M. C. Pişəvəri



Yüklə 178,67 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix15.03.2018
ölçüsü178,67 Kb.
#32414
1   2   3   4   5   6   7   8   9

www.acjiq.info

 

 



19 

etməkdən belə pərhiz etmək istəmirdilər. Bu isə tamamilə Hizbin və azadlığın zərərinə tamam olan bir 

hərəkət idi. 

Əslən Hizbi-Tudədə də münəvvər təbəqə az və avamfərib adamlar çox idi. Bu təşkilat sırasında savadlı və 

məlumatlı üzvləri görməkdən qorxurdular. Çünki, yeni savadlı adamlar ortalığa çıxdığı vaxt savadsızlarin 

təşkilat rəhbərliyindən kənarدa qalmaları məlum bir məsələ idi. Çünkü xalq bacarıqlı və məhbub adamları 

qoyub, bütün sərmayalari çığır-bağır salmaqdan ibarət olan demaqoqların dalınca gedə bilməzdi. Getsəydi 

bir nəticə verməzdi. Bu cəhətdən əyalət komitəsi firqə başçılarının dəvətləri ilə yaratmaq istədikləri şəraitə 

baxmayaraq, ziyalıları Hizbə çəkmək mümkün olmurdu.  

Demək, o zaman Həzbi-Tudə başçısız və ofisersiz bir qoşun kimi sövq-təbii ilə irəli gedirdi. Başçıları çəkib 

dalınca aparırdı. Həmin zamandan onu solçuluq çərçivədə məhdud etməklə demokratik şəkli alıb, bütün 

xalqı öz dalınca aparmaq imkanından məhrum edilirdi. 

Yuxarıdakı səbəblərə görə Azərbaycanda isə bərnamə üzərində qurulan Cəbhei-Azadi təşkilatı nehzət 

zamanında təzəlzül bir hala gəlmişdi. Bununla belə bütün Azərbaycanda başlanan ictimai işlərə rəğbət 

göstərən əşxas hamısı az-çox bu təşkilata bağlı hesab olunurdular. Firqəmiz təşkil olduğu zaman bütün 

siyasi sazimanlar kimi Cəbhəyi-Azadi da çox müfid vaqe oldu. 

Həmin bu təşkilatın səbəbi ilə biz vaxtıkən bütün Azərbaycan şəhərlərində baş bilən adamlarla tanış ola 

bilmişdik. Mən özüm 1944-cü il isfənd ayında Təbriz, Xoy, Urmiyyə, Ərdəbil şəhərlərinə müsafirət edib, 

böyük konfranslar verdikdən sonra cəbhənin heyətini intixab etməklə, Azərbaycanın siyasət adamlarıla 

yaxından tanış və dost olmuşdum. Ona görə firqəmizin təşkilinə başladığımız vaxt Cəbhei-Azadi təşkilatı 

bizə hazır və amadə bir vəsilə olub, hər yerdə firqənin şöbəsini onların vasitəsilə qurmağa müvəffəq ola 

bildik. 


 

Nəticə 


Necə ki, yuxarıda dedik 12 şəhrivər 1945-ci ildən, yəni məruf elamiyəmizin intişarından qabaq Azərbaycan 

xalqını öz dalınca aparıb, bütün təbəqələrə rəhbərlik edən milli bir təşkilat yox idi. Zəhmətkeşlər, Tudə, 

Azərbaycan və sair ünvanlar altında parlayıb təşkilatlardan qalan mənfi və müsbət xatirələrə baxmayaraq, 

onlardan güclü bir əsər baqi qalmamışdır. Hizbi-Tudeyi-İran, Kanuni-Demokrası, Ziddi-Faşist Cəmiyyəti və 

İttihadiyyə isə, necə ki, şərh verdi fəqət zəhmətkeşlərin həssas bir qismini cəlb edə bilmişdilər. Bu təbəqə 

isə sazimanlardan gördükləri fəri işlərə qənaət etməyib, ciddi fəaliyyət və böyük qədəmlər gözlədiklərindən 

onlardan çox da razı deyildilər. Mitinqlər, nümayişlər, konfranslar dövlət məmurları barəsində yazılan acı 

tənqidlər artıq xalqı doyura bilməzdi. Təşkilatlara daxil olan fədakər insanlar onlardan ciddi və əsas 




www.acjiq.info

 

 



20 

qədəmlər götürmək intizarında idilər. Biz isə yuxarıda qeyd etdiyimiz səhvlərə görə olası deyildi. Hətta 

onların götürdüyü bəzi ciddi qədəmlər də nəqşəsiz, hədəfsiz olub, hissiyat üzərində qurulduğundan əks 

nəticələr verirdi. Nehzətimizdə müsbət və faydalı işlər görülüb nüfuz qazanan cavanlar isə başçılarının 

götürdükləri qələt qədəmlər nəticəsində bədnam olub, öz fədakarlıqlarından xalqın nifrətini qazanmaqdan 

başqa bir nəticə ala bilməzdilər. 

Misal üçün Liqvan hadisəsini götürə bilərik: 1945-ci il mehr ayının 11-də ittifaq düşən bu hadisə Hizbi-

Tudənin Azərbaycan təşkilatını şədid surətdə bədnam edən əsl idi. O günlərdə Tehrandan Təbrizə gəlib, 

orada hay-küy salan Ardaşes Ovanesyan Lahican vəkili doktor (Radməneşin) parlaman nitqindən alıb, 

meydana atdığı “qana-qan, yumruqa-yumruq” şüarı Azərbaycan üçün olduqca yersiz və bimövqe bir şüar 

idi. Bu şüar Hizbi ağır və qaba vəziyyətinə duçar etmişdi. Elani-cəng mənasında olan belə şüar xalqı 

qorxudub, Hizbdən uzaqlaşdırmaq, dövlət və jandarm qüvvələrini ayıq salmaqdan başqa bir nəticə verə 

bilməzdi. 

Düşmənlərinə Elani-Cəng edən bir Hizb əvvəldən onun vəsailini hazırlamalı idi. Mütəəssifanə o vaxt Hizbi-

Tudə ixtiyarında belə bir vəsail yox idi. Onun ətrafina toplananlardan beş-üç nəfərin əlində olan sadə, kiçik 

əsləhə, dişdən dırnağa qədər müsəlləh olan dövlət qüvvəsilə elani-hərb, dağılmağa məhkum olmaq 

deməkdir. Bütün İranda hayküyə səbəb olan Liqvan hadisəsi isə bu şüarın üzərində meydana çixdığından, 

Hizbi-Tudənin rəhbərliyi böyük zərbə və xətərə məruz qalmışdı. 

Doğrudur, bu hadisə jandarm başçısı Şəqaqi və Əmir Pərviz və sairlərin {gördüyü} tədbirlərindən {büruz} 

etmişdi, çünkü onlar ehqaqi-haqq edib, Hizbi-Tudənin təqazalarına istəklərinə qulaq asmadıqlarına görə, 

tudəçilər müstəqimən öz müxaliflərini əzməyə iqdam etmişdilər. Bununla belə xalq kütlərini işlərə hazırlaya 

bilən hər təşkilatın kiçik bir kəndə həmlə edib, orada silah gücü ilə məsələni həll etməsi, doğru bir siyasət 

ola bilməzdi. Bu məsələni həll etmirdi ki, bəlkə də Hizb üçün yeni macəra müşkülat meydanına çıxarır. 

Onun zəif və bacarıqsızlığını açıb göstərirdi. Çəkib apara bilmədiyini isə şərh verdiyimiz vəziyyət aydın bir 

surətdə isbat etməkdədir.  

O günlərdə Azərbaycan xalqının müxtəlif təbəqələri isə müharibənin xatəməsi və demokratik qüvvələrin 

İranı tərk edib getməyə hazırlanması münasibətilə səxt nigaran və müztərib bir halda idi. 14-cü məclis 

özünün irtica simasını tamamilə aşkara çıxarmışdır. Bir-birinin dalınca iş başına keçən mürtəce dövlət 

başçıları azadlığı pozmaq və İranı tamamilə xarici istismarçıların nüfuzlarına təslim etmək siyasəti üzərində 

çalışdıqlarını əmələn isbat etməkdə idilər. Bu cəhətdən Azərbaycan kəndli, fəhlə və sair zəhmətkeşləri 

irticanın qələbəsindən artıq dərəcə qorxuya düşmüşdülər. Azadixahlar isə daha artıq nigaranlıq çəkirdilər.  

Tehranda və başqa şəhərlərdə azadixah ruznamələrin töqifi və demokratik sazimanların əzilib sıxıntı altına 

alınması, məclisdə Hizbi-Tudə nümayəndələrinin danışmaqdan, fəaliyyətdən qadağan olunmaları, həmçinin 



www.acjiq.info

 

 



21 

Azərbaycan şəhər və kəndlərində mürtəcelərin və dövlət məmurlarından jandarm və polislərin get-gedə 

xalqı daha artıq incitməyə başlamaları xalqın iki yol ayrıcına gəlib çatdığını göstərirdi. Xalqı hidayət edib, 

azadlığa çıxarmağ istəyən azadixahlar bu iki yoldan birin intixab etməyə məcbur idilər. Bunlardan birisi 

mövcud vəziyyətlə razılaşmaq yəni şərti-qeydsiz olaraq irticaya təslim olmaq, digəri isə, xalqın 

narazılığndan istifadə edərək, onu möhkəm bir təşkilat altina almaqla irticanı əzmək üçün şədid mübarizəyə 

başlamaqdan ibarət idi. 

Azərbaycanda olan Hizbi-Tudə və sair siyasi cəmiyyətlər bu məsələni düşünə bilmədiklərindən ya 

düşünsələrdə onu icra etməyə qadir olmadıqlarından yəni qüdrətli bir təşkilat qurulması lüzumu meydana 

çıxmışdır. Firqəmiz isə bu axırıncı yolu təqib etmək hədəfi üzrə təşkil olunan bu ehtiyac üzərində qurulan 

siyasi bir cəmiyyət idi. (Onun) Zəf və qüdrətini də bu cərəyan üzərində axtarmaq lazımdır. Bəşər tarixinin 

şayani-diqqət hadisələrindən olub 11 ay davam edən milli hərəkatımız və heyrət-avər günlərində, firqəmizin 

götürdüyü tarixi işləri tarixşünaslıq nöqteyi-nəzərindən tətbiq və tədqiq edərkən bu əsli həmişə nəzərdə 

tutmaq lazımdır. 

Azərbaycan fəqət bir (Liqvandan) ibarət olmadığı kimi, irtica isə (da yalniz) 90 yaşlı Hacı Ehtisama 

arxalanmırdı. Liqvan hadisəsi ibrətavər bir hadisə idi. Bu vasitə ilə Tudə rəhbərliyinin zəifliyini və hesabsız 

bir hərəkət etdiyini isbat edib, Hacı Ehtisamin evini dağıdıb və şeylarinin qarət edilməsi isə Hizbin 

içərisində intizam-dissiplinin olmadığını tamamilə aşkara çıxartmış oldu. Böyük iştibah hesab olunan bu 

hərəkətin təqibi, daha iftizah hadisə nəticəsində öldürülmüs Hizb üzvlərini dəfn etmək üçün verilən böyük 

pul gücünə əşxası Hizb binasında toqif etmək, fövqəladə xətərnak yerlərə çəkilə bilərdi. Bununla belə biz 

Liqvan hadisəsində Hizbi-Tudəni nifrətləndirmək istəmirik, məqsədimiz bu məsələni tarixi bir hadisə kimi 

şərh vermək deyildi, fəqət Hizbi-Tudə başçılarının o günkü xətti-hərəkət və şüarlarının həqiqətdən uzaq 

olmasını isbat edən bir dəlil olmaq üzrə bu məsələyə işarə edirik. 

Hizbi-Tudə heç vaxt Azərbaycanda xalqa rəhbərlik etmək məqamına nail ola bilməmişdir. Hətta onun ən 

qüdrətli günlərində belə Azərbaycan xalqı onun başçılarına etimadsızlıqla baxıb, işlərin intiqadi gözlə təqib 

etmişlər. Necə yuxarıda dedik, onun ən mühüm səbəbi Hizbin Tehrana bağlı olması və oradan təbliğat və 

təşkilat üçün gələnlər Azərbaycan xalqına yanaşa bilməyib, camaatın ruhunu incidib, fikrini edən milli 

ehtiyacını düşünməmələri olmuşdur. Məxsusən bizim milli nehzətimiz yaxınlaşan günlərdə Xəlil Məliki, 

Doktor Cövdət, Əli Əmir Xeyzi, Ardaşes Ovanesyan, Əhməd İspəhani və qeyrilərinin mərkəziyyət 

tərəfdarlığından göstərdikləri inad Hizbi tamamilə xalqın nəzərindən salmışdı. “Azərbaycan coze iran” 

şuarını meydana atan Xəlil Məliki hətta Hizbin içərisində belə şədid müxalifətə təsadüf edərək, Təbriz 

nümayəndəliyindən ümüdin kəsərək, vəzarətı tərk etdikdə ona qarşı təşkilat içərisində böyük tənqid 

olunurdu. Xəlil Məliki, Ardaşes, Hizbi-Tudənin başqa rəhbərləri o zaman Fars ilə müxaləfət edən Sadıq 



www.acjiq.info

 

 



22 

Badigani Tehranda töhmətləndirib, onu firqə məhkəməsinə cəlb etmələri, mərkəzin nə qədər səhv hərəkət 

etdiyini nəzərinizdə mücəssəm etməkdədir.  

Beləliklə fikir edirik, oxucularımıza milli nehzətimiz başlanan günlərdə Azərbaycanın siyasi təşkilatlarının 

vəziyyətini az-çox göstərə bilmişik. O bu təşkilatların heç birinin müstəqil olaraq xalqı öz firqə təşkili üçün 

götürülən birinci qədəm 12 Şəhrivər müraciətnaməsinin hazırlandığı şərait yuxarıda Azərbaycan xalqının 

böyük bir siyasi firqələr heyəti hiss etmək idi müstəqil bir firqə olub, Tehrana bağlanmaması üçün 

Azərbaycan azadixahları, xüsusən yeni nəslin 4 il tamam mübarizə apardıqlarını da qeyd etmişdir. Indi isə 

firqənin başlanğıcı və onun səhəri apastrof surətdə tərəqqi etməsinin səbəblərini araşdırıb, onun məram və 

şüarlarının ətrafında bəhs etməliyik.  

Firqəmizin təsisi günü 12 Şəhrivər 1324-cü il hesab olunmalıdır. (3 sentyabr 1945-ci il) bu tarixdə firqənin 

bütün fəaliyyətinin əsasını və məramnaməsinin təmsilini təşkil edən 12

 maddədən ibarət olan 

müraciətnaməsi intişar tapmışdır. Bununla belə qeyd etmək lazımdır ki, firqəmizin (təşkili) mordad ayının 

10-dan başlanmışdır. Mordadın 1-dən şəhrivərin 12-dək (təqribən 1 ay davam edən) bu müddətdə cürətlə 

deyə bilərəm ki, biz firqəmizin ciddi fəaliyyət göstərdiyi günlərdə daha artıq zəhmət çəkib, daha artıq 

əziyyət sərf etmişik. 

Vaxtıdan qabaq polis, jandarm məmurlarını ayiq salmaq çox xətərli olunduğundan gizli fəaliyyət dövrü 

hesab olunan bir ay müddətində biz fövqəladə ehtiyat ilə işləməli, müxaliflərin əllərinə bəhanə 

verməməlidik. Ona görə hər kəsə asanlıqla yanaşıb mətləbi ona hali etmək mümkün olmurdu. Qabaqcadan 

zəminə hazırlamadan təzahür, müvəffəqiyyətsizliklə xatəmə tapa bilərdi. 

Biz istəsəydik aşağı təbəqədən geniş dairədə istifadə edə bilərdik. Bunu iki cəhətdən zərərli hesab edirik, 

əvvələn birinci qədəmdə aşağı təbəqəni toplamaqla biz ortabab adamları və şəhər əhalisinin ümdə qismətini, 

məxsusən cəmiyyətdə müəssir amil hesab olunan ziyalıların suyi-zənnini cəlb etməklə Cəbheyi-Azadi və 

Hizbi-Tudə təşkilatlarının iştibahatlarını təkrar etməkdən başqa bir nəticə əldə edə biləməzdi.  (Bu iş) Digər 

tərəfdən Hizbi-Tudə və kagərlər ittihadiyyəsinin ətrafında olan adamları dağıdıb o təşkilat ilə yersiz rəqəbat 

yaratmağa səbəb olardı ki, təzə işə başlayan bir təşkilat üçün belə rəqabət çox xətərli nəticələr verməyə 

bilməzdi. Cəbhei-Azadinin qarşısına çıxan çətinlikləri unutmadığımızdan bu vasitə ilə onun iştibahlarını 

təkrar edə bilməmişdik. Bu cəhətdən birinci qədəmdə adlı-sanlı, bəlli-başlı adamları özümüzlə həmrah 

etməli idik. 

Bu çox mümkün bir iş idi. Çünki bizim intişar vermək istədiyimiz milli şüarların bu təbəqə üçün təzəliyi var 

idi. Onlar Azərbaycanlıların bir millət olduqlarını qəbul etdikləri halda bu millətin Farslardan və 

tehranlılardan ayrı olaraq, yaşaya bilməsinə sui-zənn ilə baxırdılar. Bəziləri Azərbaycan xalqının 

mübarizəsinin Şuralar ittifaqı və Sovet Azərbaycanı ilə əlaqədar hesab edərək, ondan yanlış nəzəriyyə 




www.acjiq.info

 

 



23 

çıxardmaqla nehzətimizi İranın istiqlal və təmamiyyətinə muğayir bir nehzət zənn edirdilər. Məxsusən varlı 

təbəqə məznun olaraq, milli nehzətimiz arxasında özləri üçün sosializm, kommunizm qorxusu icad edərək 

meydana girmək istəmirdilər. Hətta bacardıqca bizim fikirlərimizi dəyişdirməyə çalışırdılar. Bunların hamısı 

bizi məyus etməyə, qədər qüvvətli deyildi. Xalqın xüsusilə zəhmətkeş kəndli və şəhər camaatının bizim 

fikrimizə şərik olduğunu çox yaxşı bilirdik. Biz hiss edirdik ki, Azərbaycan xalqının milli şüarı olmasza 

ciddi mübarizəyə qədəm qoymayacaqdır. 

Öz sərvət və mövqelərindən haya düşənlər belə, üsulən Azərbaycan xalqının dilinə, xüsusiyyətinə və 

azadlığına olan əlaqəsinə etiraf etdikləri üçün onların fərii və cuzi iradələri bizi tutduğumuz yoldan qaytara 

bilən qədər qüvvətli deyildi. Ona görə biz xalqa yaxınlaşıb, öz prinsiplərimiz ətrafında bəhs və münaqişə 

etdikcə tutduğumuz yolun doğru olduğuna imanımız qüvvətlənir və onun icrası üçün himmətimiz artırdı. 

Buna baxmayaraq, birinci qədəmlər olduqca müşkül və çətin bir surətdə götürülürdü. Bir tərəfdən elə ağır 

şərait altında köməkçi və yoldaşlar hazırlarkən digər tərəfdən firqənin elamiyyəsini mükərrər müzakirə edib, 

onu iki əsldən ibarət olan şüarlarımızı yazıb, kağız üstünə gətirib, onu o vaxt azadixahlıq adı ilə məşhur olan 

bitərəf əşxasdan 46 nəfərinin imzasilə bitirməyə müvəffəq olduq. Polis idarəsinin ciddi müraqibətini 

nəticəsiz qoyub qabaqdan tutduğumuz təsmim üzrə bəyənnaməmizi 12

   Şəhrivərə dək çapdan çıxarıb, intişar 

verdik. 


Əvvəl günlərdə içərimizdə məlumatlı adamlar olmadığından bu siyasi bəyannamənin dəqiq yazılıb, çap 

edilməsi olduqca müşkül idi. Onu özüm iki dildə yazmağa məcbur olmuşdum. Təhtüləfz tərcümədən pərhiz 

etdiyimdən onun Fars ilə azərbaycanca olan nüsxələrindən ibarət cəhətində cuzi ixtilaf daha imkan tapırdı. 

Bununla belə iddia edə bilərəm ki, bəyanamə həm Fars, həm də Azərbaycanca çox roşən yazılmışdır. Çap 

işi yuxarıda dediyim kimi müşkül idi. 12 Şəhrivərdən ibarət olan böyük müraciətnaməni bir gündə Təbriz 

mətbəələrində 15 min nüsxədə çap etmək təqribən qeyri- mümkün nəzərə gəlirdi. Bu cəhətdən 24 saat 

tamam şəxsən çapxanada qalmağa məcbur oldum. Hətta Elmiyyə çapxanasının sahbi öz çapxanasının adını 

qeyd etməyə hazır olmadığından firqəmizin ciddi müəssisələrindən olan İttilaat çapxanasının müdiri Həsən 

Zəfəri məsuliyyəti boynuna alıb öz çapxanasının adı ilə intişar vermək şərti ilə onu razılaşdırdı. Mümkündür 

ki, bu cüziyyatı təfsil üzrə şərh vermək bəzi oxucuları maraqlandırmasın, lakin mənim zənnimcə bütün 

dünyaya səs salan böyük bir işin başlanğıc şəraitini bilmək lazımdır. Təcrübə isbat etmişdir ki, kiçik bir 

iştibah nəticəsində böyük bir iş pozula bilər. Kiçik bir fədakarlığılən böyük bir xətərin rəf edilməsi də 

təcrübədə az görülməmişdir. 

11  şəhrivər gecəsi bəyannaməni çap edərkən mənim 3 gün yuxusuz qaldığıma görə taqət gətirməyib, 

işçilərin nahar mizi üstündə yatmağım onların ruhiyyəsində dərin təsir buraxmışdır. 2  saatdan artıq davam 

etməyəm bu istirahətdən sonra mürəttiblər və sair çapxana işçilərinin ruhiyyəsində böyük təğyirat hiss 

etməyə başladım. Onlar tamamilə başqa adamlar kimi nəzərə gəlirdilər. Çapxananın qaranlıq kif (basmış 



www.acjiq.info

 

 



24 

lampası) sanki ışıqlanıb, fəaliyyət ilə dolmuşdur. Yuxudan oyandığım zaman hənuz sadə tanışlığımız belə 

olmayan kargərlər məni təbəssümlə qarşılayıb, işi bir neçə saata qurtarmağa hazır olduqlarını söylədilər. 2 

saat bundan qabaq böyük məbləğ müqabilində belə yuxusuz qalmağa razılaşmayan cavan işçılər isə kamali-

meyl və rəğbətlə onlara tapşırılan vəzifəni əncam verməyə söz verdilər. Mətbəənin səhifəbəndi Hüseyn Ağa 

Səlimül-nəfs mən oyanar-oyanmaz 4 saat sonraya vəd etdiyi ikinci səhifəni ikinci təshih üçün mizin üstünə 

qoyub dedi: indi mən inanıram ki, sizin işiniz müvəfəqiyyətlə qabağa gedəcəkdir. Çünkü ona möhkəm 

inamla yapışdınız, maddiyyat və istirahət fikrində olmadığınızı miz üstündə yatmağınız mənə isbat etdi. 

Dediyimi isbat etmək üçün özüm də müraciətnaməni imza etdim. Bu tarixi müraciətnamənin axırıncı imzası 

həmin çapxana kargəri Səlimül-nəfs imzasıdır. 

Onun sadə və biğərəzanə bir surətdə zəhmətə ürəkdən qiymət verməsi məni fövqəladə ümidvar etdi. Ona 

görə də bütün nehzət zamanı da hər bir işdə zəhmətə qatlaşıb, işçilər üçün nümunə olmağı hərgiz yadımdan 

çıxarmadım.  

Bu kiçik hadisə hesab edilsə də mənim əqidəmcə Azərbaycan tarixində qeyd edilməli bir həqiqətdir. Necə 

ki, dedik kiçik hadisələr bəzən çox böyük hadisələrin müqəddəmə və səbəbi ola bilər. Mövzudan xaric olsa 

da, burada “Əmir Teymur Kurkani (Topal Teymurun) qarışqadan ibrət almasını qeyd etmək lazımdır. 

Böyük fateh güya birinci dəfə Süxtə məğlub olub, yəsli və biçarə halda tək və tənha xaraba bir divara təkiyə 

etdiyi halda, bir qarışıqadan ağzında özündən belə yekə buğdanı divardan çıxarmaq üçün dəfələrlə çıxıb-

düşdüyünü və nəhayət öz məqsədinə nail olduğunu görüb ibrət, alır. Min ümüd və himmətlə işə başlayıb, 

bildiyimiz kimi böyük nailiyyatlər əldə edərək, vaxtının ən məhşur, ən qüdrətli simalarını kəsb edir  ”

.  

İsfahanda, əfqanlıların xalqı qətl etdikləri zamanda qoca bir arvadın bir iddə isfahanlının edam üçün qoyun 



kimi qətlgaha göndərilmələrini sərzəniş etməsi, xalqı ayağa qaldırıb, qəsbkarlarların oradan qovulmasına 

səbəb olduğu tarixdə görülən kiçik bir hadisədir ki, ondan böyük bir nəticə əldə edilmişdir. 

Demək bizim firqəni təşkil edərkən, tək-tək adamlarla görüşüb, imza toplayıb və müraciətnaməmizi 

yuxarıdakı şəraitdə çap etməyimiz, zahirdə kiçik bir iş olsa da, böyük bir işin müqəddəməsi olmaq üzrə 

tarixdə iri xətt ilə səbt edilməlidir. Qoy gələcək nəsl bilsin ki, hər işin müqəddəməsi əvvəlcə kiçik və 

əhəmiyyətsiz nəzərə gələ bilər. Elə kiçik ki, hətta insan ona məşğul olmağı belə özünə tənəzzül hesab edər. 

Vəli himmət, istiqamət, iman və əqidə üzrə başlanan iş tez ya gec istənilən nəticələr ilə nəticələnib, arzu 

olunan məqsəd, gözlənilməyən vasitələrlə əldə edilə bilər.  

Çətinliklərə baxmayaraq, müraciətnaməmizi müvəffəqiyyətlə yazılıb, çap olub, intişara quyulması firqə 

tarixində şərəfli və qiymətli bir iş hesab olunmalıdır. Bu birinci qədəmi müvəffəqiyyətlə götürməklə 



firqəmizin əsl fəaliyyət tarixi başlanır... 

 

Yüklə 178,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə