L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə49/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   45   46   47   48   49   50   51   52   ...   56

paylayıb onun üzərində işləmək tapşırılır. İş vərəqləri aşağıda göstərilən for-
mada ola bilər.
İş vərəqi 1
İş vərəqi 2
İş vərəqi 3
İş vərəqi 4
1-ci mətndaxili sual şagirdlərdən diqqətli oxu və nəticə çıxarmaq bacarığı
tələb edir. Tamamlanması tələb olunan cümlənin məzmunundan görünür ki,
alimin riyazi araşdırmaları həyatın müxtəlif sahələrində istifadə olunurdu. Ona
görə də burada nöqtələrin yerinə “Elmi insanların xidmətinə verməyə çalışan”
(“C” variantı) ifadəsi yazılmalıdır.
2-ci tapşırığı yerinə yetirmək üçün şagirdlər “Kamilliyə doğru” bölməsində
oxuduqları “Təqvim” mətnindəki məlumatları xatırlamalıdırlar. Əlavə olaraq
müəllim sual qoya bilər: “Bəs romalıların və ərəblərin il hesabları nə ilə
fərqlənirdi?” (romalılarda il hesabı Roma şəhərinin yaranma ilindən, ərəblərdə
Məhəmməd peyğəmbərin Mədinəyə köçdüyü ildən başlayırdı).
3-cü suala cavab verməklə şagirdlər əlavə məlumatlarla mətni zəngin -
ləşdirmək bacarığını nümayiş etdirirlər.
4-cü tapşırıq isə oxuda məntiqi təfəkkür bacarığını inkişaf etdirir. Suallara
cavab tapmaq üçün sillogizm qurmaq tələb olunur.
1-ci sual.
I mühakimə: Əl-Xarəzmi 780-ci ildə anadan olub.
Əl-Xarəzminin riyazi traktatları 
Traktatın adı
Nədən bəhs edir?
Əl-Xarəzmi irsinin Avropada yayılması
Nə zaman?
Hansı formada yayıldı?
Necə istifadə edildi?
Mətnə əsasən xronoloji cədvəli doldurun.
Tarix 
Hadisə
Əl-Xarəzminin astronomiya sahəsində tədqiqatları
Araşdırmalar 
Nədən bəhs 
olunur?
147
İXTİRALAR VƏ KƏŞFLƏR
Çap üçün deyil


II mühakimə: 819-cu ildə Bağdada köçüb.
Nəticə: Bağdada köçəndə onun 39 yaşı var idi.
2-ci sual.
I mühakimə: Hikmətlər evi 825-ci ildə fəaliyyətə başlamışdır.
II mühakimə: 1258-ci ildə monqollar tərəfindən məhv edilmişdir.
Nəticə: Hikmətlər evi 433 il fəaliyyət göstərmişdir.
Söz ehtiyatı
(St. 2.1.1) 
5-ci tapşırığı yerinə yetirərkən şagirdlərə belə bir cədvəl təqdim
etmək olar.
Fəndaxili üfüqi inteqrasiya
(St. 1.2.2, st. 2.2.2)
. Şagirdlər dərsin əv vəlin -
də təqdim olunmuş cədvəldəki qeydlər ə və dərslikdəki sualları cavab lan -
dırarkən mətndəki məlumatlara əsaslanaraq sözlərin etimologiyası haq qında
təq di mat hazırlayırlar. 
Dil qaydaları
(St. 4.1.2) 
6-cı tapşırığın tələbinə əsasən, mətndə göy rənglə verilmiş
sözlərin qrammatik mənasını müəyyən etmək tələb olunur. Eyni zamanda
onları sinonimləri ilə əvəz etmək lazımdır. Tapşırığın icrası ilə motivasiya edən
müəllim qısa mə lu mat verib şagirdləri tədqiqata yönəldə bilər. 
7-ci və 8-ci tapşırıqlar müx təlif qoşmaları sinonimləri ilə əvəz etməyi nə -
zərdə tutur. 9-cu tapşırığın əhatə dairəsi isə genişdir. Təklif olunan cüm lələrdə
sinonimi olan köməkçi nitq his sələri rəngarəngdir. Ona görə də cədvəl üzə -
rində işləyən şagird həm sözü, həm onun sinonimini, həm də hansı nitq his -
səsinə aid olduğunu müəyyən et məli olur.
10-cu tapşırıq şagirdlərin redaktə bacarıqlarının for ma laşmasına xidmət
edir. Müəllim bu tipli cümlə və ya mətnlər hazırlayıb re daktə etməyi ev tap şı -
rı ğı kimi verə bilər.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
148
VI 
BÖLMƏ
Söz
Etimologiyası
Müasir dövrdə mənası
cəbr
sıfır
şifr
alqoritm
Çap üçün deyil


Dərs 37. KOMPÜTER OYUNLARINI KİM İXTİRA EDİB  (3 saat)
Motivasiya
Aşağıdakı sxem nümayiş etdirilir.
Müəllim sual verir: – Sual işarəsinin yerinə nə yazardınız?
Müxtəlif cavablar verilə bilər. Çox böyük ehtimalla  şagirdlər “kompüter
oyunları” ifadəsini işlədəcəklər. 
İfadə səsləndikdən sonra müəllim indi tanış olacaqları mətndə bu oyunların
yaranma tarixi, onların inkişaf yolları, yaradıcıları haqqında məlumatla tanış
olacaqlarını bildirir.
Oxu
(St. 2.2.3) 
Mətn səsli oxu yolu ilə oxudulur. 4-cü tapşırıqda verilmiş cədvəl
əvvəlcədən lövhədə nümayiş etdirilir.
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikrə münasibətini
əla     və fakt və məlumatlarla əsas lan -
dırır.
Həyatda tətbiq etməklə mətn dəki fikrə
münasibətini əsaslandırır.
2.1.1. Tanış olmadığı sözlərin kontek s   -
tə uyğun mənasını dəqiqləşdirir.
Tanış olmadığı sözlərin kon tekstə görə
mənasını təxmin edir və lüğətin köməyi
ilə də qiq ləşdirir.
3.1.3. Qurduğu plan əsasında mətnin
hissələrini məntiqi cəhətdən əla 
qə -
ləndirir.
Mətn yazarkən keçid cümlələr vasitəsilə
mətnin hissələrini əlaqələndirir.
1.1.2. Dinlədiyi fikrin inandırıcı və
əsaslandırılmış olub-olmamasını müəy -
yənləşdirir.
Dinlədiyi fikrin əsassız olduğunu sübut
etmək üçün dəlillər gətirir.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif
fikirlərə münasibət bildirir.
Başqasının fikrini təkzib və ya təsdiq
etmək üçün əsaslı arqu mentlər və əks-
arqumentlər gətirir.
4.1.2. Sözləri ümumi qrammatik mə -
nalarına görə fərqləndirir.
Əsas və köməkçi nitq hissələrini müqa -
yi sə edir, mətndəki yerinə görə onları
fərq ləndirir.
Droppy
Formula
Racer
Betmən canavar-
lara qarşı
Offroaders
?
149
İXTİRALAR VƏ KƏŞFLƏR
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə