L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə52/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   48   49   50   51   52   53   54   55   56

156
VII 
BÖLMƏ
VII BÖLMƏ
KİTABIN TARİXİ
Dərs 
№ 
Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
39.
Qədimdə kitab işi
Cümlənin quruluşca növləri
2.2.3, 2.1.1, 1.2.2,
3.1.2, 1.1.2, 4.1.1
3
148-151 157-160
40.
Kitabxanalar
2.2.2, 2.1.1, 4.1.1,
4.1.2, 1.2.4 
3
152-155 161-163
41.
Kitab çapının ixtirası
2.1.1, 2.2.2, 3.1.3,
1.2.1, 4.1.2, 4.1.1
3
156-158 164-166
42.
Azərbaycanda ilk
mətbəələr
2.2.3, 2.2.2, 2.1.1,
1.1.2, 3.1.3, 4.1.2,
4.1.1
3
159-162 167-171
43.
Elektron kitab
2.2.3, 2.1.1, 1.2.2,
3.1.3, 4.1.3, 4.1.1
2
163-165 172-173
44.
Ümumiləşdirici təkrar
2
166-167
173
Kiçik summativ
qiymətləndirmə
1
174-175
Böyük summativ
qiymətləndirmə
2
Yekun
19
saat
Çap üçün deyil


Dərs 39. QƏDİMDƏ KİTAB İŞİ (3 saat)
Motivasiya
Lövhədə şəkillər və ya videogörüntülər vasitəsilə qədim əlyazma nü mu -
nələri və müasir kitablar nümayiş etdirilir. Müəllim bu nümunələri müqayisə
et məyi tapşırır. Venn diaqramı vasitəsilə həmin nümunələr müqayisə edilir.
Müqayisə zamanı onların yaranma dövrü, istehsal texnologiyaları haqqında
məlumatlar qeyd edilir. Bu zaman müəllim diqqəti qədim kitablarla müasir
kitabların yaranma üsullarına yönəldir. Müasir kitablardan fərqli olaraq həmin
kitablar üzərində daha çox iş getdiyini vurğulayır və soruşur:
– Həmin kitabları kim yaradırdı?   
Oxu
(St. 2.2.3)
Mətn Qeyd götürməklə oxu texnikası ilə oxudulur. Mətn qədim
əlyazmalarla bağlı fakt və məlumatlarla zəngindir. Bu fakt və məlumatları
sistemləşdirmək üçün cütlərə iş vərəqləri paylanır. Vərəqdə aşağıdakı cədvəl
öz əksini tapır.
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikrə münasibətini əla -
və fakt və məlumatlarla əsas landırır.
Oxuduğu mətnlə dinlədiyi mətn 
dəki
məlumatları ümumi ləş di rə rək əsas fikrə
müna sibət bil dirir.
2.1.1. Tanış olmadığı sözlərin kontekstə
uyğun mənasını dəqiqləşdirir.
Tanış olmadığı sözlərin mənasını mətn -
dəki məlumatlar əsasında dəqiqləşdirir.
1.2.2. Fikrini məntiqi ardıcıllıqla ifadə
edir.
Müzakirə və ya debat zamanı fik 
rini
əsaslan dı rarkən fakt və məlumatlardan
məntiqi ardı cıl lıqla istifadə edir. 
3.1.2. Topladığı fakt və hadisələrə mü -
nasibət bildirməklə mətni zəngin ləşdi -
rir. 
Məlumata münasibət bildirməklə mətni
zəngin ləşdi rir. 
1.1.2. Dinlədiyi fikrin inandırıcı və əsas -
lan dırılmış olub-olmamasını müəy  yən -
ləşdirir. 
Dinlədiyi mətndəki məlu matla rın əvvəl
əldə etdiyi biliklərə nə dərəcədə uyğun
gəldiyini müəy yənləşdirir. 
4.1.1. Cümlələri quruluşuna görə fərq -
lən dirir.
Sadə və mürəkkəb cümlələri bir-birin -
dən fərqləndirir.
Mətndən əldə etdiyiniz məlumatları cədvəlin uyğun xanalarına yazın.
Sənətkar
Peşəsi,
vəzifəsi
Fəaliyyət
göstərdiyi yer
Müraciət etdiyi
əsər
Əsərin hazırda
saxlandığı yer
157
KİTABIN TARİXİ
Çap üçün deyil


Oxu başa çatıb cədvəl doldurulduqdan sonra müəllim cütlərdən birinə dol dur -
duqları cədvəl üzrə təqdimat etməyi tapşırır. Digər cütlərə isə təklif edir ki,
təqdimatda öz əksini tapmış fakt və məlumatların dəqiqliyinə diqqət yetirsinlər,
eləcə də təqdimatda öz əksini tapmayan fakt və məlumatları qeyd etsinlər. Təqdi -
mat dan sonra diqqəti mətndəki digər aspektlərə yönəltməklə mətn üzərində işi
bir qədər də dərinləşdirmək olar. 
(St. 2.1.1)
1-ci tapşırığın tələbinə görə, mətndə verilmiş xəttat, müsəh hih
sözlərinin mənası oxu zamanı əldə olunan məlumatlara istinad edilərək də -
qiqləşdirilir. 
Müəllimin nəzərinə!
Bu zaman müsəhhih sözünün ifadə etdiyi mənanı dəqiqləşdirmək üçün
müəllim onun səhih, təshih sözləri ilə yaxın mə nalı olduğunu bildirir. Bunun
üçün həmin sözlərin ifadə etdiyi anlayışları izah etmək də məqsədəuy -
ğundur.
SƏHİH  [səhih] sifət, ərəb 
Düzgün, doğru, gerçək, əsaslı, yalan olmayan. 
Səhih məlumat. Səhih söz.
TƏSHİH  [təshih] isim, ərəb 
Yazı və s.-də səhvləri, nöqsanları düzəltmə; düzəliş.
Firidun öz məqaləsini bir də oxudu, ... bəzi təshihlər etdi. (M.İbrahimov)
Danışma
(St. 1.2.2) 
2-ci tapşırıq mətndə altından xətt çəkilmiş cümlələri ümumiləş -
di rərək nəticə çıxarmağı nəzərdə tutur. Bu cümlələrdən bir ümumi fi kir çı xar -
maq müm 
kündür ki, əsrlər boyu mənəvi xəzinəmizi qoruya bilməmişik,
qiy   mətli əlyazmalarımızın bir çoxu yadellilər tərəfindən talan olunmuş, dün -
ya  nın müxtəlif muzeylərinə aparılmışdır. Tapşırığın icrası inkişaf etdirilərək
mü za kirəyə çevrilir. Şagirdlərə bu fikrə münasibət bildirmək tapşırılır. 
Müəllimin nəzərinə!
Bu tapşırıqla bağlı müəllim 6-cı sinifdə keçilmiş “Şeyx Səfi məqbərəsi
necə talan olundu” mətnini xatırlada bilər.
Yazı
(St. 3.1.2) 
5-ci tapşırıq mətn üzərində işin əhatə dairəsini bir az da ge -
nişləndirir. Mətndə verilmiş rəvayətdən (kursivlə fərqləndirilmiş rəvayət) çıxış
edərək nə 
ti cə çıxarmaq təklif olunur. Bu zaman kəmiyyət və keyfiyyət
arasında olan nis bətə fikir vermək, ustalığın məhsuldarlıqla deyil, görülən işin
keyfiyyəti ilə ölçül düyünü vurğulamaq lazımdır.
Dinləmə
(St. 1.1.2) 
Müəllim aşağıdakı mətni oxuyaraq dərslikdən əldə olunmuş mə -
lumatla müqayisəsini təklif edə bilər.
158
VII 
BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə