M. C. Pişəvəri



Yüklə 178,67 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix15.03.2018
ölçüsü178,67 Kb.
#32414
1   2   3   4   5   6   7   8   9

www.acjiq.info

 

 



17 

Kanun-Demokrası Hizbi-Tudə təşkilatından daha doğru xətti-hərəkət təqib edirdilər. Bildiyimizə görə 

Hizbi-Tudə əmələn və nəzərən öz məramnaməsində kəndli təbəqəsini tamamilə kölgədə qoyub, ona bir şey 

verəməmişdi. Halbuki, Kanuni-Demokrasi öz məramnaməsində toprağı pulsuz olaraq kəndliyə verməsini 

irəli sürmüşdü. Bununla belə xalq içərisində Kanuni-Demokrasi mötədil və Hizbi- Tudə çox müfrət və 

inqilabçılar təşkilatı tanınmışdı. Bunun səbəbi isə Hizbi-Tudə başçılarının təcrübəsizliyi və son dərəcədə sol 

ruhla ruhlanmış kargər və mühacir dəstələrinin təht-təsirində vaqe olmaları idi. 

Əsasən Hizbi-Tudənin mətbuatı taktik və gündəlik iş cəhətdən həmişə geri gedir və yersiz şüarlar meydana 

atırdı. Bu isə yerli firqə komitələrini çaşdırır. Onları mühitə uyğun olmayan xətti-hərəkət təqib etməyə vadar 

edirdi. Biz çox yaxşı bilirdik ki, Hizbi-Tudənin proqramı çox sadə milli bir Hizb üçün yazılmış proqramidi, 

necə ki, yuxarıda dedik bu proqrama toprağın kəndliyə əvəzsiz olaraq verilməsi qeyd edilməli idi. Belə 

olduğu halda, onun son zamanlarda daha çox məqalə yazan üzvlərindən Xəlil Məliki bu təbəqəni kargər 

firqəsi daha doğrusu kommunist firqəsi olduğunun isbatına çalışırdı. 

Bu tək Məlikinin nəzəri deyil, vaqiən Hizbi-Tudənin başçıları arasında vahid bir nəzər olmadığından qələm 

əlinə alıb, məqalə yazmaq istəyən rəhbərlərdən hər biri xalqı bir tərəfə çəkirdi və çox da firqəni təbəqatı bir 

firqə adlandırırdı. Həmin prinsipsizlik və aydın nəzəriyyə və hədəf olmadığından rəhbərlər çox vaxt kütlənin 

tahti-təsirində vaqe olaraq, ona rəhbərlik edib, yol göstərəmək əvəzində onun dalınca sürünüb, onun xoşuna 

gələ bilən sol şüarlar ilə təzahür edərək, firqəni düzgün yoldan kənara çıxmağa vadar edirdilər. 

Bu prinsipsizlik o firqənin Azərbaycan təşkilatının qabağında böyük əngərlər törədir, onun nüfuzuna böyük 

zərbələr vururdu. Bunun, təəssüflə Azərbaycan azadixahalar cərayanına, böyük zərbə vurduğunu da inkar 

etmək olmaz. Məsələn, bir gün Əli Əmir Xizi kəndlilərin xoşuna gəlmək üçün yerlərin kəndli arasında 

bölünməsi şüarını meydana atmaqla, müqəddəməsiz bir kəndli çıxışı meydana çıxarmağ olduğu hald, 

kəndlilərə heç bir kömək yetirmədiyindən biçarələrin çoxunun toqif olunmasına səbəb olmuşdur. Kanuni-

Demokrası başçıları isə bu sahədə daha ehtiyatlı olduqlarına görə ortabab şəhər camaatı arasında daha artıq 

etibar qazana bilmişdi. 

Bununla belə Kanuni-Demokrası təşkilatının içərisindən çıxan ixtilaflar (nəticəsində) və 14-cü məclis 

seçkilərində məğlub edildiyinə (görə) onun başçıları etibar və nüfuzlarını xalq içərisində itirdikdən sonra, 

1944-cü ilin əvvəllərində tamamilə Hizbi-Tudə təşkilatına mülhəq olmaq məcburiyyətində qalmışdı. 

 

Cəbhei- Azadi 



1941 -ci ildən başlayıb, 45-ci ilədək şədid keşməkeş və ağır nəticəsiz mübarizə Azərbaycan azadixahlarını 

yorduğu halda, onlara vahid bir təşkilatın lüzumunu hiss etdirmişdi. Bu ehtiyac üzrərində Cəbhei-Azadi 




www.acjiq.info

 

 



18 

təşkilatı bütün İranda olduğu kimi Təbrizdə də təbii olaraq, meydana çıxmış və (get- gedə) nüfuzunu 

itirməkdə idi.  

Cəbhei-Azadi 1943-cü ildə Tehranda məlum olduğu üzrə əvvəl mətbuatı bir təşkilat idi. Sonra siyasi 

dəstələr və ictimai bir saziman halına düşüb, bütün azadixahların adından danışmaq imkanına malik 

olmuşdur. Bədbəxtanə onun ədəmi müvəffəqiyyəti də bu imkandan doğulmağından başladı. Çünki cəbhəni 

vücuda gətirən ruznamə müdirləri suları bir arxa gedən adamlar deyildilər. Bu səbəbdən Seyid Ziya dəstəsi 

siyasət səhnəsində görünən kimi, “Sitarə” ruznaməsinin müdüri Məliki, Sədri “İran” ruznaməsinin müdiri

“Mühüt məccəlləsi” müdiri Mühit Təbatəbai və “Xorşidi-İran” müdiri Bazərkad (Pasarqad?) və başqaları 

cəbhəni onun qucağına atmağa təşəbbüs etdilər. Təşəbbüsdə olanları təşkilatdan ixrac etdilər. Bu isə 

cəbhəyə böyük zərbə idi. Digər tərəfdən Hizbi-Tudə ruznamələri fəqət Hizbi çərçivədə məhdud qalmağa 

çalışdıqları üçün cəbhəni təşkil etmək, onun dairəsini genişləndirmək əvəzində onu tamamilə Hizbi bir 

sazman halına salmağa başladılar. (Bununla da) ortada qalan ruznamə naşirlərini uzaqlaşdırıb, təşkilatı 

qüvvədən salmaqa səbəb oldular. Yeri gəlmişkə demək lazımdır ki, hökumət başına keçmək üçün heç bir 

macəradan çəkinmək istəməyən Qəvamus-Səltənə öz mərkəzləri vasitəsilə Hizbi-Tudə və Cəbhei-Azadi 

təşkilatını öz təhti-nüfuzuna keçirmişdir. Bahar, Abbas Şahəndə, Zeynal Abdin, Firdovs və Lənkaraniləri 

Qəvamın köhnə adamları olduqları üçün var qüvvələri ilə cəbhə təşkilatını onun qucağına atmağa çalışdılar. 

Əslən Qəvamus-Səltənənin səhneyi siyasətə soxulub Hizbi-Tudə və sair azadixahlar təşkilatına əl atması, 

Hizbi-Tudə və azadixahlar cəbhəsinə böyük sədəmə və zərərlər yetirməkdə idi. 

Xüsusən qeyd etmək lazımdır ki, əvvəl günlər azadixahlar və mütərəqqi ünsürlər bu sazimanların dalında 

Qəvamus-Səltənənin irticai (siyasətini hiss) edərək, ondan hürküb, özlərini kənara çəkdilər. Qəvam isə 

bacardıqca özünü azadixahlara yaxın göstərməyə çalışırdı. Tehranda cəbəhnin vəziyyəti bu şəkildə olduğu 

halda, Təbrizdən böyük ümüd gözləmək olmazdı. İdarədə təşkilatın sədarətinə keçirilən Ağai Şəbüstəri 

savad cəhətdən zəif və fəaliyyət cəhətdən də (zəif idi). Qeyd olduğuna görə cəbhə ətrafına toplanan 

azadixahları razı salıb, onlara rəhbərlik edə bilmədi. O təşkilatı idarə edib, onu hədəfə doğru aparmaq 

əvəzində, Ağazadə və başqaları kimi şarlatan üzvlərin müxtəsər muxalifəti nəticəsində küsüb getmiş (dir) və 

cəbhəni onların əllərinə tapşıraraq, kənara çəkilmək fikrində olanlar isə, məzrubi-iyman adamlar olduqlarına 

görə təşkilatı zəiflədib və batil halında saxlayıb, (məhv) dərəcəsinə gətirməyə səbəb olmuşdular. 

Hizbi-Tudə başçılarından Xəlil Məliki və doktor, Cövdət və Vartaşini azadixahları özlərinə {tabe} etmək 

kimi kiçik və məhdud düşüncələri də Təbriz Azadlığ Cəbhəsinin zəif ləşməsində artıq təsir bağışlamışdır. 

1945 -ci il mordad ayında mən Şirazdan gəldikdə Azadlıq Cəbhəsi təqridən dağılmağa başlamışdır. 

Məxsusən Hizbi-Tudə və ittihadiyyə başçıları onu təqviyyət etmək əvəzində dağıtmağa çalışırdılar. 

Natavani, Rəhbər və qəhraman kimi savadsız, biliksiz tudəçilər cəbhədə çalışan əşxası hətta təhqir və tovhin 



Yüklə 178,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə