L Dərslik komplektinin ümumi prinsipləri


Dərs 38. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR (2 saat)



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə51/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   48   49   50   51   52   53   54   55   56

Dərs 38. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR (2 saat)
Bu dərs müvafiq bölmədə reallaşdırılmış məzmun standartları üzrə baca -
rıq ların möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur.  Şagirdlərə aşağıdakı
mətn üzrə ifadə yazdırmaq tövsiyə olunur.
DİNAMİT
İlk dəfə mina qurğusu yaratmış ixtiraçı Emmanuel Nobelin dörd oğlu var
idi. Onlardan biri də gələcəyin məşhur ixtiraçısı və biznesmeni Alfred Nobel
idi. Partlayıcı maddələrlə məşğul olan bu kimyaçılar ailəsi daim təhlükəli
təcrübələr keçirməli olurdular. Bu təcrübələrdən birində Alfredin kiçik qardaşı
həlak olmuşdu.
Alfred Nobel dünya tarixində, ilk növbədə, dinamitin ixtirası ilə yadda
qalmışdır. Dinamitin əsasını güclü dağıdıcı qüvvəyə malik olan nitroqliserin
təşkil edir. Onu kəşf edərkən A.Nobel dinamitin, ilk növbədə, inşaatda, yolların
salınmasında tətbiq olunacağını düşünürdü. Lakin az sonra bu maddə
hərbçilərin əlində dağıdıcı bir silaha çevrildi və müharibələrdə milyonlarla
insanın ölümünə səbəb oldu. Nobel bir çox ölkələrdə dinamitin istehsalı üzrə
zavodlar qurdu və dünyanın ən zəngin adamlarından birinə çevrildi. 
Günlərin bir günü artıq yaşa dolmuş A.Nobel qəzetdə özünün ölümü haqda
məqalə oxudu. Əslində, vəfat edən onun qardaşlarından biri idi. Nobel
qardaşlarını səhv salan məqalə müəllifi ölmüş zənn etdiyi Alfred Nobelin
ünvanına kəskin ittihamlar irəli sürür, onu müharibələrin daha dağıdıcı
olmasında günahlandırırdı. 
Məqaləni oxuyan Nobel fikrə getdi: “Mən elmdə böyük ixtira etdim. Amma
belə çıxır ki, tarixin yaddaşında cinayətkar kimi qalacağam”.
Bunu düşünən Nobel öz adına fond təsis etdi. Dinamitin ixtirasından əldə
etdiyi zəngin sərvəti bu fonda bağışladı. Ölümünə yaxın vəsiyyət etdi ki, hər
il bəşəriyyət üçün böyük xidmətlər göstərmiş ən dəyərli insanlara bu fonddan
mükafat versinlər. O vaxtdan bu vəsait hesabına hər il fizika, kimya, təbabət,
ədəbiyyat üzrə ən yeni nailiyyətlərə, həmçinin sülhü möhkəmləndirmək
sahəsində fəaliyyətə görə dünyanın müxtəlif ölkələrindən olan xadimlər Nobel
mükafatı alırlar. Onu da demək lazımdır ki, Nobel fondundakı vəsaitin bir
hissəsini Bakıdakı “Nobel qardaşları” şirkətindən Alfredə düşən pay təşkil edir.
153
İXTİRALAR VƏ KƏŞFLƏR
Çap üçün deyil


VI BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-5-ci tapşırıqlar mətnlə bağlıdır.
Çiçəyə qarşı peyvənd
Çiçək xəstəliyi əvvəllər vəba, taun və başqa yoluxucu xəstəliklər kimi qor xunc
və təhlükəli olmuşdur. XVIII əsrdə ingilis həkimi və bioloqu Edvard Cenner
...................... etmişdi ki, inək sağan qadınlar çiçək xəstəliyinə tutulmurlar. Cenner
bunu onunla ...................... etmişdi 
ki, 
(1) inək südünün tərkibində olan xüsusi
maddə sağıcıların əllərində
ki 
(2) çatlara hopur, nəticədə həmin adamlarda xəstəliyə
qarşı immunitet yaranır. Buna əsaslanan Cenner vaksin adlanan peyvənd materialı
ha zırlamış və çiçək xəstəliyinə tutulmuş 8 yaşlı uşağa ...................... etmişdi.
Beləliklə, bu gün çiçəyə qarşı peyvənd üsulunun kəşfi Cennerin adı ilə bağlanır.
Əslində isə bu üsul ondan xeyli əvvəl Osmanlı imperiyasında məlum idi. Belə ki,
1717-ci ildə İngiltərənin Osmanlı dövlətindəki səfirinin xanımı Meri Montegü yerli
əhalinin mədəniyyəti, məişəti, həyat tərzi ilə yaxından tanış olmuş, burada gör dük -
ləri və eşitdikləri barədə məktublar yazmışdı. Xanım Montegü öz qızı 
ilə 
(2) oğlunu
da 
(1) bura
da 
(2) peyvənd etdirmişdi. Sonralar dünya ədəbiyyatı tarixinə “Monte -
günün məktubları” adi 
ilə 
(1) daxil olan bu yazılardan da məlum olur ki, həmin vaxt
Osmanlı türkləri___________________________________________________
bilirlərmiş. 
1. Mətnin məzmunundan çıxış edərək sonuncu cümləni tamamlayın.
2. Birinci abzasda nöqtələrin yerinə “peyvənd”, “müşahidə”, “izah” sözlərini
yazın.
3. Birinci abzasdan çıxış edərək “immunitet” sözünün mənasını açıqlayın.
___________________________________________________________
4. Mətndə eyni rəngdə verilən sözlərin qrammatik mənalarını yazın.
ki (1)       _______________         ki (2)        ___________________
ilə (1)      ________________       ilə (2)       ___________________ 
da (1)
________________     da (2)
___________________
5. Birinci abzasda işlənmiş “başqa” və “qarşı” sözlərinin mətndəki qram-
matik mənalarını yazın.
başqa – ______________                  qarşı – ______________________
Bu sözləri digər qrammatik mənalarda işlətməklə cümlələr qurun.
_____________________________________________________________
_____________________________________________________________
154
VI 
BÖLMƏ
Çap üçün deyil


6. Sinonim modal sözləri seçib qruplaşdırın.
beləliklə, doğrusu, güman ki, həqiqətən, görünür, sözsüz,
bir sözlə, düzü, ehtimal ki, xülasə, düzdür, şübhəsiz
1. _________________________________________________
2. _________________________________________________
3. _________________________________________________
7. 
“Sən də öz torpağın uğrunda döyüşməlisən” – cümləsində “də“ bağ -
la yıcısının yerini elə dəyişin ki, ədat rolunda iştirak etsin.
______________________________________________________
8. Altından xətt çəkilmiş sözlər haqqında düzgün fikirləri seçin.
A. İstəyirəm ki, işin nəticəsini sən də görəsən.
B. Görəsən, xarıbülbül nə üçün başqa yerdə bitmir? 
1. I cümlədə  
görəsən feildir, arzu şəklindədir.
2. II cümlədə 
görəsən modal sözdür, güman, şübhə bildirir.
3. I cümlədə 
görəsən ədatdır, qüvvətləndirici məqsəd daşıyır.
4. Hər iki söz modal sözdür.
5. Hər ikisi feildir.
9. Durğu işarələrini bərpa edib köçürün. Qərarınızı əsaslandırın.
1. Heyif dinləməyi öyrədən bilik müəssisəsi yoxdur. (L.Jokkoko)
2. Deməli cəbhədə hamı sizin əmrlərinizi yerinə yetirməlidir.
3. Ucu tər cığalı siyah tellərin
Hərdən tamaşası hayıf ki yoxdur. (M.P.Vaqif)
4. – Bəs baş əymədiniz
– Əymədim bəli
– Əyilməz vicdanın böyük heykəli. (S.Vurğun)
5. Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya nədir dəyərin  (N.Gəncəvi)
10. Verilmiş sözləri ədat və bağlayıcı rolunda cümlədə işlədib yazın.
ancaq, ki, da(də)
___________________________________________________________
___________________________________________________________
___________________________________________________________
___________________________________________________________
___________________________________________________________
___________________________________________________________
155
İXTİRALAR VƏ KƏŞFLƏR
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə