M. C. Pişəvəri



Yüklə 178,67 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix15.03.2018
ölçüsü178,67 Kb.
#32414
1   2   3   4   5   6   7   8   9

www.acjiq.info

 

 



11 

məmurları, təşkilatlardan nigaran olaraq fürsətdən istifadə edib, nümayişləri yatırmaq üçün silah işlətməyə 

təşəbbüs etdilər.  

Nəticədə kargərlərdən bir nəfər öldürülüb, neçə nəfər yaraladıqdan sonra Yusif də İnqilab kimi Təbrizi tərk 

etməyə məcbur oldu. Xəlil İnqilab ilə Yusif İftixarının Təbrizdə böyük və mühüm bir təşkilata rəhbərlik 

etmələri Hizbi-Tudənin başçılarının xoşuna gələn bir iş deyil idi. İttihadiyyə başçılarının əksəri fabrika və 

sair müəssisələrdə Hizbi-Tudə əleyhinə ciddi surətdə mübarizə aparırdılar. Hizbi-Tudənin başçıları isə 

ittihadiyyəni dağıtmaq, yeni bir ittihadiyyə düzəltmək və ya onu tamamilə öz əllərinə keçirməyə çalışırdılar. 

Xəlil və Yusif İftixari qələt hərəkət edib, kargərlərin qüdrətindən şəxsi istifadə fikrində olmamaları Hizb 

üçün bəzən müsaid şəraiti gətirdi. Mütəəsifanə Tehranda Hizbin mərkəzi komitəsinin başında duranlar, 

Azərbaycan zəhmətkeşlərinin və Təbrizdə olan Hizb rəhbərlərinin yaxşı hərəkətlərinə və bu fürsətdən 

layiqincə istifadə etməyə imkan vermirdi.  

İttihadiyyeyi kargərana soxulan macəracular arasında Alman cəsusları və irticai məqamların möhkəm 

olmaqları da çox müəssər bir amil idi. Hizbi-Tudə içərisində yüzdə yüz azadlıq tərəfdarı olub, demokratizm 

yolu ilə getdiyi halda, ittihadiyyədə demokratizm, hətta Sovet dövlətinin dostluğuna müxalif olan ünsürlər 

də az deyildi. Gərək etiraf edək ki, Xəlil İnqilab ilə Yusif İftixari və başqalarının kargərlərin (arasinda) 

nüfuz qazanmalarında, onların azərbaycanlı olmaları artıq dərəcə müəssir olurdu. Yusifin Təbrizdən 

getməsi, Hizbi-Tudə üçün qabağa çıxan fürsətlərin hamısından əlverişli idi. O günlərdə mövqeyini güdən 

sərləşkər Müqəddəm onları razı salmaqla, Təbrizdə özünə arxa qazanmaq istəyirdi. O hətta bütün 

azadixahları birləşdirmək üçün Əbülqasım Müsavi, Cəfər Said vasitəsilə onlara maddi şərait yaratmağa 

başlamışdı.  

Sərləşkər ittihadiyyənin Hizbi-Tudənin rəhbərliyi altına keçməsinə ürəkdən razı deyildisə də, zahirdə bu işə 

görə onlara kömək etməkdən başqa çarəsi yox idi. İş o vaxt Təbrizdə Hizbi- Tudəinin başında duranlarından 

asılı idi. Onlar gərək əvvəl xaricdə nümayəndələrini bir-bir görüb danışıb, onların nəzərini cəlb etdikdən 

sonra təşkilat yolu ilə daxil olub, ittihadiyyə şurasının qərarı üzrə işi istədikləri əşxasın əlinə tapşıraydılar. 

Bunun əvəzinə ağayi Əmir Xizi ilə Ardaşes Ovanesyan müqəddəməsiz və hazırlıqsız olaraq, özləri 

ittihadiyə binasına gedib, oranı işğal etməklə işi bir dəfəlik öz əllərinə almaq istəyirdilər. Yusif İftixarinin 

getməsindən acıqlanıb, şədid surətdə mübarizə etməyə hazırlanan kargərlər isə, onların belə bir mövqedə 

gəlib binanı tutmaq istədiklərini gördükdə təhəmmül edə bilməyib, hər ikisini ciddi surətdə döydükdən 

sonra binanın pillələrindən yuvarlatmaqla, onları oradan tamah dişlərini çəkməyə məcbur etdilər. 

Ondan sonra müəyyən bir vaxta dək Hizbi-Tudə başçıları ittihadiyyənin rəhbərliyindən sərfi-nəzər edib, 

İsrafil Qadirinin rəhbərliyi ilə ayrı bir ittihaliyyə təşkil etməylə təşəbbüs etdilər . Məlum olduğu üzrə (bu iş) 

kargərlər arasında nifaq və ikitirləlik yaratmaqdan başqa bir nəticə verə bilməz idi. Əmir Xizi ilə Ardaşes 

Ovanesyan iftizahamız bir şəkildə ittihadiyyədə döyülüb, eşiyə salındıqdan sonra Yusif və Xəlil İnqilabın 




www.acjiq.info

 

 



12 

dəstəsindən Rəhim Həmdad və Əlizadə İbrahim Təbrizə gəlib, ittihadiyyədə işlərini səhmana salırlar. 

Bunların hər ikisi nisbətən salim və mülayim adamlar olduğu üçün birinci növbədə 14-cü məclis intixabatı 

üzərində Hizbi-Tudə ilə ittihadiyyə arasında müvəqqəti bir etilaf üçün danışıq başlandı. Nəticədə 

azadixahlarla kargərlər arasında müvəqqəti olaraq, zədixurd (vuruşma) azalıb, böyük təbliğatı və müsbət 

qədəmlər götürmək üçün imkan yaradıldı. Bu etilafın nəticəsində idi ki, Təbriz şəhərində və onun 

homələrində 16 min rəy aparmış oldular. Əgər maliklər və dövlət məmurlarının hoqqabazlıqları olmasaydı 

bu dövrdə Təbrizin vəkillərinin hamısı azadixahlardan seçiləcəkidi. Xalqın ruhiyyəsini və azadixahların 

qüdrətini göstərən bu məsələ barəsində məlumat verməkdən, burada artıq məhzi-lüzum fəqət biz istəyirik 

göstərək ki, ittihadiyyə əgər sağlam fikirli və düzgün düşüncəli, pak adamların əlində olmuş olsaydı, 

vaxtında irticai hərəkatların qarşısı alınmaqla milli nehzətimiz daha tez meydana çıxardı. Ondan böyük 

nəticələr almaq üçün əldə kafi imkan ola bilərdi. Mütəəssifanə əvvəldən iş nalayiq və muğriz əlinə 

düşdüyünə görə, (ittihadiyyə) uzun müddət Azərbaycan zəhmətkeşlərini hədəfsiz bir şəkildə macəralara 

sövq etməklə azadixah kütlə içərisndə nifaq (üçün) bir vasitə olub- qalmış, (xalq) ondan müsbət bir nəticə 

əldə edə bilməmişdi.  

14-cü məclis intixabatının intihasında macəra axtaran Xəlil İnqilab 1944-cü ilin fərvərdinin axırlarında 

Yusif İftixari ilə əlaqəsini pozur, Hizbi-Tudəyə yaxınlaşmağa zəminə düzəldib, üçüncü dəfə olaraq, Təbrizə 

gəldi. O vaxt ittihadiyyə təşkilatının başında Rəhim Həmdad dururdu. Həmdad Hizbi-Tudə ilə intixabat 

işində etilaf etdiyi halda ittihadiyyəni bitərəf saxlamağa çalışırdı. Xəlil İnqilab, Əlizadə Namiq Tehranda 

Yusif İftixari ilə bir yerdə olduqlarında Hizbi-Tudə ilə saziş edərək, Təbrizdə ittihadiyyələri birləşdirməyə 

gəlmişdir. O vaxt Təbrizdə İsrafil Qadiri və Kazım Haşiminin vasitəsilə yeni bir həmkarlar ittifaqı təşkil 

olunduğunu yuxarıda yazmışdıq. Bu həmkarlar ittifaqı zəif olsa da Hizbi-Tudə tərəfindən təqviyət 

olunduğuna görə əhəmiyyətli idi. Xəlil İnqilab Tehranda Tudə başçılarına ittihadiyyələri onların istədiyi 

şəkildə birləşdirməyə söz verdiyinə baxmayaraq, Təbrizə gəldikdən sonra nümayəndələrin təhti-təsirində 

qalaraq, oyun oynamaq və ittihadiyyəni müstəqil saxlamaq, onun başında durmaq istəyirdi. Tudəyə verdiyi 

qəti vədənin xilafına olaraq cürbəcür bəhanələrlə Hizb- Tudə nümayəndələrinin ittihadiyyəyə nüfuz 

tapmasına yol vermirdi. 10 günə tamam etməli olduğu işi 3 aya dək qurtarıb, həmişə orada qalmaq üçün 22 

Tir (ayı) hadisəsini meydana çıxardi. 22 Tir hadisəsi Rusiyada ittifaq düşən 9 yanvar hadisəsini xatırladan 

qanlı bir polis macarasıdır. Xəlil polis göstərişi ilə hazırlanmış nəqşəsini (icra) etmək üçün tirin onundan 

başlayaraq, inqilabi nitqlər söyləyib, böyük şüarlarla fəhlələri üsyana və qiyama dəvət etməkdə idi. Polis və 

ustandar isə onun hərəkətinə kamal bitərəfiklə baxıb, bəlkə yeri düşdükdə daha artıq ciddiyyət göstərməsinə 

imkan və şərait yaratmaqdaydılar. Nəhayət, həmin ayın 20-də ittihadiyyənin mərkəzi olan Tərbiyət 

xiyabanini özünün iddiasına qiyam mərkəzi qərar verib, minlərlə fəhlələri ora dəvət edib, hökuməti ələ 

götürmək şüarını meydana atmışdır. 




Yüklə 178,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə