L Dərslik komplektinin ümumi prinsipləri


Oxu Fəndaxili üfüqi inteqrasiya



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə55/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   48   49   50   51   52   53   54   55   56

Oxu
Fəndaxili üfüqi inteqrasiya
(st. 2.1.1; 2.2.2)
.
2-ci tapşırığın icrası üçün
mətni iki hissəyə bölüb oxumaq tövsiyə olunur: 1) qədimdə kitab çapı və 2)
kitab çapının təkmilləşdirilməsində İ.Qutenberqin rolu. Müəllim löv hədə belə
bir cədvəl asır. Bildirir ki, bu cədvəldə sonda əldə olunan məlumatlar te zis lər
şəklində yerləşdi riləcəkdir.   
Mətnin oxusu üzərində iş Ekspertlərlə müzakirə üsulu ilə aparılır.
Əvvəlcə mətn tam şəkildə səssiz oxu ilə oxunur. Sonra qruplara aşağıda
təqdim edilmiş iş vərəqləri paylanır. Hər qrup öz hissəsində qarşılaşdığı yeni,
tanış olmadığı söz və ifadələrin mənasını kontekstə görə təxmin edir və
lüğətin köməyi ilə dəqiqləşdirir (st. 2.1.1; 1-ci tapşırıq).
Ekspertlər “doğma” qruplara qayıdandan sonra təqdimatlar əsasında
lövhədəki cədvəl doldurulur, refleksiya aparılır. Təqdimat zamanı müəllim fikir
verməlidir ki, şagirdlər cədvəldəki məlumatlar arasında əlaqəni müəyyən -
ləşdirib mətnin leytmotivini təyin etsinlər.
Qədimdə kitab çapı
Kitab çapının təkmilləşdirilməsində İ.Qutenberqin rolu
Yazı.
Fəndaxili üfüqi inteqrasiya 
(st. 3.1.3; st. 1.2.1)
Şagirdləri hər hansı bir mətbəəyə ekskursiyaya aparmaq tövsiyə olunur.
Əvvəlcə şagirdlərə izah olunur ki, onlar ekskursiya zamanı müşahidə etdikləri
əsasında təqdimat hazırlayacaqlar. Bunun üçün şagirdlər qruplara bölünürlər:  
Kitab çapının tarixi
Mətbəənin tarixi
Ksiloqrafiya
Çap üsulu
Səmərəliliyi
Literlər vasitəsilə çap
Yaranma dövrü 
Banisi
Çap üsulu
Səmərəliliyi
Matrislər və presin ixtirası
Yaranma dövrü 
Banisi
Dəzgahlar
Səmərəliliyi
165
KİTABIN TARİXİ
Çap üçün deyil


I qrup: Çapaqədərki proses: rəngayırımı, qəliblərin hazırlanması
II qrup: Çap prosesi
III qrup: Çapdan sonrakı proses: qatlama, cildləmə, kəsim.
Qruplara tapşırıqlar təqdim edildikdən sonra ekskursiya zamanı hər qrup
öz istiqamətində iş aparır. Sonra şagirdlər müşahidələr nəticəsində əldə olu-
nan məlumatları qruplaşdırır, plan tərtib edir və həmin plan əsasında təqdimat
hazırlayırlar.  
Hazırlanmış təqdimat, bir növ, oxuduqları mətnin davamı hesab edilir. Belə
ki, mətndə kitab çapının müasir vəziyyəti haqqında az məlumat verilmişdir.
Təq dimatlar bitəndən sonra müəllim tapşıra bilər ki, şagirdlər əldə olunan mə -
lumatdan istifadə yolu ilə oxuduqları mətni davam etdirsinlər
Dil qaydaları
(St. 4.1.2, 4.1.1) 
Bu dərsdə feilin təsriflənən və təsriflənməyən formaları
və cümlənin qu ru luşca növləri ilə bağlı şagirdlərin əldə etdikləri bacarıqların
yoxlanılması nəzərdə tutul muşdur.
3-cü tapşırıqda mətndə altından xətt çəkilmiş təsriflənməyən feilləri növ lə -
rinə görə cədvəldə qruplaşdırmaq, 4-cü tapşırıqda isə bu cür feilləri cüm lə -
lərdən seçməklə yanaşı, həmin cümlələrin quruluşca növünü müəyyən etmək
tələb olunur. 
5-ci tapşırıqda verilmiş mürəkkəb cümlələrdən tərkibində feili bağlama olan
sadə cümlə düzəltmək tələb edilir. 
Nümunə:
1. Oğlan yeyib oyuna getdi. Çoban yeyib qoyuna getdi.
2. Oğru qalana yananda mal sahibi gedənə yanar.
6-cı tapşırıqda şeiri nəsrə çevirmək, nəzəri biliklərdən istifadə etməklə
cümlənin quruluşca növünü müəyyənləşdirmək tələb olunur. 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
166
VII 
BÖLMƏ
Çap üçün deyil


Dərs 42. AZƏRBAYCANDA İLK MƏTBƏƏLƏR (3 saat)
Motivasiya
Müəllim şagirdlərə müraciət edir:
– Hər birinizin qarşısında kitab var. Sizcə, bu kitab oxucuya çatana qədər
hansı mərhələlərdən keçir?
Azərbaycanda fəaliyyət göstərən hansı nəşriyyat və mətbəələri tanı yır -
sınız?
Oxu (St. 2.2.3) 
Mətn Qeyd götürməklə oxu üsulu ilə səssiz oxunur. Müəl -
limin tapşırığı ilə mətndaxili tapşırıq və suallara çatdıqda fasilə verilir və bütün
siniflə birgə suallar cavablandırılır. 
Həmin hissə ilə bağlı iki suala cavab vermək lazımdır. Müəllim XIX əsrin
sonu-XX əsrin əvvəllərində Azərbaycanda sosial-siyasi şəraitlə bağlı qısa mə -
lumat verir. Bildirir ki, o zaman xalqımız Rusiyanın əsarəti altında idi. Əsa rət
altında olan xalqların azadlıq ruhunu boğmağa çalışan imperiya məmurları
onların maariflənməsinə imkan verəcək hər bir şeyi qadağan edirdilər. Ona
görə də milli dillərdə qəzet nəşr etmək çox çətin idi. Digər tərəfdən mətbəə -
lərdə o zaman xalqımızın istifadə etdiyi ərəb əlifbasında heç nə çap edilmirdi.
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikrə münasibətini əla -
və fakt və məlumatlarla əsas lan dırır.
Əlavə məlumatlarla müqayisə edərək
mətndəki fikrin həqiqiliyini sübut edir. 
2.2.2. Mətnin tərkib hissələri arasın -
dakı əlaqəni müəyyənləşdirir.
Mətnin müxtəlif hissələrindəki faktları
bir-biri ilə bağlamaq üçün mətnin leyt-
motivini müəyyənləşdirir.
2.1.1.Tanış olmadığı sözlərin kontekstə
uyğun mənasını dəqiqləşdirir.
Tanış olmadığı sözün lüğətdə verilmiş
izahları içərisindən kon 
tekstə uyğun
olanını müəy yən edir.
1.1.2. Dinlədiyi fikrin inandırıcı və əsas -
landırılmış olub-olmamasını müəyyən -
ləşdirir. 
Dinlədiyi mətndəki məlu matla rın əvvəl
əldə etdiyi biliklərə nə dərəcədə uyğun
gəldiyini müəy yənləşdirir. 
3.1.3. Qurduğu plan əsasında mətnin
hissələrini məntiqi cəhətdən əlaqə lən -
dirir.
Oxuduğu mətnin hissələrini məntiqi
cəhətdən əlaqələndirərək qısa məz 
-
mununu yazır.
4.1.1. Cümlələri quruluşuna görə fərq -
lən dirir.
Sadə və mürəkkəb cümlələri fərqlən -
dirir.
4.1.2. Sözləri ümumi qrammatik məna -
larına görə fərqləndirir.
Köməkçi nitq hissələrinin qrammatik
mənalarını müəyyənləşdirir. 
167
KİTABIN TARİXİ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə