L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə50/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   46   47   48   49   50   51   52   53   ...   56

Mətn oxunduqca kompüter oyunları ilə əlaqədar şəxsiyyətlərin adları, on -
ların etdikləri yeniliklər və zaman müvafiq xanalarda qeyd edilir. Oxu pro se -
sində qeydlər edilməklə yanaşı, mətndaxili tapşırıqlar da yerinə yetirilə bilər.
1-ci tapşırığın tələbinə uyğun olaraq cütlərdə “OXO” oyununu oynamaq
tapşırıla bilər. Bu həm mətni diqqətlə oxumaq, həm də əldə etdiyi biliyi tətbiq
etmək bacarığını inkişaf etdirir.
Müəllimin nəzərinə!
OXO rus dilində “krestiki-noliki” adlanan məşhur oyundur. Dərslikdə
verilmiş nümunənin davamı aşağıdakı kimi ola bilər.
Beləliklə, bu oyunda qalib “O” işarəsini qoyan sayılır.
2-ci mətndaxili sualı cavablandırarkən Stiv Rasselin kompüter oyunları
sahəsində yüksək səviyyəli mütəxəssis olduğunu vurğulamaq lazımdır. Kom-
mersiya maraqlarının toqquşması zamanı məhkəmə perspektivlərinin qaçıl -
maz olduğu şəraitdə məhkəmələrin ekspert rəyinə söykənməyi də zəruri idi.
Məhkəmə iddiaları müəlliflik hüququnun pozulması və ya oyunların uşaq
psixikasına mənfi təsiri ilə bağlı qaldırıla bilərdi.
Bu sual şagirdlərdə məntiqi təfəkkür və təxminetmə bacarıqlarının inkişa -
fına xidmət edir.
3-cü mətndaxili tapşırıq mətndəki informasiyaların əlaqələndirilməsi baxı -
mın dan əhəmiyyətlidir. Şagird mətnin əvvəlki hissələrində qazandığı məlu ma t -
lara istinadla fikrini əsaslandırır və nöqtələrin yerinə uyğun adları əlavə edir.
Beləliklə, Stiv Rassel kommersiya tipli ilk kompüter oyunu yaratmış qrupun
rəhbəridir, Ralf Bayer isə, həqiqətən, “kompüter və video oyunları kralı”dır.
Amma məhz Aleksandr Duqlas tarixdə ilk kompüter oyunu yaratmış şəxsdir.
Söz ehtiyatı
(St. 2.1.1.) 
Şagirdlərin mətndən mənasını bilmədiyi sözlər (dissertasiya,
sənaye, ekspert və s.) kontekst 
dən çıxış etməklə izah olunur və lüğət
vasitəsilə mənaları dəqiqləşdirilir.
Yazı
(St. 3.1.3) 
Mətn oxunub qurtardıqda artıq oradakı mühüm faktlar da cəd -
vəldə sistemləşdirilmiş olur. 4-cü tapşırığın tələbinə görə, bu mövzuda başqa
X
O
X
X
O
X O X
O
X O X
O
X
X O X
O
X O
Kompüter oyunlarının ixtirası sahəsində

Kim 
Nə zaman
Nə edib
150
VI 
BÖLMƏ
Çap üçün deyil


mən bələrdən istifadə etməklə yazılı təqdimat hazırlanır. Şagirdlər tərtib et -
dikləri qeydlər cədvəlindən bu yazı üçün açar sözlər kimi istifadə edib plan
ha zırlaya bilərlər. Belə ki, kompüter oyunları sənayesinin inkişafında xidməti
olan hər bir şəxs haqqında mə lumat yazılacaq mətnin bir hissəsini təşkil edə
bilər. Şagirdlər ça lış ma lıdırlar ki, 1) keçid cümlələr yazmaqla bitkin his sələri
bir-biri ilə əla qə lən dir sinlər, 2) mətni yazarkən dərslikdəki cümlə lər i olduğu
kimi istifadə etməsinlər, 3) əlavə məlumatları yerləşdirərkən hissələr arasında
əlaqəni pozmasınlar.
Dinləyib-anlama və danışma
(St. 1.1.2; 1.2.4) 
“Kompüter oyunlarını çox oynamaq ziyandır” mövzusun -
da debat keçirilir. Bu, kifayət qədər aktual və ictimaiyyətdə geniş müzakirə
olu nan mövzudur. Yəqin ki, təsdiqedici tərəfin (TT) kifayət qədər arqumenti
ola caq. Ona görə də inkaredici tərəfə (İT) məsləhət görmək olar ki, öz çıxış -
la rını əks-arqumentlər üzərində qursunlar; məsələn:
TT-nin arqumenti: – Kompüterdə çox oynamaq gözə ziyandır.
İT-nin əks-arqumenti: – Kitabı da çox oxumaq gözə ziyandır.
TT-nin arqumenti: – Kompüter oyunları heç bir bilik və ya bacarığı inkişaf
etdirmir.
İT-nin əks-arqumenti: – Kompüter oyunları klaviaturada tez işləmək, cəld
qərar vermək bacarıqlarını, ani reaksiya qabiliyyətini inkişaf etdirir. Elə intel lek -
tual oyunlar da var ki, insanda məntiqi təfəkkürün inkişafına yardımçı olur və
müəyyən biliklər tələb edir.
Ümumiyyətlə, bu mövzunun müvafiq yaş qrupunun maraq dairəsinə ya -
xın lığını nəzərə alaraq onu çox maraqlı və canlı keçirmək olar. Şagirdlər kom-
püter oyunlarını nümayiş etdirməklə öz fikirlərini əsaslandıra bilərlər.
Dil qaydaları
(St. 4.1.2) 
5-ci  tapşırıq dil qaydalarına keçid rolunu oynamaqla yanaşı,
şa girdlərin bu məzmun xətti üzrə yiyələndikləri müxtəlif bacarıqlar arasında
körpü sala bilər. İlk iki feili tərkib hissələrinə ayırmaq və şəkilçilərin qrammatik
funksiya la rını müəyyən etmək tələb olunur. 
“Doğururdularsa” feilində omonim şə kil çilərin fərqləndirilməsi üçün müxtəlif
vasitələrə müraciət etməli olacaqlar. Şagirdlərə xatırlatmaq lazımdır ki, -ır
4
şə  kilçisinin funksiyasını müəyyən etmək üçün şəkilçinin feilin başlanğıc
formasına daxil olub-olmadığına fikir vermək lazım dır. Bunu müəyyənləş dir mə -
yin sadə yollarından biri feili inkarda işlət məkdir. İnkar şəkilçisindən əvvəl işlə -
nən -ır
4
leksik, sonra işlənən şəkilçi isə indiki za man şəkilçisidir. Sonuncu -sa
2
isə şəxs şəkilçisindən sonra gəldiyinə görə isə hissə ciyinin ixtisar for masıdır.
Onun şərt şəkilçisi olması üçün başlanğıc formadan sonra işlən məsi lazımdır.
Bu sözdə isə həmin yerdə indiki zaman şəkilçisi işlənib. 
“Yayılırdılar” feilində də omonim şəkilçilər işlənib: -ır və dı şəkilçiləri. On -
ların da işlənmə yerinə görə vəzifələrini müəyyən etmək mümkündür: baş -
151
İXTİRALAR VƏ KƏŞFLƏR
Çap üçün deyil


lanğıc formadan sonra gələn şəkilçi zaman şəkilçisi, ikinci isə idi hissəciyinin
ixtisar formasıdır. 
Hər iki sözdə buraxılmış eyni bir səhvin araşdırılması əvvəllər əldə edilmiş
başqa bir məlumatı – xəbərin mübtəda ilə uzlaşması zamanı müəyyən ləş -
dirilmiş qaydaları bir daha yada salır. Mübtəda insan anlayışı bildirmədikdə
III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətə görə uzlaşmır.
“Artıqdı” sözünü kök və şəkilçiyə ayırarkən diqqəti sonuncu morfemə (-dı)
vermək lazımdır. Yadda saxlamaq lazımdır ki, idi hissəciyi feil olmayan sözlərə
qoşulduqda ixtisar edilmir.
Mətnlə bağlı olan 6-cı və 7-ci tapşırıqlar da tədris vahidi ərzində əldə
olunmuş köməkçi nitq hissələrinin sinonimliyini və omonimliyini müəyyən -
ləşdirmək bacarıqlarının möhkəmləndirilməsinə xidmət edir. 
Müəllimin nəzərinə!
7-ci tapşırığın icrası bir qədər diqqət tələb edir. Kimi qoşması, adətən,
yönlük halda işlənən sözə qoşulduqda zaman və məsafə mənası
bildirir. Mətndə isə adlıq halda işlənən feili sifətə qoşulmuş kimi qoş -
ması, bəzi hallarda olduğu kimi, zaman mənası yaradır. 
8-ci tapşırıq müxtəlif hallarda işlənərkən fərqli məna çaları yaradan qoş -
ma lar müqayisə edilir. Tapşırıqda bənzətmə və müqayisə mənası bildirən
qoşma yönlük halda işlənən sözə əlavə edildikdə məna çaları dəyişərək mə -
safə (zaman) mənası bildirir.
9-cu tapşırığın şərtinə görə, şagirdlər cümlələrdə əsas və köməkçi nitq
hissəsi kimi verilmiş sözləri müəyyənləşdirməlidirlər. Buna əməl etmək üçün
qazandıqları bacarıqlara istinad edirlər: əsas nitq hissəsi kimi işlənmiş söz
suala cavab verir, lüğəvi mənası var, köməkçi nitq hissəsi isə suala cavab
vermir və lüğəvi mənası yoxdur.
10-cu tapşırıq sinonim köməkçi nitq hissələri üzərində işi nəzərdə tutur.
Sinonim qoşmalar olan üçün, ötrü qoşmaları istər bir-biri ilə, istərsə də görə
qoşması ilə əvəz edildikdə müxtəlif hallarda işlənən sözlərə qoşulur.
Tapşırığın 2-ci hissəsi -la  morfeminin zərf düzəldən şəkilçi və qoşma
funksiyalarını müqayisə edib nəticə çıxarmağı nəzərdə tutur. 
Tapşırığın 3-cü hissəsi isə ancaq bağlayıcısının sinonimlərini müəyyən et -
məyi (amma, lakin), sonra sözünün zərf və ya qoşma kimi işlənmə məqam -
larını müəyyənləşdirməyi tələb edir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh.18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
152
VI 
BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə