M. C. Pişəvəri



Yüklə 178,67 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix15.03.2018
ölçüsü178,67 Kb.
#32414
1   2   3   4   5   6   7   8   9

www.acjiq.info

 

 



O zaman müharibə nəticəsində heyrət-avər dərəcədə tərəqqi etməkdə olan sənaye məhsulu və yaşayış 

vəsailinin şədid bir surətdə bahalanması (üçün sahibkarlar) işçi sinfinin mübarizəsinin genişlənməsindən 

qorxub, çox yerdə kargərlərə güzəşt etməyə məcbur oldular. Dövlət mübarizənin müvəqqəti bir surətdə irəli 

getməsindən qorxub iqtisad naziri tərəfindən doktor Şeyxi Azərbaycana və İsfahana göndərməyə məcbur 

oldu.Doktor Şeyxi yerdə vəziyyəti mütaliə etdikdən sonra kargərlərlə karfərmanların ixtiyarat və haqqını 

müəyyən edən bir layihə yazıb, dövlətə qəbul etdirdi. Bu vəsilə ilə kargərlərin vəziyyəti yaxşılaşmağa 

başladı. İş müzdü yüzdə yüz, bəlkə yüzdə 150 % artırıldı. Karxana sahibləri kargərlərin hətta çörək və 

yanacaqlarını da öhdələrinə götürməyə məcbur oldular. Bu ittihadiyyənin müvəffəqiyyəti Xəlil İnqilabın 

adına tamam olduğuna görə onun nüfuzu yüksəlməklə, kargərlər onu həqiqi bir rəhbər kimi qəbul etməyə 

məcbur oldular. Arxasında böyük güc və qüdrət hiss edən bu cavan macəracu get-gedə öz vəziyyətini 

unudub, hətta ərbab və vəlineməti olan Fəhimiyə də etinasızlıq göstərməyə başladı. Onun hüzuruna getdikdə 

qabaqki təvazökarlığın əvəzi biədəbanə bir surətdə qaba hərəkətlər biruzə verib, digər tərəfdən kargər 

təbəqəsinin təhti-təsirində vaqe olmaqla tez-gec əhd və peymanı unudub, vəli- nemətinin göstərişlərinə əməl 

etməkdə səhlənkarlıq göstərdi. Fəhimi mahir bir diplomat, amma bir mürtəce olduğuna baxmayaraq öz 

məqam və şəxsiyyətinə artıq dərəcə əlaqəmənd, özü tapıb fəhlə təşkilatının başına gətirdiyi satqın bir adam 

mütəkkəbbir və ədəbsiz bir şəxsin hərəkətinə təhəmmül edən deyildi. O bir neçə dəfə işarə və kinayə ilə 

hərifi başa salmaq istəyirsə, Xəlil özünün arxasında böyük qüdrət hiss etdiyinə görə onun işlərinə məsxərə 

ilə cavab verdi. İş bu yerə gəldikdə Fəhiminin təklifi bəlli idi. O özünün tikdiyi binanı dağıtmağı da 

bacarırdı. 

Xəlilin qaba hərəkətlərindən əlavə ittihadiyyələrin güclənmələri və bütün fəhlə sinfinin onların ətrafında 

toplanması da fəhiminin xoşuna gələn işlərdən deyildi. O öz əli ilə öz başına bəla açdığını tez bir zamanda 

hiss etməyə başladı. Geridəki xətərdən qurtarmaq, onun üçün çox da çətin iş ola bilməzdi. Çünki o özü 

tamam ömrünü fitnə və fəsad və tiryəklə keçirmiş köhnə cavanlardan idi. Təbrizin ö günkü mühütü isə hər 

macəraya müsaid idi. Çünki hənuz əşxas özlərini layiqincə göstərməmişdilər. Hər kəs başına 5-3 nəfər 

toplaya bilsədi, istədyini edə bilərdi. Bunlardan əlavə Xəlil İnqilabın rəftar və hərəkəti azadixahlar üçün 

mərmuz şəkildə idi. Onun fəhlələr arasında gündən-günə artmaqda olan nüfuzundan irticai ünsürlərin də 

istifadə etmək imkanı az deyildi. Xəlilin pul işinə baxması da ağızdan-ağıza söylənilməkdə idi. Rəftarı daxi 

getgedə lotuluq şəkli almışdır. Bu işdə Fəhiminin özü də dəxalətsiz deyil idi. Onun adamları, məsələn, Tağı 

Beytulla və Kərubi, Əbülqasım Cavan və qeyriləri cürbəcür ünvanlarla mühiti zəhərləyib, ortaya çıxan 

adamları bədnam etmək üçün çalışır və hiylələr düzəldirlər. Xəlil inqilabın şərrin başdan rəf etmək üçün 

aclıqdan gəlib, sərvət qazanmış. Təbrizdə ən birinci xalı karxanası sahibi olan Əbülqasım Cavan intixab 

olunmuş idi. O Xəlili rüşvət istəməkdə müttəhim edib, bir iddə pıçaqçılar vasitəsi ilə morede-həmlə qərar 

verərək, müfəssəl döydükdən sonra onun əlindən valiyə şikayət edir. Vali (Fəhimi) isə əmniyyəti xiləldar 

etmək ittihamı üzrə Xəlili saxlatdırıb, Tehrana təbid və ittihadiyyəsinin qapılarını bağlamaqla, komedinin 

birinci pərdəsinə xatəmə verdi. 




www.acjiq.info

 

 



10 

Əlbətdə, kargərlər ittihadiyyəsini də bir tədbir ilə ortadan aparmaq çox da asan bir iş deyildi. Çünki bu 

təşkilat Pəhləvi dövrəsində doğub, müharibə zamanında tərəqqi etməkdə olan cavan senaeyə və sair bir 

surətdə inkişaf edən əl dəstgahlarına arxalanırdı. Heyrət-avər dərəcədə qazanc aparmaq, sərmaeyə və 

karxana sahiblərini, fəhlənin nazını çəkmək və onu əldə saxlamağa məcbur idilər. Fəhlələr isə ittihadiyyə və 

birlik məzəsini dadıb və əldə indiki müvəffəqiyyətləri saxlamaq üçün bu vasitələri saxlamalı olduğunu 

anlamışdılar. Ona görə Xəlil İnqilab Tehrana təbid olunduqdan sonra işini təqib etmək üçün Azərbaycana 

gəlmiş, Yusif İftixarı, çox tez bir zamanda ittihadiyyəni yenidən dair etməyə müvəffəq oldu. Fəhimi məzul 

olub, onun yerinə sərləşkər Müqəddəmin göndərilməsi də bu işdə bitəsir qalmadı. Yusif İftixarı Xəlil 

İnqilabdan savad cəhətdən dalı olsa da, təcrübə cəhətdən irəli idi. Macaraculuqda Xəlildən geri qalmazdı. 

Hətta avamfəriblik inqilabi sözləri danışmağı Xəlil ondan öyrənmişdir. 11 il Pəhləvi zindanı və vaxtilə 

Cənub neft mədənlərində fəhlə arasında işləmək sabiqəsi daxi onun üçün böyük bir sərmayə idi. Bunlardan 

əlavə İftixari ilə Xəlil İnqilab bir çox cəhətdən bir-birilə işləməyə məcbur idilər. Onlar Hizbi- Tudei-İran və 

başqa azadixahları özlərinə yaxınlaşmağa imkan vermirdilər. Onların qabağında izhari-vücud etmək üçün 

bunlar bir çox qaranlıq və mərmuz maqamat ilə mərbut olaraq, azadixah təşkilatlar arasında nifaq salmaqla 

özlərinə camiətdə yol açmağa çalışırdılar. Bu işdə hər ikisinin yolu bir idi. Ona görə də Yusif İftixari 

Təbrizə gəldikdə (Xəlil) İnqilabın xüsusi tövsiyəsi üzrə onun həmdəstləri tərəfindən çox hərarətli qəbul 

olunub, daha ciddiyyətlə işə başladı.  

Yusif Xəlildən aqil olduğuna görə fəhlə sinfi işi ilə məşqul olmayıb, meydanda olan bütün siyasi dəstələr və 

məruf siyasət adamları ilə də əlaqəyə girişdi. O gün Təbrizdə müəssir amillərdən hesab olunan sərləşkər 

Müqəddəm və Sərtibzadə ilə də yaxınlaşmaqda, Hizbi-Tudə təşkilatının qabağına çıxdı. Onun əleyhinə gizli 

olaraq təbliğat aparmaqdan geri durmayıb, gözlənilməmiş işin asan bir surətdə irəli gedib, gözünü açaraq 10

 

min nəfərlik ciddi bir sinfin başında gördükdə, onsuz da macəradan həzz alan avantüristin gözləri qamaşdı. 



Əldə olan böyük imkanlardan daha böyük istifadə etmək fikrinə düşdü. O günlərdə 14-cü məclis intixabı 

üçün hazırlıq aparılırdı. Sərləşkər Müqəddəm müəyyən adamlardan intixab komesiyonu dəvət etmişdi. O 

məmul olduğu üzrə bu işdən böyük pullar qazanmaqda idi. Onlar (komosion) müxalif adamlardan təşkil 

olduğunu hiss etməklə, Müqəddəmin şədid surətdə muxalifətinə girişmişdilər. Yusif özünün və 

yoldaşlarının intixab ola bilməyəcəklərinə yəgin etdiyi işin bu şəkildə meydana çıxmasından razı qalmayıb, 

daha ciddi surətdə əksül-əməl göstərdi. Sərləşkər Müqəddəmin o günlərdə mərkəzi hökumət ilə arası yaxşı 

deyildi. 

(Müqəddəm) Azərbaycanda küllü miqdarda böyük pul qoparıb tək öz cibinə doldurmuşdur. Bu müamilədə 

pay gözləyən Mehdi Fərrux hətta Söheylinin özü və məclis nümayəndələrindən bir neçəsinin payları 

yetişmədiyinə görə ounn əleyhinə mübarizə edirdilər. Yusif İftixarı, mərbut olduğu irticai məqamlar vasitəsi 

ilə Müqəddəmin əleyhinə böyük nümayişlər təşkil edərək, işi ciddiləşdirmək istədi. Onsuz da dövlət 



Yüklə 178,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə