreçi -  qaraçı,  qəçaq -  qaçaq 
(quldur,  yol  kəsən,  qum.  kaçak),  qəleçi  -   qalayçı  (qum.  qalayçı), 
dəmirçi  -   dəmirçi  (qum.  temirçi),  duluzçi  -   dulusçu,  küpçi  -   sap 
rəngləyən,  nəxirçi  -  naxırçı,  oçi  -   ovçu  (qum.  avçu),  çoııç  -  çavuş 
(polis, milis; qum.  çauş), tukançi -  satıcı  (qum.  tukençi) və s.
11.  Bədən  və  onun  üzvləri  ilə  əlaqədar  olan  Azərbaycan 
dili alınmaları:  biq -  bığ (qum. mıyk),  buqoz -   1. boğaz (bədən üz­
vü),  2.  boğaz  (hamilə),  biz-biz  -   biz-biz  (bədənin  biz-biz  olması), 
bud -  bud  (ayaqdan  yuxarı  hissə;  qum.  but),  qəbəq -  alın, qaş -  qaş 
(üzdə;  qum.  kaş),  güc -  güc  (qum.  qyüç),  qul -   1.  qol  (bədən üzvü), 
2.  imza,  3.  budaq  (qum.  kol),  qəbürqə  -   qabırqa  (qum.  kaburqa), 
kirmiç -  çimdik, yan -  yan,  böyür (qum. yan),  daban -  daban  (qum. 
taban),  səs  -   səs  (qum.  ses),  ikiz  -   ekiz  (qum.  eqiz),  çilçil  -   çilli, 
canlü -  canlı  (qum. canlı) və s.
12. Silah, m etal və o n lara aid  edilən əşyaların ad ın d an  iba­
rət  alınm a  leksem lər:  tunc  -   tunc,  beybut -  beybut,  qalay -   qalay 
(qum.  kalay),  gümiş  -   gümüş  (qum.  gümüş),  qurquşun  -   qurğuşun 
(qum. korqqaşın), yəraq -  yaraq (qum. yarıq), xəncəl -  xəncəl (qum. 
xınjal),  çəxmaq  -  çaxmaq  (tüfəngdə,  qum.  çaxma),  dayanduldunım 
-  dayandoldurum (qədim  tüfəng növü),  beşatlan  -  beşatlan  (müasir 
tüfəng  növü),  qirmə -  qırma,  donquz gülləsi  -  donuz  gülləsi,  qaban 
yıxan -  iri qırma (qaban vurmaq üçün) və s.
13.  M üxtəlif  m ənaları  ifadə  edən  alınm alar:  qəyqu  dərd 
(qum.  kayğı),  güc-bəla  -   zorla,  çətinliklə,  qəlp  -   qəlp  (pul,  qum.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə