M. C. Pişəvəri



Yüklə 178,67 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix15.03.2018
ölçüsü178,67 Kb.
#32414
1   2   3   4   5   6   7   8   9

www.acjiq.info

 

 



15 

Hizbi-Tudənin fəal rəhbərlərindən olan Əhməd İspəhani də azərbaycanlıların xüsusən ortabab və şəhər 

camaatının xoşuna gəlmirdi. Tudə təşkilatının 14-cü məclis seçkilərində vəkil seçilməsini istədiyi bu adam, 

əslən təbrizli deyildi. O İstanbulda, İspəhani bir famildən anadan olmuşdur. Onun danışdığı osmanlı türkcəsi 

xalqın sevdiyi bir dil deyildi. Hizbi-Tudə bu adamı Azərbaycan təşkilatına rəhbər göndərməkdə böyük 

iştihab etmişdir.  

Təbriz camaatı bu səbəblərə görə Tudə təşkilatına çox bədbinlik nəzəri ilə baxırdılar. Bunlardan əlavə 

Hizbi-Tudənin əyalət komitəsinin üzvləri əksəri təzə ərsiyə gəlmiş, təcrübəsiz və məlumatsız adamlardan 

ibarət idi. Bunlar xalqın arzularını düşünüb, onu əncam verməklə firqəni xalqa yaxınlaşdırmağa müvəffəq 

ola bilmirdi. Ona görə Təbrizdə yeni müstəqil milli bir təşkilatın vücuduna ehtiyac hiss olunurdu. Kanuni-

Demokrası bu ehtiyacın üzərində meydana çıxan bir təşkilat idi. Bu təşkilat əksərən məhəlli adamlardan 

toplandığı üçün Təbriz camaatına daha yaxın idi. Onu qurub düzəldənlər. Hilal Nasiri, Cəfər Əxgəri, Mir 

Mehdi Çavuşi, Xəlil Azərbaqdan və Hüseyn Rizvan, xalqın tanıyıb, bildiyi adamlar olduğundan şəhərdə və 

yaxın kəndlərdə Hizbi-Tudədən daha geniş dairədə çalışmaq imkanına malik ola bilmişdilər. 

Məxsusən Təbrizdə، məclisdə ortabab ziyalılar Kanuni-Demokrasiya çox artıq rəğbət göstərirdilər. Halbuki, 

Hizbi- Tudənin ətrafına toplananların əksəri kəndli və fəhlə mühacir tiplərindən idi. Kanuni-Demokrasının 

böyük bir nöqsanı fəhlə sinfindən uzaq qalması idi. Bu cəhətdən kargərlər ittihadiyyəsindən sonra Hizbi-

Tudə daha qüvvətli idi. Kanuni-Demokrası Üsküdə və Təbriz şəhərinin ətrafında yaxşı işlədiyi halda, 

Azərbaycanın ayrı şəhərlərində nüfuz tapa bilməmişdi. 

Hələ məşrutiyyət inqilabı zamanından bəri Təbriz azadixahları arasında qanlı bir sabiqə hökm sürməkdədi. 

Bu isə yerli və gəlmə cavanlarından ibarət idi. Vaxtilə işləmək məqsədilə ərbab zülmündən- Azərbaycandan 

Rusiyaya mühacirət edib, məşrutəxahlıq hərəkatı başlanmasında inqilabda şirkət etmək məqsədilə vətənə 

müraciət edənləri fəqət libaslarına görə mühacir adlandırmışdılar. Bu mühacirlər Bakı kimi fəhlə 

mərkəzlərində yaşayıb, Rusiyanın 1905-ci il inqilabı hərəkatından aldıqları təcrübə üzrə ciddi inqilab 

yolunda daha möhkəm (addimlar) ilə irəli gəlib, yerli azadixahların mülayim rəftarına etiraz etdiklərindən, 

onların xoşlarına gəlmirdilər. Yerlilər isə onların bəzilərinin adabi-rüsumini, təbliğ etdiklərini bəyənməyib, 

onları laməzhəb və dinsiz adlandırmaqla özlərindən uzaqlaşdırmağa çalışırdılar.  

Bu məsələ hətta Gilan və Tehran məşrutəçiləri arasında da varmış. Təbriz də, axırda çəkib, ortada bir neçə 

nəfəri öldürdükdən sonra oranın azadixahları tərəfindən islah edilmiş və tamamilə ortadan qaldırmış idi. 

1941 -ci il  3 Şəhrivərdən sonra həmin köhnə mühacir ünvanı altında daha geniş, daha dərin bir surətdə 

zahirə çıxıb, Azərbaycan xalqının sərneveştində mühüm yer tutmaqdaydı. Mühacirlər ümumiyyətlə Sovet 

Azərbaycanında və Şuralar İttifaqının başqa cumhuriyyətlərində bir müddət yaşayıb öz vətənlərinə müraciət 

edən azərbaycanlılar olduqları halda, yerli mürtəcelər və dövlət məmurları tərəfindən mühacir adlandırılıb, 



www.acjiq.info

 

 



16 

Azərbaycandan xaricə çıxdıqları ilə onların (ğeyri mühacirlərin) arasında şədid bir surətdə ikitirəlik 

yaratmışdılar. 

Mühacirlərin çoxusu uzun müddət Şuralar İttifaqında yaşayıb siyasi məsələlərdə aşina olduqlarından, 

məhəlli adamlara nisbətən ictimai mübarizədə daha ciddi rəftar edirdilər. Bir də bu camaat Pəhləvi 

dövrəsində böyük azar və əziyyətlərə məruz qaldıqlarından o rejimin bir daha təkrarından həmişə vahimədə 

idilər. Çünki Riza xan dövründə onlar öz vətənlərində müharibədə əsir düşən sərbazlardan daha pis halda 

yaşamağa məcbur idilər. O vaxt mühacir adı daşıyan bu adama müəyyən (hüduddan) kənara çıxmağa icazə 

verilmirdi. Onların dövlət idarəsində işləməyə haqqları yox idi. Hər gün gərək gəlib özlərini polis idarəsinə 

nişan verib, hazır- qayıb dəftərini imza edirdilər.  

Bunların mal və can, hətta heysiyət və namusu daima polis və jandarmların təərrüzünə məruz idi. Əksəri 

yaxşı tərbiyə və təhsil görmüş olan bu camaatın çoxusu İranın mərkəzi şəhərlərində və cənubun zəhərli ab-

havası olan yerlərinə sürgün edilib, orada ağır və dözülməz şərait altında saxlanırdılar. Kaşan şəhərində mən 

şəxsən təbid olduğum günlərdə elə famillərə təsadüf etdim ki, bir parça çörək üçün hər bir işə hazır olduqları 

halda, onlara işləmək imkanı vermirdilər. Mühacir ilə danışmaq, onlara kömək etmək cürm hesab olunurdu. 

Biçarələr hətta alt paltarlarını satıb xərcləyib, qurtarmışdılar. Bunların içərisində olan ali məktəb qurtarmış 

mühəndis və təbiblərə qara fəhləlik və topraq qazmaq imkanı da vermirdilər. 

Ümumiyyətlə Təbriz, Ərdəbil, Sarab, Gərmrud və sair Azərbaycan kəndlilərindən ibarət olan bu adamlar 

mühacir ünvanı alıb, öz vətənində sadə yaşamaq vəsailindən məhrum olduqda sonra nagihani olaraq əldə 

etdiyi azadlığa təbiidir ki, xunsərdliklə sakit dura bilməzdi. Ona görə də Hizbi-Tudə təşkil olan kimi onun 

ətrafına toplanan və onu qüvvətləndirən camaat, yəni mühacirlər olmuşdu. 

Yerli camaat isə irticai dövrənin təlim etdiyi adət üzrə mühaciri bəyənib onunla bir Hizbdə çalışmaqda 

tənəffür edirdi. Orta (bab) ziyalıların Kanun-Demokrası ətrafına toplanmalarının səbəbi də bu idi.  

Vəli firqə başçıları da onu elə açıq söyləməyə cürət etmirdilər. Çünki, Kanun-Demokrası təşkilatının üzündə 

belə mühacir tipləri az deyidi. Məsələn Xəlil Azərbadkan, Hüseyn Rizvan, Şamil və qeyriləri mühacir 

adlanan azərbaycanlıların lap ciddilərindən sayılırdılar. Bu təşkilata girən adamların arasında Hizbi-Tudə ilə 

muxalifət edən qeyri-azadixah ünsürlərə də təsadüf edilirdi. Bunlar Kanun-Demokrası üzvülərini Hizbi-

Tudə əleyhinə qurub təqviyyət etməklə azadixahlıq cəbhəsinə ixtilaf salmaq istəyən adamlar idi. Xətib 

Şəhidi və Hacı xan Təlai və qeyrilərinin məqsədləri fəqət və fəqət bundan ibarət idi. Tamam mənfi və 

müsbət cəhətlərilə bərabər, Kanuni- Demokrasi Azərbaycan milli nehzətinə mütəmayil bir ocaq hesab etmək 

mümkündür. 

Onun başçıları heç vəchlə Tehranı tanımaq istəməyib, onun üçün mərkəziyyət qail deyildilər. Bunlar 

özlərini müstəqil bir Azərbaycan təşkilatı hesab edib, mərkəzi komitələri isə Təbrizdə idi. Bu cəhətdən 



Yüklə 178,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə