L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə53/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   48   49   50   51   52   53   54   55   56

159
KİTABIN TARİXİ
Minlərlə qiymətli tarixi sənədin, eləcə də Azərbaycan ədəbiyyatı nümu nə -
lərinin saxlandığı Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əl yaz -
malar İnstitutundakı sənədlərin sırasına daha bir qiymətli nümunə əlavə olunub.
Bu, Vatikan Apostol Kitabxanasında saxlanılan Azərbaycan ədiblərinin əsər lə ri -
nin əlyazmalarıdır. İnstitutun əməkdaşı, tarix elmləri doktoru Fərid Ələkbərlinin
ANS-ə verdiyi məlumata görə, bu əlyazmalar elmi axtarışlar nəti cə sində aşkar
edilib. Onun sözlərinə görə, bu əlyazmaların arasında dahi Azər baycan ədibləri –
Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin və Nəsirəddin
Tusinin əsərləri də var. Bu əsərlərin surətləri Azərbaycana rəqəmsal disk
formasında verilib.
Qeyd edək ki, Vatikandakı Əlyazmalar İnstitutunda “Kitabi-Dədə Qorqud”
das tanının da nüsxəsi var. Bu nüsxəni Azərbaycan alimləri hələ araşdırmayıblar. 
3-cü tapşırıq isə mətni və təqdimatı bir daha müşahidə etməyi nəzərdə
tutur. Mətndə adı çəkilən kitab ustalarının hamısının adı təqdimatın birinci sü-
tununda yazılıb. Sonrakı sütunları nəzərdən keçirməklə bu tapşırığı asanlıqla
icra etmək mümkündür. Çünki cədvəldə Kəmaləddin Behzadın adı yazılmış
sətrin 4-5-ci sütunları boş qalacaq.
4-cü tapşırıq mətnin hissələri arasında əlaqəni müəyyən etməyi nəzərdə
tutur. Tapşırığın birinci hissəsini yerinə yetirmək üçün şagirdlər mətnin nəticə
hissəsinin əks olunduğu sonuncu abzasa müraciət edəcəklər. Tapşırığın ikinci
hissəsi isə həmin abzasda verilmiş fikirlərin mətnin hansı hissələrindəki
məlumatla bağlı olduğunu müəyyənləşdirməyə xidmət edəcək.
Dil qaydaları
(St. 4.1.1) 
6-cı tapşırıqla dil qaydaları üçün motivasiya yaratmaq müm -
kündür. Şagirdlər VI sinifdə cümlənin qrammatik əsasını müəyyən etmək ba -
ca rığına yiyələniblər. Həmin bacarığa istinad edərək nəzərdə tutulmuş
cüm lələrin qrammatik əsasını müəyyənləşdirirlər. Bu zaman müəllim diqqəti
hər iki cümlədə qrammatik əsasın sayına yönəldir. Qeyd edir ki, cümlənin
mövcudluğu üçün bir qrammatik əsas ki fayət edir. Bu zaman digər nitq va -
hidləri üçün lazım olan elementlər yada salına bilər. Söz üçün bir kökün, söz
birləşməsi üçün iki müstəqil sözün varlığı kifayət edir. 
Müəllim sualla sinfə müraciət edir:
– Əgər sözün başlanğıc formasında köklə yanaşı, leksik şəkilçi və yaxud
ikinci bir kök işlənərsə, onda sözün quruluşunda hansı dəyişiklik baş verir?
Şagirdlər hələ beşinci sinifdən bu suala cavab vermək üçün lazım olan
bacarıqlara yiyə lə niblər. Odur ki müəllim yeni bir sualla sinfə müraciət edə
bilər:
– Bəs onda cümlədə ikinci bir qrammatik əsasın varlığı cümlənin quru -
luşuna necə təsir edəcək?
Çap üçün deyil


Bundan sonra müəllim cümlənin quruluşca növləri haqqında qısa məlumat
verib tədqiqatı tapşırıqlar üzərində davam etdirir.
7-ci tapşırıqda verilmiş cümlələr quruluş etibarilə müxtəlifdir. 1-ci cümlədə
bir qrammatik əsasın olması şübhə doğurmadığına görə şagirdlər onun
quruluşca sadə olduğunu asanlıqla müəyyən edəcəklər. 2-ci cümlənin iki
xəbəri var. İlk baxışda şagirdlər onu  mürəkkəb cümlə hesab edə bilərlər. Bu
nəticəyə gəlməmək üçün onlara istiqamət vermək lazımdır ki, hər iki xəbərdən
mübtədaya sual versinlər. Bu zaman hər iki xəbərin yalnız bir mübtədası
olduğu aydınlaşacaq. Buradan da nəticə çıxarmaq olar ki, bu cümlədə yalnız
bir qrammatik əsas var və o, sadə cümlədir. 4-cü cümlədə isə iki mübtədanın
bir xəbəri olduğundan o, sadə cümlə sayılır. Beləliklə, həmin tapşırığı icra
etməklə şagirdlər sadə və mürəkkəb cümlələri fərqlən dirə bilmək bacarığına
yiyələn məyə başlayırlar.
8-ci tapşırıq sadə cümlələri mürəkkəb cümləyə çevirməyi nəzərdə tutur.
Bu zaman müəllim şagirdlərə təsriflənən və təsriflənməyən feillər haqqında
biliklərini xatırladır. Təsriflənən feillər özündən əvvəl işlənən sözlərlə cümlə
ya ra dır, təsriflənməyən feillər isə həmin vəziyyətdə söz birləşmələri yaradır.
Müəl lim ilk cümlədəki təsriflənməyən feili (boylananda – feili bağlama)
cümlənin xəbəri olan səsləndi feili kimi xəbər şəklində işlətməyi təklif edir. Ya -
ranmış və ziy yəti (Reyhan evə tərəf boylandı, Aqil arxadan səsləndi) mü şahidə
edərək cüm lənin qrammatik əsaslarını tapmağı tapşırır. Eyni qayda ilə sonrakı
cümlələr üzərində iş davam etdirilir. 
Sonrakı tapşırıqlar əvvəllər əldə edilmiş bacarıqları xatırlatmağı nəzərdə
tutur. Belə ki, 9-cu tapşırığı yerinə yetirən şagirdlər bu dərsdə keçilmiş qram-
matik qayda ilə bağlı qazandıqları bacarıqları nümayiş etdirməklə yanaşı, 6-cı
sinifdə xəbərin ifadə vasitələri ilə bağlı bilikləri də tətbiq etmiş olurlar.
10-cu tapşırıq isə şagirdlərin fəaliyyət dairəsini bir qədər də genişləndirir.
Verilmiş feili müxtəlif şəkillərdə idi, isə hissəcikləri ilə işlədərək cümlə qurmağı
nəzərdə tutur. Bu zaman müşahidə edirlər ki, isə hissəciyinin işləndiyi cüm -
lədə iki və daha artıq qrammatik əsas mövcud olur. Beləliklə, şagird mor-
fologiyada  isə his sə ciyi ilə tanış olarkən aldığı məlumatı praktik bacarığa
çevirmiş olur. 
11-ci tapşırıq cümlələrin qrammatik əsasını müəyyən edərək onların qu -
ru luşca növünü müəyyənləşdirməyi nəzərdə tutur.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
160
VII 
BÖLMƏ
Çap üçün deyil


Dərs 40. KİTABXANALAR (3 saat)
Motivasiya
Azərbaycan Milli Kitabxanasının şəkli nümayiş etdirilir. Şagirdlərdən onun
haqqında nə bildikləri soruşulur. Sonra  daha hansı kitabxanaları tanıdıqları,
kitabxanaların yaranma tarixi ilə bağlı hansı məlumatlara malik olduqları
soruşulur: Kitabxanaların yaranma tarixi, onların ədəbi-mədəni inkişaf ta ri xi -
miz dəki rolu nədən ibarətdir?”
Oxu
(St. 2.2.2)
“Kitabxanalar” mətni tarixi fakt və məlumatlarla zəngindir. Burada
kitabxanaların xalqın mənəvi inkişafında rolu, eləcə də kitabxanaların yaran -
ması, inkişafı və qorunmasında tarixi şəxsiyyətlərin müstəsna xidmətləri əks
etdirilmişdir. Əvvəlcə mətnin 1-ci mətndaxili suala qədər olan hissəsi oxu nur,
tapşırığa əsasən, həmin parçadan çıxarılan nəticə ümumiləşdirilir. 
Mətnin sonrakı hissələri Ziqzaq üsulu ilə oxunur. Mətnin ulduzlarla ayrılmış
hər parçası bir tarixi dövrdən bəhs edir. Bu hissələrin sayının beş olduğunu
nəzərə alıb həmin sayda qrup yaradılır. Ziqzaq üsulunun tələblərinə uyğun
şəkildə ekspertlər parçalar üzərində iş aparırlar. Aparılacaq işin dəqiqliyindən
ötrü müəllim hər bir ekspert qrupu üçün iş vərəqi hazırlaya bilər.
Ekspertlər mətn üzərində işlərini qurtarıb “doğma” qruplarına qayıdırlar. Təq -
dimatlar edildikdən sonra müqayisələr aparılır, kitabxanaların hamısı üçün sə ciy -
Standartlar
Təlim nəticələri
2.2.2. Mətnin tərkib hissələri arasın -
dakı əlaqəni müəyyənləşdirir.
Mətnin tərkib hissələrindəki məlumatları
müqayisə etməklə oxşar və fərqli mə -
qam ları müəyyənləşdirir.
2.1.1. Tanış olmadığı sözlərin kon tekstə
uyğun mənasını dəqiqləşdirir.
Tanış olmadığı sözlərin mənasını mətn -
dəki məlumatlar əsasında dəqiqləşdirir.
4.1.1. Cümlələri quruluşuna görə fərq -
lən dirir.
Mürəkkəb cümlənin tərkibindəki sadə
cüm lələri müəyyənləşdirir.
4.1.2. Sözləri ümumi qrammatik məna -
la rına görə fərqləndirir.
Feilin ümumi qrammatik mənası ilə
bağlı məlumatları sistemləşdirir.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif
fikirlərə münasibət bildirir.
Başqasının fikrini təkzib və ya təsdiq
etmək üçün əsaslı arqu mentlər və əks-
arqumentlər gətirir.
Kitabxana kimin adı ilə bağlı idi:
Yarandığı dövr Yarandığı yer
Əməkdaşları
Şöbələri 
Digər
məlumatlar
161
KİTABIN TARİXİ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə