M. C. Pişəvəri



Yüklə 178,67 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix15.03.2018
ölçüsü178,67 Kb.
#32414
1   2   3   4   5   6   7   8   9

www.acjiq.info

 

 



Hizbi-Tudeyi-İranın Azərbaycan təşkilatı niyə irəli getmirdi 

Uzun müddətdən bəri bu firqənin Azərbaycan təşkilatı böhranlı bir hal keçiriridi. Azərbaycan əyalət 

komitəsini Sərtibzadə başda olmaq üzrə mürtəcelər, monopolçular bir tərəfə, həbsxanalardan xilas olunmuş 

azadixahlarla işçilər, kəndlilər və sair zəhmətkeşlər digər tərəfə çəkməklə onsuz da sayı məhdud olan 

əfradın içərisində geniş keşməkeş, şiddətli intriqa vücudə gəlmişdi. Tehranın müdaxiləsi isə onu 

gündəngünə şiddətləndirməkdə idi. 

Hər kəs hər nə deyir desin, Azərbaycanda milli təəssübün dərin rişəsi vardır. Bu təəssüb istər Azərbaycanda, 

istər də İranın sair şəhərlərində yaşayan azərbaycanlıların rəftar və əfkari ümumisinin qüvvətli bir amili 

olub, xalq mədəniləşdikcə genişlənməkdə və ciddiləşməkdədir. 

Azərbaycanlılar doğrudan-doğruya Tehrana, hətta onun azadixahlarına daha ürəkdən inanmadıqlarını 

mükərrər surətdə sübuta yetirmişlər. Onların arasında milli təəssüb ciddi bir şəkil aldığından istər-istəməz 

qeyri Azərbaycanlıya onların ürəkləri qıza bilmirdi. Onlar xaricdən gələn adamları mənimsəyə bilmirdilər, 

hətta Hizbi-Tudənin Təbrizə göndərdiyi azərbaycanlı təbliğatçılara belə, yerli camaat biganə kimi baxırdı. 

Bir ilin müddətində, oraya Hizbi-Tudənin mərkəzi komitəsi 3 mühüm heyəti göndərdiyi halda daxili 

mübarizəyə xatəmə verib səlahiyyətdar əyalət komitəsi təşkil edə bilmədiyinin də səbəbi budur. 

Xalq, xüsusən kəndlilər bir pənahgah, bir mərkəzi-seql, daha doğrusu rəhbərlikedici bir təşkilat tapmaq üçün 

hər bir fədakarlığa hazır olduğu halda, Tehran elə onları qorxudurdu. Bu da komitə üzvlərinin ruhiyəsində 

təsirsiz qala bilməzdi. Əyalət komitəsinin başında duranlarının əksəriyyəti Tehrandan gəldiklərinə və 

mərkəzdən müqəyyəd (asılı) olduqlarına görə, hətta yalançı azadixahlar Sərtibzadə, Ağazadə Astarayi və Əli 

Birəng, firqədən uzaqlaşdırıldıqdan sonra da, uzun müddət Tudə təşkilatı xalqın etimadını qazana bilməmiş 

və Azərbaycan xalqına rəhbər olmaq məqamını kəsb etməyə qadir olmamışdı. Əvəzində yalnız Azərbaycana 

dayanan zəhmətkeşlər Təşkilatı və Azərbaycan Cəmiyyəti çox tez bir surətdə parlayıb, kütləvi hal almaqla, 

xalqın təvəccöhünü cəlb etmişdi. 

 

Azərbaycan Zəhmətkeşlər Təşkilatı 



Azərbaycan Zəhmətkeşlər Təşkilatının xalq içərisində nüfuz tapmasının əsl səbəbi də onu təşkil edənlərin 

Azərbaycanda yaşayan zəhmətkeşlərdən ibarət olması idi. Müxtəlif adamlar, məsələn, Suren, İsrafil Qadiri, 

Hüseyn Rizvan, Əhməd İslami və qeyrilərinin müstəqil surətdə topladıqları dəstələrin birləşməsindən əmələ 

gələn bu təşkilatın təkcə Təbrizdə on mindən ziyadə üzvü var idi. Şəhərin müxtəlif yerlərində cürbəcür 

ünvanlar altında təşkil tapan zəhmətkeş klubları gecəgündüz dolu olub, orada danışılan sözlər, aparılan 

təbliğat xalqın illər boyu arzu etdiyi məqsəd ətrafında idi. 




www.acjiq.info

 

 



“İstibdad hökumətin yıxmaq, zülüm və şəqavətə xatəmə vermək, ərbabların, qaniçənlərin əllərini ictimai 

işlərdən uzaqlaşdırıb, xain məmurlar, qaniçən jandarmlar, rüşvətxor tiryəkinin şərrin bir dəfəlik xalqın 

başından rəf etmək” sözləri həqiqətdə xalqın xoşuna gələn, onun ürəyindən çıxan sözlər olduğundan, onları 

cəlb edib gündən-günə təşkilata yaxınlaşdırırdı. 

Bu təşkilatın nüqsanı fəqət onun azsavadlı, məmuli adamlardan toplanmasında idi, onların arasında xalqa 

rəhbərlik edə bilən təcrübəli adamlar nəzərə çarpmırdı. Məsələn, Hüseyn Rizvan (çörəkçi), çox sol və 

hərarətli bir adam idi. Lakin savadlı olmadığından, xalqa təzə bir söz deyib, ona rəhbərlik edə bilmirdi. 

Israfil Qadirinin az-çox savadı olsa da, məhəlli adam deyildi, yerli şəraiti bilmirdi. Səlim Hacızadə isə çox 

cavan olduğundan, xalqın etimadını qazana bilməyib, bərəks bəzi yüngül hərəkəti ilə üzvlərin ədəmi-

etimadına səbəb olurdu. Süren ancaq ermənilərdən bir iddəni öz ətrafına toplaya bilmişdi. Tazə onun özü də 

elə məlumatlı adamlardan deyildi. Ona görə çox tez parlayan bu cəmiyyət Fəhiminin hiyləkarlığı 

nəticəsində çox bir tez zamanda münhəll olub, aradan getdi və ondan Azərbaycan xalqı üçün müsbət bir 

xatirə belə qalmadı. 

Fəhiminin bu təşkilatı pozması İran mürtəcelərinin ən çox işlətdiyi klassik tədbir ilə əncam tapdı. Uzun 

müddət dəstəbazlıq, firqəçilik və intriqa ilə ömür sürən bu köhnə qurd, sabiqdən polis idarəsi ilə mərbut 

olub, qolçomaqlıq və oğurluqla məruf olan lotulardan məşhur Quliyevləri və qeyrilərini bu təşkilatın 

içərisinə daxil edib, onların vasitəsilə xalqı təhdid etmək, ev soymaq, adam öldürmək, pul almaq kimi işlərlə 

təşkilatı bədnam etdikdən sonra, həmin bəhanə ilə Israfil Qadiri və Səlim Hacısadəni toqif edib, təşkilatı 

tamamilə pozub ortadan çıxartdı. 

Bu iş məruf jandarm rəisi Canpoladın kəndlərdə başladığı vəhşiyana hərəkəti ilə yanaşı olaraq, əncam 

verildikdən sonra Azərbaycanın kənd və şəhərlərində yeni bir sakitlik dövrəsi başlandı. 

 

Azərbaycan Cəmiyyəti 



Zəhmətkeşlər Cəmiyyəti ilə yanaşı olaraq meydana çıxan Azərbaycan Cəmiyyətini tanimaq dəxi xalqın o 

günkü ruhiyyəsini bilmək üçün əhəmiyyətli bir məsələdir. 

Bu cəmiyyəti təşkil edənlər cümləsindən Şəbüstəri, Əli Maşınçı, Tahiri, Əkbəri, Hilal Nəsiri, Rəhimi Əli, 

İsmayıl Şəmsin adını qeyd etmək olar. Cəmiyyət Tehran İrticasına qarşı bəslədiyi ədavət üzrə tək 

Azərbaycan namına işə başlayıb naşiri-əfkarı olan “Azərbaycan” ruznaməsini yarı Fars, yarı Azərbaycan 

dilində intişar verilməklə milli mübarizə yolunda birinci qədəm götürmüş oldu. 




www.acjiq.info

 

 



İstər Azərbaycan Cəmiyyəti, istər Azərbaycan Zəhmətkeşlər Təşkilatının işləri tamamilə Azərbaycan 

azadlığı üzərində olmasa da, Azərbaycan adı onların arasında mühüm yer tutur. 

Zəhmətkeşlər əksərən aşağı təbəqəyə mənsub olduqlarından Tehrana az əhəmiyyət verdilər. Azərbaycan 

Cəmiyyəti başçılarının içərisində ictimai təcrübəyə malik adamlar daha artıq idi. Onların başladıqları 

Azərbaycan dilinin intişarı böyük bir qədəm olduğu halda, təşkilatın başında onun əhəmiyyətini dərk edən 

rəhbərlikedici adamlar çox az idi. Bununla belə “Azərbaycan” ruznaməsi Azərbaycan dilində məqalə və 

şerlər çap etdiyinə görə xalq içərisində tez bir sürətdə intişar tapmağa başlamışdı. Azərbaycanda şöhrət 

qazanan şairlərdən: Biriya, Etimad və qeyrilərinin bu ruznamə vasitəsilə Azərbaycan dilində şer yazmaqla 

siyasi mübarizəyə həsr etdikləri də ayrıca qeyd edilməlidir. 

Təəssüflə deməliyik ki, cəmiyyət hələ özünə layiq rəhbərlər tapıb onu irəli çəkə bilməmişdi. Başda 

duranların çoxusu, hətta onun sədri belə təşkilat üsuluna aşina deyildi. Xalqa gündəlik şüar verib cəmiyyətin 

xətti-hərəkətini təyin etmək işində, başçılar çox naşı və mübtədi idilər. Bunlar cəmiyyəti və xalqı hara 

aparacaqlarını özləri də dərk edə bilmirdilər. Bu cəmiyyətə daxil olmağa tələsən camaat ilə Zəhmətkeşler 

Cəmiyyətinə yanaşanlar, təbəqatı və ictimai cəhətdən bir-birindən uzaq olsalar da Azərbaycanlılıq 

məsələsinə hər ikisi də əlaqə göstərməklə bir yol ilə gedirdilər. Azərbaycan təəssübü və demokratik ehsasat 

bu təşkilatların hər ikisində nəzəri cəlb edə bilirdi. 

Azərbaycan Cəmiyyəti demək olar ki, tək Təbrizdə yaşayan ortabab adamlara dayanırdı. Zəhmətkeşlər 

Təşkilatına geniş xalq kütlələri ilə bərabər, əksəri aşağı təbəqədən olan mühacirlər toplanmışdılar. 

Mühacirlər Rizaxan dövründə daha artıq fişar gördüklərindən, azadlıq yolunda daha ciddi qədəmlər 

götürərək, daha qəti tədbirlər görmək tərəfdarları idilər. Ona görə zəhmətkeş kütlə onların şüarlarını daha 

çox qəbul edib, onların dalınca getməyə daha artıq rəğbət göstərirdilər. Azərbaycan Cəmiyyəti keçmiş 

firqələrin adab və rüsumu üzrə mülayim hərəkət edib, Hizbi-Tudə təşkilatı kimi ümumi cümlələr, təkrar edib 

həmişəki sözlərdən kənara çıxa bilmirdi. Onun yeganə silahı “Azərbaycan” ruznaməsi idi. 

Zəhmətkeşlər Təşkilatı və Azərbaycan Cəmiyyətinin sazimanlarının pozulması və Hizbi-Tudənin birinci 

dövrdə müvəffəqiyyət qazana bilməməsinin səbəblərindən birisi də İranın beynəlxalq vəziyyəti idi. O 

günlərdə alman faşistlərinin ən qüdrətli günləri idi. Qızıl Orduya kömək yetirmək bütün demokratik 

millətlərin ciddi və qəti vəzifəsi hesab olunurdu.  

Bu köməyi yetirmək üçün İran və Azərbaycan yollarının böyük əhəmiyyəti olduğunu bilməyən yox idi. 

Bunların əhəmiyyətini təmin etmək (yolun açıq saxlanılması) və ümumiyyətlə İran xalqını faşist 

təmayülündən qurtarmaq üçün Sovet İttifaqı və İngiltərə dövləti ilə İran arasında bir üçlük müahidəsi əmələ 

gəlmiş və bu vasitə ilə İran müttəfiqlər sırasına daxil olmuşdı. Bu İranın gələcəyi üçün aqilanə bir iş və daha 

doğrusu, gözlənilməyən müfid bir təsadüf idi. O vaxt əgər İranda qüdrətli bir demokratik firqə olsaydı, bu 



Yüklə 178,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə