Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə20/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   146

64 


Bu  gün  beynəlxalq  bazarda  turizm  təşkilatları  ara-

sında  güclü  rəqabət  mövcuddur.  Bəzi  dövlətlərin  sosial-

iqtisadi varlığı bilavasitə turizmin elmi təşkilinin səviyyə-

sindən asılıdır. Bu baxımdan inkişaf etmiş ölkələr  turizm 

bazarında daha çox rəqabətin önündə getməyə çalışırlar.  

Son  illərdə  turizmin  hərtərəfli  inkişaf  etdirilməsi 

üçün  ölkəmizdə  dövlət  səviyyəsində  çox  ciddi  addımlar 

atılmışdır.  Bu  sahədə  Azərbaycan  dövlətinin  turizm  siya-

səti  dəqiqləşdirilmiş,  bu  məqsədlə  turizmin  inkişafının 

dünya standartlarına uyğunlaşdırılması üzrə yeni məzmun-

lu normativ-hüquqi baza yaradılmış, turizmin müxtəlif sa-

hələri  və  növləri  üzrə  standartlar  müəyyənləşdirilmiş, 

turizm  obyektlərinin  tikilməsi  məsələsinə  yeni  mövqedən 

yanaşılmışdır. Bütün bunlar  gələcəkdə  turizmin Azərbay-

canın  sosial-iqtisadi,  habelə  mədəni  həyatında  ən  önəmli 

yer tutacağından bir daha xəbər verir. 

Yeni  tarixi  mərhələ  Azərbaycanda  turizm  infras-

trukturunun  beynəlxalq  standartlar  səviyyəsində  qurulma-

sına geniş imkanlar açır. Bu gün turizm sahəsi üzrə bəşəri 

prinsiplərə  cavab  verən  qanunvericilik  bazasının,  norma-

tiv-hüquqi  aktların,  təlimati  sənədlərin  hazırlanması  daim 

diqqət  mərkəzindədir.  Hazırda  Azərbaycanda  turizmin 

beynəlxalq standartlar səviyyəsinə qaldırılması üçün geniş 

miqyaslı tədbirlər planı həyata keçirilməkdədir. Doğrudur, 

bu sahədə  müəyyən cüzi çatışmazlıqlar olsa da Azərbay-

canın zəngin, qədim turizm potensialı,  mədəniyyəti,  ölkə 

rəhbərliyinin  turizm  sahəsini  durmadan  inkişaf  etdirmək 

üçun həyata keçirdiyi islahatlar,  respublikamızın gələcək-

də  də  dünya  turizmində  daha  layiqli  yer  tutacağına  

əminlik yaradır. 




65 


          Artıq bir danılmaz faktdır ki, turizm son illərdə dün-

yanın, o cümlədən də Azərbaycanın ən dəbdə olan sektor-

larından birinə çevrilmişdir. Müasir dövrdə dünya əhalisi-

nin  təxminən  20%-dən  çoxu  beynəlxalq  turuzim  hərəka-

tına  qoşulmuşdır.  Ölkədaxili  turizm  proseslərinə  qoşulan 

insanların  sayı  məsələsində  isə  əldə  dəqiq  məlumatlar 

yoxdur. Digər tərəfdən, turizmin dünya iqtisadiyyatı içəri-

sindəki  yeri  də  müntəzəm  artmaqdadır.  Aparılan  araşdır-

malar  yaxın  illərdə  turizmin  dünya  iqtisadiyyatının  ən 

önəmli  sektorlarından  biri  olacağını  göstərməkdədir. 

Dünya  Turizm  Təşkilatının  araşdırmaları,  turizm  proses-

lərinə  qatılan  insanların  sayının  və  turizmin  iqtisadi  təsir-

lərinin daha da artacağını ortaya qoymaqdadır.  

Digər tərəfdən, turizm son illərdə iqtisadi təsirləri ilə 

yanaşı, ətraf mühitə olan təsiri ilə də daha artıq gündəmdə 

olan  və  müzakirə  edilən  sektorlardan  biridir.  Turizmin 

daimi  xarakter  daşımayan  bir  yerdəyişdirmə  prosesi 

olması və bu proseslərin dünya miqyasında getdikcə möv-

cud  təbii  mühitlərə  doğru  yönəlməsi  turizmin  əsas  priori-

tetlərini  müəyyənləşdirməkdədir.  Dünya  hər  gün  ağlasığ-

maz  və  izlənilməsi  çətin  olan  bir  sürətlə  dəyişməkdədir. 

Dünən  əsas  kimi  qəbul  etdiyimiz  dəyişikliklər  qısa  bir 

müddətdə keçərsiz hala gəlməkdədir.  Təbii ki, mütəşəkkil 

və  düzgün  turizm  siyasətinin  formalaşdırılması  və  bunun 

uğurlu  surətdə  həyata  keçirilməsi  heç  də  asan  məsələ 

deyil. Çünki, bu məsələdə ölkənin yalnız turizm resursları-

nın və  potensial imkanlarının olması heç  də  hər şeyi həll 

etmir.  Bu  səbəbdəndir  ki,  kifayət  qədər  turizm  resursları 

olduğu  halda,  ölkəmiz  beynəlxalq  aləmdə  hələ  də  turizm 

regionu kimi istənilən səviyyədə tanına bilməmişdir.  




66 


Turizmin inkişafında vacib amillərdən biri də bu sa-

hədə  ixtisaslı  kadrların  hazırlanmasıdır.  Turizm  dinamik 

bir sahə olduğu üçün turist bazarı çox dəyişkənlik göstər-

məkdədir.  Belə  bir  dinamik  və  dəyişkən  şəraitdə  yalnız 

savadlı,  yüksək  hazırlıqlı  və  təcrübəli  kadrlar  rəqabətə 

dözümlü olan turist məhsulunu hazırlayıb  sata bilərlər. Bu 

gün Azərbaycanda turizmin ayrı-ayrı sahələri, o cümlədən 

mədəni  xidmət,  istirahət  və  əyləncə,  informasiya  və 

kommunikasiya, nəqliyyat və yerləşdirmə obyektləri üçün 

işin texnologiyası ilə bağlı ixtisaslı kadr hazırlığına böyük 

ehtiyac duyulmaqdadır. Ölkənin nəhəng turizm potensialı-

nın  inkişafı  baxımından  ekspertlər  tərəfindən  aşağıda 

sadalananlar tövsiyə olunur:  

− Milli mədəni turizm strategiyasını və onun meyar-

larını inkişaf etdirmək

− Turizmin inkişafı üçün zəruri olan infrastrukturlar-

la – yol, elekrtik şəbəkələrinin modernləşdirilməsi ilə bağ-

lı nazirliklər arasında əməkdaşlıq yaratmaq; 

−  Mədəni  məlumatlılığın,  qiymətləndirmə  və  moni-

torinqin və s. genişlənməsini təşkil etmək

−  İnformasiyalar  yaymaq;  tərcümələr,  soraq  və 

bələdçi  kitabçaları,  YUNESKO-nun  dünya  irsi  haqqında 

məlumatları,  internetdə  mədəni  turizm  və  xəbərlər 

buraxılışı; 

− Müəssisələr arasında əməkdaşlıq; özəl sektor tərə-

findən  dəstək  və  marketinq,  layihələrin  inkişafına  dəstək, 

əməkdaşlıq və siyasət sferasında menecment

− İctimai və özəl sponsorluğun dəstəklənməsi və ge-

nişləndirilməsi; 

−  Təşkilatçılğın  inkişafı;  məşğulluq  üçün  stimullar, 

əlaqələr, turizm məsələləri qrupu



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə