İxtisasın adı : Dövlət və bələdiyyə idarəetməsi Tələbə : Məmmədli Zemfira Qrup : 922 Fənn: Fəlsəfə Elmi rəhbər: Abdullayeva Nailə



Yüklə 31,56 Mb.
tarix11.12.2023
ölçüsü31,56 Mb.
#146568
Zemfira mövzu 1


Azərbaycan Respublikası Təhsil Nazirliyi
BAKI BİZNES UNİVERSİTETİ

Fakultə : Biznes və menecment
İxtisasın adı : Dövlət və bələdiyyə idarəetməsi
Tələbə : Məmmədli Zemfira
Qrup : 922
Fənn: Fəlsəfə
Elmi rəhbər: Abdullayeva Nailə
Mövzu: FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, PREDMETİ,
ELMLƏR SİSTEMİNDƏ YERİ

\
1.Fəlsəfə, onun meydana gəlmə¬si, predmeti, funksiyaları və metodları.


2.Dünyagörüşünün mahiyyəti, strukturu, formaları və tarixi tipləri.
3.Fəlsəfənin mənbələri: mifologıya və din.
4.Fəlsəfənin əsas cərəyanları.
5.Fəlsəfənin əsas məsələsi.
PLAN
Fəlsəfə iki yunan sözünün birləşməsindən əmələ gəlmişdir. Sözün birinci hissəsi “phileo – sevirəm”, ikinci hissəsi isə “sophia – hikmət” mənasını daşıyır. Etimioloji baxımdan “hikmət sevərlik” deməkdir.
Fəlsəfə - dünyagörüşüdür, təbiəti, cəmiyyəti və idrakın ümumi qanuna¬ uyğunluqlarını öyrənən biliklər sistemidir. Fəlsəfənin predmetinin ümumi strukturu 4 əsas bölmədən ibarətdir: ontologiya, qnoseologiya, insan və cəmiyyət.
Fəlsəfənin əsas funksiyaları
  • Ontologiya – dünyanın mahiyyəti, varlığın təbiəti haqqında təlimdir.
  • Qnoseologiya – idrak nəzəriyyəsidir.
  • Sosiologiya – cəmiyyət haqqında təlimdir.
  • Praksiologiya – insanın əməli fəaliyyəti, praktika haqqında təlimdir.
  • Aksiologiya – insanın gerçəklikdəki predmet və hadisələri, dəyərləri qiy­mət­lən­dirilməsi haqqında təlimdir.

6. Hermenevtika – yunan sözüdür, mənası aydınlaşdırmaq, şərh etmək de¬mək-dir. Hermenevtika fikri obyektiv (sözlərin qrammatik mənaları və tarixən şərt¬lənmiş variantları) və subyektiv (müəllifin fikri çərçivəsində) əsaslara görə mənasını müəyyən edən şərh məharəti nəzəriyyəsidir.
7. İdealizm
8. Materializm
9. Empirizm
10. Rasionalizm.
1. Dialektika – yunan sözüdür, mənası düşünürəm, söhbət aparıram deməkdir. Tə¬biət, cəmiyyət və təfəkkürün ən ümumi əlaqə və inkişafı haqqında tə¬lim-dir.
2. Metafizika – hərfi mənası “fizikadan sonra gələn” deməkdir. Metafizika ob-yek¬tiv gerçəkliyin predmet və hadisələrini bir-birindən təcrid olunmuş şə¬kil-də tədqiq edir.
3. Sofistika – mübahisə və sübutlarda səhv dəlillərin, sofizmlərin, yəni xarici, for¬mal düzgünlüklə pərdələnmiş hər cür fəndlərin şüurlu tətbiqidir.
4. Doqmatizm – yunan sözüdür, mənası fikir, təlim, qərar deməkdir. Doq¬ma-tizm elm və praktikanın yeni məlumatlarını, konkret zaman və məkan şə¬rai¬ti-ni nəzərə almadan dəyişməz anlayışlardan istifadə edən, yəni yaradıcı in¬ki¬şaf prinsipini və həqiqətin konkretliyini rədd edən təfəkkür üsülüdur.
5. Eklektika – hərfi mənası seçirəm deməkdir. Müxtəlif fəlsəfi fikirləri, bir-bi¬ri-nə zidd təlimləri, sistemləri özündə birləşdirən təfəkkür üsülüdur.
3.Empirizm – yunan sözüdür, mənası təcrübə deməkdir. Fəlsəfi cərəyan, həm də metoddur. Empirizm idrak prosesində hissi təcrübəni və duyğuları insan biliyinin yeganə həqiqi mənbəyi və meyarı hesab edir.
4.Rasionalizm – latın sözüdür, mənası ağıllı, zəkalı deməkdir. Fəlsəfi cərəyan, həm də metoddur. Rasionalizm idrak prosesində duyğuların roluna məhəl qoy¬ma¬ya-raq, əqlin, mücərrəd təfəkkürün rolunu mütləqləşdirir, ağlı, zəkanı insan biliyinin mən¬bəyi və meyarı hesab edir.
Fəlsəfənin mənbələri: mifologiya və din
Mifologiya – yunan sözüdür, “mifos” rəvayət, əfsanə, nağıl, dastan, “logos” isə söz, anlayış, təlim deməkdir. Mifologiya ictimai şüurun ilkin forması və ictimai inkişafın ilkin mərhələsi üçün səciyyəvi olan dünyagörüşüdür. Mif qədim insanların şüurunda gerçəkliyin primitiv fantastik inikası, onların təbiət, cəmiyyət sirləri qarşısında heyrətinin obrazlı-bədii təcəssümüdür. Başqa sözlə desək, mifologiya həyatı dərk etməyə başlayan, lakin gerçəkliklə xəyali hadisələr arasında fərq qoya bilməyən insanın dünyagörüşüdür. Hər şeydən öncə, insanın təbiət və cəmiyyət hadisələrinə müəyyən münasibəti, onları duymaq, anlamaq və qiymətləndirmək qabiliyyəti, onun hərəkətini tənzimləyən bir davranış formasıdır.
Din – ictimai şüurun formalarından biridir. Dini şüura xas olan ən ümumi cəhət fövqəltəbiiliyə, fövqəltəbii varlıqlara, dində dünyanın yaradıcısı sayılan Allaha inam və etiqaddır. Fövqəltəbiilik dedikdə maddi aləmin qanunlarına tabe olmayan qüvvələr nəzərdə tutulur. Dini ehkamlara görə Allah hər şeyin, bütün dünyanın və insanın yeganə yaradıcısı, demiurqudur. Din mənəvi mədəniyyətin mühüm tərkib hissəsi, ümumbəşəri sərvətlərin zənginləşməsi yolunda mühüm amildir. O insanlar arasında müsbət keyfiyyətlərin aşılanmasına və mənəviyyatın zənginləşməsinə kömək edir.

Tələbələrin dünyagörüşü, onların mənəvi aləmi fəl­sə­fi ide­ya­lar ilə zən­­ginləşir və onların fəlsəfi şüuru yeni in­­ki­­şaf səviy­yə­si­nə yük­səlir, təkmilləşir və müvafiq təh­lil­lər aparır, öz fikirlərini mən­tiqi cəhətdən əsas­lan­dır­­mağı bacarırlar.

Təlim nəticəsi - 1
Yüklə 31,56 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə