Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə16/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   12   13   14   15   16   17   18   19   ...   131

58
BİRİNCİ  KİTAB
Darğa  -   darğa,  kəndin  böyüyü,  başçı.  Qədim  türk  dillərində 
“daruğa” (DTS,  158).
Dədə  -   dədə,  ata.  Qədim  türk  dillərində  dedə  (MQ,  Ş,  220; 
DTS,  160).
Yəhər -  yəhər. Qədim türk dillərində “edər”  (DTS,  162).
Qülüq  -   xasiyyət.  Tat  dilində  “qülüq”  Az.  dilindəki  qılığ  -  
“qılığına  girmək”  mənasında  deyil,  məhz  xasiyyət,  davranış  mə­
nasında işlənir.  Xasə qülüğə  ədəminü -  yaxşı  xasiyyəli  adamdır.  Bu 
söz  eynilə  qədim  türk  dillərində  də  məhz  “xasiyyət,  əxlaq” 
mənasında  “qülüq”  kimi  işlənmişdir  (DTS,  163).  Qədim  türk  dillə­
rində  yaxşı  əxlaqlı,  xoş  xasiyyət  adama  “edqülüq”  (DTS,  163)  de­
yərdilər.  Bu  sözün  qədim  türk  dillərində  “qiliq”  şəkli  də  olmuşdur 
(DTS, 442) ki, bu da tat dilində eynilə “qiliğ”  kimi qalır.
Ə lig -d iş i keçi.  Qədim türk dillərində “elik”  (DTS,  171).
Aqlaş  -   ağlaşma.  Tat dilində  şəkilçisiz  (azərbaycan  dilindəki 
“ma” -   sız)  işlənir.  Üç  ağlaş  aftare  bə  arayşmu? -   hərf.  Aranıza  nə 
aqlaşma düşüb? (yəni  nə  aqlaşırsınız?).  Qədim  türk  dillərində  də  bu 
söz  müasir  dildəki  “ma”  -   sız  həmin  aqlaşma  mənasında  “iqlaş” 
şəklində işlənmişdir (DTS, 218).
Qədəş -  qohum  mənasında,  in  mərd qədəştürü? -  Bu  kişi  qo­
humundur?  Qədəş,  bəcə  bərtani?  -   Qohum,  hara  gedirsən?  Qə- 
dəşemu amarund -  qohumlarımız gəldilər və  s.  Azərbaycan dilində, 
məs.,  Bakı  dialektində  işlənən “qədeş”  sözünü çoxları  ədəbi  dildəki 
“qardaş”  sözünün  təhrif  olunmuş  şəkli  hesab  edirlər  ki,  bu  da  kö­
kündən səhvdir.  Tat dilində olduğu kimi, qədim  türk dillərində mü­
asir dildəki  “qohum”  sözünün sinonimi kimi  “qadaş”  sözü  işlənmiş­
dir  (DTS,  221).  Bu  söz  Azərbaycan  dilinin  sonrakı  inkişafı  nəticə­
sində  “qardaş”a çevrilmiş  “qanndaş”  (bir qarında daşman)  sözünün 
təhrif  olunmuş  şəkli  deyildir,  qədim  türk  sözü  tat  dilində  “qədəş” 
şəklində  indi  də qalan  arxaik  “qadaş”  (bəzən,  qaqaş) kimi  “qohum” 
mənasında işlənmişdir.
Yalğuz  -   tək,  yalqız.  Həmin  mənada  olan  qədim  “yalğuz” 
türk  sözüdür  (DTS,  228).  Tat  dilində  bunun  “yalğuzaq”  variantı  da 
vardır və Az. dilindən tat dilinə keçmişdir.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
59
Yal  -   yal  (it  yeməyi).  “Yalamaq”  sözünün  köküdür.  Qədim 
türk dillərində də həmin mənada “yal” kimi işlənmişdir.
Yalvan -  yaltaqlanmaq,  kiminsə dalınca sülənmək mənasında. 
Bə m ə’əlim çü yalvanmiş bəbrəni -  müəllimə yaman  yaltaqlanırsan. 
Yuxarıdakı  “yal”  it  yeməyi  sözündəndir:  birinin  qabağından  qalan 
yalı (yeməyi) it kimi  yalvanmaq mənasındadır.
Yan -  tərəf,  yan
Yapuşqan -  yapışqan,  kley mənasında.  Qədim  türk dillərində 
tat dilində  olduğu  kimi  həmin  mənada  “yapuşqan”  kimi  işlənmişdir 
(DTS, 237).
Yaraş  -   yaraşmaq.  Az.  dilində  isim  kimi  çıxış  etmir,  yalnız 
fel  və  sifət  köklərində  (yaraşmaq,  yaraş-ıq  və  s.)  özünü  saxlaya bil­
mişdir.  Tat dilində  isim kimi  çıxış edir:  in  bətü  yaraş  nəmtünü -   bu 
sənə  yaraşmaz,  bətü  yaraş  mütünü  ki,  in  kafə  küni  -   sənə  bu  sözü 
demək yaraşarmı  və  s. Bu  söz tat dilində olduğu kimi qədim türk di­
lində  də  “yaraş”  kimi  (isim)  işlənmişdir (DTS,  240).  Tat  dilində  bu 
söz  “raş”  kimi  də  işlənir ki,  bu  da həmin  “yaraş”  sözünün  qısaldıl­
mış  şəklidir.  Tat  dilində  bu  söz  fel  kimi  “yaraşmiş  birən”  şəklində 
işlənir.
Tartu  -   ağac  yonqan,  talaşa.  Bu  söz  həmin  mənada  qədim 
türk  dillərində  “yartu”  (MQ,  III,  30;  DTS,  243)  kimi  işlənmişdir. 
Tat dilində bu sözün  “tartə”  forması  da vardır ki,  bu da həmin  “yar­
tu” qədim türk sözünün fonetik dəyişikliyə uğramış variantıdır.
Yügrüg -  qaçağan  (at).  Həmin  mənada  qədim  türk  dillərində 
“yügrüg”  şəklində  olmuşdur  (MQ,  III,  45;  DTS,  284).  Göründüyü 
kimi  tat  dilində  bu  qədim  türk  sözü  eynilə  qalmışdır  (müasir  Azər­
baycan dilində yüyrək şəklindədir).
Yügrüm  -   məsafə  mənasında  “qaçmaq”  sözünün  sinonimi 
“yüyürmək”  sözündəndir.  Ra  dur  nist  yə  yügrüm  rayü  -   yol  uzaq 
deyil,  bir  yüyürməklik  (qaçışlıq)  yoldur.  Eyni  mənada  qədim  türk 
dillərində “yügrüm”  kimi  işlənmişdir (MQ, III, 45; DTS, 284).
Gələci  -   nağıl.  Müasir Azərbaycan  dilindən  çıxmış  bu  leksik 
vahid  qədim  türk  dillərində  “keləçi”  kimi  həmin  mənada  mövcud 
olmuşdur  (MQ,  I,  445;  DTS,  296).  Göründüyü  kimi  bu  sözü  bəzi


60
BİRİNCİ  KİTAB
fonetik dəyişikliklə  tat dilində (Məl., M.  və s.  ləhcələrdə) bu gün də 
işlənir.
кәш  (söz  tərkibində:  kəmkəsad  -   xəstəlik)  -   xəstəlik,  ağrı, 
dərd.  Qədim  türk  dilində bu söz  həmin mənada  аупса müstəqil  lek­
sik  vahid  kimi  “kern” 
(MQ,  II,  363;  DTS,  səh.  297)  şəklində 
mövcud olmuşdur.  Bu söz müasir Azərbaycan dilindən çıxmışdır.
kəndü -  böyük  saxsı  qab (un  tökməyə). Tat dilində bu söz un 
tökülən böyük saxsı  qab  və ya həmin məqsəd üçün olan böyük taxta 
sandığa  deyilir.  Qədim  türk  dilində  bu  söz  “kendün”  kimi  həmin 
mənada işlənmişdir (MQ, II,  129; DTS, 298).
Gərək -  gərək,  lazım olan. Qədim türk dilində bu söz “gerək” 
(DTS,  300) kimi  mövcud olmuşdur.  Bu sözün inkarı (lazımsız, gərək­
siz şey mənasında) tat dilində “gərəkməz” kimi  işlənir ki, bu söz qədim 
türk sözüdür və bu dildə “gerəkməs” kimi işlənmişdir (DTS, 300).
Q irçin  -   (  ya  da  sözünün  təkrarı  ilə  tərkib  daxilində  qirçin- 
qirçin  gaf saxtən  -   bumunda  anlaşılmaz  danışmaq)  -   fıs-fıs  danış­
maq,  anlaşılmaz mızıldanan.  Müasir Azərbaycan dilindən çıxmış bu 
söz  (buradakı  mənada) qədim  türk  dilində  “gerçin”  kimi  tat  dilində 
qalan mənada mövcud olmuşdur (DTS, 300).
kəsük  -   yazıq,  bədbəxt,  yetim  mənalarında.  Qədim  türk  di­
lində həmin mənalarda “kesil” sözü mövcud olmuşdur (DTS,  302).
Köçə  -   1.  dənli  bitkilərin  ölçü  vahidi,  2.  çömçə.  Hər  iki  mə­
nada tat dilində işlənən bu  söz həmin mənalarda qədim türk dilində 
“kevçi” (DTS, 302) kimi mövcud olmuşdur.
Kürpi,  kurpi  -   Müasir  Azərbaycan  dilində  körpü.  Qədim 
türk dilində “köprük”  kimi  işlənmişdir (DTS,  395).
Qəcil -  ümidsiz,  xəstə,  hədsiz zəifləmiş bədən mənasında.  Bu 
söz  “qəcil”  şəklində  qədim  türk  dilində  (DTS,  401)  tat  dilindən 
fərqli  olaraq  əks  mənada,  “xəstəlikdən  nicat  tapmaq”  məzmununda 
işlədilirdi.
Qədəğə  -   tapşırmaq,  qorumaq.  Qədim  türk  dillərində  bu  söz 
həmin mənalarda “qadağla” (DTS, 401) şəklində mövcud olmuşdur.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
61
Q ətit  -  qurudulmuş  ət mənasında.  Bu  söz qədim  türk  dillərin 
də  həmin  mənada  “qatit”,  “qadit”  formalarında  mövcud  olmuşdur 
(DTS, 403).
Qəc  -   donmaq,  soyuqdan  əl-ayağın  işləməməsi  mənasında. 
Qədim  türk  dillərində  bu  söz  eynilə  “qəc”  kimi  var  idi  (MQ,  III, 
440;  DTS, 404).
Qayın -  qayın (arvadın qardaşı).
Qəyiş -  qayış.
Q out  -   qovut,  qovrulmuş  buğdanın  üyüdülmüş  şəklinin  adı. 
Qədim türk dillərində bu söz “qoğut”,  “qovut” kimi möcud olmuşdur.
Q ayqiq  -  qayıq.  Tat  dilində bu  söz  müasir Azərbaycan  dilin­
dəki  kimi  “qayıq”  şəklində  işlənmir və  türk  dillərindəki  qədim  for­
masını (qayğuğ, qayğiğ) saxlaya bilmişdir.
Qəmqəl -  bitki növüdür,  qabığından qab yumaq üçün  istifadə 
olunur.  Qədim türk dillərində bu söz həmin mənada qamğaq”  (DTS, 
415)  şəklində mövcud olmuşdur.
Q ap  -   qab,  kasa  mənasında.  Qədim  türk  dillərində  “qap” 
(DTS,  420)  kimi  işlənmişdir.  Tat  dilində  bu  sözün  Azərbaycan 
(həmçinin  türk  dillərində  də) dilinin  “qapmaq  “ məsdərindən  (qapı­
lan, əldən-ələ verilən) əmələ gəldiyini demək olar. Qədim türk dillə­
rində,  məs.,  Mahmud Qaşqari  “divan”ında,  qapmaq  məsdərinin  kö­
kündən  “qap”  (tutmaq,  dartmaq)  mənalarında,  “qapil”  (tutulmuş), 
“qapin”  (götürülən),  “qapis”  (qarət,  çal-çap,  talan)  və  s.  kimi  sözlər 
yaranardı  (Bax. DTS, 420-421). Fars dilində işlənən “qapidən” məs­
dərinin  (eynilə  müasir  Azərbaycan  dilində olduğu  kimi -  “qapmaq” 
mənasında  )  kökü,  əsası  olan  “qap”  sözü  türk  dillərindən  bu  dilə 
keçmişdir.
Tuluq  -  tuluq.  Bu  söz qədim  türk dillərində “tolğuq”  kimi  iş­
lənmişdir (DTS, 420).
Q apaq -  Tat dilində bu sözün üç mənası vardır:  1.  qabın ağzı,
2.  kirpik,  3. bakirəlik. Türk dillərinə məxsus olan bu söz qədim türk 
dillərində tat dilində işlənən hər üç mənada işlənmişdir (DTS, 420).
Q əri  -   qan.  Eynilə  həmin  mənada  qədim  türk  dillərində 
“qəri” (DTS, 426).


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə