M. C. Pişəvəri



Yüklə 178,67 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix15.03.2018
ölçüsü178,67 Kb.
#32414
1   2   3   4   5   6   7   8   9

www.acjiq.info

 

 



13 

Bu işədə öz etibarnaməsinin məclis tərəfindən qəbul edilməsi üçün cürbəcür təşəbbüslərə əl atan Fətəli 

İpəkçiyan da onu himayət edib, yol göstərməkdə israr etdiyini qeyd etmək lazımdır. Xəlilin saldığı hay-küy 

nəticəsində tamam gecə- gündüz tərbiyət xiyabanı cəmiyyət ilə dolu idi. İnqilabın ətrafını almış yeni 3 nəfər 

mərmuz əşxas isə, yaxında aşina olanların iddiasına görə polis tərəfindən kəməri əsləhə (tapança) ilə 

müsəlləh olaraq binanın qapısında və xiyabanda keşik çəkməkdə idilər. İnqilab hər neçə saatdan bir balkona 

çıxıb, var qüvvəsi ilə bağıraraq, xalqı üsyana dəvət edirdi. O vaxt ki Azərbaycanın ustandarı, bəzi əşxasın 

müraciət edib, fitnəni yatırmağı məsləhət gördükləri halda, o bu işdən imtina etmişdi. Qoşun rəisi də əl 

altında Tərbiyət xiyabanının mühasirəsini qüvvətləndirərək, işarə və fürsət gözləyirdi. Tirin  22

- ci günü, 

günortadan qabaq böyük fabrika sahiblərinin müraciət etdiyi və onların güclü bir məbləğ rüşvə verib, işin 

onların istədiyi kimi qurtarmasın söləyənlər də vardır. Hətta ...özü də Təbriz sənaye sahiblərindən Corabçı 

kimi, o günkü mulaqatda Xəlil inqilabın hərəkatına son qoymaq barəsində müzakirə edildiyini inkar etmir. 

O günlərdə Təbriz fərmandarlığından icra hakimiyyəti məzul olub, Tehrana müraciət edən Mirzə Kərim xan 

bu işin əvvəldən axırına qədər Dadvərin, polisin tərəfindən qurulduğuna şəxsən mənim özümə isbat etməyə 

çalışdığı xatirimdədir. O deyirdi ki, “Mən müqərrər etdim , mənə icazə verin şəxsən və ya polis vasitəsilə 

İnqilabı çağırım ona məsləhət edim və ya onu müvəqqəti toqif edib, Tehrana göndərim”, Dadvər isə mənə 

qandırmaq istəyirdi ki, bu işdən onun müəyyən məqsədi vardı.  

Bu məqsəd isə nəzərimcə tacirlərdən pul qırxmaq, həqiqədə həm pul qırxmaq, həm kargərlər təşkilatını 

pozmaqdan ibarət idi. Xəlilin 22 tir macərası biləxərə kargərlər üçün çox baha başa gəldi. Qabaqcadan 

hazırlanmış polis və nizami dəstələri nəqşə üzrə hərəkət edib, özünü (Xəlil İnqilab) tutub səhih və salim 

meydandan çıxardıqları halda, ittihadiyyə binasını darmadağın edərək, kargərlərdən 9 nəfərini vəhşiyanə bir 

surətdə qətlə yetirib, 22 nəfəri də ağır surətdə yaralamaqla komediyaya xatəmə vermişdilər. 

22 Tir hadisəsi ilə Azərbaycan kargərləri təşkilatı tamamilə Xəlil İnqilabın və Yusif İftixari dəstəsinin 

çəngindən xilas olub, Tudə firqəsinin rəhbərliyi altına keçdi. Ümumiyyətlə Azərbaycanda fəhlələr təşkilatı 

cavan bir təşkilat olduğuna görə hətta axır zamanlara qədər tamamilə sinfi əsas üzrə əsaslanmış, bir illik 

nehzət müddətində Firqə və Milli Hökumətin verdiyi xüsusi kömək və yaratdığı şəraitə baxmayaraq, yenə 

də təşkilat cəhətdən tamamilə ittihadiyyə mənasını qazana bilməmişdir.  

Məxsusən axır zamanlardda firqə və hökumətin köməklərinə dayandığına görə öz hüdudundan kənara çıxıb, 

onun başında sadə kargərlər ittihadiyyəsi yerində sənətkarlar və xırda kasıbkarlar: faytonçu, ərabçı, qəssab 

və qeyrilərini də əhatə etməklə siyhi ləşgər düzəldərək, keyfiyyətdən artıq kəmiyyət arxasında getməyə can 

atmaqda idi. 

Necə ki, dedik, Azərbaycan ittihadiyyələri cavan bir təşkilat olduğuna görə təşkil olunan günündən, nehzət 

xatəmə tapana dək bir neçə nəfər mənfəətçi ünsürlərin şəxsi nəzəri üzrə tamamilə firqə rəhbərlərinə tabe 

olmaqdan bir növ boyun qaçırmış, təkcə iqtisadi, hətta siyasi məsələlərə də bəzən səhv və xətalardan 



www.acjiq.info

 

 



14 

kənarda qalmamışdır. Xəlil İnqilabın, Yusif İftixarinin və hətta axır günlərdə tək-tək nümayəndələrin 

ittihadiyəni firqənin qarşısına (qoymaq) fikri bu təşkilatın ən böyük nöqsanlarından hesab oluna bilərdi. 

Bunların hamısı ilə belə etiraf etmək lazımdır ki, Azərbaycan kargərlər və zəhmətkeşlərinin ittihadiyyəsi 

istər milli (nehzət zamanı), istərsə nehzətdən qabaq həmişə azadixah dəstələrin qabağında gedən bir 

cəmiyyət olub, və məxsusən nehzət zamanı firqəmizin möhkəm arxası hesab edilmişdir. 

Nehzətimiz başlanan gündən isə birinci dəfə firqəmizin rəhbərliyi onun səri bir surətdə pişrəftinə imkan 

verəndə hamiə (himayətedici) təşkilat olmuşdur. Hənuz firqə üzvlərinin sayı qırxa çatmadığı halda, 

ittihadiyə şurasının sədri Biriyanın müəssislər heyətinə göndərdiyi tarixi məktubun böyük ərzişi vardır. 

Xatəmədə əlavə etməliyik: bütün nehzət müddətində görülən ciddi işlərdə istər ümumiyyətlə ittihadiyə 

sazimanı, istər onun tək-tək üzvləri həmişə xalqımızın qabaq səflərində getmişdir. 

 

Hizbi-Tudə və Kanuni-Demokrasi



Yuxarıda göstərmişdik ki, Azərbaycan xalqı, məxsusən Təbriz camaatı Tehrana tabe olmaq, Tehranda 

qurulan cəmiyyətlərin ardınca (getmək) istəmirdi. Onları Tehran dəfələrlə iğfal etdikdən, ona daha bel 

bağlaya bilməzdi. Həqiqətən Tehran siyasətçilərinə inanmaq olmazdı. Onların çoxusunun siyasi amal və 

arzusunu təqib etməyib, xüsusi məqsəd və şəxsi mənafe üzlərindən hərəkət edən adamlar olduğunu 

azərbaycanlılar çox yaxşı bilir.  

Ona görə özlərini, bir daha onların əlinə tapşırmaq istəmirdilər. Yuxarıda dediyimiz kimi əhalinin qabaqcıl 

və münəvvər hissəsi Hizbi-Tudənin, Tehran ilə mərbut olduğu üçün (ona) bağlanmaqdan göz yumub, ayrı 

və müstəqil surətdə mübarizə etməyə çalışırdılar. Bundan başqa Hizbi-Tudənin Təbrizdə işləmək üçün 

göndərdiyi işçilər dəxi şəxsiyyət etibarilə xalqın tanıyıb, bildiyi mübariz adamlar deyildilər. Əksəriyyəti 

azərbaycanlılardan olan məzhəbi bir ölkədə bir nəfər qeyri azərbaycanlı, məsələn, Ermənini bir azadixah 

təşkilata rəhbər təyin edən bir firqə üçün, ümumun rəğbətini qana bilməmək təbii bir məsələ idi. Hətta o 

adam şəxsən layiq bir adam olsaydı belə milli nehzətdən ucalmış bir xalq onun dalınca getməzdi. Hizbi-

Tudənin mərkəzi isə xalqın ruhiyyə və ehsasatını hesaba almayıb, Azərbaycan təşkilatının başçılığına 

Ardaşes Ovanesyanı gətirmişdi. Bu adam şəxsən Azərbaycanlı olmadığı halda, əxlaqı dəxi mütəkkəbir və 

xudpəsənd olduğundan, xalqın xoşuna gələ bilməzdi.  

Təbriz camaatı nə qədər beynəlxalq dostluğa meyili olsa belə, tanıyıb, imtahandan keçirmədiyi başqa bir 

adamın rəhbərliyini qəbul etməzdi. 




Yüklə 178,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə