L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə48/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   44   45   46   47   48   49   50   51   ...   56

5. Lüğətçilər.
Hər qrupda mütəxəssislər müəyyən edildikdən sonra  ekspert qruplarına
göndərilir. Ekspert qruplarının hər biri bir istiqamət üzrə tədqiqat aparır.
1. “Bumeranq effekti”nin mənası üzrə mütəxəssislər birinci abzas üzərində
işləyir, ifadənin etimologiyasını aydınlaşdırırlar. 
2. Bumeranqın  icad olunduğu  yeri müəyyən  edənlər  3-cü abzası tədqiq
edir və 1-ci mətndaxili suala cavab verirlər. Mətndə əks olunmuş faktlar və
fikirlər əsasında belə bir nəticəyə gəlmək olar ki, Avstraliyada mamont
yaşamayıb (cavab: “C” variantı).
3. 
(St.1.2.1) 
Bumeranqdan istifadə məqsədini müəyyən edənlər 1-ci mətn -
daxili sualdan sonrakı üç abzas üzərində işləyirlər. Əldə etdikləri mə lumatları
cədvəldə qruplaşdırırlar. Cədvəl aşağıdakı kimi ola bilər:
4. “Ağıllı bumeranq” nəzəriyyəsini araşdıran mütəxəssislər holland alimi
Feliks Hessin kitabında verilmiş məlumatları sistemləşdirirlər. Bu işin icrası
ilə məşğul olanlar dərsliyin 135-ci səhifəsindəki 3-cü abzasdan istifadə et -
mək lə aşa ğıdakı cədvəli doldururlar.
5.
(St. 2.1.1) 
Lüğətçilər mətndə tanış olmayan sözləri müəyyən edir, onun
kontekstə uyğun mənasını izah edir və yeni kontekstdə işlədirlər (2-ci tapşırıq).
(St. 2.2.2)
Ekspertlər tapşırıqları icra etdikdən sonra “doğma” qrupa qayı -
dır lar. Ziqzaq üsulunda olduğu kimi, hər istiqamət üzrə mütəxəssis ekspert
qrupunda əldə etdiyini “doğma” qrupdakı yoldaşları ilə bölüşür və mətnin
hissələri arasında əlaqə yaradır.
Yazı
(St. 3.1.1)
4-cü tapşırıqda mətnin 1-ci abzasındakı məlumatlardan istifadə
et məklə “Bumeranq effekti” ifadəsi ilə bağlı hekayə hazırlayır və ona uyğun
ata lar sözü tapırlar; məsələn:  Nə tökərsən aşına, o da çıxar qaşığına. Özgə -
sinə quyu qazan özü düşər.
Harada istifadə
olunurdu? 
Nə məqsədlə istifadə
olunurdu?
Bumeranqın hansı
növləri var idi?
Feliks Hess. “Bumeranqın aerodinamikası”
Forması 
Bumeranqın
para metrləri 
Bumeranqın geri
qayıtması üçün
vacib tələblər
Başlanğıc
sürəti
Fırlanma
sürəti
144
VI 
BÖLMƏ
Çap üçün deyil


Dil qaydaları
(St. 4.1.2) 
5-ci tapşırıq dil qaydaları üçün motivasiya rolunu oynayır. Mətn -
də göy rənglə verilmiş sözlərin cümlədəki rolu müəyyən edilir.  Eyni morfemin
(da
2
)  birinci vəziyyətdə iştirak məzmunu, ikinci vəziyyətdə əşyanın yerini
bildirdiyi, üçüncü vəziyyətdə isə sözün təsir gücünü artırdığı müəy yən edilir.
Müəllim qeyd edir ki, da(də), ki, (-la
2
köməkçi nitq hissələrini  səs və hərf
tərkibi eyni olan şəkilçilərlə səhv salmaq olmaz. Onları bir-birindən fərqlən -
dir mək üçün tapşırıqlar üzərində aparılan iş nəticə çıxarmaqla yekunlaşır.
6-cı tapşırığı icra edənlər altından xətt çəkilmiş sözün A) isim + qoşma, B)
isim + bağlayıcı, C) zərf olduğunu müəyyənləşdirməlidirlər. Aparılan tədqiqatın
sonunda belə bir nəticə çıxarılır ki, -la
2
:
A) nə ilə? sualına cavab verdikdə isim + qoşma,
B) və ilə əvəz etmək mümkün olduqda isim + bağlayıcı,
C) qoşulduğu sözlə birlikdə necə? nə cür? suallarından birinə cavab
verdikdə zərf olur. 
7-ci tapşırıq “ki”nin vəzifəsini müəyyənləşdirməyə xidmət edir. Səs və hərf
tər kibinə görə eyni olan bu nitq vahidini müqayisə edərək aşağıdakı nəticəni
çıxarmaq olar:
1. “Ki” bağlayıcı kimi mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlayır.
2. Ədat olduqda sözlərin və cümlənin təsir gücünü artırır.
3. Leksik şəkilçi olduqda isə  artırıldığı söz hansı? sualına cavab verir.
8-ci tapşırığın icrasından sonra aşağıdakı nəticə çıxarılır:
1. -da
2
qrammatik şəkilçi olduqda qoşulduğu söz yerlik halın sualına cavab
verir.
2. Bağlayıcı vəzifəsində işləndikdə iştirak məzmunu yaradır.
3. Ədat olduqda isə sözün və ya cümlənin təsir gücünü artırır.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
145
İXTİRALAR VƏ KƏŞFLƏR
Çap üçün deyil


Dərs 36. ƏL-XARƏZMİ  (4 saat)
Motivasiya
Bu dərsin motivasiya mərhələsində ümumi tarix fənninin “5.1.2. Şərq
mədəniyyətinin dünya mədəniyyətinə təsirini müəyyən edir” alt-standartından
istifadə etmək olar. Əqli həmlə və ya Auksion üsulu ilə şagirdlər tarix üzrə
biliklərindən istifadə etməklə bu təsiri təsdiqləyən faktları – tarixi şəxsiyyətləri
və elmi-mədəni hadisələri sadalayırlar. Ola bilsin ki, tarixi şəxsiyyətlər ara -
sında İbn Sina, əl-Fərabi və digərləri ilə yanaşı, əl-Xarəzminin də adı çəkilsin. 
Bundan sonra müzakirənin gedişindən asılı olaraq BİBÖ və ya Anlayışın
çıxarılması üsullarını tətbiq etmək olar.
BİBÖ:
Anlayışın çıxarılması:
Oxu
(St. 2.2.3) 
Mətn üzərində iş Qeyd götürmək üsulu ilə aparılır. Əv vəlcə
mətn səssiz oxunur. Sonra şagirdlər qruplara bölünürlər. Qruplara iş vərəqləri
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikrə münasibətini
əla  və fakt və məlumatlarla əsas lan -
dırır.
Əlavə mənbələrdən istifadə et 
məklə
elmi mətndəki əsas fik ri daha qabarıq
nəzərə çat dırır. 
2.1.1. Tanış olmadığı sözlərin kontek s -
 tə uyğun mənasını dəqiqləşdirir.
Sözün etimologiyası və ilkin mənası ilə
bağlı məlumatlardan istifadə etməklə
müasir mənasını izah edir.
1.2.2. Fikrini məntiqi ardıcıllıqla ifadə
edir.
Mövzu üzrə danışarkən müx təlif mən -
bələrdən aldığı məlumatları mənti qi ar -
dıcıllıqla təqdim edir.
2.2.2. Mətnin tərkib hissələri arasın da -
kı əlaqəni müəyyənləşdirir.
Mətnə yeni məlumatlar əlavə edərkən
hissələr arasında əlaqə yaradır.
4.1.2. Sözləri ümumi qrammatik mə -
nalarına görə fərqləndirir.
Köməkçi nitq hissələrinin  sinonimliyini
müəyyən edir.
ALQORİTM
CƏBR
ŞİFR
SIFIR
?
Əl-Xarəzmi haqqında
Bilirəm 
İstəyirəm bilim
Öyrəndim
146
VI 
BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə