Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə25/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   146

80 


üçün çox zəhmət və səbr tələb edən elmi qayda-qanunlara 

yiyələnmək vacibdir.  

Sosioloji  tədqiqatın  aparılması    elmi  araşdırmalar  

və  əməliyyatlarla  zəngin  olan  bir  prosesdir.  Tədqiqatın 

etibarlı nəzəri əsaslarının və ümumi məntiqinin işlənilmə-

si,  məlumatların  toplanması  üçün  metodik  sənədlərin 

hazırlanması  və  s.  bu  sahəni  yaxşı  bilən  mütəxəsislərdən 

həm  də  böyük  məsuliyyət  və  çavabdehlik  tələb  edir. 

Tədqiqat qrupunun yaradılıb formalaşdırılması işi də məhz 

bu   prosesə aiddir. Təşkilati və maddi-texniki təminatı qa-

baqcadan nəzərə almaq, əmələ gələn problemli məsələləri  

yerindəcə  operativ  şəkildə  həll  etmək  tədqiqatcının  həm 

də şəxsi məsuliyyət hissini artırır.    

Sosiologiya  -  ailə  büdcəsi,  uşaq  və  məktəblilərin 

asudə  vaxtı,  prezidentin  reytinqi,  işsizlərin  sayı,  ölkənin 

iqtisadi  vəziyyəti,  seçicilərin  rəyi,  ölkədə  doğum  sayının 

vəziyyəti,  əhalinin  mədəni  fəaliyyətinin  təşkili  və  s.  haq-

qında  daha  dolğun  ststistik  məlumatları  əldə  etmədən 

mövcud  ola  bilməz.  Bu  prosesdə  tədqiqatçı  ilk  növbədə 

jurnallarda,  bülleten  və  məruzələrdə  dərc  edilən  rəsmi 

statistikadan  istifadə  edir.  Kifayət  etməyən  informasiya-

ları,  insanların  (sorğuda  onları  respondent  adlandırırlar) 

subyektiv  fikirlərini  qeyd  olunan  sosioloji  sorğuda  topla-

yır.  Cavablar  riyazi  yuvarlaqlaşdırılır,  ümumiləşdirilmiş 

məlumatlar  statistik  qrafiklər,  cədvəllər  və  sxemlər  şək-

lində  təqdim  edilir,  qanunauyğunluqlar  çıxarılır  və  izah 

olunur.  Son  nəticə  isə  elmi  nəzəriyyənin  qurulmasıdır  ki, 

gələcək  hadisələri  qabaqcadan  xəbər  verməyə  və  praktik 

tövsiyələri hazırlamağa imkan verir.  

 

Sosial proqnozlaşdırma sosioloji tədqiqatlar vasitəsi 



ilə  yerinə  yetirildikdə  gələcək  sosial-iqtisadi  və  mədəni 


81 


quruculuq  proseslərinin  inkişaf  dinamikası  müəyyənləşir. 

Eyni  zamanda  əhalinin  iqtisadi  və  mənəvi  tələbatlarının 

öyrənilməsi prosesi reallaşır. Təbii ki, sosial layihələşdir-

məyə  və  sosial  proqnozlaşdırmaya  bir  ictimai  quruluşun, 

digər  bir  quruluşla  əvəz  olunduğu  halda  daha  böyük 

ehtiyac duyulur.  

 

“Sosial  layihələşdirmənin  əsas  mahiyyəti  qarşıya 



qoyulmuş  məqsədə  çatmaq  üçün  aşkar  edilmiş  vəzifə  və 

problemləri  həll  etməyə  imkan  verən  vasitələri  quraşdır-

maqdan ibarətdir. Bu vasitələr iki formada mövcud olur:  

1)  layihələşdirilən  obyektin  sosial  parametrlərinin 

sistemi və onların cəmiyyət göstəriciləri kimi;  

2)  layihələşdirilən  göstəricilərin  həyata  keçirilmə-

sini  təmin  edən  konkret  tədbirlərin  məcmuyu  və  gələcək 

obyektin keyfiyyət xarakterləri kimi.

6

 

 



Qeyd  olunan  layihələşdirmənin  əsas  mahiyyəti  və 

məzmunu idarəetmə prosesini sivil şəkildə cəmiyyət həya-

tına  tətbiq  etməkdir.  Sosioloji  tədqiqatlar  burada  məhz 

konkret  elmi  metodologiya  əsasında  aparılır.  Elmi  meto-

dologiya  əsaslanaraq  ilk  mərhələ  tədqiqatın  hazırlıq  işləri 

ilə bağlıdır. Hazırlıq mərhələsində tədqiqatların proqramı, 

iş  planı  tərtib  olunur  və  yardımçı  sənədlər  müəyyən-ləş-

dirilir.  

 

Sosioloji  tədqiqatların  proqramı  konkret  obyektin, 



hadisə və ya prosesin öyrənilməsinə qərar verildikdən son-

ra işlənib hazırlanır. Təbii ki, tədqiqat obyekti metodoloji 

və nəzəri cəhətdən əsaslandırılır, onun ictimai əhəmiyyəti, 

aktuallığı  müəyyənləşdirilir.  Tədqiqat  obyektinin  bütün 

sahələri mütəxəssis təhlilindən keçir. Yalnız bundan sonra 

                                                 

6

Sosiologiya. Bakı, “Təbib”, 1994, səh.104. 




82 


sosioloji  tədqiqatın  dərin  düşülünmüş  proqramı  işlənilir. 

Proqram  tədqiqatın  bütün  mərhələlərini  əhatə  edir,  onu 

son nəticəyə qədər istiqamətləndirir. Elə bu cəhətinə görə 

də  sosioloq  alimlər  proqramı  tədqiqatın  strateji  sənədi 

adlandırırlar. Çünki yalnız dəqiq hazırlanmış proqram əsa-

sında  sosioloji  tədqiqatın  vahid  bir  konsepsiyasına  nail 

olmaq mümkündür. Mövzusundan asılı olmayaraq hər bir 

tədqiqat  obyekti  formula  edilir  və  problemin  əhəmiyyəti 

baxımından  əsaslandırılır.  Ilk  növbədə  sosioloji  obyektin 

informasiya tələbatı öyrənilir. Eyni zamanda, tədqiqat ob-

yektinə  daxil  olan  hadisələrin,  problemlərin  sosial  səviy-

yəli  ziddiyyətləri  nəzərdən  keçirilir  və  bu  ziddiyyətlərin 

aradan qaldırılması yolları, vasitələri dəqiqləşdirilir. Lakin 

aparılan  tədqiqat  prosesində  əngəllərdən  qaçmaq  üçün 

problemin  yığcamlığına  xüsusi  diqqət  yetirmək  lazımdır. 

Çünki  problemin  olduqca  geniş  miqyasda  öyrənilməsi 

istəyi  bir  çox  çətinliklər  yarada  bilər.  Xüsusilə,  tədqiqat 

planı  olduqca  lakonik  olmalı,  müəssisənin  imkanlarına 

uyğunlaşdırılmalıdır.  

 

Sosioloji  tədqiqat  prosesində  bəzən  bir  çox  prob-



lemlərin  cavablarının  müəyyənləşdirilməsinə  daha  çox 

təsadüf edilir. Buna “çox problemli” tədqiqat deyilir. “Çox 

problemli” sosioloji tədqiqatlar hadisələrin, inkişafa mane 

olan  səbəblərin  daha  obyektiv  şəkildə  öyrənilməsi  prose-

sini çətinləşdirir. Bir neçə problemin vahid tədqiqat prose-

sində  öyrənilməsi  fəaliyyət  mexanizmini  mürəkkəbləşdi-

rir,  xüsusilə  əldə  olunmuş  sosioloji  informasiyanın  məz-

mununa  dağınıqlıq  gətirir.  Bu  isə  öz  nəticəsində  həmin 

materiallar  üzərində  məntiqi  ümumiləşdirmələr  aparmağı 

çətinləşdirir.  

 

 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə