L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə54/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   48   49   50   51   52   53   54   55   56

y əvi olan xüsusiyyətlər (kitabxanaların müxtəlif şöbələrə bölünməsi, orada müx -
təlif mütəxəssislərin çalışması, müxtəlif ölkələrdən kitablar gətirməklə zən gin -
ləşdirilməsi və s.) və özlərinə məxsus cəhətlər qeyd edilir. Əldə edilən nəticələr
giriş hissəsində çıxarılmış nəticə ilə və mətnin son abzasında söylənilən fikirlə
əla qələndirilir.
Söz ehtiyatı
(St. 2.1.1) 
Mətndəki “biblioqrafiya”, “kataloq”, “təsnifat” sözlərinin mənası
mətndəki məlumatlar əsasında dəqiqləşdirilir. Həmin sözlər lüğətlərdə aşa ğı -
dakı kimi şərh edilmişdir.
BİBLİOQRAFİYA [bibliyaqrafiya] isim, yunan 
Müəyyən məsələyə dair kitab, məcmuə və məqalələrin siyahısı; ki ta biy -
yat; kitabların məzmununun elmi təsviri və onların siyahı və qeydlərinin
tərtibi.
KATALOQ  [katalok'] isim, yunan 
Müəyyən qayda üzrə tərtib edilmiş şeylərin (kitabların, əlyazmaların,
muzey eksponatlarının və s.) siyahısı. Kitabxana kataloqu. Sərgi kataloqu.
Texniki ədəbiyyat kataloqu. Kataloq otağı. Kataloqa salmaq.
TƏSNİFAT  [təsnifat] isim, ərəb 
Hər hansı eynicinsli şeylərin və ya anlayışların müəyyən ümumi əla mət -
lərə görə siniflərə, qruplara, bölmələrə ayrılması sistemi; klassifikasiya.
Bitkilərin təsnifatı. Mineralların təsnifatı.
Mənalar mətndəki yerinə görə dəqiqləşdirilir.
Dil qaydaları
(St. 4.1.1, st. 4.1.2) 
4-cü tapşırıq mürəkkəb cümlənin tərkibini araşdırmaq
baca rığını inkişaf etdirir. Burada bir neçə məqama diqqət yetirmək lazım gəlir.
Böyük şairin əsərlərində qeyd edilir ki, Gəncə kitabxanasında o zaman 10-dan
çox dildə kitab ol muş dur cümləsində birinci cümlənin xəbəri şəxssiz növ feillə
ifadə olunub, ona görə də mübtədası yoxdur. Bu, şagirdləri çaşdıra bilər. Odur
ki müəllim onlara şəxssiz növ cümlələr haqqında ötəri məlumat verə bilər.
Nizami yaradıcılığının təhlili göstərir ki, böyük şair bir neçə dil bilmiş, dünya
tarixinə, elminə və ədəbiyyatına yaxından bələd olmuşdur cümləsinin 2-ci
tərəfi iki xəbərə malikdir və hər biri ikincidərəcəli cümlə üzvləri ilə əlaqəli
olduğundan müstəqil cümlələr təsiri bağışlaya bilər.
5-ci tapşırığı yerinə yetirmək üçün şagirdlər göy rənglə verilmiş bağlayıcı -
la rın iştirak etdiyi cümlələri diqqətlə oxumalı, onların qrammatik əsas(lar)ını
müəyyənləşdirməlidirlər. 
162
VII 
BÖLMƏ
Çap üçün deyil


6-cı tapşırıq şagirddən mətndə altından xətt çəkilmiş feillərin qrammatik
məna növünü müəyyənləşdirməyi tələb edir. Şagirdlər artıq feilin qrammatik
mə na növünü müəyyən etmə yin yolunu bilirlər. Bunun üçün feilin başlanğıc
for masında son leksik şəkilçini tap maq, sonra isə subyektin obyektə müna si -
bətini aydınlaşdırmaq kifayətdir.
7-ci tapşırıq 6-cı tapşırığın davamı kimi nəzərdə tutulub. Belə ki, şagirdlər
həmin feillərin hamısına aid ortaq cəhəti müəyyən etməlidirlər. Bu isə əhatəli
tədqiqat tələb edir. Həmin sözlərin (yaradılmışdı, tikilmişdi, qurulmuşdu, sal -
dır dığı, alınmırdı, bölünmüşdü) hamısı feilin müəyyən bir qrammatik məna
nö vü nə aiddir. Hamısının başlanğıc forması bir kök və leksik şəkilçidən ibarət
ol duğuna görə onlar həm də düzəltmə feillərdir. Ona görə də 3-cü müddəa
(quru luş ca sadədir) qəbul edilmir. 4-cü və 5-ci müddəa da qəbul edilmir. Çünki
bü tün feillərdə “dı” işlənsə də, onların heç də hamısı nə şühudi keçmiş za -
manın şəkilçisidir, nə də idi hissəciyinin ixtisar forması. Yaradılmışdı, tikilmişdi,
qurulmuşdu, alınmırdı, bölünmüşdü feillərində -dı feilin başlanğıc formasından
sonra gəlmədiyinə görə zaman şəkilçisi deyilidi hissəciyinin ixtisar formasıdır.
Saldırdığı feilində isə “dı” müstəqil şəkilçi deyil, feili sifət şəkilçisinin tərkib his -
sə si dir. Həmin feil bu sözlərin hamısının məchul növdə olduğu fikrini də qəbul
et məyə imkan vermir. 
Bu nəticələri əldə etmək üçün müəllim şagirdləri qruplara ayırıb həmin
feillərdən hər birinin üzərində tədqiqat aparmağı (tapşırığın tələbinə uyğun)
tap şırmaqla vaxta qənaət etmiş olar.
Fəndaxili üfüqi inteqrasiya 
(st.1.2.4)
. 8-ci tapşırıqda debat təşkil etmək
nəzərdə tutulub. Dilimizdə elə sözlər var ki, onları zahiri (formal) əlamətlərinə
görə kök və şəkilçiyə ayırmaq olsa da, bu, mümkün deyil. Çünki düzəltmə
hesab edilən həmin sözlərin kök kimi təsəvvür edilən hissə ilə bağlılığı yoxdur.
Halbuki düzəltmə sözlərin köklə müəyyən leksik-qrammatik bağlılığı olmalıdır. 
9-cu tapşırıq da mahiyyətcə həmin tapşırığa bənzəyir. Məsələn, daranmaq
və daralmaq feillərinin hansının dara feilindən əmələ gəldiyini müəyyən etmək
üçün şagird hansı düzəltmə feilin lüğəvi mənasının “dara” feili ilə bağlı oldu -
ğu nu müəyyən etməlidir.
10-cu tapşırıq isə şagirdlərdən feilin həm quruluşca, həm də qrammatik
məna növləri ilə bağlı fikir yürütməyi tələb edir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
163
KİTABIN TARİXİ
Çap üçün deyil


Dərs 41. KİTAB ÇAPININ İXTİRASI (3 saat)
Motivasiya
Beyin həmləsi. 
Şagirdlərə təcili yardım maşınının şəkli nümayiş etdirilir. 
Sual:
– Sizcə, nə üçün maşının üstündə  “Ambulans” sözü tərsinə yazılmışdır?
Qeyd. Təcili yardım maşınlarının üzərində “Ambulans” sözünün tərsinə
yazılması qarşıda gedən avtomobilin arxa güzgüsündən əks olunaraq düzgün
oxunmasına xidmət edir. 
– Tərsinə yazmaqla düzgün oxuya daha harada rast gəlmək olar? (mö -
hür də, ştampda)
– Kitab çapı ilə bunu necə əlaqələndirmək olar?
Standartlar
Təlim nəticələri
2.1.1. Tanış olmadığı sözlərin kont eks -
tə uyğun mənasını dəqiqləşdirir.
Tanış olmadığı sözlərin kon tekstə görə
mənasını təxmin edir və lüğətin köməyi
ilə də qiq ləşdirir.
2.2.2. Mətnin tərkib hissələri arasın -
dakı əlaqəni müəyyənləşdirir.
Mətnin müxtəlif hissələrindəki faktları
bir-biri ilə bağlamaq üçün mətnin leyt-
motivini müəyyənləşdirir.
3.1.3. Qurduğu plan əsasında mətnin
hissələrini məntiqi cəhətdən əlaqələn -
dirir.
Müxtəlif mənbələrdən topladığı mate -
rialları sistemləşdirərək ra bi təli mətn
yazır.
1.2.1. Fikrini müxtəlif formalarda ifadə
edir.
Müxtəlif mənbələrdən topladığı məlu -
mat ları məruzə şəklində təqdim edir.
4.1.2. Sözləri ümumi qrammatik məna -
larına görə fərqləndirir.
Feilin təsriflənməyən formalarını müəy -
yən ləşdirir.
4.1.1. Cümlələri quruluşuna görə fərq -
lən dirir.
Söz sırası pozulmuş cümlələrin qu 
-
ruluşuna görə növünü müəyyənləşdirir.
164
VII 
BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə