M. C. Pişəvəri



Yüklə 178,67 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix15.03.2018
ölçüsü178,67 Kb.
#32414
1   2   3   4   5   6   7   8   9

www.acjiq.info

 

 



təsadüfdən böyük istifadələr edə bilərdi. Mütəəssifanə meydanda belə bir təşkilat olmadığına görə Riza 

xanın dəstpərvərdələrindən ibarət olan mürtəce dövlət məmurları qabağa düşüb ondan xalqın azadlığı 

əleyhinə istifadə etməyə müvəffəq oldular. Bu istifadələrdən birisi də demokratik təşkilatları fişar altına 

alınıb və çoxlarının pozulması idi. Azərbaycan Zəhmətkeşlər Təşkilati Azərbaycan Cəmiyyəti, Azərbaycan 

namı ilə izharivücud etdikləri üçün başqa Sazimanlardan daha şədid sürətdə irticanın həmləsinə məruz olub 

meydandan həmişəlik olaraq çıxarılmağa məhkum edildilər. 

Bu təşkilatlar Hizbi-Tudə təşkilatı kimi bizim milli nehzətimizin pionerləri adlanmağa layiq 

sazimanlardadır. Çünki bu sazimanlar özləri ortadan getdikləri halda, bir iddə əşxasın gözlərini açıb onları 

ictimai və siyasi məsələlər ilə məşğul olmağa cəlb etdi. Azərbaycan Cəmiyyəti Azərbaycan ruznaməsinin 

yarı Azərbaycan, yarı Fars dilində nəşr etdiyinə görə onun milli xidmətin xüsusi qeyd etmək lazımdır.  

Azərbaycan Cəmiyyəti milli təəssübdə Hizbi-Tudədən və Zəhmətkeşlər təşkilatından çox irəli gəlmiş bir 

sazman hesab olunmalıdır. Hətta Təbriz xiyabanlarının adlarını dəyişdirib, Səttarxan və sair Azərbaycan 

milli qəhrəmanlarının adı ilə adlandırmaq, fəqət bu təşkilatın səyi ilə əncam tapmışdır. Lakin bunların 

hamısı (xalqın istəyi müqabilində) çox kiçik və çox əhəmiyyətsiz işlərdəndir. Xalq isə böyük islahat, dərin 

dəyişiklik tərəfdarı olduğundan bu kimi işlər onu qane etmirdi. Bu sazimanların tezbazar olmalarının başlıca 

səbəbi də bundan ibarətdir. 

O vaxt söz xalqı qane etmirdi, iş isə qabağa getmədiyi üçün xalq ilə cəmiyyət arasında möhkəm rabitə 

vücudə gələ bilmirdi.  

Bir də xalq başçılarından tələb etdiyi bilik və bacarığı onlarda görə bilmirdi. Məşrutə nehzətində Səttarxana 

güvvət verən onun şücaəti, və istiqaməti, qiyamda Şeyx Məhəmməd Xiyabanini irəli çəkən onun biliyi, nitqi 

və düşüncəsi idi. Azərbaycan Cəmiyyəti və Zəhmətkeşlər təşkilatında belə adamlar gözə çarpmadığından 

onların dalınca gedənlər tez bir zamanda yorulub geri çəkilməyə məcbur oldular. 

 

Hizbi-Tudeyi-Azərbaycan Faşist 



Əsasən 3 Şəhrivər 1941-ci il hadisəsi Azərbaycan xalqına böyük təkan verdiyinə görə hər kəs ondan istifadə 

etmək fikrinə düşmüşdü. Tək azadixahlıq deyil, mürtəcelər də dala qalmamaq üçün üzlərinə azadixahlıq 

maskası çəkib, ortalığa çıxıb, işə girmişdilər. Hətta bunların içərisində faşist əqidəli adamlar da az deyildi. 

Məxsusən faşist ünsürləri özlərinin cinayətlərinə pərdə çəkmək məqsədi ilə daha artıq fəaliyyət göstərirdilər. 

Hacı xan Çələbi, Məmməd Əli xan Nurazər,(Daruğa), Əxbarı və qeyrilərinin təşkil etdikləri Hizbi-Tudei 

Azərbaycan bu məqsədlə qurulmuş bir təşkilat idi. 




www.acjiq.info

 

 



Vaxtında bütün siyasi dəstələrə əl tapmağa çalışan Fəhimi, bu təşkilat ilə də Azərbaycan Zəhmətkeşləri kimi 

rəftar edib, onu özünün siyasətini icra etmək üçün alət qərar verməyə müvəffəq olmuş və istifadə etdikdən 

sonra qaba bir şəkildə dağıtmışdır. 

Bunu qeyd etmək lazımdır ki, Əxbari və Hacı xan Çələbi almanların ciddi tərəfdarlarından olduqlarına görə 

Hizbi- Tudeyi-Azərbaycanı pərdəli bir faşist müəssisəsi halına salmaq fikrində idilər. Mərhum Məmməd Əli 

Daruğa İngilis konsulxanasına mənsub adamlardan olduğuna görə başqa mərmuz bir məqsəd təqib edirdi. 

Bunların arasında Kaviyan kimi qeyri-faşist ünsürlər var idi sə, onlar təşkilatı təmizləyib, düzgün yola sala 

bilmirdilər. 

Nəhayət mərkəzi hökumət Azərbaycanı tamamilə sakit halda saxlamaq üçün zahirdə azadixah, batində faşist 

təşkilatını da orada görə bilmədi. Əsasən Tehran hökuməti Azərbaycanda təşkilat yaranmasına imkan 

vermək istəmirdi. Ona belə gəlirdi ki, yalançıların əqidəsindən asılı olmayaraq, xalq kütlələrinin təşkilata 

toplanmağı xətərlidir, xalq bir yerə yığışdıqda tez ya gec həqiqət aşkara çıxıb və cəmiyyət arasında xalqın 

qeydinə qalan adamlar tapıla bilər. Bu səbəbə görə onların (yuxarının) göstərişi ilə Fəhimi özünün təşkil 

verdiyi Hizbi-Tudeyi-Azərbaycan cəmiyyətini daha davam etməyə qoymadı. 

 

İrani-Bidar 



Azərbaycanda İngiltərə imperialistlərinin ajanları ilə həmkarlıq edən Alman nökərləri və faşist ünsürləri

Hizbi- Tudei-Azərbaycan, Azərbaycan zəhmətkeşləri və Azərbaycan Cəmiyyəti pozulduğu gündə “İrani-

Bidar” adı ilə bir təşkilat vasitəsilə meydana çıxdılar. 

 

“ Fəryad” ruznaməsi bu Hizbin naşiri-əfkarı olaraq çox hərarətlə yazılıb, intişara başladı. Onun görkəmli 



üzvlərindən Hüseynqulu Katibini göstərmək olar. 

“İrani-Bidar”ın İngiltərə və Alman mənbələrindən aldığı kömək əsərində və sair şəhərlərdə olan faşist və 

yarım faşist təşkilatlarla da rabitələri var idi. Katibi bazarda Alman və İngilis dəllallığı ilə məşğul olan 

tacirlərin hər ikisinin tərəfindən müfəssəl surətdə himayət olunurdu. Məsələn, HeydəRizadə ilə Nemsəçilər 

və başqaları ona bir göz ilə baxıb, zahirdə ruznaməyə kömək ya vəkalət işi rücu etmək, həqiqətdə isə 

demokratik dövlətlər, məxsusən Şuralar İttifaqının əleyhinə təbliğat aparmaq üçün onu mücəhhəz etməyə 

çalışırdılar. 

Bu təşkilat roşənfikir, cavanlar və sərvətməndlər içərisində dərin rişə salmağa başlamışdı. 

Müharibənin sürəti, almanların bərqasa bir sürətdə Şərqə doğru gəlmələri onları təşviq edərək özlərini çox 

tez bir sürətdə tanıtmağa vadar etdi. Ona görə tamam İranda faşist təşkilatları pozulub, faşist ünsürləri toqif 




www.acjiq.info

 

 



edildi ki, bu təşkilatın başçıları da geri çəkildi. Beləliklə İrani-Bidar İranı iğfal edib, Alman və İngilis 

Cahangirlərinin qucağına atmağa müvəffəq olmadan pozulub ortadan getdi. Katibi yaxalandıqdan sonra 

“Fəryad” ruznaməsi tətil olundu  

 

Zidd-Faşist Cəmiyyəti 



Ziddi-Faşist Cəmiyyəti mühit və zamanın icabı üzrə meydana çıxan bir təşkilat idi. İranın iri şəhərlərində 

müvəffəqiyyət qazana bilməyən bu təşkilat Azərbaycanda çox yaxşı işlədi. Azərbaycan Cəmiyyəti və 

Zəhmətkeşlər Təşkilatı pozulduqdan sonra Azərbaycanda yeni qurulan irticai dövrdə azadixah və 

demokratik qüvvələr fəqət bu cəmiyyətin adı altında fəaliyyət göstərə bilirdilər. Hizbi-Tudə və sair 

təşkilatların təşkil edə bilmədikləri mitinqlər və nümayişlər Ziddi-Faşist Cəmiyyəti adı ilə təşkil olunurdu. 

Faşist ziddinə mübarizə aparan bir təşkilata dövlət və irticai ünsürlər curət edib, bir söz deyə bilmirdilər. 

Hətta mətbuat şədid surətdə qadağan edildiyi halda, təzə ərsiyə çıxıb siyasətə qoşulmuş Biriya, Mir Rəhim 

Vilayi və qeyriləri, azadixahların sözlərini bu cəmiyyətin tərəfindən nəşr olunan “Yumruq” ruznaməsi 

vasitəsilə intişar verirdilər. Polis Ziddi-Faşist Cəmiyyəti namına toplanan mitinqləri dağıda bilmirdi. Hətta 

Ziddi-Faşist Cəmiyyətinin mərkəzi, bir zaman Hizbi-Tudə tərəfindən çox geniş dairədə istifadə olunurdu. 

Ziddi-Faşist Cəmiyyəti, Zəhmətkeşlər Təşkilatı Azərbaycan Cəmiyyəti və başqa demokratik cəmiyyətlər, bir 

sözlə demək olar ki, 12 Şəhrivərdə qabağa çıxan təşkilatların hərəsi bir növ ilə gələcək Demokrat Firqəsinin 

yaranması üçün zəminə hazırladıqları nöqteyi-nəzərdən faydalı və səmərəli işlər hesab olunmalıdır. 

 

Həmkarlar İttifaqı. 



Azərbaycan Həmkarlar İttifaqı da 1941-ci il25 avqustdan  3 şəhrivərdən sonra meydana çıxan 

sazimanlardandır. Onun birinci müəssisləri Süren, Qulam karxanasının kargəri və Fədavi İran karxanasının 

kargəri(idilər). Başqa təşkilatları ziru-ru (alt-üst) edən Fəhimi bu adamlardan məyus olub, Canpolad 

qəziyəsindən azadixahlara bütün hüsni-rəğbət göstərməklə, nüfuz qazanan Xəlil İnqilab vasitəsilə onu 

tamamilə ələ keçirməyə iqdam etdi. 

Yuxarıda dediyimiz səbəbə görə Tehrana təbid olunan Xəlil İnqilab, orada Fəhimi ilə sazişə gəldikdən sonra 

Təbrizə müraciət edib, Fəhiminin köməyi ilə işə başlayıb, tezliklə geniş bir ittihadiyə yaratmağa təşəbbüs 

etdi. Fəhimi təşkilatın məxaricini təmin etmək məqsədi ilə böyük bir şəbneşinlik (gecə qonaqliğy) təşkil 

edərək, 21 min tümən pul toplayıb Xəlil inqilaba təhvil verdi. İnqilab möhkəm malı, qüvvət və dövlət 

köməyinə istinad edərək, ciddi işə başladı. 




Yüklə 178,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə