Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə17/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   13   14   15   16   17   18   19   20   ...   131

62
BİRİNCİ  KİTAB
Qart  -   qoca.  Qədim  türk  dillərində  eynilə  “qart”  -   qoca  mə­
nasında  (DTS,  429).  Tat  dilində  bu  sözdən  “qartimiş”  (qocalmaq, 
əldən-ayaqdan  düşmüş  qoca),  qartimiş  birən  qocalıb  heydən  düş­
mək) kimi sözlər də yaranır.
Qaşqəlaq,  qaşqaldaq  -   qaşqaldaq  (quş  adı).  Qədim  türk  dil­
lərində bu söz  tat dilində qalmış  bir variantı kimi  “qaşqəlaq”  şəklin­
də mövcud olmuşdur.  (DTS, 431).
Qazmaq -  isimdir,  qazmaq  (plovun  qızarmış  altı  mənasında). 
Bu sözü səhv olaraq Az.  dilinin “qazımaq”  (qoparmaq, qaşımaq mə­
nasında)  felindən  əmələ  gəldiyini  güman  etmişdik.1 Sonrakı  tədqi­
qatlardan  göründü  ki,  qədim  türk  dillərində  “xəzinə”  mənasında 
“qaznaq”  sözü olmuşdur (DTS, 439).
Tat  dilində  bu  söz  (müasir Azərbaycan  dilində  də) qədim  türk 
sözü  olan  “qaznaq”  sözündəndir,  söz cüzi  fonetik dəyişikliyə  uğra­
mışdır (“n”  sonralar “m”-ə çevrilmişdir),  mənası da plovun,  qazanın 
xəzinəsi, dibi,  ən yaxşı,  ən gizli  yeri deməkdir.
Mac  -   söz  tərkibində  (sözün  sonunda)  şəkilçidir.  Tat  dilində 
yemək,  xörək  adlan  yaradır:  buzlamac  (südlü  sıyıq),  bulamac  (duru 
xəmir  xörəyi)  və  s.  Bu  şəkilçi  həmin  funksiyada,  yəni  xörək  adlan 
yaradan  şəkilçi  kimi  qədim  türk  dillərində  eynilə  “mac”  şəklində, 
məs.,  qovurmac  sözündə  (DTS,  438)  işlənmişdir.  Tat dilinə  Azərb. 
və  türk dillərindən  keçmiş  “umac”  sözü  də  (“un”  + “mac”  -   un  xö­
rəyi) həmin  şəkilçinin köməyi  ilə yaranmışdır. Həmin sözün -  xörək 
adının  tat dilində  ardavac  (ardəmac  kimi  variantları  da vardır ki,  bu 
da həmin şəkilçinin  tat dilində dəyişmiş variantı  (“vac” > mac ilə tat 
sözü  “ard”  -   un  sözlərindən  yaranmışdır)  yuxarıdakı  Azərb.  sözü 
olan “umac”-ın tat variantıdır.
Qicilə  -   qıdıq.  Qədim  türk  dillərində  eynilə  həmin  mənada 
“qicilə”  (MQ,  III,  323;  DTS, 440).  Azərb. dilindən çıxmış bu  arxaik 
söz tat dilində qalmışdır.
Qiğ  -   peyin,  qoyun  qığı.  Qədim  türk  sözüdür,  eynilə  həmin 
mənada “qiğ” şəklində (DTS, 440) mövcud olmuşdur.
1 M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi, Bakı,  1971
AZƏRBAYCAN  TATLARININ  DİLİ
63
Qilinc,  qilic -  qılınc.  Eynilə  həmin  mənada qədim  türk  sözü­
dür, ilkin şəkli  “qilic” olmuşdur (DTS, 442).
Gimiz -   tat  dilində  heyvan  sidiyi  mənasında.  Qədim  türk  dil­
lərində bu  söz “qizim”  kimi  “atsüdü” mənasında  (DTS, 444;  MQ,  I, 
366;  “Kutadqu  bilik”,  264)  olmuşdur.  Bəzi  müasir  türk  dillərində 
(məs.,  qazax,  özbək,  türkmən  və  s.)  bu  söz  “kumıs”  kimi  “at südü” 
mənasında  işlənir.  Tat  dilinə  keçəndən  sonra  mənasını  dəyişmiş,  at 
südünü  içməyi  murdar  hesab  edən  tatların  dilində  sözün  mənfi -  at 
sidiyi  mənasını  qəbul  etmişdir.  Qədim  türk  şəkil  ilə,  demək olar  ki, 
eyniyyət təşkil edir.
Qisir,  qüsür  -   qısır,  doğmayan  (heyvan,  ya  insan);  qədim 
türk dillərində  həmin mənada “qisir”  şəklində olmuşdur (DTS,  452; 
MQ,  III,  128).
Çüğ  -   gözə  düşən  çöp.  Həmin  mənada  qədim  türk  dillərində 
“çoğ” formasında rast gəlinir (DTS, 452; MQ, III,  128).
Qoğuş  -   1.  çala,  dərinlik;  2.  ağac  ovuğu.  Qədim  türk dillərin­
də  tat  dilindəki  kimi  “qoğuş”  şəklində  “su çalası” mənasında  işlən­
mişdir (MQ,  I,  369; DTS, 453).
Qulac  -   qulac.  Türk  dillərindən  alınma  sözdür,  iki  kompo­
nentdən  əməl  gəlmişdir:  qul  (qol)  +  aç  (aç).  Azərbaycan  dilində 
“qulac”  kimi  fonetik quruluşa yiyələnəndən  sonra həmin  şəkildə tat 
dilinə keçmişdir,  (müq.  Et.  tat dilində quşqun (qoşul  + qan şəkilçisi) 
qoşulan sözlərdən  əmələ gəlmişdir).
Qartan  (tərkibdə:  qaıtanmiş  birən)  -   qartanmaq,  qaşınmaq. 
Qədim türk dilində “qurtan”  (DTS, 469) şəklində  həmin mənada ol­
muşdur.
Səqri -  sağrı  (atın sağrısı). Qədim türk dillərində eynilə “səğ- 
ri” kimi olmuşdur (MQ, III, 350; DTS, 481).
Şalqam  (tərkib daxilində:  şəxtə-şalqam -  bərk  şaxta,  buz-bal­
ta  şaxta).  Tat  dilində  bu  söz  həmin  mənalı  qədim  türk  sözü  olan 
“salqim” sözündəndir (DTS,  483).  Bu  sözün  müasir Azərbaycan  di­
lindəki “qırov” mənasında işlənmiş “sarqim”  sözündən (MQ,  I, 485; 
DTS,  489)  olduğunu  da  güman  etmək  olar.  Çünki  qədim  türk  dillə- 
rindəki  “salqim”  və  “sarqim”  sözləri  də  istər  forma,  istərsə  də  se-


64
BİRİNCİ  KİTAB
mantik  nöqteyi-nəzərdən  oxşar  və  ya-xmdırlar,  müasir  Azərbaycan 
dilində isə bunların hər ikisinin mənasını verən “şaxta-qırov”  sözləri 
də paralel işlənərək sinonim sözlər yaradırlar.
Sarmaş  -   sarmaşmaq.  Tat  dilində  şəkilçisiz  (maq  -   sız)  iş­
lənərək  fel  deyil,  isimdir.  Çini  sarmaş  bu  bəgərdənmə  -   boynuma 
elə sarıldı  (hərfən:  sarmaş oldu);  ondan əmələ gələn fel  isə “sarmaş- 
miş  birən” -  sarılmaq formasındadır. Həmin sözdən tat dilində “sar- 
maşuq”  sözü də  yaranır ki,  bu da müasir Azərbaycan dilindəki  “sar­
maşıq”  (gül  adı)  sözüdür.  Maraqlıdır ki,  tat dilindəki  “sarmaş”  sözü 
qədim  türk  dillərində  də  eynilə  “sarmaş”  (MQ,  I,  460;  DTS,  489) 
şəklində işlənərək isim funksiyası da ifadə etmişdir.
Siriqli  -   üstdən  geyinilən  qalın  pambıq,  qollu  gödəkçə  (rus 
dilindəki  teloqreika  formasında).  Qədim  türk  dillərindəki  möhkəm, 
qalın  sarınmış,  qalın  toxuma  üst paltarına  “siri”  deyilirdi.  (MQ,  III, 
262;  DTS,  505).  Müasir Azərbaycan  dilindəki  “smqlı”  sözünün  kö­
kü,  tat dilindəki  bu söz sözdüzəldici  “lı” şəkilçisi qəbul  etmiş həmin 
türk sözüdür.
Sirt  -   hündürlük,  təpə.  Eynilə  həmin  mənalarda,  qədim  türk 
dillərində “sirt” kimi mövcud olmuş  (MQ,  I,  342;  DTS,  505) bu söz 
müasir Azərbaycan  dilindən çıxsa da  onu  qəbul  edən  tat dilində ey­
nilə qalmışdır.
Sulami  (sulaxa)  -   solaxay  (sol  əli  ilə  yazan,  iş  görən  və  s.). 
Qədim  türk  dillərində  həmin  mənada  işlənmiş  “solamuq”  sözü 
(MQ,  I,  487;  508)  tat  dilinin  Ərüsküş-Daqquşçu  və  Mədrəsə  ləhcə­
lərində  yuxanda  göstərdiyimiz  kimi  “sulami”  şəklində  qeydə  alın­
mışdır.
Süküt -  söyüd.  Qədim  türk dillərində  “söqüt”  şəklində  (MQ, 
I,  506;  DTS,  510).  Tat  dilində  həmin  sözdən  düzələn  “sükütluq” 
(söyüd çox  olan  yer,  söyüdlük)  qədim  türk dillərində  (“söqüt”  sözü 
haqqında mənbələrə  bax)  “söqütlüq”  şəklində  ifadə  olunmuşdur  ki, 
buna yaxın arxaik forma da tat dilində qalmışdır.
Sügüş  -   söyüş.  Qədim  türk dillərində  t.d kimi  eynilə  “sügüş” 
olmuşdur. (DTS,  507).
AZƏRBAYCAN  TATLARININ  DİLİ
65
Süluq -  anat. dalaq. Tat dilindəki  bu söz qədim türk dillərində 
“sulaq”  kimi  həmin  mənada  işlənmişdir.  (MQ,  I,  411;  DTS,  153). 
Tat dilinə türk dillərindən  keçmiş  bu söz Azərbaycan dilindən çıxsa 
da  tat dilində,  demək olar ki,  sabit şəkildə qalmışdır. Tat dilində bu 
sözün  sinonimi  kimi  “su lu f’  sözü  də  eyni  mənada  (dalaq  mənasın­
da)  işlənir.  Bundan  başqa  tat  dilində  müasir  Azərb.  dilində  işlənən 
“dalaq”  sözünün  özü  də  həmin  mənada  “dəlaq”  şəklində  işlənir.  Bu 
sözə  qədim  türk  dillərində  həmin  mənada  “talaq”  kimi  təsadüf 
olunur (MQ,  I, 411; DTS,  528).
Sürtük -  sırtıq,  üzlü,  abırsız. Qədim türk dillərində bu söz ey­
nilə  tat  dilində  olduğu  kimi  “sürtük”  kimi  işlənmişdir  (MQ,  I,  447; 
DTS,  518),  sürtülmüş sözündəndir.
Tumo -  zökəm.  Qədim türk dillərində həmin mənada “tunıağ- 
” kimi  olmuşdur (MQ,  I,  447;  DTS,  585).  Müasir Azərb.  dilində  bu 
xəstəliyin  adı  ərəb  sözü  (zökəm)  olduğu  halda,  tat dilində öz qədim 
türk mənşəli  söz hüququnu qoruya bilmişdir.
Uyuq  -   müqəvva  (bağda,  bostanda  quşları,  heyvanları  qor­
xuzmaq  üçün).  Tat  dilində  bu  sözə  eynilə  qədim  türk  dillərində 
həmin mənada olan “uyuq” sözüdür (MQ,  I,  81; DTS, 608).
Ülgü -  ölçü, ıazmer. Həmin mənada qədim  türk dillərində ey­
nilə tat dilində olduğu kimi “ülgü” (DTS, 624).
Ürüg -  hörüy  (heyvanı  bir yerə  bağlamaq mənasında).  Qədim 
türk dillərində eynilə tat dilində qaldığı kimi “ürüg” (DTS, 627) və s.
Yuxarıdakı  misallar  qəbilindən  olub  tat dilində  bu  gün  də  qa­
lan  türk  dilləri  alınmaları  hesab  etdiyimiz  bu  sözlər  heç  şübhəsiz 
heç  şübhəsiz  əsasən  qədim  Azərbaycan  dili  vasitəsilə  keçmişdir. 
Yazılı,  ədəbi  dil  kimi  həmişə  inkişaf edən  Azəbaycan  dili  öz  arxaik 
sözlərini  aradan  çıxarmış,  eyni  mənalı  sözlərin  sayını  azaltmış,  ya 
da  onları  yeni  sözlərlə  əvəz  etmişsə  də,  tat  ili  yazısız  dil  olduğuna 
görə  öz  leksikasına  qəbul  etdiyi  alınmaları  dəyişdirməyə  ehtiyac 
hiss etməmiş, onları  öz leksik tərkibində bir növ “əridərək”  “daşlaş­
dırmış”,  “özününküləşdirmişdir”.  Məhz bu cəhətdən də Azərbaycan 
ərazisindəki  İran,  həm  də  İber -   Qafqaz  dillərini  həıtərfli  və  dərin­
dən  öyrənməklə Azərbaycan  dilinin  inkişaf yollarını  dəqiq  izləmək,


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə